logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 30 iyul 2015

avatar

Adnan Oktar

Müsəlmanlar zavallıdırlar. Bir-birləriylə boğuşmaları çox ağılsız hərəkətdir. Onsuz da hamı sizi əzib keçmişdir. Onsuz da sürünmüsünüz. Onsuz da pərişan olmusunuz. Bir-birinizi əzib keçməyə nə gərək var? Bunlar necə də ağılsız hərəkətlərdir. Hara baxsaq zavallıları görürük. İraqa, Əfqanistana baxıb zavallıları görürük, Yəmənə baxıb zavallıları görürük. Nə gərək var? Birləşin qardaş olun. Gözəl, təvazökar, zəngin, sağlam, xoş yaşayın.
A9 TV; 30 iyul 2015
1819
avatar

Adnan Oktar

Sünni, Şiə, Vəhhabi - bunların hamısı bir-birinə bərabərdirlər, eynidirlər. Hamısı qardaşdırlar. Mübarizəyə girişmək düşüncəsizlikdir. İslam Birliyi üçün səy göstərin. Bütün müsəlmanları birləşdirməyə çalışın, bunun təbliğatını aparın, izah edin.
A9 TV; 30 iyul 2015
avatar

Adnan Oktar

İslam Birliyi, Allaha sevgi deməkdir. Allaha sevginin adıdır. İslam Birliyi istənmədiyi müddətcə bəla yağmağa davam edər və heç kəs bu bəlanı dayandıra bilməz. Ta ki Mehdi (ə.s)-ın zühuruna qədər.
A9 TV; 30 iyul 2015
avatar

Adnan Oktar

Hal-hazırda hər hansı bir terrorist inanılmaz üstünlüyə malikdir. Çünki qanuna məhəl qoymur. Sən isə qanuna məhəl qoyursan. Qanuna tamamilə tabe olmaq məcburiyyətindəsən. Qanun hər cəhətdən vətəndaşın lehinə çevrilsin.
A9 TV; 30 iyul 2015
avatar

Adnan Oktar

PKK ilə mübarizə məsələsində; "düşmənimin düşməni dostumdur" siyasəti yürüdülməlidir. Yəni hər nə bahasına olsa da, dövlət bu siyasəti yürütməlidir.
A9 TV; 30 iyul 2015
avatar

Adnan Oktar

Allah bizi robot olaraq da yarada bilərdi; amma onu tam mənasıyla bəyənmir. Sərbəst şəkildə düşünə bildiyi üçün insanı daha çox bəyənir. Çünki zalımlıq da edə bilir, yaxşılıq da. Amma mələk zalımlıq edə bilmir; yəni belə bir gücü yoxdur.
A9 TV; 29 iyul 2015
avatar

Adnan Oktar

Allah ən böyük sevgini şəhidlik kimi qəbul edir. Allahın ən bəyəndiyi şey budur. Lakin, əlbəttə ki, ən məqbul şəhidlik forması Allah yolunda cihad edərkən, yəni feli cihad edərkən şəhid olmaqdır. Çünki açıq-aydın şəkildə döyüşə gedir, öldürülə biləcəyini bilir, orada şəhid olur. Allah yolunda qorxmadan cihada çıxmaq; ən məqbul olan budur.
A9 TV; 29 iyul 2015
avatar

Adnan Oktar

Həll prosesi Türk millətinin başını qatmaqdır. Diqqətini yayındırmaq, şövqünü və gücünü yox etmək, müdafiə refleksini aradan qaldırmaq üçün aparılan psixoloji bir hərəkatdır.
A9 TV; 28 iyul 2015
avatar

Adnan Oktar

İslama, Qurana inanırsansa; küfr əhli mütləq məğlub olar. Küfr əhlinin mütləq məğlub olacağını Allah Quranda bildirir. Lenin məğlub oldu, Marks məğlub oldu, Darvin məğlub oldu, hamısı məğlub oldu. PKK da məğlub olacaq.
A9 TV; 28 iyul 2015
avatar

Adnan Oktar

Əvvəla əxlaq xüsusiyyəti olaraq, qız uşaqlarına hər yerdə sahib çıxılmalıdır, hər yerdə insanlar onları sevməlidir. Qəribə bir vəhşilik yaşanmağa davam edir. Onların xoşbəxt olması, dünyanın xoşbəxt olması deməkdir. Onların sevilməsi, dünyanın sevilməsi deməkdir. Onlar xoşbəxt olmadıqca, dünya da xoşbəxt olmur.
A9 TV; 27 iyul 2015
avatar

Adnan Oktar

PKK-nın qəhr və pərişan edilməsi hamıya fərzdir. Hamısı qanun və hüquqla qulaqlarından tutulub həbsə atılacaq.
A9 TV; 24 iyul 2015
avatar

Adnan Oktar

"Fikrini bəyənmirəm, bombalayacağam" deyir, belə şey olmaz. Danışarsan, qəbul etmirsə etməsin. Qəbul etsə də, nə gözəl, nə xoş olar. Dində məcburiyyət yoxdur. İnsanları bombayla, silahla yola gətirmək üsulu yoxdur.
A9 TV; 21 iyul 2015
avatar

Adnan Oktar

Türkiyənin bölünməsinə icazə vermək nə deməkdir? Bütün İslam aləmini yox etmək, türklük aləmini yox etmək deməkdir. Belə şey olsa, dəli olarıq, havalanarıq. Buna heç vaxt icazə vermərik. Qanun və hüquqla lazım gələni edərik.
A9 TV; 19 iyul 2015
avatar

Adnan Oktar

Musiqi də olmalıdır, əylənməlisən də, gülməlisən də. Əks təqdirdə fitrətin pozular, tarazlığın pozular. Allah qorusun xəstə olarsan, fitrətini pozma. Şən ol, sevincli ol, əylən, gül, oyna. Allah səni elə yaratmışdır. İçinə qapanırsan, xəstə olarsan, sağlığın gedər, düşünmə gücün itər. İslamı da yaşaya bilməzsən.
A9 TV; 18 iyul 2015
avatar

Adnan Oktar

Mehdiyyəti dayandırmaq, İslam Birliyini dayandırmaq üçün bütün hocaları ayağa qaldırdılar. Hamısı xorla; "Mehdi (ə.s) gəlməyəcək, İsa (ə.s) gəlməyəcək, İslam Birliyi olmayacaq" deməklə eyni şeyi söyləyirlər. Guya müsəlmanların şövqlərini yox edəcəklər. Sizin "gəlməyəcək" deməyiniz, onsuz da Mehdi (ə.s)-ın çıxış əlamətidir.
A9 TV; 18 iyul 2015
avatar

Adnan Oktar

Mömin Allahın sözünə güvənər. Allah; "Mən sözümdən dönmərəm. Əgər siz səmimi olsanız, mömin olsanız sizi cənnətimə qoyacağam" deyir. Mömin "Bəlkə də" deyə bilməz.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

Cənnət tərtəmizdir. Cənnətdə rəsm var, cənnətdə musiqi var, gözəllik var. Qadınlar çox baxımlıdır. Bu dünyanı da cənnətə çevir, niyə cəhənnəmə çevirməlisən ki? Allah imanla, ağılla, səylə bu dünyanı da cənnətə çevirməyimizi istəyir.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

Təmizlən. Mömin tahirdir. Tahir nə deməkdir? Təmizlənmiş deməkdir. Allah bu acizliyi verəcək, sən də bundan xilas olub cənnət gözəlliyinə qovuşacaqsan. Mömin nur kimidir, tərtəmizdir.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

İslamiyyəti qorxunc bir şey kimi göstərdilər, dəhşət sistemi kimi göstərdilər, cəhənnəm kimi göstərdilər. Müsəlmanları da qətliam maşını kimi göstərdilər. İnsanları müsəlmanlıqdan fövqəladə dərəcədə soyutdular. Halbuki müsəlmanlıq gözəllik, estetika, incəsənət, ağıl, fikir, elm, irfan, xeyirxahlıq və səmimiyyətdir.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

Firon xarakterli insanlar müsəlmanların müvəffəqiyyətini qəbul edə bilməz. Müsəlman demək, dünyanın ən keyfiyyətli, ən ağıllı, ən yaxşı insanı deməkdir. Müsəlmanlıq elə qoxumuş, çürümüş insan mənasında deyil.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

Qatı dinçilərin darvinizmi (bu dünyanın gəlib-keçmiş ən böyük dəccal hərəkatıdır) məğlub etmə qabiliyyətləri sıfırdır. Bizdən başqa dəccaliyyəti elmlə, irfanla tapdalayan güc yoxdur. Dünya səviyyəsində belə təbliğ edən yoxdur. Var, amma bizim yanımızda zəif qalar.
A9 TV; 16 iyul 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Sünni, Şiə, Vəhhabi - bunların hamısı bir-birinə bərabərdirlər, eynidirlər. Hamısı qardaşdırlar. Mübarizəyə girişmək düşüncəsizlikdir. İslam Birliyi üçün səy göstərin. Bütün müsəlmanları birləşdirməyə çalışın, bunun təbliğatını aparın, izah edin. Sitatlar
İslam Birliyi, Allaha sevgi deməkdir. Allaha sevginin adıdır. İslam Birliyi istənmədiyi müddətcə bəla yağmağa davam edər və heç kəs bu bəlanı dayandıra bilməz. Ta ki Mehdi (ə.s)-ın zühuruna qədər. Sitatlar
Mehdiyyəti dayandırmaq, İslam Birliyini dayandırmaq üçün bütün hocaları ayağa qaldırdılar. Hamısı xorla; "Mehdi (ə.s) gəlməyəcək, İsa (ə.s) gəlməyəcək, İslam Birliyi olmayacaq" deməklə eyni şeyi söyləyirlər. Guya müsəlmanların şövqlərini yox edəcəklər. Sizin "gəlməyəcək" deməyiniz, onsuz da Mehdi (ə.s)-ın çıxış əlamətidir. Sitatlar
Türk İslam Birliyinin, İslam Birliyinin qapısını bağlamaq məqsədi daşıyan hərəkat aparılsa dəliyə dönərik. Yəni qiyamət qopar, bütün dünyada qiyamət qopar. Bu bizim normal haqqımızdır; öz ölkəmizdə müstəqil, rahat yaşamaq istəyirik. Sitatlar
Bölünmə riskinin nə olduğunu bilirsən? İnsanların tək-tək ölməsi deməkdir, ailələrin yox olması deməkdir, İslamın yox olması deməkdir, İslam Birliyinin mümkün olmayan hala gəlməsi deməkdir. Buna heç vaxt icazə vermərik. Sitatlar
Türkiyəni İslam Birliyinin, Türk-İslam Birliyinin başçısı edəcəyik. Bölünmə deyil bütövləşmə, parçalanma deyil, birləşmə yaradacağıq. Sitatlar
İslam Birliyi ilk dəfə Türkiyədə müvəffəqiyyətlə tətbiq olunmuşdur. Kürdlər, lazlar, çərkəzlər, hər kəs İslam Birliyinin o gözəl ruhu içində qardaş olmuşdurlar. İrqçilik olsaydı, Orta Anadolu regionunda bir türk dövləti, Cənub-Şərqi Anadolu regionunda kürd dövləti, Qara dəniz regionunda Laz dövləti və Egey regionunda ayrı bir dövlət olacaqdı, parça-parça olacaqdıq və bunlar da öz aralarında yenə parça-parça olardılar. Məhz İslam Birliyi əxlaqı tətbiq olunduğu üçün birlik və həmrəylik içindəyik. Sitatlar
Mövcud olub-olmamaq mübarizəsi var. Ya Türkiyə tamamilə yox olacaq, ya da ali olub, bütün İslam və türklük aləminə hakim olub, gözəl bir yerdə, özünə o müqəddəs liderliyi Allahın bəxş etməsini gözləyəcək. Sitatlar
Türkiyə İslam Birliyinin qalası olduğu üçün, Türkiyənin bölünməsinə icazə verəcək hər şeyə çox kəskin reaksiya verilməlidir. Millətin bütövlüyünü təmin etmək çox əhəmiyyətlidir. Sitatlar
İmam Hüseynin intiqamı qan ilə alınmaz. İslam Birliyinin yaradılması ilə, İslam əxlaqının dünyaya hakim olması ilə alınar. Sitatlar
Allahın vədi üçün olan vaxt artıq bitdi. Yəni qiyamətə təxminən yüz illik bir vaxt qalır.    Hakimiyyət yalnız bu əsrdə təmin edilə bilər. Onun üçün artıq masonluq da, tampliyerlər   də, sanhedrin də, dərin dünya dövləti də qərar verməlidir. Çünki başqa cür olduqda,   dünya tamamilə yox olacaq. Artıq İslam Birliyini hakim etməyin vaxtı gəlib çatdı. Sitatlar
Bütün bu hadisələr hədislərdə təsvir edildiyi kimi baş verir. Hz. Mehdi (ə.s)-ı da görəcəyik, hz. İsa Məsihi də görəcəyik, İslam Birliyini də görəcəyik, hamımız vəzifəmizi bitirdikdən sonra gedəcəyik. Burada heç kəs qalmayacaq. Sonda qalanlar da arxamızca gələcək, dünya boşalacaq, sonra da qiyamət qopacaq. Sitatlar
Prezident idarəetmə sistemini yaratsalar, bu federasiyanın yaranmasına səbəb olar. Türkiyə parçalansa, artıq Türkiyənin mənası qalmaz. İttihad-ı İslama nəhəng zərbə endirilmiş olar. Biz İslam aləminin, Türk aləminin son ümidiyik. Sitatlar
Bölgə, Türk İslam Birliyi düşüncəsini qəbul edər. Lakin Amerikanın bu hegemon məntiqini qəbul etməzlər. Bir də Osmanlı deyə heç nə olmaz. Səlcuqlular deyə heç nə olmaz. Bir daha Oğuz xanın dövrünə qayıdılmaq olmaz. Bir daha Sultan Alp Arslanın dövrünə qayıdılmaq olmaz. Nəyə qayıtmaq olar? Gələcəyə qayıtmaq olar. Gələcək nədir? Mehdiyyətdir. Sitatlar
İslam Birliyinə qarşı müqavimət göstərmək haramdır, müsəlmanların başına lider seçməsi fərzdir. Hər gecikmə haramın qatlanaraq artmasına səbəb olur, müsəlmanlar, öldürülən hər insandan, hər məzlumdan məsul olurlar. Çünki inadla İslam Birliyini istəmirlər, inadla mehdiyyətdən uzaq dayanmağa çalışırlar. Uzaq dayanmağa çalışdıqca da, cinayətlər, ölümlər qatbaqat artır. Sitatlar
İslam Birliyi planla, layihə ilə olacaq şey deyil. Suriyanın mövqeyi, İraqın mövqeyi inkişaf etdiyi bir vaxtda, göydə də, Allah, hədisdə çıxacağı bildirilən quyruqlu ulduzlarla işarəsini verir. Bunlar insanların edə biləcəyi şeylər deyil. Biz ikibaşlı quyruqlu ulduzu göyə qoya bilmərik. Hadisələr tamamilə tale çərçivəsində baş verir. Sitatlar
Yüz minlərlə müsəlman şəhid edilir. İslam Birliyi olsa bitəcək bu. İslam Birliyinin olmaması cinayətlərə səbəb olur. Müsəlman, İslam Birliyini müdafiə etmədikdə bilmədən bu ölümlərə şərik olmuş olur. Sitatlar
Ən mühüm məsələ İslam Birliyidir. İslam Birliyi olsa terror o andaca dayanacaq. Müsəlmanlara tətbiq olunan şiddət dərhal həmin anda dayanacaq. Sitatlar
Siyasət mürəkkəbdir. İslam Birliyi ilə maraqlanan insan siyasətdən baş aça bilməz.   Amma siyasətə ağıllı surətdə uzaqdan istiqamət verilə bilər. Sitatlar
Quran İslam Birliyini istəyir. Quran bir imam təyin edilməsini; müsəlmanların başına bir   lider təyin edilməsini istəyir, bu şəkildə mehdiyyətə işarə edir. Sitatlar
Allahın arzusu; Mehdi (ə.s)-ın ortaya çıxması, İsa Məsihin zühuru, İslam Birliyinin   meydana gəlməsi və qısamüddətli bir hökmranlığın özünü göstərməsidir. Bunları   görəcəyik inşaAllah. Sitatlar
Darvinizm, materializm öyrədildiyi halda, Türkiyədə İslam Birliyi ola bilməz. Əvvəlcə   darvinizm və materializm aradan götürülməlidir. Milli təhsildə; "Allah yoxdur" deyirsən,   bu Allahın xoşuna gəlməz. Bu qəzəb qazandıracaq çox dəhşətli bir sözdür. Sitatlar
İslam Birliyi qurmaq üçün təhsil lazımdır. İslam Birliyini siyasətlə qurmaq olmaz. Misirdə   bunu etməyə çalışdılar, Misir məhv oldu. Siyasətlə belə olar. Liviyada siyasətlə İslam   Birliyini qurmağa çalışdılar, o da məhv oldu. Suriyada etməyə çalışdılar, Suriya da məhv   oldu. Siyasətlə olmaz. Quran həqiqətləri, iman həqiqətləriylə olar. İslam Birliyi elmlə,   irfanla qurular. Sitatlar
Gənclərə milli şüur dərsi verilərək, onlara, kommunizm, darvinizm və faşizm təhlükəsinin nə olduğu, terrorun ideologiyasının nə olduğu, zorakılığın, sevginin və mərhəmətin nə olduğu öyrədilməlidir. Milli hədəflərimizdən, məsələn, Türk-İslam Birliyindən bəhs edilməlidir. Sitatlar
Türkiyə hər hansı ölkə deyil. Türkiyənin bölündüyü təqdirdə, İslam Birliyi bitər. Türk aləminin də birləşməsi bitər. Buna səbəb olacaq heç nəyi qəbul etmərik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur