Adnan Oktar A9 TV; 26 fevral 2016
Adnan Oktar
Münafiqin gözünə, ruhuna, bədəninə heyrətamiz hakimiyyəti var. Müsəlman belə deyil. Məsələn, müsəlmanın səhv etdiyi ortaya çıxdıqda xəcalət çəkər, qıpqırmızı olar. Münafiq ağlasığmaz dərəcədə soyuqqanlıdır, bədən idarəsi, sinir idarəsi, psixoloji idarə münafiqdə heyrətamiz dərəcədədir, heç vaxt anlaya bilməzsən.A9 TV; 26 fevral 2016
1569
Adnan Oktar
Münafiq şeytani zəkaya sahib olar. Buna görə də, fövqəladə dərəcədə eqoist olar. Yəni münafiqə görə sadəcə özü vardır, bir də aciz gördükləri, ağıllarının zəif olduğuna inandıqları.A9 TV; 26 fevral 2016
Adnan Oktar
Qadının şeytani varlıq olduğu, ona gözəl paltar verilməməli olduğu, çölə çıxmasının qadağan olduğu kimi hökmlər mövhumatçılıqda var, İslamda yoxdur.A9 TV; 25 fevral 2016
Adnan Oktar
Münafiq hiyləgərliyindən, gizliliyindən mühüm silah kimi istifadə edər. Gizli vurar, gizli hücum edər, lakin onun öhdəsindən gələn ağıl, çox heyrətamiz ağıldır, inkişaf etmiş ağıldır. Orta zəka səviyyəsi ilə münafiqin öhdəsindən gəlmək olmaz. Böyük ağıl və böyük iman lazımdır.A9 TV; 25 fevral 2016
Adnan Oktar
İslam aləmi məhv olmuş vəziyyətdədir, lakin ənənəvi təbəqə bunu anlamır. Daha xurafatçı olmaqla xilas olacağını zənn edir, qərq olduğu sistemi daha da təkmilləşdirərək nicat tapacağını düşünür. Daha ənənəvi, daha qorxunc görünüşə girmək istəyirlər.A9 TV; 24 fevral 2016
Adnan Oktar
Müsəlman küsməz. Qəlb həmişə Allah ilə birlikdədir. Dünya qısamüddətli kursdur, qısamüddətli təhsildir. Burada nə göstəriş edilər, nə ağıllı olma iddiası, nə də zəkalı olma iddiası, heç nə edilməz. Dünya kosmosdan baxıldıqda toz kimidir. Bir qədər də uzaqlaşdıqda heç görünmür. Tozun içində, tozun tozudur insan. Aciz varlıqdır. Nəyindən ötrü təkəbbür edirsən? Ölüb gedəcəksən.A9 TV; 24 fevral 2016
Adnan Oktar
Mehdiyyət şeytanın və onun yardımçılarının axmaq mübarizəsinə qarşı hz. Mehdi (ə.s)-ın təkbaşına aslanlar kimi onu darmadağın etdiyi bir sistemdir. Mehdi, dəccaliyyət şeytanlarıyla, münafiqləriylə zəka mübarizəsi aparacaq. Hamısı hz. Mehdi (ə.s)-ın ağlının altında əzilmiş meyvə kimi əziləcəklər. Mehdiyyət, şeytanın zəkasıyla döyüşən insan ağlının qələbəsidir.A9 TV; 22 fevral 2016
Adnan Oktar
Münafiqlər şeytani sözlərdən çox xoşlanarlar. Anlaşılmaz və şifrəli söhbətlər edərlər. Yazılarında da yenə belə sirli, anlaşılmaz sözlər seçərlər. Münafiqlərin özlərinə məxsus morze əlifbası kimi gizli bir dili var.A9 TV; 20 fevral 2016
Adnan Oktar
Gənclərimizin böyük hissəsi yaxşı təchizatlı deyil. Darvinist düşüncəylə, Marksist, Leninist, Stalinist düşüncəylə mübarizə aparacaq məlumata sahib deyillər. Türkiyədə darvinist təhsilin dayandırılması PKK-ya böyük zərbə olar. Məktəblərin tədris proqramına "milli şüur" dərsi əlavə edilərək, Marksist, Leninist düşüncənin yanlışlığı gənclərə çatdırılsın.A9 TV; 18 fevral 2016
Adnan Oktar
Yas tutmaq haramdır, qədim bütpərəst adətidir. Qədim Şumerlərdə, Qədim Misirdə, Perslərdə (farslar), Xetlərdə axirətə, şəhadətə inanmadıqları üçün ölümü bir fəlakət kimi görürdülər. Allaha üsyan olaraq ağlayardılar. Biz müsəlmanlar şəhadəti şərəf kimi görürük.A9 TV; 17 fevral 2016
Adnan Oktar
Allah böyük hadisələri insanları yuxudan oyatmaq üçün yaradır, lakin bir çox insan vecinə almır. Yanında bomba partlayır, bunu media xəbəri kimi söyləyir. Peyğəmbər (s.ə.v)-in hədislərində insanların hamısı bu dərin yuxularından tamamilə oyanana qədər hadisələrin davam edəcəyini görürük.A9 TV; 17 fevral 2016
Adnan Oktar
Keyfiyyət və İncəsənət Nazirliyinin qurulması çox əhəmiyyətlidir. Əgər ortaya çıxarılan bir şeydə sənət yoxdursa, dəyəri olmaz, keyfiyyət yoxdursa, dəyəri olmaz. Həm sənət, həm də keyfiyyət təşviq edilməlidir.A9 TV; 17 fevral 2016
Adnan Oktar
Mehdilik çox kiçik bir qrup olduğu və əleyhdarı çox olduğu halda, ən başda dərin dünya dövlətləri, mövhumatçılar, müşriklər, münafiqlər hamısı qarşı olduğu halda, heç kim dayandıra bilmir. Məhz mehdiyyətin möcüzəvi tərəfi budur. İmam Mehdi (ə.s) və tələbələri məğlub edilə bilmir. Məğlub olmaq talelərində yoxdur.A9 TV; 16 fevral 2016
Adnan Oktar
Münafiq hiyləgərcəsinə, gizli olaraq həmişə müsəlmanları hirsləndirməyə çalışar. Lakin bu ən çox münafiqin özünü əldən salar. Möminə də fayda verər. Allah belə tərsinə işləyən bir sistem yaratmışdır.A9 TV; 15 fevral 2016
Adnan Oktar
Münafiq əsla İslama xidmət etmək istəməz. Tüfeyli bir parazit kimi, gənə kimi müsəlmanların üstünə yapışar, bu yolla yaşayar. Həyatını qan sormaqla davam etdirər. Münafiq təkcə göstəriş olacaq qədər, müsəlmanları aldatmaq üçün, formal olaraq, çox kiçik hücumlar edər. Lakin ümumi baxdıqda boş dayanar, heç nə etməz.A9 TV; 15 fevral 2016
Adnan Oktar
Münafiq, Allahı sevmədiyi üçün, Allahdan başqa hər şey onu maraqlandırar. Təkcə Allahla əlaqə yaratmaq istəməz. Allahı unutmaq üçün, hər şeyi edər. Saatlarla boş danışmasının səbəbi də budur. Bu, Allahı unutmaq üçün gördüyü bir işdir. Özünü keyitmək üçün gördüyü bir işdir.A9 TV; 14 fevral 2016
Adnan Oktar
Müsəlmanda da, az və ya çox miqdarda münafiq əlaməti ola bilər. Məsələn, qorxu belə münafiq əlamətidir. Çünki münafiq çox qorxaqdır. Mömin iradəsindən istifadə edərək bunu yox etməlidir.A9 TV; 14 fevral 2016
Adnan Oktar
Münafiq tam mənasıyla münafiqlikdən imtina etməz. Çünki münafiq ruhi xəstədir. Qeyri-sabit bir varlıqdır. Normal insan şəxsiyyəti göstərə bilməz. Lakin çox passivləşə bilər.A9 TV; 14 fevral 2016
Adnan Oktar
1400 il əvvəldən danışdıqda, bunun münafiqə toxunan tərəfi olmaz. Münafiqin əsrimizə görə şərh olunması çox əhəmiyyətlidir. Ayələrlə izah edilməsi mühümdür. Bu zaman münafiq qaça bilməz və olduqca çətin vəziyyətdə qalar.A9 TV; 14 fevral 2016
Adnan Oktar
İnsanlar mehdiyyətin əhəmiyyətini elə də anlamırlar. Hz. Mehdi qiyamətin dayanmasına səbəbdir. Yoxsa qiyamət qapıda gəlib dayandı. Dünya çoxdan qiyamətə layiq oldu. Çünki darvinizm kanalı ilə Allah bütün dünyada inkar edilir. Bütün dövlətlər, Türkiyə də daxil olmaqla, hər dövlət fəal şəkildə darvinist təhsil verir.A9 TV; 13 fevral 2016
Adnan Oktar
Yataqda ölməyi kim istəyər ki? Şəhidlik, ən gözəli budur.A9 TV; 12 fevral 2016




















