logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 30 aprel 2017

avatar

Adnan Oktar

Müsəlman zaman mühəndisi olmalıdır. Vaxtı çox yaxşı işlətməlidir. Allahdan dərhal hal-hazırda dünyanın sülh mühitinə dönməsini istəməliyik.
A9 TV; 30 aprel 2017
687
avatar

Adnan Oktar

Müsəlmana hücum baş verdikdə daha da güclənər, ömrü artar, gümrahlaşar. Hz. Musa da münafiqlərin hücumu ilə daha da güclənmiş və uzun yaşamışdır.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Hədislərə görə hz. Mehdi (ə.s) kömür kimi olmuş qəlbləri sevgi ilə almaza döndərəcək.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Allah möminləri birbaşa küfr əhli ilə müsahib etməz, küfr əhli eyni məkanda da olsa möminlərdən ayrı bir aləmdə sanki öz cəhənnəmində yaşayar. Münafiqlər də möminlərin arasında yaşayarlar, lakin mütləq küfr aləminə keçərlər, lakin iman gətirənlərə zərər verə bilməzlər.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

İman gətirənlərin həyatında dərinlik, mədəniyyət, nəzakət, yüksək vicdan, bərəkət, bolluq, təmizlik, bir sözlə, hər cür nemət üstünlüyü var.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Küfr əhlinin həyatında həmişə çətinlik, bəla, əzab, ürək sıxıntısı, ağıl nöqsanlığı, mühakimə pozuqluğu, kir, çürümüşlük və qeyri-sabitlik hakimdir.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Möminlər, Allahın himayəsi altındadırlar çünki üzərlərinə Allahın ruhu enər, onlar başqa aləmdədir, inkarçılar da ayrı aləmdədirlər. Möminlərə Allah xüsusi bərəkət verər, sağlamlıq, gözəllik verər, işləri rahat gedər, zənginlik verilər, yolları açılar. Allah iman gətirənlərin həyatlarını xüsusi davam etdirər, hər cür gözəlliklə doldurar.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Bitkilərdə möhtəşəm ağıl var, bütün xüsusiyyətlərini özlərindən sonrakı nəsillərinə də ötürürlər, bu böyük elm tələb edir.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Bütün dünyanın elm adamları bir yerə toplanıb bir bitkinin etdiyini reallaşdıra bilmirlər. Canlılar Allahın möhtəşəm yaratmasının dəlilidir. Portağalın, albalının, almanın təsadüfən əmələ gəldiyini iddia edənlər, bunun hesabını axirətdə verə bilməyəcəklər.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

“Müqəddəs sandıq” yaxın zamanda tapılacaq və Quranda bəhs edilən hz. Musanın əsası, lövhələr, hz. Süleymanın üzüyü kimi əmanətlər görüləcək.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Müsəlmanların başsız qalması böyük təhlükədir, müsəlmanların hal-hazırda bir lideri olsa belə qırğınlar yaşanmazdı.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Hz. Musa (ə.s) çox heybətli idi, çox qüvvətli idi. Buna görə də münafiqlər ondan çəkinirlər, yanında əxlaqsızlıq edə bilmirdilər. Hz. Musa (ə.s) çox yaman idi, güclü lider idi.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Quranda möhtəşəm izahat var, heç bir ədəbi əsərdə belə üslub yoxdur, bənzərinin edilməsi qeyri-mümkündür.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) çox güclü idi, möhtəşəm yaraşıqlı idi, burnu çox gözəl idi, formalı ağzı və gözəl dişləri var idi. Peyğəmbərimiz (s.ə.v) çox təmiz idi, dişləri tər-təmiz idi.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Məktəblərdə uşaqlara fosillər göstərilsə, sərgilər keçirilsə uşaqlar darvinizmin əsassızlığını anlamış olarlar. Darvinistlər paleontoloji tapıntıların göstərilməsini istəmirlər, darvinizmi əsassız edəcəyi üçün fosilləri anbarlarda gizlədirlər.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Mövhumatçılıq dəccalın bir qoludur, digər qolu isə darvinist-materialist sistemdir. Biz izahatlarımızla bu iki bəlanın qarşısına sədd çəkdik. Bizim izahatlarımızdan sonra darvinistlərin təsadüf inancı zəiflədi.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Şeytan darvinizm yolu ilə bəşəriyyətə sanki lağ edir. Darvinizm şeytanın dini kimidir, insanları sanki əsir etmişdir.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Paleontologiya elmdir, darvinizm isə bütpərəst cəfəngiyatdır. Fizika, kimya, geologiya elmdir, darvinizm isə xurafatdır, bütpərəst dindir.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Terror qınamaqla bitməz, terrora həll yolu insanı öz aləmində heyvan kimi görən darvinizmi elmlə, irfanla yox etməklə olar.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Təsadüf elm deyil. Böcəklər, meyvələr, insan, mitoxondri, hüceyrə qılafı təsadüfən əmələ gəldi demək, insan ağlı ilə lağ etməkdir, ən pis xurafatdır. Məlumatsızlıq darvinizmin silahıdır. Darvinizm biliyə dözə bilməz, məğlub olar.
A9 TV; 29 aprel 2017
avatar

Adnan Oktar

Bəziləri darvinizmin Allahı inkar edən fəlsəfə olduğunu görə bilmirlər. Elmlə, irfanla, bütün izahatlarımızla darvinizmi yerlə-yeksan edirik, bəzilərinin bundan xəbəri yoxdur, həyata qapalıdırlar, həqiqətləri görmürlər. Darvinizmi təhlükə kimi görməyənlərin üslubları da ortaqdır, ibtidai və yanlış məntiqlə mövzuya yaxınlaşıb, bəla olduğunu anlamırlar.
A9 TV; 29 aprel 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Döyüşmək üçün ağlasığmaz zəhmət çəkirlər. Halbuki bir yerə toplanıb; “nə üçün döyüşürük, gəlin birlikdə qardaşcasına yaşayaq” demək çox asandır. Ən təbii şey sülhdür. Sülh bəzi insanlara lüks kimi gəlir. Döyüş olmasın, insan öldürməyin deyirik, bəziləri buna təəccüblənirlər. Sitatlar
Aparıcı ölkələrin liderləri bir yerə toplansa; “gəlin müharibə üçün pul xərcləmək əvəzinə, yaxşılıq, gözəllik üçün xərcləyək” desələr dərhal qəbul edilər. Təyyarələr, döyüş gəmiləri, bombalar, raketlər emal edilir. Müharibə üçün fövqəladə zəhmət çəkirlər. Bu böyük dəlilikdir. Dostcasına yaşamaq, sülhü təmin etmək çox asandır. Sitatlar
Niyə Suriyada uşaq ölsün? Niyə insanlar bir-birini qırsın? Dünyanın hər yeri bomboşdur, genişdir birlikdə rahat yaşayaq. Hər yerdə parklar, bağlar, xəstəxanalar, məktəblər, gözəlliklər inşa edək. Bunu söylədikdə; “olar mı ki?” deyirlər. Sülh çox asandır, olar. Sitatlar
Kommunist yoldaşların sülh və sosial ədalət idealları gözəldir, lakin bu ədalət könüllü qardaşlıq əlaqəsi içində olar, məcbur etməklə olmaz. Sitatlar
Müsəlmana hücum baş verdikdə daha da güclənər, ömrü artar, gümrahlaşar. Hz. Musa da münafiqlərin hücumu ilə daha da güclənmiş və uzun yaşamışdır. Sitatlar
Müsəlman xəstəlikləri Allaha yaxınlaşmağa, dünyadan imtina etməyə, əbədi həyatını qazanmağa vəsilə kimi görər. Sitatlar
Cənnətdə qədəhlər, ən gözəl süfrələr, ən gözəl musiqi, ən nəfis incəsənət var. Bu gözəlliklərin hamısı dünyada da müsəlmanlar üçün nemətdir. Rəsm əsərini, heykəli, musiqini, elmi, zənginliyi, ehtişamı, sevinci müsəlmanlar sahiblənməlidir. Bu nemətləri tərk etmələrinə dini cəhətdən heç bir ehtiyac yoxdur. Sitatlar
Mömin hər zaman hər şeyin ən gözəlini, ən yaxşısını, ən çoxunu Allahdan istəyər. Sitatlar
İslam əxlaqının dünyaya hakim olması demək, sülhün, sevginin, demokratiyanın, azadlığın, keyfiyyətin hakim olması deməkdir. Bunu hər kəs istəyər. Sitatlar
Müsəlman hər gün bir gözəllik yaranması üçün zəhmət çəkər. Hər gün dünyanın yaxşılaşması üçün səy göstərər. Tərəvəz satana gedən müsəlman; "nə gözəl, Allah növbənöv nemətlər yaradıb" desə İslama böyük xidmət etmiş olar. Yoldan bir zibil götürmək, bir insana gözəl söz söyləmək, xəstəliyi ilə maraqlanmaq müsəlmanın olduğu hər yerdə İslamın lehinə hərəkətdir. Sitatlar
Mehdiyyətin sevgi ruhu hakim olmadan Suriyaya, Yaxın Şərqə və dünyaya sülhün gəlməsi qeyri-mümkündür. Sitatlar
Şiə, sünni, vəhhabi, hamısı müsəlmandır. Hamısı eyni Allaha iman gətirir, eyni Kitaba tabe olur, eyni Peyğəmbərə aşiqdir. Şeytan nifrətin, döyüşün olmasını istəyir. Sitatlar
Müsəlmanlar peyğəmbərlərə bənzəməklə mükəlləfdir. Möminin yaşadığı hadisənin peyğəmbərlərinkinə bənzəməsi peyğəmbərlik iddiası deyil. Sitatlar
Allah insanlardan səmimiyyət istəyir. Duada da səmimiyyət əhəmiyyətlidir. Allah səmimi duanı qəbul edər. Sitatlar
Möminin zamanı çox yaxşı qiymətləndirməsi, zaman mühəndisi kimi davranması lazımdır. Yaxşı plan qurmaq lazımdır. Plan qurulmadıqda zaman insanı udar. Sitatlar
Heç bir müsəlman; “Mən nə edə bilərəm ki?” deməməlidir. Toplu duada böyük sirlər var. Allahdan İslam aləminin birliyini istəyək. Sitatlar
Nisa surəsinin 75-ci ayəsində müsəlmanların çox çətin dövrlərdən keçəcəyi, bu dövrlər gəldikdə Mehdini istəməyin zəruri olduğu izah edilir. Sitatlar
Dua ilə şəfa eyni anda yaradılar. Dua Allahı daha çox sevməyimiz üçündür. Sitatlar
Yuxular təhsil vəsiləsidir, həyat aləmidir. Möminlərin yuxuda da öyrədilmək üçün dua etmələri lazımdır. Yuxulardan məsul deyilik, lakin yuxularda öyrədilə bilərik. Sitatlar
Zaman da, məkan da nisbidir. Allah sonsuz uzun zamanı sonsuz qısa zaman içində yaratmışdır, bunun adı taledir. Sitatlar
Allahın imtahanı hər zaman ədalətlidir. Biz Allahın sirlərini tam başa düşə bilmərik. Zamanın nə olduğunu bilmirik, harada olduğumuzu tam olaraq bilmirik. Zaman və məkanın mütləq olduğu zənn edilirdi, hər ikisinin də hiss olduğu, beynin şərhi olduğu aydın oldu. Sitatlar
Müasir fizika ilə birlikdə zamanın nisbi olduğu göstərildiyi üçün talenin mövcudluğu elmi olaraq da təsdiq edildi. Sitatlar
Sonsuz qısa zamanın an içində yaşanıb bitmiş olması böyük möcüzədir. Zaman və məkan olmayan aləm içində yaşayırıq, lakin çox insan düşünmür. Zamanın və məkanın olmaması insanın acizliyini göstərən böyük dəlillərdəndir. Sitatlar
Zamandan yaxşı istifadə etmək əhəmiyyətlidir. Müsəlmanın zaman mühəndisi olması lazımdır. Maddənin mühəndisliyi var, lakin zamanın mühəndisliyi yoxdur, belə olmaz. Məktəblərdə zaman mühəndisliyi təhsili də verilməlidir. Sitatlar
Elm adamları hörümçəyin düzəltdiyi ipi düzəldə bilmir. Fosillər arasında 380 milyon illik hörümçək fosili var. Hörümçək 380 milyon ildir ki, bu elmə sahibdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur