logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 16 oktyabr 2017

avatar

Adnan Oktar

Münafiq, hamını aldatmağa alışmış saxtakar tacir düşüncəsinə malikdir. Həyatda tək müvəffəqiyyəti belə yoxdur. Lakin ədabazlıq və lovğalıqla hamıya ağıl verər. Müsəlmanların içində olarkən, cüzi ağlı ilə mənfəət təmin etməyə çalışar. Müsəlmanların yanından ayrılanda əxlaqsız insanlarla çirkin həyat yaşayar. Bu halı ilə də Quran oxuyan, insanlara yol göstərən kimi görünməyə çalışar. Onun ağılsızlığı və axmaqlığı ibrətamizdir.
A9 TV; 16 oktyabr 2017
2067
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıllı və gözəl əxlaqlı olan qadın çirkin olmaz. Bu ilahi sirdir: Hər ağıllı qadın mütləq gözəl olar. Sitatlar
Allah bizə doğru olanı həmişə vəhy edər. Altıncı hiss kimidir bu vəhy. Qəlbimizdə onun doğru olduğunu hiss edərik. Şeytanın təlqinini də qəlbimizdəki sıxıntıdan anlayarıq. İnsana anbaan gələn bu vəhy yazılı və ya şifahi şəkildə deyil, lakin biz bilərik. Vicdan və ağıl hər an yaradılar. Sitatlar
Allah insanların vicdanına həmişə bilgi ötürər. Fasiləsiz gələn bu vəhyə səmimi olaraq tabe olsaq doğru yolda olarıq. Sitatlar
Allah Quranı hakim olaraq endirmişdir. Tövratın və İncilin yanlış cəhətlərini izah edər, doğru cəhətlərini təsdiq edər. Sitatlar
Allahı heç unutmasaq, Allahı çox sevdiyimizi və yaxın dost olduğumuzu həmişə yadda saxlasaq, şirkdən şiddətlə çəkinsək, gücün sahibinin Allah olduğunu heç unutmasaq çox doğru bərəkətli yolda irəliləyərik. Allahın gücünün hər şeydən üstün və hər şeyə hakim olduğunu düşünmək əhəmiyyətlidir. Haşa müəyyən yerə qədər gücü varmış kimi düşünmək olmaz. Sitatlar
Bəzi internet saytlarında qeyd olunan və israilli ravvin Yehuda Qlikin Türkiyə və hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan əleyhinə ifadələr işlətdiyini iddia edən xəbərlər doğru deyil. Yehuda Qlikdən bu xəbər soruşduqda; "heç vaxt hörmətli Ərdoğanın cəzalandırılmasına dair bir ifadə işlətmədim" açıqlamasını vermişdir. Dolayısilə bəhs edilən xəbərlər həqiqəti əks etdirmir. Sitatlar
Bosniyalılar bizim canımızdır. Türkiyənin böyük əksəriyyəti bosniyalıdır. Namuslu, nəcib, nəzakətli fəxr etmə səbəbimiz olan mübarək cəmiyyətdir. Hamısı evladı fatihandır. Çirkin söz işlədənlərə bu sözləri geri qaytarırıq. Sitatlar
Cənnətdə toz və çirk yoxdur. Toz xüsusi olaraq yaradılmışdır. Tozun mövcudluğu tək başına möcüzədir. Hər toz nəhəng aləmdir. Hər tozun hara gedəcəyi məlumdur. Tozun içinə girdiyin zaman böyük aləmin içinə girərsən. Sitatlar
Cəsarət qazanmağın iki yolu var. Birincisi xalqın böyük hissəsinin tətbiq etdiyi, qorxduğu şeyin üzərinə getməkdir. Lakin bunda qorxu adətən yox olmaz, tam əksinə stress əmələ gələr. İkinci və əsas olan yol isə Allaha sığınaraq, hər yerdə Allahın təcəllisi ilə üz-üzə olduğunu bilməyin hüzuru içində olmaqdır. Həmçinin Allaha; “ey Rəbb, məni cəsur et, qorxuları üzərimdən al” deyə dua etmək lazımdır. Sitatlar
Cinayət hallarının azaldılması üçün yeganə yol Allahın göstərdiyi yoldur. Haqq dindən başqa, cinayəti tam olaraq aradan qaldıracaq həll yolu yoxdur. Haqq dinlər gözəl və elmi yolla cinayəti tamamilə aradan qaldırar. Sitatlar
Dinlə lağ edilən mühitlərdə bu üslubun çirkin olduğunu ifadə etmək lazımdır. Allaha hörmət göstərmək gözəldir. Ayəyə görə müsəlman, dinə hörmət olmayan mühitdən qalxıb getməlidir. Sitatlar
Dünyada əsas məsələ Allaha qul olmaqdır. Digər bütün məsələlər əlavə məsələdir. Təəccüblü olan insanların dünyaya aludə olması, Allahı unutmasıdır. Allahı unutmaq çox çirkin cəsarətdir. Ruh sahibi insan, əks vəziyyətdə bir-iki dəqiqə belə yaşaya bilməz. Sitatlar
Dürüst, səmimiyyətlə Allaha yaxınlaşana Allah hər cür bilgini verər. Allaha qarşı səmimi olana Allah mütləq haqq bilgiyə çatacağı yol yaradar. Sitatlar
Ən ağıllı diaqnoz Quran ilə qoyular. İnsan Quranı meyar götürmədikdə çox anormal varlığa dönər. Quranın rəhbərliyi olmasa insanlar məhv olar, heç nəyi diaqnoz edə bilməz. Buna görə də, Allah Quranla möminlərə yol göstərir. Sitatlar
Ən kiçik təfərrüatı belə Allahın etdiyini düşünərək hərəkət etsən ağıllı və sabit olarsan. Mömin kəskin görüşlə dünyanı dəyərləndirər. Küfr əhli və münafiq hər şeyi özlərini etdiyini zənn edər, buna görə də, özünün həll yolu gətirdiyini zənn edər. Sitatlar
İslamda Allaha, Kitaba, Peyğəmbərə hüsnü-zənn var. Bilavasitə onların yaxşılığı, gözəlliyi və mükəmməlliyini qəbul edərək hərəkət etmək vardır. Münafiqlərdə isə Allaha, Kitaba, Peyğəmbərə həmişə tənqid gözüylə baxmaq vardır. Bunu da ağlasığmaz çirkin üslubla edər və müstəqil düşündüklərini iddia edərlər. Allaha çirkin məntiqlə baxarlar. Quranda bir çox ayə münafiqlərin alçaqlığına və namərdliyinə cavab olaraq endirilmişdir. Bir çox ayə münafiqlərin alçaq sözlərinə tədbir olaraq endirilmişdir. Məsələn, Peyğəmbər əzilən qadınları, uşaqları düşünərək səhər tezdən döyüşə çıxacağıq deyir. Münafiqlər məntiqlə baxaraq: "Bu istidə döyüşə çıxılar? aramızda çətin vəziyyətdə olanlar var, Peyğəmbər bunu belə görə bilmir" deyirlər. Qəlbində xəstəlik olanlar da: "Bax bunu heç düşünə bilmədik, həqiqətən Peyğəmbər səhv edir" deyə, onlara tabe olurlar. Müsəlman Allaha, Qurana, Peyğəmbərə tənqid gözüylə baxmaz. Etdiyi hər şeyin xeyir olduğunu bilərək baxar və hərəkət edər. Sitatlar
Türkiyədə fikir azadlığı olmadığı imicini formalaşdırmağa çalışanlar var. Bunların bir hissəsi Tayyib hocamın adından istifadə edərək insanlar üzərində təzyiq yaratmağa çalışırlar. Bunlara ən gözəl cavabı Tayyib hocam verdi, heç kim mənim adımdan istifadə etməsin dedi. Tayyib hocamı tək qoymağa cəhd edənlərə inad 2019-cu ildə də, 2023-cü ildə də, 2033-cü ildə də Tayyib hocamın yanında olacağıq, evelAllah. Sitatlar
İngiltərə dərin dövləti Yaxın Şərqi 1900-cü illərdəki kimi oyuna gətirəcəklərini zənn edirlər. O dövrlər keçmişdə qaldı, bütün oyunları puç olacaq. Sitatlar
Cüzi iradə vardır deyənlər; "Allahın nəzarət etmədiyi bir sahə olduğunu" iddia edirlər. Cüzi iradə deyə bir şey yoxdur, hər şeyi edən Allahdır. Sitatlar
Külli iradə, cüzi iradə deyilən bir şey yoxdur. Bir iradə vardır. Onu da Allah yaradır. Sitatlar
Allah ayədə "Allahın qədrini haqqı ilə təqdir edə bilmədilər" deyir. Allah insanların, ümumiyyətlə, belə bir bəlanın içində olduğunu söyləyir. Halbuki, HEÇ BİR ŞEYİ İNSAN ÖZ İRADƏSİ İLƏ EDƏ BİLMƏZ. ANCAQ ALLAH DİLƏSƏ EDƏR. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur