logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 30 oktyabr 2016

avatar

Adnan Oktar

Prezident idarəetmə sisteminin gələcəkdə federasiya və əyalət sisteminə dair dəyişikliyə tamamilə qapalı olması lazımdır, əksi böyük təhlükə olar. Prezident idarəetmə sistemi federasiya gətirməyəcək demək kafi deyil. Alınan tədbirlərin nə olduğunun xalqa ətraflı izah edilməsi lazımdır. Məsələn, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi məsələsi necə olacaq, bu məsələnin izah edilməsi lazımdır. Səlahiyyətlərini genişləndirmək də federasiya deməkdir.
A9 TV; 30 oktyabr 2016
2282
avatar

Adnan Oktar

Bədiüzzaman da, İngiltərə dərin dövlətinin hər cür pisliyi və əxlaqsızlığı qoruduğunu söyləmişdir.
A9 TV; 30 oktyabr 2016
avatar

Adnan Oktar

Allahın ipindən möhkəm yapışanlar arasındakı sevgi əbədi olaraq heç vaxt bitməz.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

İsrail Mehdi gözləyir, Evanqelistlər, musəvilər həmişə Mehdi gözləyirlər və dünya hakimi olurlar. Mehdiyyət əleyhinə olan ölkələr də əzilirlər.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Zülqərneyn də, Talut da qarşılıq istəməyən Mehdilərdir. Allah Yasin surəsi, 21-ci ayədə: "(Təbliğləri müqabilində) sizdən qarşılıq istəməyənlərə tabe olun. Həmçinin onlar, mehdilərdir (hidayətə nail olmuş və hidayətə nail edənlərdir)" deyə buyurmuşdur.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Mehdi əleyhinə olanlar hər dövrdə olmuşdur, Dəccala bilərəkdən və ya bilməyərəkdən kömək etmişdilər.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Peyğəmbər varkən Allah Məlik göndərmişdir, insanlar bu Məliyə tabe olmuşdur. Talut və Zülqərneyn Mehdidir, yəni xilaskardır, peyğəmbər deyil.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Müsəlman elm, irfan, hidayət, gözəllik verilənlərin yoluna yönəldilmək üçün dua edər, qəzəbə uğramışların, azmışlarınkına deyil.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Mahiyyətə dair məlumat Zülqərneyn və Xızırda var. Zülqərneyn ledun elminə də sahibdir.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Quranda mehdiyyət var. Zülqərneyn hekayəsində açıqca Mehdidən bəhs edilir, mehdiyyətə, yəni dünya hakimiyyətinə işarə var. Nur surəsinin 55-ci ayəsində açıq-aydın mehdiyyətdən bəhs edilir, dünya hakimiyyətinə işarə var. Talut-Calut hekayəsində də mehdiyyətə işarə var. O dövrdə Peyğəmbər var, lakin Talut Peyğəmbər deyildir, komandanlıq edir, yəni xilaskardır.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Bəziləri, "Osmanlı yox olmağa davam edir, bu bir prosesdir" deyirlər. Türkiyəyə müdaxilə edilməsini əsla qəbul etmərik. Cənub-Şərqi Anadolu, Qara dəniz, Aralıq dənizi, Egey, Mərmərə sıradadır" deyirlər, Türkləri də Mərkəzi Anadolu regionuna həbs etmək istəyirlər, buna icazə vermərik.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Dünyada həssas imtahan sistemi var, imtahan olmadan dünya bomboş olardı, insan əzabla, çətinliklə imtahan olunaraq yetişdirilir.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Rusiya ilə əməkdaşlıq edilməsinin lazım olduğunu və ittifaq edilib, Suriyanın bütövlüyünün qorunmasının lazım olduğunu başdan bəri söyləyirik. Hökumətin Rusiya ilə ittifaq etməsi və PYD ilə mübarizə aparılması çox gözəldir.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Türk-Rus ittifaqı olar, ancaq bu, meydan oxumaq kimi deyil; "biz sülh insanlarıyıq, əməkdaşlıq edib hər kəsi qoruyacağıq" şəklində olmalıdır. Türkiyə və Rusiya ittifaqı üçün, "İngiltərə dərin dövlətinə, terrora, anarxiyaya, zalımlara birlikdə və sevgiylə qarşı çıxacağıq" deyilməlidir.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Əbdülhəmid dövründən qalan içki və siqaret təşviqi olmasa, Atatürkə səmimi sahib çıxan insanlar olsa, Atatürk uzun illər yaşaya bilərdi.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Atatürk heyrətamiz dərəcədə zəkalı, dindar, mədəni və çox alicənab bir insan idi. Osmanlı mədəniyyətini çox gözəl yaşayırdı, tərtəmiz geyinərdi, çox yaraşıqlı idi. Atatürk çox mübarək insan idi, xəstə olarkən belə çox baxımlı və yaraşıqlı idi. Atatürkü çox tənha qoyublar.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Təmizlik çox əhəmiyyətlidir, insanın fitrətində var, müsəlman tahir olar, xanımlar və bəylərin hər zaman baxımlı olması lazımdır.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Rəsulullah (s.ə.v) hələ sağ olarkən Mehdini komandan təyin etmiş və müsəlmanları onunla müjdələmişdir.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Hər dövrdə Mehdinin, bir xilaskarın gəlməsini istəməyənlər olmuşdur, lakin Allah hər dəfə bir məlik, bir xilaskar göndərmişdir.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Mehdiyə qarşı olan bəzi kəslər öz aləmlərində bəzi İslam alimlərini də Mehdi əleyhdarı kimi göstərməyə çalışırlar, səhv edirlər.
A9 TV; 29 oktyabr 2016
avatar

Adnan Oktar

Bədiüzzaman, Süleyman Hilmi Tunahan həmişə Mehdini gözləyiblər. Ərbakan hocamız da Mehdini gözləmiş insanlardandır. İmam Rəbbani Mehdidən "Məktubat"ında çox ətraflı dəlillərlə bəhs etmişdir.
A9 TV; 29 oktyabr 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Avropa İttifaqı, ABŞ, İngiltərə və PKK-nın istədiyi əsil şey yerli idarəetmənin gücləndirilməsidir, çünki bunun mənası federasiya və parçalanmadır. Sitatlar
Federasiyanı, bölünməyi əsla qəbul etmərik. Türkiyədə belə şeyin olması qeyri-mümkündür, biz böyük Türkiyə istəyirik, kiçilmiş Türkiyə istəmirik. Sitatlar
Yerli idarəetmələrin gücləndirilməsi çox təhlükəli addım olar. Daha əvvəl sınandı və necə fəlakətə səbəb olduğu göründü, yenidən sınamağa ehtiyac yoxdur. Sitatlar
Əyalət sisteminə, federasiyaya keçid olmadıqdan sonra, yerli rəhbərliklər gücləndirilərək muxtariyyət yaradılmadıqca prezident idarəetmə sistemi narahat etməz. Türkiyənin bölünməsinə azacıq da olsa ehtimal yaradacaq bir sistemi millət olaraq istəmirik. Bələdiyyələrin gücləndirilməsi müəyyən şəkildə muxtariyyət və bölünməyə çevrilə bilər, buna qarşı bütün hüquqi tədbirlər alındığından əmin olunmalı. Konstitusiya federasiya və muxtariyyət üçün referenduma qətiyyən imkan verməməlidir, hər təfərrüat düşünülüb tədbir alınmalıdır. Sitatlar
Amerika modeli prezident idarəetmə üsulu demək, əyalət sistemi, federasiya və parçalanma deməkdir. Millətimiz belə modeli əsla qəbul etməz. Sitatlar
Prezident idarəetmə modeli hər nə şəkildə olsa da nəticədə əyalət sistemi və federasiya gətirər, bu da parçalanma deməkdir. Unitar quruluşa sahib olub prezident idarəetmə sisteminə keçən model yoxdur. Prezident idarəetmə sistemi federasiya ilə bütün bir sistemdir. Prezident idarəetmə sistemi gəlsə parçalanma da gələr. Sitatlar
İngiltərə dərin dövləti, federasiya yaratmaq və Türkiyəni parçalamaq fikrindən 200 ildir ki, əl çəkmir. Prezident idarəetmə sistemi üçün də, buna görə güc tətbiq edirlər. Sitatlar
Prezident idarəetmə sistemi gələcəkdə başa keçəcək başqa birinin edəcəyi kiçik dəyişikliklə federasiyaya çevrilə bilər. Bu riskə heç girməmək lazımdır. Sitatlar
Konstitusiyanın 123-cü və 126-cı maddələrində ediləcək dəyişikliklər muxtariyyət, əyalət, federasiya yaratmağa zəmin hazırlayacaq xüsusiyyətdə olmamalıdır. Sitatlar
İngiltərə dərin dövləti Türkiyəni parçalamağa əzm etdiyi üçün dövlət və federasiyaya zəmin hazırlaya biləcək heç nəyə icazə verilməməlidir. Sitatlar
Öcalan prezident idarəetmə sistemini ən başdan bəri müdafiə edir. İngiltərə dərin dövlətinin də istədiyi model ştatlar olan prezident idarəetmə sistemidir. Sitatlar
Əyalət sistemini əsla qəbul etmərik. Əyalət sisteminin yaranması demək, Allah qorusun İslam Birliyinin yolunun bağlanması mənasını verir. Sitatlar
Bələdiyyələr pişik evlərinin saylarını çox artırsın və isitmə də təmin etsinlər. Pişiklərin mütləq isti, gözəl otaqları olmalıdır. Sitatlar
Yerli idarə etmənin gücləndirilməsi, PKK-nın çörəyinə yağ çəkməkdir. Sən bələdiyyəyə böyük sərbəstlik versən nə olacaq? Bəzi bələdiyyələr PKK-nın qalasına çevrilər. Başqa bir işə yaramaz. Onsuz da onların istəyi də budur. Sitatlar
Prezident idarəetmə sistemində ölkə prezidentin nəzarəti altından çıxır. Yəni formal   olaraq bir prezident olmuş olur. Demək olar ki, hər şey yerli rəhbərliklərin əlindədir.   Həmçinin bu yerli rəhbərliklər getdikcə güclənirlər, beləliklə də, dövlət xırda dövlətlərdən   ibarət olur. Sonra da onlar tək-tək öz müstəqilliklərini elan edirlər. Referendum keçirirlər,   müstəqilliklərini elan edirlər. Türk milləti belə bir şeylə üzləşdiyi təqdirdə ən azı 200 il   özünə gələ bilməz, belə ki, bu müddətə qədər də qiyamət qopmuş olar. Sitatlar
ABŞ-ın məqsədi açıq şəkildə bəllidir. "Federasiya yaransın, ayrı-ayrı əyalətlərə ayrılın,   Türkiyə parçalansın" deyir. Bu qədər. Bütün Türkiyə ərazisini ələ keçirmək istəyirlər,   amma ABŞ hərbi güclə müdaxilənin çox qanlı, çox çətin olacağını bildiyi üçün belə bir   hiyləgər üsul tapdı. Abdullah Öcalanı da Türkiyənin başına müsəllət etdi. Sitatlar
Bədiüzzaman da, İngiltərə dərin dövlətinin hər cür pisliyi və əxlaqsızlığı qoruduğunu söyləmişdir. Sitatlar
Baş nazirimiz etibarlı insandır. Prezident idarəetmə sistemi olmadıqda bölünmə olar, sözünü elmi cəhətdən xalqa izah etməsini xahiş edirik. Sitatlar
Stalinist PKK-ya Cənub-Şərqi Anadolu bölgəsini vermərik. Bir qarış torpaq üçün 83 milyonun hamısını şəhid etmələri lazımdır. Edə bilməyəcəkləri işə girişməsinlər. Sitatlar
İrqçi milliyyətçilik dəccaliyyətin xüsusiyyətidir. Münafiqlər irqçidir. Müsəlman bütün insanları Adəmin övladları olduğunu bilərək sevgi bəsləyər. Sitatlar
Münafiq alçaqdır, özünü türk millətini müdafiə edirmiş kimi göstərər, lakin bunu irqçi üslubla millətə təsir etmək üçün edər. Firon da öz dövrünün azğın irqçilərindən biri idi. İsrail övladlarını öz irqindən aşağı hesab edirdi. Münafiq irqçiliyi çox azğındır. Sitatlar
Axırzaman münafiqləri internet, ağıllı telefon kimi sistemlərdən çox istifadə edirlər. Saxta hesablarla hər cür azğınlığı, fitnəni müdafiə edirlər. Münafiqlər açıq hesablarından ümumiyyətlə təbliğ etməzlər. Fitnə üçün gizli hesablarından istifadə edərlər. Buna çox diqqət yetirmək lazımdır. Sitatlar
Münafiq cəmiyyət mikrobudur. Harada murdarlıq, əxlaqsızlıq, fitnə varsa, onu müdafiə edər. Bunun üçün də internet və sosial mediadan istifadə edər. Sitatlar
Münafiq xarakterli kəslərin gizli hesabları əhəmiyyətlidir. Bu gizli hesablarla bütün dünyanı bir-birinə qatıb fitnə törədirlər, buna diqqət yetirilməlidir. Sitatlar
İnternet müsəlmanlara Dabbətül-ərz kimi xidmət edir, lakin münafiqlər üçün də qaranlıq ruhlarını yaşaya bildikləri bir sahə olur. Münafiqlərin çirkli ruhları çox yaxşı ifşa edilsə internet və sosial medianı fitnə üçün istifadə etmələrinin də qapısı bağlanmış olar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur