logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 15 noyabr 2017

avatar

Adnan Oktar

Peyğəmbərlərin təbliğinin dayandırılmaması peyğəmbərliklərinə dəlildir. Peyğəmbərimiz (s.ə.v) onlarla döyüşə daxil olur, zirehsiz döyüşür, tamamilə Allah tərəfindən qorunur. Quranın qorunması, dünyaya yayılması, mükəmməl sistem gətirməsi də peyğəmbərliyin dəlillərindəndir.
A9 TV; 15 noyabr 2017
1082
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Afrin şəhidimizin şəhadəti mübarək olsun. Allah onu və ailəsini nə gözəl şərəflə şərəfləndirib. Nə xoşbəxt ona, nə xoşbəxt ailəsinə. Şəhadəti mübarək olsun. Bu böyük zəfərlərin ilk şəhididir. Allah digər aslanlarımızı qorusun, ordumuzu müzəffər etsin. Biz hər ölkənin ərazi bütövlüyünə hörmət göstəririk. Terror təşkilatı olan PKK ilə mübarizə var. Tayyib hocamın qətiyyətini və əzmini təqdir edirik. Qəlbi çox rahat olsun, millət olaraq onun yanındayıq. Sitatlar
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Ağlın məhək daşı Qurandır. Bir məsələ Qurana baxılaraq anlaşılar. Məsələn, hansı baxışın gözəl olduğunu anlamaq istəyirsən, Qurana baxarsan. Allah ruhdakı xainliyin baxışdan bilindiyini söyləyir. Beləliklə, biz gözəl baxışın nə olduğunu Qurandan anlamış olarıq. Sitatlar
Allah 2018-ci ili xeyirli uğurlu etsin, Allah təkrarına nail etsin. Xeyirlə, sağ-salamat, bərəkətlə. Allah möminlər üçün dünyanı cənnətə döndərsin, insanlara hidayət versin, İslam hakimiyyətini göstərsin. Ölkəmizi xeyirlə, bərəkətlə bürüsün. Allah möminlərə dünyanı cənnətə döndərsin, hər yeri abad və gözəl hala gətirsin. Möminlərin qəlbinə hüzur, fərəhlik, Müqəddəs Ruhla dəstək nəsib etsin. Allah hər cür xeyri, bərəkəti, yaxşılığı, gözəlliyi, incəsənəti, estetikanı möminlərin gözəl ruhuna həkk etdirsin. Möminləri xeyirlə, bərəkətlə uzun yaşatsın. Sitatlar
Allah 300 münafiqi Peyğəmbərimiz (s.ə.v)-in əmrinə vermişdi. Gecə-gündüz növbə tutdular, bir boşqab xörəklə qapıda xidmət etdilər, döyüşlərdə iştirak etdilər. Rəsulullah (s.ə.v) və müsəlmanların heyrətamiz zəngin olmasına səbəb oldular. Peyğəmbərimiz (s.ə.v)-in şöhrətini hər yerə yaydılar. 20 il ərzində hz. Süleymanın şeytanları kimi Peyğəmbərimiz (s.ə.v)-ə xidmət etdilər. 20 il sonra mənfəətləri kəsiləndə, bir anda; "bağışlayın, səhv etmişik" dedilər. 20 il ərzində səhv etdiyini anlamayan çox axmaqdırlar. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də, Axırzaman münafiqləri də axmaqlıqlarına doymasınlar. Sitatlar
Allah, Allah qorxusunu yüksək dərin sevgi üçün istəyər. Yüksək dərin sevgini Allaha təqdim etdiyimiz zaman tam nicat tapılar. Allahı sevən hər şeyi qazanmış deməkdir. Sitatlar
Allah atomda cazibə yaradır. Kainatda cazibə var. Bütün səma cisimləri bir-birini cəzb edər. Allah insanda da cazibə yaradır, bu çox əhəmiyyətli möcüzədir. Sitatlar
Allah bizim eqoist olmamağımızın lazım olduğunu bildirir, eqoist olmadıqda minlərlə gözəllik yaranar. Özümüz üçün yaşamarıq, sevdiyimiz möminlər üçün yaşayarıq. Fədakar olarıq, həmişə sevdiklərimizə rahatlıq təmin edərik. Allah bizim mərhəmətli olmağımızı söyləyir, heç kəsə pislik etmərik, bağışlayan olarıq, beləliklə, zəncirvari şəkildə minlərlə gözəllik yaranar. Allah ümumi qayda qoyar, o qayda yüz minlərlə məsələni əhatə edər və nəticəsində də bir çox gözəllik, rahatlıq yaranar. Sitatlar
Allah dünyaya dair gözəlliklərə qarşı insanların qəlbinə sevgi qoyduğunu, lakin bunun imtahanın bir hissəsi olduğunu bildirir. Allah dünyanın həqiqətindən çox təfsilatlı bəhs edir. Bəzi insanlar buna baxmayaraq, Allahı unutduqları üçün dünyaya aludə olurlar. Sitatlar
Bütün güc-qüvvət Allahın əlindədir. Allahın icazəsi ilə sevgi məsələsində dünyaya liderlik etməyə, bütün dünyaya sevgi hakim olana qədər səy göstərməyə davam edəcəyik. Sitatlar
Bütün münafiqlər mehdiyyətə bütövlükdə qarşıdırlar. Çünki mehdiyyətlə İslam aləminin birləşəcəyini, İslamın dünyaya hakim olacağını və müsəlmanların xilas olacağını bilirlər. Sitatlar
Darvinizim, dəccaliyyətin dinidir. Dəccaliyyətin dinini əllərindən almış olmağımız, Allahın bizə lütf etdiyi çox mühüm müvəffəqiyyətdir. İkincisi də bütün dünyaya Quranın kafiliyindən danışmağımızdır. Sitatlar
Dünya xalqı çox məzlumdur, lakin bir qrup quldur dünya əhalisini əsir alıb. Milləti məhv edən, savaşdıran, dəhşət saçan, terror təşkilatlarını təşkil edən bir qrup şeytan ordusu var. Bunlar fikri olaraq zərərsizləşdirilsə dünya bir anda cənnətə dönər. Dünya xalqı birləşsin, dünyaya qan qusduran bu sistemi əl birliyi ilə elmi yolla dayandıraq. Sitatlar
Mərhəmətsiz, sevgisiz, incəsənəti, elmi, gözəlliyi yox edən şirk sistemi şeytanidir. Bu şeytani sistem Quranın nuru ilə aradan qaldırılar. Sitatlar
Mövhumatçı sistemi müdafiə edən bəzi şəxslər bunu özləri yaşamırlar, lakin başqalarına zorla qəbul etdirməyə çalışırlar. Sitatlar
Tezliklə dünyanı cənnətə döndərmək lazımdır. Hər kəs Allahın quludur. Gözəl, dostcasına yaşamaq üçün nəyi gözləyirik? Qurandakı himayədarlıq sistemi dünyaya tezliklə hakim olmalıdır. Himayədarlıq sistemi olduğu zaman hər kəs başqalarının qoruyucusu olar. Himayədarlıq sistemi dünyada ən mükəmməl sığortadır. Ödəniş ödəmək yoxdur, sərhədi yoxdur. Sonuna qədər hər kəsi tam qoruyan, sahib çıxan mükəmməl sistemdir. Sitatlar
Axırzamanda müharibələrin, döyüşlərin, anlaşmazlıqların lazım olmadığını hər kəs anlayacaq. Himayədarlıq sistemi olacaq və böyük fədakarlıq sistemi ortaya çıxacaq. Zəngin olan malını öz razılığıyla sevə-sevə paylayacaq, kasıblıq qalmayacaq, mal bərabər paylanmış olacaq, hər kəs zəngin və rifah içində olacaq. Sitatlar
Dəccaliyyət iki qoldan qadınları mühasirəyə aldı. Ənənəçi Ortodoks sistem qadını "yarım" olaraq görür. Qadınların şeytana bərabər olduğunu iddia edir və qadın nə desə əksinin edilməsini söyləyirlər. Həyat fəlsəfələri qadın nifrəti üzərində qurulub. Darvinist sistem də, qadını yarı heyvan olaraq görür. Qadını, inkişafını tamamlamamış məxluq olaraq qiymətləndirir. Dünyanın hamısına bu iki səhv sistem hakim olduğu üçün qadınlar hər yerdə acı çəkir və əzilirlər. Sitatlar
Bir tərəfdə ənənəçi ortodoks sistem, digər tərəfdə darvinizm insanları məngənəyə salıb qaranlıq sistem içində boğur, dindən uzaqlaşdırırlar. Sitatlar
Kommunist sistem ictimai ədaləti təzyiqlə təmin etməyə çalışar. Quran əxlaqına görə ictimai ədalət sevgiylə, imanla və şəfqətlə təmin edilər. Sitatlar
Ənənəçi ortodoks sistem, müsəlmanların özünü də narahat edir. Bu batil sistem aradan qalxmadan əzabların bitməsi mümkün görünmür. Sitatlar
İslamı, elm, incəsənət və həyatın gözəl tərəflərini öldürən sistem zənn etdikləri üçün dindən uzaq dayanırlar. Halbuki İslam sevincin, həyatın özüdür. İslamı sevinci yox edən sistem zənn etdikləri üçün qocalanda dini yaşayarıq deyirlər. Halbuki İslam insanlara təzyiq tətbiq edən bütün qaydaları aradan qaldırar. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur