logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 8 oktyabr 2017

avatar

Adnan Oktar

Öz nəzarətləri altında olan, lakin bilavasitə əlaqələri yox imiş kimi görünəcək ikinci bir dövlət olması üçün Amerikanı quran İngiltərə dərin dövlətidir.
A9 TV; 8 oktyabr 2017
2048
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar. Sitatlar
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir. Sitatlar
Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı olan qadın mütləq gözəl və cazibədardır. Ağıllı olub da gözəl olmayan qadın yoxdur. Sitatlar
Ağıllı olan, səmimi olan hər qadın gözəldir. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Allah bütün İslam aləminin başına bəla olan, münafiqlərin ciyərlərinə od salsın, beyinlərin məhv etsin, heç vaxt sağalmayan xəstəliklərlə pərişan etsin, möminləri də qalib etsin, müzəffər etsin. Sitatlar
Allah insanların tam olmayacaq dedikləri vaxtda qurtuluşu yaradar. Hz. Musa və yanındakılar dənizin kənarına gəlir, ələ keçirildikləri düşündükləri anda Allah onları xilas edir. Bu, imtahanın bir hissəsidir. Mehdi də insanların; "artıq çox gecikdi, artıq Mehdi zühur etməyəcək” dedikləri dövrdə zühur edəcək. Xüsusilə münafiqlər "mehdiyyət yoxdur, olsaydı zühur edərdi” deyə ümidsizlik yayacaqlar, lakin mütləq mehdiyyət haqq olaraq zühur edəcək. (Xalq tam zühurdan ümidini kəsdiyi anda Mehdi zühur edəcəkdir! Onun dövründə yaşayıb ona kömək edənlərə necə xoşbəxtdirlər! MEHDİYƏ DÜŞMƏNÇİLİK BƏSLƏYİB, MEHDİYƏ VƏ ONUN ƏMRİNƏ QARŞI ÇIXANLARIN VƏ MEHDİNİN DÜŞMƏNLƏRİNDƏN OLANLARIN VAY HALINA! (Şeyx Məhəmməd ibn İbrahim Numani, "Qeybəti Numani", səh. 301) Sitatlar
Allah Kitab əhli ilə ən gözəl olan üslubla danışın deyir. Müsəlmanın xristianlara və musəvilərə dəvəti tək olan Allaha iman gətirməkdir. Onlara qarşı şəfqətli və anlayışlı olmaqla məsuldur. Kitab əhlindən olan qadınlarla evlənmək müsəlmana halaldır. Bu da müsəlmanlarla Kitab əhlinin yoldaş, dost ola biləcəyini göstərər. Sitatlar
Allahın hər yeri əhatə etdiyini görən insanın ruh halına təvazökarlıq deyilər. Böyük olan təkcə Allahdır. Mömin; böyüyəm, lakin özümü bir qədər daha kiçildim deyə heç vaxt düşünməz. Sitatlar
Allahın rizasının ən çoxu vicdana həmişə vəhy edilər. Vicdana fasiləsiz vəhy olması möcüzədir. İnsan tək buraxılmayıb. Allah nə istədiyini insana həmişə hiss etdirər. Sitatlar
Bərzaninin ağıllı, ziyalı, dinamik, darvinizmə materializmə qarşı şüurlu, fəaliyyət və inanc sahibi bir gənclik yetişdirməsi lazımdır. Şüurlu, imanlı gənclik strukturu olmadan PKK-ya qarşı müvəffəqiyyətli olması çox çətin olar. Sitatlar
Bir insanın xilas olması üçün çox səmimi olması kifayətdir. Allah bizim sadəcə səmimi olmağımızı istəyir. Səmimi olan qulu Allah mütləq doğruya çatdırar, çünki Allah mərhəmətlidir, sevəndir, şəfqətlidir. Bizim xilas olmağımızı istəyər. Biz sadəcə çox səmimi olmalıyıq. Sitatlar
Bir tərəfdə darvinist, materialist, insanın heç bir məqsədi olmadığını söyləyən soyuq dünya, digər tərəfdə isə sevgini, nəzakəti, keyfiyyəti bilməyən, hər şeyi ölümlə cəzalandıran mövhumatçılıq. Gənclər bu iki fəlakətin altında qaldıqları üçün yaşama həyəcanlarını itirmişdilər və laqeyd olmuşdular. Elmlə, irfanla bu iki fəlakəti də aradan qaldırırıq inşaAllah. Sitatlar
Cənnətdə dünyadakı kimi səbəb-nəticə əlaqəsi yoxdur. Musiqi dinləmək üçün musiqi alətinin olması şərt deyil. Bir fincan da mahnı söyləyə bilər, ağaclar da. İnsan bir şeyi istədiyi zaman həmin anda olar. Dünyada ayaqqabı insanın ayağını qorumaq üçün mövcuddur, cənnətdə isə təkcə bəzək olaraq ayaqqabı geyinilər. Sitatlar
Cəsarət qazanmağın iki yolu var. Birincisi xalqın böyük hissəsinin tətbiq etdiyi, qorxduğu şeyin üzərinə getməkdir. Lakin bunda qorxu adətən yox olmaz, tam əksinə stress əmələ gələr. İkinci və əsas olan yol isə Allaha sığınaraq, hər yerdə Allahın təcəllisi ilə üz-üzə olduğunu bilməyin hüzuru içində olmaqdır. Həmçinin Allaha; “ey Rəbb, məni cəsur et, qorxuları üzərimdən al” deyə dua etmək lazımdır. Sitatlar
Darvinizm "güclü olan heyvanların zəif olanları əzdiyi" yanlış dünya modeli ortaya qoydu. Ənənəçi İslam anlayışı da hər cür gözəlliyi, sevinci, incəsənəti qadağan etdi. İki tərəfdən mühasirəyə alınan insanların sevgini yaşaması mümkünsüz hala gəldi. Bu sevgisizliyi Allahın icazəsi ilə elmlə, irfanla aradan qaldırırıq. Sitatlar
Dünya iki günlük imtahan yeridir. Hər şeyə xeyir gözü ilə müsbət baxmaq lazımdır. Allah hər şeyi xeyirlə yaradar. Depressiyanı qəbul etməmək, nə dediyini bilməyən dəyərsiz insanlara da əhəmiyyət verməmək lazımdır. Bilərəkdən qəzəbləndirməyə çalışan şeytanın adamlarına etibar etmək çox yersiz olar. Sitatlar
İngiltərə dərin dövləti son 200 ildir ki, dünyaya dəhşət saçır. Bunlar şeytani düşüncə insanıdırlar. Gecə-gündüz düşünüb, fəlsəfə yaradıb, insanların şəxsiyyətsiz olanları tapıb, onlara tətbiq etdirərək, günahsız dünya xalqlarını əzirlər. Birinci dünya müharibəsi, ikinci dünya müharibəsi və digər bütün dağıdıcı ideologiyalar İngiltərə dərin dövlətinin əsəridir. Sitatlar
Münafiq sözünün təməli olan, nifaq ne-fe-ka kökündən törəmişdir. Nefeka sözü; tükənmək, ruhu çıxmaq, ölmək, köstəbəyin deşiyinə girib-çıxması kimi mənalara gələr. Münafiq demək ruhu çıxmış, ölü varlıq deməkdir. Köstəbəyin yuvasının iki qapısı vardır. Qapıların birindən girərkən, o birindən çıxar. Köstəbək çıxacağı bu qapını, başı ilə vurub çölə çıxmasına imkan verəcək şəkildə həssas tutar və bunu da başqası hiss edə bilməz. Köstəbəyin qaçmaq üçün etdiyi bu ikinci qapıya nafika deyilər. Münafiq də beynində həmişə qaçacağı qapını hazır tutar. Sitatlar
Allah Özünü unudan, Özünü sevməyi ikinci plana atan bir dünyaya hüzur verməz. Sitatlar
Allah Quranda İsa Məsihin ikinci dəfə dünyaya gəlişində ona inanmayacaq heç kimin qalmayacağını bildirir. Bu ayə mehdiyyəti və İslam hakimiyyətini izah edər. Sitatlar
İsa Məsih çox təvazökar, çox gözəl əxlaqlı insandır. İkinci gəlişində də, ilkində olduğu kimi bir çox yeri gəzəcəkdir. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur