logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 fevral 2016

avatar

Adnan Oktar

Münafiqlər dünyada təkəbbür göstərərlər. Qudurub azarlar, lakin axirətdə Allahın hüzurunda, haşa, bu cür çoxbilmişlik, intellektuallıq və hiyləgərlik etməyə gücləri qalmaz.
A9 TV; 7 fevral 2016
2273
avatar

Adnan Oktar

Bəzən qəlbində xəstəlik olan müsəlmanlar da eynilə münafiq kimi davrana bilər. Münafiq deyil əslində, lakin qəlbində xəstəlik vardır; Allah ayədə: “Qəlbində xəstəlik vardır” deyə bildirir, eynilə münafiq kimi davranar. Yəni bir mərhələsindədirlər. Bəzən şəfa tapar, bəzən də münafiqlik uçurumuna düşər.
A9 TV; 7 fevral 2016
avatar

Adnan Oktar

Münafiqin ən mühüm silahı gizlilikdir. Xarakterinin və fəaliyyətləri bütün incəlikləri ilə birlikdə açılsa, ən mühüm silahı faydasız hala gələr.
A9 TV; 7 fevral 2016
avatar

Adnan Oktar

Əziyyət Peyğəmbərimiz (s.ə.v)-i gözəlləşdirirdi. Əziyyət hz. Yusif (ə.s)-ı dünyanın ən gözəl insanına döndərdi. Həyatı həmişə əzab içində keçdi. Ağlasığmaz dərəcədə gözəl idi. Musa (ə.s) ömrü boyu əzab və əziyyət çəkdi. Əla yaraşıqlı idi, qövmün ən yaraşıqlısıydı.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Münafiq ümumi mədəniyyətə çox əhəmiyyət verər, hər şeyi öyrənmək istəyər, dindən də nifrət edər. Onu təkcə din narahat edər, təkcə İslam narahat edər.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri öz aləmlərində Peyğəmbər (s.ə.v)-dən daha ağıllı olduqları iddia edirdilər. Özlərini guya daha ağıllı zənn etdikləri üçün, yekəxana danışırdılar. Münafiq çox nəzakətsiz və ədəbsiz olar.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Hədisdə: “Ümmətimdəki münafiqlərin əksəriyyətini təhsil alanlar təşkil edər" deyir. Bilikləri nəticəsində həmişə havalanar, ayrı olmaq istəyərlər. Münafiqlər öz aləmlərində “mən daha ağıllıyam, daha bilikliyəm” deyə təkəbbürlənərək müsəlmanlardan ayrılmaq istəyərlər.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Münafiqin qəlbində getmək arzusu hər gün olar. İmam Qəzali “Əhya” əsərində: "Məsciddəki münafiq qəfəsdəki quş kimidir. Qəfəsin qapısı açılan kimi, quş uçub qaçar" deyir.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Müsəlmanlar; “münafiq getsəydi rahatlayardıq” deyərlər, lakin biri daha gələr. İbadət üçün münafiq lazımdır, əhəmiyyətlidir. Sadəcə Quran vasitəsilə mübarizə aparmaq üsulunu yaxşı bilmək lazımdır.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Münafiq təhlükəsinə qarşı zəifləmək çox təhlükəli olar. Münafiqə qarşı ömür boyu ayıq-sayıq olunmalıdır. Çünki münafiq qatran kimidir, yapışar. Biri getsə digəri gələr müsəlmanların yanına. Münafiqsiz müsəlman cəmiyyəti olmaz.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Münafiq tək deyil. Müsəlmanlardan ayrıldığı vaxt, hazır bir münafiq cəmiyyətinin arasına doğru gedər. Həmişə özünü qoruyacaq və himayə edəcək dəstəsi olar. Lakin onlardan da nifrət edər, onlar da ondan nifrət edərlər.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Sevgidə qürur olmaz. Çünki qürur olduqda sevgi bitər. Qürur və bağışlamamaq sevginin zəhəridir. İnsanlar bundan ötrü sevgini davam etdirə bilmirlər. Lakin bağışlamaq, qürura nəzarət etmək və onu əzə bilmək sevginin yolunu sonuna qədər açar.
A9 TV; 5 fevral 2016
avatar

Adnan Oktar

Dünyanın sonu gəldi, Allah gözəl bitməsini istəyir. Xristianlıq, yəhudilik və müsəlmanlığın bu cür şirk və pərişanlıq içində olarkən bitməsini istəmir. Hər üçünün də tövhid inancı ilə ehtişamlı şəkildə bitməsini istəyir. Hz. Mehdi (ə.s)-ın zühuru, hz. İsa Məsih (ə.s)-ın enişi və İslamın hakimiyyəti. Onsuz da ardınca sürətli pozulma baş verəcək.
A9 TV; 5 fevral 2016
avatar

Adnan Oktar

Ağıl Allahdan bir nurdur, insana Allah tərəfindən ilhamla verilir. Öz-özünə ağıl meydana gəlməz. Allah ağlı alsa bir anda donub qalarsan, bəsirətin qapanar, lal olub belə baxarsan.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) dövründəki bütün münafiqlərin xüsusiyyəti özlərini Peyğəmbər (s.ə.v)-dən üstün görmələri və ön plana çıxartmalarıdır. Münafiq qadınlarda və münafiq kişilərdə, hədəf həmişə ən qabaqda olmaq, ən böyük olmaqdır. Özlərini haşa Allah kimi görərlər.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbər (s.ə.v) və səhabələrə: "Döyüşməyi, mübarizə aparmağı bacarsaydıq sizinlə gələrdik" deyirlər. Münafiq bilərəkdən bacarıqsız kimi özünü göstərər. Həmçinin müsəlmanların da İslam üçün fəaliyyət göstərməsini istəməz. Onları da dayandırmağa çalışar.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

İslam aləminin məhv olmasının səbəbi münafiqlərdir. Münafiq dəhşətli gücdür. İnsanlar yanlış bilirlər, küfr əhlini əsas götürürlər. Kafirin gücü mində birdirsə, münafiqin gücü mində doqquz yüz doxsan doqquzdur. Əsas təhlükə münafiqdir.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Dərin dünya dövləti Mövləviliyi İslama qarşı din kimi düşünür. Çox əhatəli hazırlıq görüblər, gizlicə bünövrədə bir din yaradılıb. İnsanları İslamdan ayıra bilməyəcəkləri üçün, İslamın yerinə keçəcək din kimi Mövləviliyi görürlər.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Hər dövrdə dəccal olmuşdur, lakin ən böyük dəccal Axırzaman dəccalıdır. Ona qarşı da Allah, xatəmə vəli olan, gəlib-keçmiş ən böyük vəli olan Mehdi (ə.s)-ı çıxardır.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Qazilərə çox yaxşı sahib çıxmaq lazımdır. “Mənə nə dəxli var” demək çox böyük əxlaqsızlıq olar, şəxsiyyətsizlik olar. Çünki onlar Allah üçün, vətən üçün, bayraq üçün, dövlətimizə zərər gəlməməsi, torpağımızın bölünməməsi üçün, bədənlərini fəda edirlər.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Bəziləri mənfəətləri üçün ağlamağı silah kimi istifadə edər. Bunlar özünü acındırmaq, nəsə əldə etmək, bir şeyə qarşı çıxmaq və qarşı tərəfi qorxutmaq üçün, şeytani hay-küy çıxarma üsuludur. Müsəlman Allah eşqiylə ağlayar. Bir insanı narahat etmək, qorxutmaq üçün ağlamaq olmaz. Bu əxlaqsızlıqdır, zülmdür.
A9 TV; 3 fevral 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bəzən qəlbində xəstəlik olan müsəlmanlar da eynilə münafiq kimi davrana bilər. Münafiq deyil əslində, lakin qəlbində xəstəlik vardır; Allah ayədə: “Qəlbində xəstəlik vardır” deyə bildirir, eynilə münafiq kimi davranar. Yəni bir mərhələsindədirlər. Bəzən şəfa tapar, bəzən də münafiqlik uçurumuna düşər. Sitatlar
Münafiqin ən mühüm silahı gizlilikdir. Xarakterinin və fəaliyyətləri bütün incəlikləri ilə birlikdə açılsa, ən mühüm silahı faydasız hala gələr. Sitatlar
Qəlbində xəstəlik olan, qürur nümayiş etdirər, eqoistlik edər, təkəbbürlənər. Təkəbbürü qiymətli bir ibadət kimi görür. Halbuki şeytanın sözü ilə etdiyindən xəbərsizdir. Şeytani şəkildə fəaliyyət göstərdiyini görə bilmir. Sitatlar
Münafiq çox üzsüzdür, şərəfsizdir. İstədiyin qədər dürüst olmasını söylə, istədiyin qədər aydın olmasını söylə, mütləq alçaqlıq edər. Mütləq gizli fəaliyyət göstərər. Bu onda olan manyak xəstəliyidir. Sitatlar
Münafiq şeytanla trans vəziyyətinə keçməsə əgər qətiyyən rahat olmaz. Mütləq gizli bir pislik edər, mütləq gizli şəxsiyyətsizlik edər, mütləq oyun oynayar. Ruhu təkcə bu yolla rahatlıq tapar. Sitatlar
Münafiq müsəlmanlığa doğru gəldiyini hiss etsə yanmağa başlayar, çox iztirab çəkər. Buna görə də, ya əxlaqsızlıq edərək, ya satqınlıq edərək, ya küfr əhli ilə əlaqə yaradaraq, ya müsəlmanlara bir oyun oynayaraq, ya da hiyləgərlik edərək şeytan olduğunu özünə həmişə təlqin etməyə çalışar. Sitatlar
Münafiq küfr əhli ilə gizlicə danışar, mömin bunu görmür. Gizlicə küfrə xəbər göndərir, möminin xəbəri olmaz. Gizli şeir yaxud buna bənzər yazı formasında, lakin şifrəli yazı olur, mömin anlamır. Məhz bu, özlərinin üstün olduğuna inanmalarına səbəb olur. Buna mane olmaq lazımdır, şifrələr sındırılmalıdır. Şifrəsi sındırılsa gücü qalmaz. Sitatlar
Allah sevgisinin əldə edilməsi üçün, mütləq əziyyət olmalıdır. Əziyyətin olması üçün də, şeytan olmalıdır. Şeytan da əsasən münafiqlərdən istifadə edər, küfr əhlindən istifadə edər. Sitatlar
Münafiq, müsəlmanların arasına girib onları yox etməyə çalışan bir iblisdir. İnsanların ən pis nümunəsidir, ən alçaq nümunəsidir. Eləcə də, münafiqlərlə orta zəka səviyyə ilə mübarizə aparılmaq da qeyri-mümkündür. Yəni peyğəmbərlik gözü ilə, vəli dərinliyi ilə mübarizə aparıla bilər. Yoxsa münafiqlər, çox mərhəmətsizdir. Fövqəladə imkanları var, çox şeytani düşünərlər. Sitatlar
İngiltərə dərin dövləti çox təkəbbürlüdür, eqoistdir. Münafiq alçaqlıq duyğusuna malik olduğu üçün, bu təkəbbürlük, eqoistlik və lovğalığa heyranlıq duyar. Onun eqoistliyini bir filin eqoistliyi kimi görər, özünün eqoistliyini də bir böcəyin eqoistliyi kimi görər, lakin heyran olar. Bunun üçün də, onlara qarşı çox hörmət saxlayar. Küfr əhlinə qarşı, dəlalət əhlinə qarşı, zalımlara qarşı çox hörmət saxlayar. Sitatlar
Münafiq şeytani zəkaya sahib olar. Buna görə də, fövqəladə dərəcədə eqoist olar. Yəni münafiqə görə sadəcə özü vardır, bir də aciz gördükləri, ağıllarının zəif olduğuna inandıqları. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri öz aləmlərində Peyğəmbər (s.ə.v)-dən daha ağıllı olduqları iddia edirdilər. Özlərini guya daha ağıllı zənn etdikləri üçün, yekəxana danışırdılar. Münafiq çox nəzakətsiz və ədəbsiz olar. Sitatlar
Hədisdə: “Ümmətimdəki münafiqlərin əksəriyyətini təhsil alanlar təşkil edər" deyir. Bilikləri nəticəsində həmişə havalanar, ayrı olmaq istəyərlər. Münafiqlər öz aləmlərində “mən daha ağıllıyam, daha bilikliyəm” deyə təkəbbürlənərək müsəlmanlardan ayrılmaq istəyərlər. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) dövründəki bütün münafiqlərin xüsusiyyəti özlərini Peyğəmbər (s.ə.v)-dən üstün görmələri və ön plana çıxartmalarıdır. Münafiq qadınlarda və münafiq kişilərdə, hədəf həmişə ən qabaqda olmaq, ən böyük olmaqdır. Özlərini haşa Allah kimi görərlər. Sitatlar
Münafiq təmiz deyil, murdar yaşamaq istəyər. Məsələn, hər gün yuyunmayacaq. Marixuana çəkəcək, pislik edəcək, əxlaqsızlıq edəcək. Zibillik yerlərdə gəzəcək. Küfr əhli ilə iç-içə olacaq. O iyrəncliyi yaşayacaq. Həmişə düşüncəsində bu var. Həmçinin böyük olmaq istəyər. Eqoistlik edəcək, təkəbbürlük edəcək. Dünyanı oturduğu yerdən idarə edəcək. Sərsərilərlə görüşüb danışacaq. Təhlükəli işlər görəcək. Sitatlar
Özünü böyük görəni Allah kiçildir. Özünü kiçik görəni də Allah böyüdür. Mömində eqoistlik olmaz, böyüklük hissi olmaz. Sitatlar
Bir insan çox eqoistdirsə, özündən çox razıdırsa, təkəbbürlüdürsə, onu eqoistlik bürüyür. Tamamilə eqoistlik bürüyür. Bədəni xəstələnir. Yəni ruh xəstəsi kimi olur. Fironda, Nəmrudda olan budur. Ağlını itirir. Təbiidir ki, belə olduqda bədəninə şeytan yerləşir. Artıq normal hərəkətlər edə bilmir. Ağılla hərəkət edə bilmir. Sitatlar
Öyünsən, təkəbbürlənsən dəli kimi görünərsən, bu antipatiya oyadar və sevilə bilməzsən. Təkəbbürləndiyin, lovğalandığın vaxt da sevilməz olursan. Sən niyə lovğalanırsan, niyə öyünürsən ki? Sevsin deyə edirsən, elə deyilmi? Əks təsir verər, sevgi gedər. Sitatlar
Gözəl olar, eqoist olar, heç bir faydası olmaz. Gözəllik eyni zamanda fitnədir. Gəncdir, gözəldir, lakin qürurdan, təkəbbürdən ötrü dəliyə dönər. Çirkin hesab edərsən, lakin dəlicəsinə bir şövqü olar. O gözəl dediyindən min dəfə artıq gözəllik verər sənə. Sitatlar
Allah ayədə; "vicdanları qəbul etdiyi halda zülm və təkəbbür ucbatından rədd etdilər" deyir. Vicdanına müqavimət göstərir. Yoxsa vicdanı ona doğru olanı əmr edir, "et" deyir, dinləmir. Sözünə qulaq asmır. Buna görə də üzləri qaralır. Yoxsa insan vicdanının səsinə qulaq assa, üzü nur kimi olar. Sitatlar
Şeytan qəlbində xəstəlik olanları xüsusi formada müəyyənləşdirib onlara hücum edər. İnsan Allahı unutduğu zaman bundan xəbərsiz olur, üzəri ion təbəqəsi kimi şeytanla örtülür. Artıq şeytan ondan əl çəkmir. Bədəninə yapışır. Sitatlar
Bir insan nəfsini dəli kimi müdafiə edirsə, bu əqli xəstəlikdir. İnsan orada dayanmalıdır, Allaha sığınmalıdır. "Mən necə bu qədər anormal bir insan ola bilərəm?" deməlidir. Qarşı tərəfi ağıllı şəkildə dinləməlidir. Müsəlman, yaxşı işlər görməyi əmr edib, pis əməlləri qadağan etməyə meyillidir. Buna görə də ağlı çox gözəl inkişaf edər. Sitatlar
Yerli idarə etmənin gücləndirilməsi, PKK-nın çörəyinə yağ çəkməkdir. Sən bələdiyyəyə böyük sərbəstlik versən nə olacaq? Bəzi bələdiyyələr PKK-nın qalasına çevrilər. Başqa bir işə yaramaz. Onsuz da onların istəyi də budur. Sitatlar
YPG kommunist, Stalinist, Allahsız və Kitabsız təşkilatdır. Kürd fərqlidir, kürd alicənabdır, Allahdan qorxar, Allahı sevər. Böyük əxlaqa sahib, nəcib insanlara Kürd deyilər. YPG, PKK-nın digər adıdır. Sitatlar
Biz Yaxın Şərqin müasir və keyfiyyətli millətiyik. Bizi məhv etməyə cəhd edən dünyanı yox etməyə cəhd etmiş olar. Bu da Allahın icazəsi ilə qeyri-mümkündür. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur