logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 13 dekabr 2017

avatar

Adnan Oktar

Münafiqlərin daxil olmadığı cinayət növü, etmədiyi ləyaqətsizlik yoxdur. Oğurluqla dolanar, fırıldaqçılıq edər, lakin müsəlmanları islah etmək iddiası ilə ortaya çıxar. Özü ləyaqətsizlik içində üzərkən müsəlmanları düzəltmək istədiyini irəli sürər. (Bəqərə surəsi 11-12: Özlərinə: "Yer üzündə fəsad törətməyin" deyildiyi zaman: "Biz təkcə islah edənlərik" deyərlər. Bilin ki; həqiqətən, əsas fəsad törədənlər bunlardır, lakin dərk etmirlər.)
A9 TV; 13 dekabr 2017
2373
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağlın məhək daşı Qurandır. Bir məsələ Qurana baxılaraq anlaşılar. Məsələn, hansı baxışın gözəl olduğunu anlamaq istəyirsən, Qurana baxarsan. Allah ruhdakı xainliyin baxışdan bilindiyini söyləyir. Beləliklə, biz gözəl baxışın nə olduğunu Qurandan anlamış olarıq. Sitatlar
Atatürk əleyhinə proqram yayımlanmasını istəmirik. Biz 83 milyonuq. Atatürkü canımız kimi sevirik. Atatürkün əleyhinə söz eşitmək istəmirik. Qanunla, hüquqla buna icazə verməyəcəyik. Sitatlar
Biz adi varlıq deyilik. Allahın ruhunu daşıyırıq. Allahın ruhunu daşıyan qətiyyən cəhənnəmə getməz. Lakin mömin olaraq hər zaman cəhənnəmdən qorxmalıyıq, cəhənnəmin insanı olmaqdan Allaha sığınmalıyıq. Sitatlar
Biz Allahın ruhunu daşıyırıq, Allahın ruhundan təcəlliyik. Ruh, bütün hisləri qəbul edən varlıqdır. Biz necə ki, öz ruhumuzla eşidiriksə, ruh da Allaha aid olduğu üçün, Öz ruhunun eşitdiyini, Allah eyni şəkildə eşidər. Allah bizim gözlərimizdən baxar, bizim qulaqlarımızdan eşidər, bizim barmaqlarımızla toxunar. Allah bizim qəbul etdiyimiz bütün hisləri bilər. Sitatlar
Biz cahilik. Alim olan Allahdır. Allah elmimizi artırsın. Biz təkcə Allahın öyrətdiyi qədər bilərik. Sitatlar
İnsan başqasını xoşbəxt edərək özü xoşbəxt olar. Xoşbəxtliyin açarı sevdiklərini xoşbəxt etməkdir. Sitatlar
İnsan dünyadakı təhsillə özünün nə olduğunu görər. Özü haqqında bilgiyə sahib olar. Axirətdə sevildiyimizi dünyada yaşadığımız təhsillə anlayırıq. Sitatlar
Mömin Allahın ruhunu daşıdığı üçün özünü həmişə dəyərli, həmişə nəşəli, həmişə güclü hiss edər. Özü yoxdur. Allahın ruhu vardır. Bu, möhtəşəm şeydir. İnsanlar özlərini həyatlarının müəyyən dövrlərində dəyərli hiss edər. Mömin isə ömrünün hər anında özünün dəyərli olduğunu bilər. Sitatlar
Mömin təkcə özü üçün dua etməz. Mömin hidayəti, gözəlliyi, yaxşılığı həm özünə, həm də bütün müsəlmanlara istəməlidir. Möminin taleyi müsəlman qardaşları ilə birlikdə yaradılmışdır, duası da bütün möminlər üçündür. Sitatlar
Mömin təvazökar olmaq üçün özəl çalışmaz. Özü və dünya barədəki həqiqəti bildiyi üçün həddini bilər. Ağıllı düşünər. Bədəninə baxar; ətdən, sümükdən yaranmışdır, həyat çox qısadır, ölüm çox yaxındır, hər şeyə hakim olan Allahdır, danışdıran Allahdır, gözəlləşdirən Allahdır, sevdirən Allahdır. Bunları bildiyi üçün təbii olaraq təvazökardır. Sitatlar
Mömin imanını qətiyyən itirmək istəməz, bundan çox qorxar. Məhz imanını itirmək istəməməyi, iman əlamətidir. Yoxsa vəsvəsə gələr, düşünər. Lakin şüur altında iman edir. Bir kərə Allaha inanmışdır. Sitatlar
İman, şüur altındakı səmimi imana deyilər. Yoxsa insanın ağlı onsuz da gedib gələr. Yəni ağlından hər cür fikir keçər. Məsələn, bu doğrudurmu, bu yanlışdırmı.. Beyin budur. Beyindəki fikirlər qəribə fırtına kimidir. Bu imanla əlaqəli deyildir. Bunun adı vəsvəsədir. İman kök salmış bir şeydir. Yəni şüur və vicdanla sıx əlaqədə olan, qəlbən gətirilmiş səmimi qənaətə iman deyilər. Sitatlar
Ömür boyu mömin olmuş bir insanın; "Görəsən öləndə imanımı qoruyub saxlaya biləcəyəm?" sualı ilə narahat olması şeytanın vəsvəsədir. Bunu düşünməyə qətiyyən ehtiyac yoxdur. Belə şey olmaz. Yəni əsas məsələ səmimi və şüur altında olan imandır. Yoxsa insanın ağlına çox şey gələ bilər, bunların heç bir əsası yoxdur. Allah buna bütöv formada baxar. Sitatlar
Sən şüura tabesən, şüur sənə tabe olmaz. Şüur səni istiqamətləndirir, sən təkcə bacarmazsan. Laboratoriyada hər hansı bir şey tədqiq ediləndə şüurunda nəticə çıxarırsan. Şüur sənə nəzarət edir, sən şüuru idarə edə bilmirsən. Bundan əlavə şüur görmə, eşitmə, hiss etmə , toxunma, qoxulamadan ibarət ruhdur. Sitatlar
Hz. Mehdi (ə.s) hər kəsin şüuraltında var, bunu qalü-bəladan bilərik. Sitatlar
NAMAZ QILMAQ İNSANIN RUHUNA SEVDİRİLMİŞDİR. Xurafatlarla namaz qılmağı qeyri-mümkün hala gətirirlər. Peyğəmbərimiz (s.ə.v)ın qıldığı kimi fərahlıqla qılmaq lazımdır. Sitatlar
Şeytanın üslubu şöhrətpərəst və axmaqdır. Qüruruna ağır gəldiyi üçün "Mən səcdə etmərəm" deyir. İTAƏT İNSANLARIN ƏN XOŞLAMADIQLARI ŞEYDİR. SƏCDƏ ETMƏK ÇOX ƏZİYYƏTLİ GÖRÜNƏR. Ayaq üstə dayanmağı qəbul edər, rukü yarı yarıya, lakin səcdə çox ağırlarına gedər. Şeytanda səcdə etməmişdir. Sitatlar
İnsanlar tətil yerlərində xəstəliyi olan bir çox insanla eyni hovuza girirlər. Çoxları  çirklərindən hovuzun içində təmizlənir. İNSANLAR HOVUZA GİRƏRKƏN BU DETALLARI DÜŞÜNMÜRLƏR. Sitatlar
İntihara qərar vermiş bir insan, üçüncü bəndədir, artıq özü deyil. Ona ALLAHı XATIRLATMAQ LAZIMDIR. Allah o zaman onu "üçüncü mən"dən çıxara bilər. "ALLAH" ADINA, "MƏHƏMMƏD" ADINA QARŞI İNSANIN ŞÜURALTINDA XƏBƏRDAR EDİCİ BİR SİSTEM VARDIR. İnsan dərhal dirilər, üçüncü məndən çıxar. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur