logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 12 dekabr 2017

avatar

Adnan Oktar

Müsəlmanların birlik olması yaxşı insanların birlik olması mənasındadır. Döyüşlərin, gərginliyin bitməsi, gözəlliyin, keyfiyyətin, düzgünlüyün hakim olmasıdır. Gecə küçəyə çıxmaqdan narahat olmayacaqsan, qapını döyəcəksən xoş gəldin deyəcəklər söhbət yaradılacaq. Hal-hazırda dünyada belə güvən yoxdur. Cənnət güvən və sevgi üzərində qurulmuşdur. Dünyada da bu sevginin, dostluğun, hüzurun təcəlli etdiyi gözəllik olmasını istəyirik. İslam Birliyi olduğu zaman sevgi dünyaya hakim olacaq. Hər gün dava, hər gün cinayət, hər gün həyat bahalılığı, hər gün ağrı, əzab, rəzalət xəbərləri dərc olunur. Artıq nə incəsənət, nə də gözəllik xəbəri olur. Çünki dəccaliyyət dünyaya uzun müddətdir hakimdir. Mehdiyyətin əks elmi həmləsi yeni başlayıb və ildırım sürəti ilə dünyaya hakim olacaq inşaAllah.
A9 TV; 12 dekabr 2017
1473
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıllı qadın ehtirasa mütləq möhtəşəm sevgi ilə qarşılıq verər. Sən Allahın təcəllisi olaraq sevdiyin zaman mütləq o təcəlli də səni sevər. Bu, Allahın qanunudur. Dəyişməz. İşıq vardırsa, mütləq kölgə var. Allahın təcəllisi olaraq sevgi vardırsa, mütləq qarşı sevgi də var. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Allah dünyaya dair gözəlliklərə qarşı insanların qəlbinə sevgi qoyduğunu, lakin bunun imtahanın bir hissəsi olduğunu bildirir. Allah dünyanın həqiqətindən çox təfsilatlı bəhs edir. Bəzi insanlar buna baxmayaraq, Allahı unutduqları üçün dünyaya aludə olurlar. Sitatlar
Allah eşqinə, Allah sevgisinə əsaslanmayan hər sevginin sonu fəlakətdir. Ya bir-birini əzmə, ya dava, ya da ayrılıq vardır. Allah sevgisi yoxdursa, hamısı acı nəticə ilə nəticələnər. Sevginin gözəlliyi Allaha aşiq olmağa bağlıdır. Sevgi Allahın verdiyi cənnət nemətidir. Allahı unudaraq sevgi olmaz. Sevginin sahibi Allahdır. Sevginin sahibinə bağlanmadan sevgi tapa bilməzsən. Sitatlar
Allah ilə əlaqə olmadığı zaman nə etsən də heç nədən zövq ala bilməzsən. İnsan əylənirmiş kimi görünər, lakin əzab çəkər. Çünki əylənirmiş təqlidi etmək də əzabvericidir. Allaha sevgi ilə bağlı olmadıqdan sonra dünyada heç bir insan üçün hüzur, rahatlıq, sağlamlıq olmaz. Sitatlar
Allah möcüzəvi şəkildə hal-hazırda dünyada Hadi ismi ilə təcəlli edir. Bu, mehdiyyətin reallaşmasının dəlillərindən biridir. Gənclərə baxdığımız zaman, hamısı yaxşılıq, gözəllik, sevinc, sevgi, dostluq və sülh istəyirlər. Sitatlar
Allah ordumuzun səfərini mübarək etsin, qələbə versin. Allah Türkiyənin düşmənlərini, namərdləri, xainləri çox pərişan etsin. Münafiqlərin, xainlərin rejimini yerlə-yeksan etsin. İslam əxlaqını dünyaya hakim etsin. Türk millətini müzəffər etsin, İslam Birliyinin öncülü etsin, bizi də Mehdiyə tələbə etsin. Sitatlar
Allah Quranı hakim olaraq endirmişdir. Tövratın və İncilin yanlış cəhətlərini izah edər, doğru cəhətlərini təsdiq edər. Sitatlar
Allah sevgisi ilə sevmək, sonsuz Allahın təcəllisini dərin ehtirasla sevməkdir. Allah sevgisi olmadan əti, sümüyü yox olacaq bədəni sevmək olmaz. Sitatlar
Allah Türkiyəni İslam aləminin lideri etsin, Türklük aləmini, İslam aləmini birləşdirsin. Allah bütün dünyaya sevgini hakim etsin. Bizə də bu nemətini göstərsin inşaAllah. Sitatlar
Allaha kəskin ağıl, kəskin diqqətlə, qəlbən aşiq olunar. Ağıllı insanın Allaha sevgisi olduqca dərindir. Kəskin məhəbbət, kəskin ağılla əlaqə şəklində olar. Sitatlar
Allahı heç unutmasaq, Allahı çox sevdiyimizi və yaxın dost olduğumuzu həmişə yadda saxlasaq, şirkdən şiddətlə çəkinsək, gücün sahibinin Allah olduğunu heç unutmasaq çox doğru bərəkətli yolda irəliləyərik. Allahın gücünün hər şeydən üstün və hər şeyə hakim olduğunu düşünmək əhəmiyyətlidir. Haşa müəyyən yerə qədər gücü varmış kimi düşünmək olmaz. Sitatlar
Bəziləri bizi öz qorxunc dünyalarına çəkmək istəyirlər. İnsanları dəhşət verici dünyalarına çağırmasınlar. Onların dünyasında bərəkət yoxdur, nəzakət yoxdur, mədəniyyət yoxdur, elm yoxdur, incəsənət yoxdur, gözəllik yoxdur. Türkiyə belə dəhşət verici dünyaya daxil olmayacaq. Sizin sevgisizliyiniz sizin incəsənət əleyhinə olmağınız, sizin gözəllik əleyhinə olmağınız Türkiyədə heç vaxt hakim olmayacaq. Sitatlar
Bizi tənqid edən bir çox insanın belə şüur altında Quran müsəlmanlığını qəbul etdiyini görürük. Allah həqiqi İslamı hakim edir. Sitatlar
Bizim məqsədimiz; Allahın dini dünyaya hakim olana qədər, fitnə yer üzündən aradan qalxana qədər, yəni Quran əxlaqı qütblərə, Afrikanın mərkəzinə hakim olana qədər elmi yolla mübarizə aparmaqdır. Allaha coşğun sevgi, dəli eşq bəsləmək bizim əsas məqsədimizdir. Bu yolda irəliləyərkən toy edərmiş kimi sevinclə, fərəhlə irəliləyirik inşaAllah. Sitatlar
Bütün güc-qüvvət Allahın əlindədir. Allahın icazəsi ilə sevgi məsələsində dünyaya liderlik etməyə, bütün dünyaya sevgi hakim olana qədər səy göstərməyə davam edəcəyik. Sitatlar
Bütün münafiqlər mehdiyyətə bütövlükdə qarşıdırlar. Çünki mehdiyyətlə İslam aləminin birləşəcəyini, İslamın dünyaya hakim olacağını və müsəlmanların xilas olacağını bilirlər. Sitatlar
Cənnətdə hər şey bizim ruhumuzu və zövq duyğumuzu tam qane edəcək şəkildədir. Cənnətdəki dostluqlar və sevgi, Allaha olan sevgi, Allahın təcəllilərinə olan sevgi çox qaneedicidir. Cənnət hal-hazırda hazırdır. Sitatlar
Darvinizim, dəccaliyyətin dinidir. Dəccaliyyətin dinini əllərindən almış olmağımız, Allahın bizə lütf etdiyi çox mühüm müvəffəqiyyətdir. İkincisi də bütün dünyaya Quranın kafiliyindən danışmağımızdır. Sitatlar
Dünya xalqı çox məzlumdur, lakin bir qrup quldur dünya əhalisini əsir alıb. Milləti məhv edən, savaşdıran, dəhşət saçan, terror təşkilatlarını təşkil edən bir qrup şeytan ordusu var. Bunlar fikri olaraq zərərsizləşdirilsə dünya bir anda cənnətə dönər. Dünya xalqı birləşsin, dünyaya qan qusduran bu sistemi əl birliyi ilə elmi yolla dayandıraq. Sitatlar
Gənclər Quran müsəlmanlığı ilə yaşamaq istəyirlər, hamısı dostluq, sevgi, bacı-qardaşlıq, keyfiyyət, sevinc, azadlıq istəyir. Gənclərin bu gözəl tələblərdə israr etməsi bizim elmi işlərimizin gözəl nəticəsidir. Sitatlar
Həqiqi sevgi əbədiyyətə açılan sevgidir. Sonu olan sevgi başlanğıcında ölüdür, ona sevgi deyilməz. Sitatlar
Hər cür mənəvi gözəllik çətinliklərlə qazanılar. Səbir, səxavət, şəfqət, sevgi, mərhəmət həmişə çətinliklərlə qazanılan gözəllikdirlər. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur