logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 17 noyabr 2017

avatar

Adnan Oktar

Özünü sıxmadan, özünü Allaha təslim edib; “ey Rəbb Özünü mənə çox sevdir” deyənə Allah Özünü çox sevdirər. Lakin özünü sıxmamaq əhəmiyyətlidir. Özünü sıxmamalı, şirkə girməməlisən. Sevgini Allahdan istəməlisən.
A9 TV; 17 noyabr 2017
1804
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ən gözəl olan Allaha sığınmaqdır. “Ey Rəbb məni qoru, mənə fərəhlik ver, məni gözəl insanlarla yaxşı insanlarla qarşılaşdır, məni cənnətinə al, ey Rəbb Özünü mənə heç unutdurma, ey Rəbb məni şirkdən qoru” deyə Allaha sığınmaq lazımdır. Sitatlar
Ey Rəbb, tezliklə Mehdini göndər, ey Rəbb tezliklə İsa Məsihi zahir et. İslam Birliyini görək. Müsəlmanların nicatını, bütün dünyaya qardaşlığın, sülhün hakim olduğunu görək. Sitatlar
Allahın hər yerdə olduğunu bilən Allahın hər yerimizi əhatə etdiyini bilən; "ey Rəbb məni qoru" deyən insan heç nədən qorxmaz inşaAllah. Sitatlar
Hz. Əyyub Allahın verdiyi çətinliklərə və yoxsulluqla imtahan etməsinə qarşı çox gözəl səbir göstərir. İmtahanı çox dəyərlidir. Həmişə aslan kimi ayaqdadır. Hz. Əyyub qarşılaşdığı ağır imtahanlarda; “dünyaya çılpaq gəldim çılpaq gedəcəyəm. Rəbb verdi, Rəbb aldı” deyir. Mükəmməl əxlaq göstərir. Sitatlar
Hz. Musanın həyatı həmişə əziyyət içində olduğu üçün çox sevirik. Hz. Yusif deyildiyi zaman ağıla ilk zindan gəlir. O əziyyətə səbir göstərməsini sevirik. Hz. Əlinin dəliqanlı olmasını çox sevirik. Heybər qalasının qapısını sökməsi, 17 yerindən yaralanıb vuruşması sevgini qat-qat artırır. Hz. Əyyub sanki sevginin kitabını yazıb, çəkdiyi bütün əziyyətə baxmayaraq, əsla səsini çıxartmır, gözəl şəkildə səbir edir. Sitatlar
Dünya narahatdır, dayanmadan zəlzələ ilə silkələnir. Dünyanın özü də canlıdır, yəni Allahın əmrini dinləyir. Məsələn, Allah yerə əmr etdiyi zaman əmrinə tabe olar. Allah Quran ayəsində deyir ki, ey ərş, suyunu ud, ey göy, suyunu tut. Dərhal Allahın əmrini dinləyirlər. Yəni şüursuz kimi görünlər, amma şüurludurlar. Sitatlar
Kürd bacı-qardaşlarımız çox təqvalı və dindar insanlardır. Səlahəddin Əyyubi, Bədiüzzaman ruhunu daşıyan çox igid və məzlum insanlardır. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar
5 duyğunun ruhdakı şərhinə maddə deyirik. Hər şey metafizikdir. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
ABŞ dollarından istifadə etməyək. Öz pulumuzla daxili və xarici ticarət edək. Rusiya, İran və Türkiyə tam ittifaq etsin. Sitatlar
Açıq şüurla, ağıllı insanın Allahı inkar etməsi qeyri-mümkündür. Sitatlar
Açıq şüurlu insanın Allahı inkar etməsi qeyri-mümkündür. 10 saniyə belə bu cür yaşaya bilməz. İnkar qapalı şüurda yaranar. Belə varlıqları Allah xüsusi olaraq yaradar. Sitatlar
Adam olmaq deyil, müsəlman olmaq əhəmiyyətlidir. Adamlıq dini deyə yaradılan sistemin özünəməxsus çirkin qaydaları var və təməlində özünü haşa Allahdan üstün görən və Allahı unudan zehniyyət var. Bir guşəyə çəkilib aparılan gizli söhbətlər, sözdə üstün gəlmə oyunları, lovğalıq, adamlıq dininin xüsusiyyətləridir. Müsəlmanda isə həyatının hər anında təvazökarlıq, dürüstlük və səmimiyyət hakimdir. Sitatlar
Afrin şəhidimizin şəhadəti mübarək olsun. Allah onu və ailəsini nə gözəl şərəflə şərəfləndirib. Nə xoşbəxt ona, nə xoşbəxt ailəsinə. Şəhadəti mübarək olsun. Bu böyük zəfərlərin ilk şəhididir. Allah digər aslanlarımızı qorusun, ordumuzu müzəffər etsin. Biz hər ölkənin ərazi bütövlüyünə hörmət göstəririk. Terror təşkilatı olan PKK ilə mübarizə var. Tayyib hocamın qətiyyətini və əzmini təqdir edirik. Qəlbi çox rahat olsun, millət olaraq onun yanındayıq. Sitatlar
Ağıl, Allahdan qorxan insanın Qurana görə özünə və ətrafına faydalı olmasını təmin edən həyat formasıdır. Sitatlar
Ağıl anbaan yaradılar. Ağıl toplanmış mexanizm deyil. Allahın möminlərə neməti olaraq anbaan möminə verilər. Sitatlar
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar. Sitatlar
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur