logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 5 avqust 2015

avatar

Adnan Oktar

Müsəlman müsəlmanı xilas etməklə mükəlləfdir. Terrorist deyib kənara ata bilməzsən. Zorakılıq tətbiq etdiyinə görə kənara ata bilməzsən. Müsəlmandır, amma xətalıdır. Xətasını, yanlış tərəflərini düzəldərsən.
A9 TV; 5 avqust 2015
2332
avatar

Adnan Oktar

Mən heç kəsin ölməsini istəmərəm. Terrorist də olsa ölməsini istəmərəm, amma bütün qaynaqları birdəfəlik yox edilsin. Yolları, körpüləri dağıdılsın, yerlə-yeksan edilsin ki, təslim olmalarını asanlaşdıraq. Məsələn, silah-sursat anbarlarını partlatsaq, o zaman azğınlıq edə bilməzlər.
A9 TV; 5 avqust 2015
avatar

Adnan Oktar

Biz ağlamarıq. Çanaqqala döyüşündə ağlamadıq. Dumlupınar döyüşündə də ağlamadıq, Malazgird döyüşündə də ağlamadıq. Biz niyə ağlayaq ki? Şəhidliyi bu qədər arzulayan bir millət olaraq, onu şərəf bilən millət olaraq nə üçün ağlayaq?
A9 TV; 5 avqust 2015
avatar

Adnan Oktar

Mən müsəlman bir cəmiyyəti kütləvi halda gözdən çıxartmaram. Hansı haramı işləsələr də, istənilən halda müsəlmandırlar. Biz müsəlmanları sevməklə mükəlləfik. Səhv edə bilər, xəta edə bilər, o səhvini düzəldərik. Danışarıq, başa salarıq.
A9 TV; 5 avqust 2015
avatar

Adnan Oktar

Bütün dünyada Moşiyah Mehdi gözlənilir. Onu mason düyününü açacaq insan olaraq gözləyirlər.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

İlluminatidən də üstün güc vardır. Onlar dünyanın necə şəkil almalı olduğunu pərgarla, transportirlə çəkərlər.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

Suriya dağılıb parça-parça olmalıdırsa, buna dərin dünya dövləti qərar verər və bu iş, Amerika dərin dövlətinə həvalə edilər. Orda tender qurular. Tenderi qazanar və icrasına başlayar.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

İllüminati adlandırdıqları dərin dünya dövləti vardır; 200-300 nəfərlik. Müharibə qərarlarını onlar verirlər. Müharibənin dayandırılması, hansı ölkə dağılacaq, hansı ölkə qalib gələcək, bütün bunlar orada qərarlaşdırılır. Yeni bir ölkə yaradılacaqsa, o da yenə orada qərarlaşdırılır.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

Bir yerdə anarxiya, müharibə yaradılacağı vaxt bu qərarı ölkələrin dərin dövləti verirmiş kimi görünür, amma dərin dövlət bir vasitədir. Dərin dövlətə o əmri dərin dünya dövləti verir. Amerika dərin dövləti də ciddi bir güc deyil, zavallı bir gücdür. O da əmr dinləyən bir əsgərdir.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

ABŞ İsa Məsihin yenidən enməsi üçün çox ağır və qanlı günlərin yaşanmalı olduğuna inanır. Buna görə də, dünyanı qan dənizinə döndərir ki, İsa Məsih gələ bilsin və qiyamət yaxın ola bilsin. Bu çox dəhşətli xətadır.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

Səfərbərlik elan edilsə, PKK inanılmaz dərəcədə qorxar. 1 milyon əsgəri vəzifəyə gətir, hazırda 600 mini də var, 1 milyon 600 min əsgərin olar. Bu görünməmiş gözdağı olar.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

PKK-nın aqibətinin fotolarını çəkib yayımlasalar, bu xalq üçün böyük mənəvi şövq olar. PKK-nı da mənəvi cəhətdən darmadağın edər.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

Sən gecə-gündüz darvinist təhsil versən kommunizm qar uçqunu kimi inkişaf edər. Yanğına benzin tökürsən. Darvinizm yanğına benzindir. Sən kommunizmin təməl fəlsəfəsini bütün gəncliyə öyrətsən orta məktəbdə, liseydə, universitetdə; sənin ulu babaların bataqlıqda yaranmış mikrobdur desən; adam da məhz kommunist olar.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Əsgərlərin və polislərin qorxutmaq üçün silah ehtiyatı çox olmalıdır. Uzunmüddətli qarşıdurma olmamalıdır. O silahdan xəbər tutsa, onsuz da ora kimsə gələ bilməz. Köhnəlmiş silahlardan istifadə etsən, adam da gələr.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Allahın tək istədiyi şey budur; Məni sevin deyir. Mənə eşqlə məhəbbət bəsləyin, sizə hər cür neməti verim, siz də xoşbəxt olun, Mənim də xoşum gəlsin deyir.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Nur surəsinin 55-ci ayəsi dünya hakimiyyətindən bəhs edir. Kəhf surəsi tamamilə mehdiyyəti izah edir. Yusif surəsi, Süleyman hekayəsi sanki mehdiyyətin xülasəsidir.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

ABŞ-ın PKK-PYD-yə silah verməsi çox böyük əxlaqsızlıqdır. Bu ağılsızlıqdan əl çəksinlər. Çox ağılsız hərəkət edirlər. Bunlar kommunist, stalinistdir, sən isə anti-kommunistsən. O zaman Vyetnamda, Koreyada niyə vuruşdun? Kambocada, Laosda niyə mübarizə apardın? Kommunizm yaxşı şeydirsə, niyə onlarla mübarizə apardın? Çox məntiqsiz insanlardır.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

"Niyə İslam hakim olmur?" deyə soruşur. Sən insana İslam olaraq cəhənnəmi təqdim edirsən. İslam sevgidir, gözəllikdir, nəşədir, sevincdir, xoşluqdur, səmimiyyətdir, dürüstlükdür, təəs sən nə edirsən? Cəhənnəmi təqdim edirsən. Hər şeyi qadağan edirsən və Allah adından istifadə edərək qadağan edirsən. Quranda vardırmı? Yoxdur. Özündən uydurur.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Dini içindən çıxılmaz hala gətirmək bacarıq deyil. İnsanları dinsiz edən müsəlmanların böyük hissəsinin bu qatı dinçi zehniyyətidir.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

İnsanları dindən soyutmağa çalışırlar. Məsələn; "dində musiqi yoxdur" deyir. Belə olduqda insan da dinə qarşı soyuqluq duyur. Başqa? "Rəsm də yoxdur" deyir. Gülmək? O da haramdır. Qardaşım, sən adamı dəli etmək istəyirsən? Gənc qızlar makyaj edə bilmir, baxımlı ola bilmir. Qoy əylənsinlər, gözəl olsunlar. Din adı altında cəhənnəmi təqdim edirlər.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Dünya nəhəngdir hamıya bəs edər. Bu qədər azmağın, bu qədər sevgisiz olmağın nə mənası var? Niyə nifrətə vaxt ayırırsan? Sevgiyə vaxt ayır, başın rahat olsun. Niyə özünü sıxırsan?
A9 TV; 3 avqust 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Mən müsəlman bir cəmiyyəti kütləvi halda gözdən çıxartmaram. Hansı haramı işləsələr də, istənilən halda müsəlmandırlar. Biz müsəlmanları sevməklə mükəlləfik. Səhv edə bilər, xəta edə bilər, o səhvini düzəldərik. Danışarıq, başa salarıq. Sitatlar
İslamiyyəti qorxunc bir şey kimi göstərdilər, dəhşət sistemi kimi göstərdilər, cəhənnəm kimi göstərdilər. Müsəlmanları da qətliam maşını kimi göstərdilər. İnsanları müsəlmanlıqdan fövqəladə dərəcədə soyutdular. Halbuki müsəlmanlıq gözəllik, estetika, incəsənət, ağıl, fikir, elm, irfan, xeyirxahlıq və səmimiyyətdir. Sitatlar
Firon xarakterli insanlar müsəlmanların müvəffəqiyyətini qəbul edə bilməz. Müsəlman demək, dünyanın ən keyfiyyətli, ən ağıllı, ən yaxşı insanı deməkdir. Müsəlmanlıq elə qoxumuş, çürümüş insan mənasında deyil. Sitatlar
Müsəlmana güllə atmaq olmaz. Bunu edən qatildir, alçaqdır və qarşılığı əbədi olaraq cəhənnəmdir. Sitatlar
Müsəlmana güllə sıxan alçaqdır. Müsəlmanı öldürən alçaqdır və əxlaqsızdır. Belə təklif irəli sürənlər ən alçaq, şəxsiyyətsiz, soysuz insanlardır. Bu bilinsin. Sitatlar
Müsəlmanları öldürməyi düşünən, bunun üçün hazırlıq görən alçaqdır, əxlaqsızdır, xaindir, namussuzdur. Müsəlmanları öldürmək, əbədi cəhənnəmə getməkdir. Sitatlar
“Mənim müsəlmanlıq tərəfim ayrı, sosial həyatım ayrıdır” deyir. Sən, məhz burada səhvə yol verdin. Halbuki həyat tamdır. İslam tamdır. İslam, həyatının hər anını, hər şeyi əhatə edər. Bu cür davam etsən özünü həlak edərsən. Sitatlar
Küfrə müəyyən qədər heyranlıq bəsləyir, bu da onu həlak edir, yandırıb yaxır. Məsələn, onların internetdəki rəftarlarına qibtə edir, orada özünü həlak edir. Yaxud onların haram həyat tərzindən xoşlanır. Qismən də olsa o həyatı yaşamaq istəyir. Sitatlar
Müsəlmanlar küfr əhlinin çirkabına bulaşdıqları zaman böyük iztirab çəkirlər. Üstündə bir qədər küfr əhlinin çirkabı olanda, iztirab və sıxıntı çəkməyə başlayır. Qəribə narahat olur, yerində dayana bilmir. Səbəbini bilmir. Halbuki azacıq küfr əhlinə meyl etdiyindən bunlar olur. Sitatlar
Küfr əhli qəribə formada narahatdır, sıxıntılıdır. İnsanın qəlbini parçalayar. Müsəlmanlıq olduqca rahatdır. Beynin rahat, ruhun rahatdır. Sitatlar
Sən müsəlman olmaqla rahatlıq tapacaqsan. Müsəlmanlıq sənə daxili rahatlıq verər, sənə yoldaşlar, dostlar bəxş edər, zənginlik, bərəkət, bolluq gətirər. Hamı ilə sülh içində yaşaya bilərsən. Küfr olduqca acıdır, iztirabdır, əzabdır. Küfr etdiyin təqdirdə sürünərsən. Sitatlar
İslamda cəmiyyət bayram ab-havasındadır, görünməmiş coşğu var. Hər kəs istənilən adamın evinə gecələməyə gedir, yeməyə gedir, o buna gedir, bu ona gedir. Məsələn, biri ev tikəcək, hamı birdən gəlir, evi birlikdə tikirlər. Orada yemək hazırlanır, hamısı birlikdə yeyir yeməkləri. Tam qardaşcasına yaşayırlar. Sitatlar
Zorla niyə çətinlik istəyirsən? İslamda musiqi var, şəkil də var. Əylənərsən, gülərsən, oynayarsan, namazını da qılarsan, gəzərsən, üzərsən. Həyatı öldürərək müsəlmanlıq olarmı? Bütün halalları haram edirsən. Allah sənə onları nemət kimi vermişdir, sən Allahın o nemətlərini yox edərək, Allahın dininə qarşı mübarizə aparmış olursan. Sitatlar
Biz bütün dünya üçün İslamın işıqlı üzüyük. Müsəlmanlığı qorxunc, içinə qapalı, sevgisiz, qadınlara məsafə qoyan, həyatı dəhşətə çevirmiş bir sistem kimi tanıyanlar bizim yaşadığımız İslamı gördükcə səhabə İslamına olan heyranlıqları artır və İslamın bir qurtuluş olduğunu da görürlər. Əks halda əzab çəkirdilər. Sitatlar
Xristianlar; "Allah Özünə övlad götürdü!" deyirsə, Quran bunu düzəldir. Xristianlar Quranın düzəltdiklərini etsələr onda olar, doğru yolda olarlar. Allah: "Namazlarını qılsınlar, zəkatlarını versinlər, şirk qoşmasınlar, bəs edər" deyir. Belə olduqda xristian da müsəlman olar. Sitatlar
İslamdan, Qurandan, müsəlmanlardan uzaq olduğun hər vaxt, hər saniyə əleyhinə günah yazılır. O hər saniyənin hesabını verəcəksən. İslamdan uzaq, Qurandan uzaq, müsəlmanlardan uzaq yaşamaq haramdır. Sən bunu əhəmiyyətsiz bir şey hesab edirsən, lakin bu hər saniyəyə axirətdə izah edəcəksən. Sitatlar
Küfr əhlindən ayrılmaq, küfr əhlinin mədəniyyətindən uzaqlaşmaq insanın beynini təmiz   və pak edər. Bir çox insan küfr əhlindən tamamilə ayrıla bilməz. Belələri yarı müsəlman   olub, yarı küfr içində olar. Küfr əhlinin mədəniyyətini yaşayar. Sitatlar
Müsəlmanın Tövrat və ya İncildən tamamilə xəbərsiz olması çox qəribə olar. Allah Quranda Tövratdan və İncildən bəhs edir. Sanki bir əfsanədən bəhs edilirmiş kimi, davransan olmaz. O, mövcud olan bir Kitabdır. Təhrif olmuş hissələrinə əməl etməməlisən. Sitatlar
İsrailə qarşı nifrət dolu olacaqsan, müasir heç nə olmayacaq, evin leş kimi olacaq, əşya olmayacaq, sevgisiz olacaqsan, ruslardan, yunanlılardan, iranlılardan, şiələrdən, ələvilərdən, vəhhabilərdən nifrət edəcəksən, hər kəsə söz atacaqsan. Bunları etdikdə şeytanın əlinə düşmüş olursan, nə qədər pis mövqeyə düşdüyünü görmürsənmi? Bunlar çox yanlış hərəkətlərdir. Müsəlmanın tək bildiyi şey sevgidir, sevgi dolu olmalısan. Sitatlar
Bir insanın İslama görə yaşaması, onun, tamamilə vicdanına uyğun yaşamağa başlaması deməkdir. Küfr əhlinin məntiqini tamamilə tərk etməsi deməkdir. Sitatlar
Sən daha əvvəl məntiqinlə hərəkət edirdin, müsəlman olduqdan sonra artıq vicdanınla hərəkət etməlisən. Allah hər an vicdanına vəhy edəcək və sən də vicdanına tabe olmalısan. Məntiq bitməli və küfr əhlinin heç nəyinə heyran olmamalısan. Sitatlar
Münafiqlər: "Müsəlmanlar bir gün dağıla bilər, əzilə bilər, lakin küfr əhli dağılmaz, devrilməz quruluşdur" deyə düşünürlər. Tarix boyu həmişə küfr əhlini güclü hesab etmiş və həmişə də məğlub olmuşdurlar. Sitatlar
Münafiq ilk fürsətdə köhnə inancına, köhnə həyatına geri qayıtmaq istəyər, ağlı həmişə küfr əhlinin yanında olar. O düşüncə beynindən heç çıxmaz. Müsəlman olduqdan sonra, məsələn, əvvəlki hiyləgərliyi, əvvəlki əxlaqsızlığı, əvvəlki macərapərəstliyi, əvvəlki şərəfsizliyi, əvvəlki namussuzluğu nədirsə ona qayıtmaq istəyər. O küfr həyatını unuda bilmir, dönüb dolanıb yenə eyni nöqtəyə gəlir. Sitatlar
Münafiq müsəlmanlardan ayrılıb küfr əhlinin yanına getmək üçün, həmişə mövzu axtarar, fürsət axtarar. Fürsət verilməməlidir. Lakin həqiqətən münafiqdirsə onsuz da bu xüsusiyyəti özünü büruzə verər. Sən nə etsən də, özünü büruzə verər. Sən səbir etməyib, birbaşa göndərməyə çalışsan bu günah olar. Bu cür olmaz. Səbir etməlisən, çünki bəlkə şəfa tapa bilirlər. Münafiq müalicə edilməlidir. Sitatlar
Ədabazlıq, mərifətsizlik, ərköyünlük müsəlmana yaraşmaz. Ağıllı, yaxşı bir insan və   həlim olmaq, dürüst, çevik, düzgün, təqlidçilikdən uzaq bir ağıla sahib olmaq yaraşar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur