logo HARUN YƏHYA

Adnan Oktar A9TV; 25 Oktyabr 2012

avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) axır zamanda yağışların çoxalacağını xəbər vermişdir.
A9TV; 25 Oktyabr 2012
1551
avatar

Adnan Oktar

Müsəlman dünyanı istəsə, Allah ona dünyanı və axirəti verər. Amma kafir dünyanı istəsə, o təkcə dünyanı alar.
A9TV; 23 Oktyabr 2012
avatar

Adnan Oktar

Səmimi, saleh cinlər vardır. Mehdi (ə.s), Allahın icazəsi ilə, belə cinlərə sahib olacaq. Onlara istədiyi işləri etdirəcək, inşaAllah.
A9TV; 23 Oktyabr 2012
avatar

Adnan Oktar

Allah İslamda şəfqətin, gözəlliyin,əxlaqın necə olmasına diqqət çəkir. Hz. İbrahim (ə.s)-ın atasının dinsiz, ateist olmasına baxmayaraq hz.İbrahim (ə.s) ona "Atacan" deyə xitab edir. Çox şəfqət və hörmətlə davranır, nəzakətində qüsura yol vermir. Deməli, biz də kommunist, ateist, darvinist olsun kim olursa olsun, onlara təbliğ edərkən şəfqət, mərhəmət və ədalətlə yanaşmalıyıq.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

“Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki, sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.” (Məryəm surəsi, 31) Ayəyə görə xristianlar namazlarını qılıb, zəkatlarını versələr, peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul etsələr müsəlmandırlar. İsa Məsih namazını qılıb zəkatını da verirdi.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

Cənabı Allah buyurur ki, mələklər və Məsih Allaha qulluq etməkdən çəkinməzlər, ibadət edərlər. Məsul olduqları üçün Məsih və mələklər ibadət edir. Çünki ölməyiblər. Öldükdən sonra ibadət dayanır. İsa Məsih (ə.s) ölmədiyi üçün ibadəti də dayanmayıb.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

İndi insanların ən çəkindikləri, narahat olduqları şey ilk təəssürat, çox tez qərar vermələridir. Bir şeyin batini tərəfini, həqiqətini, əsasını bilmədən insanları ittiham edirlər. Bu, axır zamanın ən pis xüsusiyyətlərindən biridir.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

Müsəlman ən çətin anlarında belə kədərlənməməli, qorxmamalı, ruhdan düşməməli və mövcud şəraitdən lazımi şəkildə istifadə etməlidir. Haqq üçün müsəlman hər cür imkandan istifadə etməlidir.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

Müşriklər, yerdə qalmışlar, hörmətsizlər, əxlaqsızlar həm Mehdi (ə.s)-a, həm İsa Məsih (ə.s)-a kin bəsləyəcəklər. Anlamadıqlarına, qavraya bilmədiklərinə, dəccal gözü ilə baxdıqlarına görə nifrətlə yanaşacaqlar.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

İraq, Misir, İordaniya İslam Birliyini qəbul edəcək vəziyyətdədir. Livan, İran, Azərbaycan, Pakistan da qəbul etdikdən sonra məsələ həll olar. Bu dövlətlərin hamısı qəbul edər. Sərhədləri açaq, İslam Birliyi artıq yaranar. Bu qədər.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

Kommunist rəhbərlik istəmirik. Biz Türkiyədən bir qarış da olsun torpaq vermərik. Biz Koreyada belə kommunizmə icazə vermədik, əsgər göndərdik. Koreya üçün mübarizə apardıq. PKK əbəs yerə çalışmasın, Türkiyədə əsla qəbul etmərik.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

BDP olduqlarına görə onları təcrid etmək əvəzinə qazanmaq üçün aparılan siyasət daha doğru olar. Bunun da ən asan yolu onlara İslam Birliyini sevdirmək, İslam Birliyinin qurtuluş yolu olduğunu bildirməkdir.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

Sürünmək, səfil kimi yaşamaq, səliqəsiz geyinmək, özünə baxımlı olmamaq, pəjmürdə evlərdə yaşamaq, murdar yeməklər yemək, solğun rəngli geyimlər geyinmək, musiqiyə qulaq asmamaq, texnologiyanın imkanlarından istifadə etməmək, elmə qarşı gəlmək, sənətə qarşı gəlmək, sənətə mane olmağa çalışmaq, demokratiyanı dayandırmağa cəhd etmək, azadlığı aradan qaldırmaq din deyildir. Bunlar şeytani hərəkətlərdir.
A9 TV; 21 Oktyabr 2012
avatar

Adnan Oktar

"ə ona hər şeydə bir yol (səbəb) verdik." (Kəhf Surəsi, 84) Allah güc verdim demir, səbəb verdim deyir. Çünki hər şeyin səbəbi vardır. Bütün güc Allaha aiddir. Allah kiminsə gücü var deyə də buyurmur. "Hər birinə səbəb yaratdım", "Mən yaradıram" deyir.
A9 TV; 20 Oktyabr 2012
avatar

Adnan Oktar

Hal-hazırda PKK Yəcuc və Məcucdur. Faşizm, kommünist tərkibli hərəkatdır. Onsuz da hər bir kommunist hərəkatda faşist ruhu vardır. Hər faşist hərəkatın içərisində də kommunist ruh vardır. Qurandakı ifadəyə diqqət yetirsəz , Yəcuc və Məcuc bir-birinə çox bənzəyirlər, əkiz qardaş kimidirlər.
A9 TV; 20 Oktyabr 2012
avatar

Adnan Oktar

Qəddarlıq və zalımlıq tərəflərinə görə Hitler, Mussolini kimi faşistlər Məcuc, kommunistlər də Yəcucdur.
A9 TV; 20 Oktyabr 2012
avatar

Adnan Oktar

Mehdiyyətin çox vacib istiqaməti də onu əhatə edən məlumatdır. Xurafatçılarda isə boşboğazlıq çox olar. Çox asan mövzunu qarışıq ifadələrlə, ədəbi izahlarla çətinləşdirərlər .
A9 TV; 20 Oktyabr 2012
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) gözəlliyi, sülhü, qardaşlığı, səmimiyyəti əsas sayacaq, şiddəti deyil.
A9 TV; 20 Oktyabr 2012
avatar

Adnan Oktar

Kommunizmə qarşı təkcə fikri, elmi mübarizə ilə nəticə əldə etmək olar. Kommunizm dünya tarixinin ən böyük fəlsəfi, dəccal hərəkatıdır. Elmlə, mədəniyyətlə və fəlsəfə ilə məğlub etmək olar.
A9 TV; 20 Oktyabr 2012
avatar

Adnan Oktar

Kəhf Surəsində “inşaAllah və maşaAllah“ dünya hakimiyyətinin sirridir.
A9 TV; 19 Oktyabr 2012
avatar

Adnan Oktar

İnsan Qurana əməl etməsə ifrata varar. Cənabı Allah bildirir ki, onlara itaət etməyin. Anan, atan, baban da olsa itaət etməyin.
A9 TV; 19 Oktyabr 2012
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Dəccaliyyət axır zamanda insanlara yorğunluq verəcək, onları tilsimləyər. Bütün insanlar bu yorgunluğu hiss edəcəklər. Dəccaliyyət  insanlara yuxululuq, halsızlıq və yorğunluq verəcəkdir. İslamdan uzaq tutmaq, İslami fəaliyyətlərinə maneə törətmək üçün insanlara əzginlik hissi verəcəkdir. Buna aid hədis də vardır. Sitatlar
Dabbət-ül ərz komputerdir. Mehdi (ə.s)-a kömək olmaq üçün axır zamanda çıxacaq əlamətlərdən biridir. Sitatlar
Sənətçiyə hər yerdə hörmət göstərilməlidir. Restorana gedəndə restoranda, küçədə, hər yerdə hörmətlə yanaşmaq lazımdır. Diqqətsizlik, yersiz hərəkətlərə yol vermək olmaz. Sənətçinin dəyərini bilməmək onun sənətinə hörmət etməməkdir. Həm dövlətimiz, həm də xalqımız sənətçiləri qorumalı, hörmət etməlidirlər. Sitatlar
Axır zamanda yaşamağımıza baxmayaraq bu həqiqət təkidlə gizlədilir. Sitatlar
Fələstin İslam Birliyini istəməsə, yəhudilər də Moşiyahı istəməsə bəla yol tapıb girər. Nəfəs almadan bəla yağar, Allah əsirgəsin. Sitatlar
Axır zamanda qələm hakim olacaq. Sətir-sətir yazılar hakim olacaq. Deməli, yaxşı yazan, yaxşı izah edən, yaxşı təlqin edən, yaxşı isbat edən kimdirsə, dünyaya o hakim olacaq. Quranda buna bir işarə var. (Qələm Surəsi, 1) Sitatlar
Axır zamanda Mehdi (ə.s)-ın çıxış əlamətlərindəndir duxanın zühuru. Anarxiya, terror, iqtisadi böhran, çətinlik və böhranın olması, ona duxan deyilir. Yəni darıxdırıcı, sıxıcı mühit. Sitatlar
Mehdi (ə.s) axır zamanda yaşanan vəhşiliyi dayandıracaq. Sitatlar
İsrailin əsl vəzifəsi sülhdür onsuz da. Yəni İsrailə vəd edilən, İsraildən istənilən, İsrailin etməsi lazım olan bütün dünyada sülhü təmin edir. Çünki Məsih ordusudur eyni zamanda, Məsih əsgəridir yəhudilər. Hamısının sülhü müdafiə etməsi, sülh insanı olması lazımdır. Sitatlar
Müqəddəs Sandıq yaxın bir zamanda tapılacaq və sandığın tapılması dünyaya çox böyük təsir edəcək. Sitatlar
Xurafatçı ilə müsəlmanı ayırd edərək həm müsəlmanların, həm Avropalıların, həm də Amerikalıların reaksiya göstərməsi, eyni zamanda da müsəlmanlığı da həm Avropanın, həm də müsəlmanların, hər kəsin dəstəkləməsi lazımdır. Sitatlar
Axır zamanda insanlar dəccalın sehri ilə əldən düşmüş vəziyyətdə olurlar. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) Quranı bizə təfsir edən, eyni zamanda, qeybdən Allahın diləməsi ilə məlumat verən insandır. Allah peyğəmbərlərə qeybdən məlumat verəcəyini söyləyir və vermişdir. Onların dedikləri həmişə doğru çıxar. Kim inkar edirsə etsin. İnkar etməsi heç nəyi dəyişdirmir. Sitatlar
Peyğəmbərimiz (s.ə.v.) axır zamanda cəhd edən müsəlmanların əlli qat daha çox savab qazanacaqlarını bildirmişdir. Sitatlar
Hədislərdə bildirilən Yəcuc və Məcuc axır zamanda çıxacaq böyük qətliam qrupudur. Sitatlar
Hədislərdə bildirildiyinə görə axır zamanda yaşadıqları zülmə görə müsəlmanlara yer-göy dar gələcək. Sitatlar
Hədislərə görə axır zamanda topal olan bir şəxs Mehdiyyətə qarşı çıxacaq. Sitatlar
Səbir müvəffəqiyyətin açarıdır. İnsanlar səbirli olmadıqlarında səhvə yol verərlər. Allah Quranda həmişə səbri tərifləyər. Mehdi tələbələrinin xüsusiyyəti də səbir və mətanətdir. Sitatlar
Bu vaxta qədər Allah dəccaliyyətə icazə verdi. Bilərək və ya bilməyərək bir çox kommunist insan, xurafatçı dəccaliyyətə uydu, amma artıq sondur, yəni axır zaman adından bilinir. Axır zamanda, Mehdi (ə.s) dövründəyik, yəni inanmamaq deyə bir şey ola bilməz. Mütləq Mehdiyyətə inanmaqda məsuliyyət daşıyırlar. Sitatlar
Hal-hazırda Mehdiyyət bütün dünyaya sakit şəkildə istiqamət verir, hər yerdə qabaqcıldır, yol göstərir. Sitatlar
Məni sevən eyni zamanda İmam Rəbbanini, Əbdülqadir Gilanini, Bədiüzzamanı, Şeyx-ül Şah Şeyx Nazim Kibrısı Həzrətlərini sevməlidir. Həm də canından çox sevməlidir. Hamısına sevgi göstərəcək. Nə gözəl, bolluq, bərəkət, nur alırsan, ürəyin bəslənir. Sitatlar
Axır zamanda müsəlman alimlərin dəccaldan və Mehdidən bəhs etməməsi axır zaman əlamətidir. Türkiyədə heç bir yerdə alimlər, mollalar Mehdidən bəhs etməzlər. Bu çox nadir yaşanan hadisədir. Sitatlar
MHP-nın hamiyyəti-islamiyyəsi güclüdür, amma eyni zamanda çox mülayim insanlardır. Sitatlar
Nə Allaha, nə dinimizə, nə özümüzə qarşı təhqir edilməsinə yol vermərik. Bunu unudacaqlar. Türkiyənin də bölünməsinə icazə vermərik. Sitatlar
Münafiq çox lovğa, lakin eyni zamanda çox cahildir. Cahilliyini uca səslə bağıraraq gizlətməyə çalışar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur