logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 27 fevral 2015

avatar

Adnan Oktar

Prezident idarəetmə sistemiylə idarə olunan hər ölkə mafiyanın əlindədir. Prezident idarəetmə sistemiylə idarə olunan hər ölkədə çevriliş olur. Prezident idarəetmə sistemində dərin dünya dövlətinin asanlıqla idarə edəcəyi bir sistem meydana gəlir.
A9 TV; 27 fevral 2015
2280
avatar

Adnan Oktar

Dünyada yoxsulluq lobbisi var. Bütün dünyanı xüsusi bir sistemlə yoxsul saxlayırlar. Bu, 100 ildən, 150 ildən bəri heç bir səhvliyə yol vermədən işləyən bir sistemdir. Bu sistem təkcə Osmanlıların dövründə yox idi, Osmanlılara öz istəklərini zorla etdirə bilmirdilər.
A9 TV; 27 fevral 2015
avatar

Adnan Oktar

Hakimlərin toxunulmazlıq hüququ ləğv edilməlidir. Hakimlərin toxunulmazlıq hüququ Türkiyədə əvvəldən bəri mövcud olan çox böyük bir problemdir. Necə ki, bütün məmurların toxunulmazlıq hüququ yoxdursa, hakimin də toxunulmazlıq hüququ olmasın. O da normal bir insandır, səhv edə bilər. Səmimiyyətsizlik və vicdansızlıq da cinayət kimi qəbul edilməlidir.
A9 TV; 26 fevral 2015
avatar

Adnan Oktar

Biz müsəlman öldürmərik. Müsəlmana əl uzatmaq olmaz, cahildirsə öyrədərsən. Sevgiylə, şəfqətlə yaxınlaşarsan. Mənə Qurandan bir hökm göstərsinlər, harada müsəlman öldürmək yazılmışdır?. Heç bir alim buna fətva verə bilməz, bir müsəlman belə bir şeyə fətva verə bilməz. Heç vaxt izin vermərik.
A9 TV; 26 fevral 2015
avatar

Adnan Oktar

Türk əsgəri heç bir şəkildə cani ola bilməz, cinayətə şərik ola bilməz. Kim türk əsgərini cinayətə təşviq etsə, qarşısında ağlı başında olan insanların olduğunu görəcəkdir. Türk əsgəri onsuz da belə bir tələyə düşməz. Belə bir çirkin cinayət törətməz. Bizə qatil olmağı təklif edənlər əxlaqsızlıq edirlər.
A9 TV; 26 fevral 2015
avatar

Adnan Oktar

Bunu dərk etməlisən ki, biz Türkiyənin bölünməsinə izin vermərik. Nə federasiya, nə o, nə bu ad altında bölünməsinə izin vermərik. Əsgərimizin, polisimizin qatillərini də heç vaxt buraxmarıq. Heç vaxt izin vermərik, canımız bahasına da olsa izin vermərik. Şəhid olarıq, amma bu vətəni bu namərdlərə, PKK-ya təslim etmərik. Bunu unutmalıdırlar.
A9 TV; 26 fevral 2015
avatar

Adnan Oktar

Şəhid ailələrini heç boş buraxmamaq lazımdır. Onların evləri bir məscid kimi olmalıdır. Hər gün Allahın yada salındığı, gözəl söhbətlərin edildiyi, təmiz və pak bir yer olmalıdır. Gedənlər evi də gözəl şəkildə təmizləməlidirlər. "Ana biz evi təmizləyək" deməlidirlər. Çirkli qab-qacaq varsa, onları yumalıdırlar. Yemək yoxdursa, yemək bişirməlidirlər.
A9 TV; 26 fevral 2015
avatar

Adnan Oktar

Federasiya, yerli rəhbərlik, birləşmiş dövlətlər, bunların hamısı Türkiyəni bölmə məqsədi daşıyan fəaliyyətlərdir.
A9 TV; 25 fevral 2015
avatar

Adnan Oktar

Təqlidi iman zəif olur, amma təhqiqi iman çox güclüdür. “Haqq-ul yakin” iman lazımdır. İnsanlar dərin imana sahib olmadıqları təqdirdə, xəstə olurlar. Günah işləyirlər.
A9 TV; 25 fevral 2015
avatar

Adnan Oktar

Türkiyə çox əhəmiyyətli bir dönüş mərhələsindədir, buna görə də, vətənpərvər gənclərin dəstəklənməsi, qorunub himayə edilməsi çox əhəmiyyətlidir. Onların şövqlərinin artırılması, onların gümrah saxlanılması çox əhəmiyyətlidir.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

Gənclik daha qərarlı olmalıdır. İdealist gənclik bu istiqamətdən daha yaxşıdır. Öyrədilmiş, təchizatlı, qərarlı, ciddi, çəkindirici bir ünsürdür. İdealistlər kükrəyəndə bir çox yer titrəyir. Bu titrəmə hiss edilir.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

Pis adamların üzünün qapqara olması bir möcüzədir. Üzlərində dərhal bir zillət və pislik nümunəsi görünür. Möminlər də bir quzu kimi təmiz olur. Çox təmiz olurlar.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

Müsəlman çox rahat olur, hər yerdə rahat olur. Allaha təvəkkül etdiyi üçün, ona etimad etdiyi üçün, axirətdə də diriləndə son dərəcə rahat olar. Məsələn, möminlər Qiyaməti sevinc içində seyr edir.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

Allah “Qəffar və Rəhim”dir, mərhəmətlidir. Mömin bir insan, Allahdan qorxan bir insan cəhənnəmə girməz. Allahdan qorxan dinin tələblərini onsuz da yerinə yetirər. İkinci bir ehtimal olmaz. Onsuz da onlar mömin olaraq yaradılırlar.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

Əgər biri iman əhlindəndirsə, Allahın diləməsiylə qorxmasın. "Mən varam", "Məni kim yaratdı?" deyirsə, Allahdan qorxacaq gücə sahibdirsə, Allah da iman əhlini yandırmaz. Bu qədərini deyim ki, anlasınlar. Cəhənnəm əhli necə bir məxluqatdır?. Bunu dərk edə bilməzlər. Cəhənnəm əhli ölü olur.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

İran bilavasitə mehdiyyətə görə siyasət yürüdür. Bir milyon nəfərlik ordu yetişdirir, Mehdi ordusu. Gecə-gündüz hər şeyi Mehdi ilə əlaqələndirirlər. İsraildə Moşiyahın gəlməsi üçün hər gün üç dəfə dua edərlər. Belə olduğu halda, onu görməzlikdən gəlsən məhz özün ziyana uğrayarsan. Çünki, tarix o istiqamətdə inkişaf edir.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

Sənin Moşiyahla, yəni Mehdi (ə.s)-la heç bir əlaqən yoxdur, amma bütün Yaxın Şərq bu mövzunun ətrafında fırlanır. Sən istəsən də, istəməsən də belədir. ABŞ-ın xarici siyasəti Moşiyah Mehdi (ə.s)-a görədir. Eləcə də, Səudiyyə Ərəbistan və İraq dövlətlərinin yürütdüyü xarici siyasət də ona görədir.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

YPG, bütün Türkiyənin və müsəlmanların düşmənidir. Kommunist, marksist, leninist, Allahsız, Kitabsız, xain bir təşkilatdır. Cinayət, mafiya təşkilatıdır.
A9 TV; 23 fevral 2015
avatar

Adnan Oktar

Ayasofyada ilk namazı qıldıracaq kimsə Mehdi (ə.s)-dır. Kiminlə birlikdə qıldıracaq? Hz. İsa (ə.s) ilə birlikdə. İstanbul İsa (ə.s)-ın gələcəyi yerlərdən biridir. Qüds-ü Şərif iki, Məkkə-i Mükərrəmə üç.
A9 TV; 23 fevral 2015
avatar

Adnan Oktar

MHP-nin aktiv bir gəncliyi var. Yetişdirilmiş, siyasi və ideoloji cəhətdən təhsil almış bir gəncliyi var. Amma Ədalət və İnkişaf Partiyasının belə bir gəncliyi yoxdur. Bunu Ədalət və İnkişaf Partiyası da etməlidir. Milliyyətçi, vətənpərvər, vətənə, bayrağa, millətə, dövlətə zərər verməyə çalışanlara qarşı kükrəyən bir gənclik yetişdirməlidirlər. Bu vacibdir.
A9 TV; 22 fevral 2015
avatar

Adnan Oktar

Gəncliyə, insanlarımıza, yəhudi qardaşlarımızı sevəcək, onları qoruyub himayə edəcək, onlara hörmət bəsləyəcək bir üslubu verək. Addım-addım bir bəlaya doğru gedilir, bir uğursuzluğa doğru gedilir, bunu dayandıraq.
A9 TV; 22 fevral 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bir yerdə anarxiya, müharibə yaradılacağı vaxt bu qərarı ölkələrin dərin dövləti verirmiş kimi görünür, amma dərin dövlət bir vasitədir. Dərin dövlətə o əmri dərin dünya dövləti verir. Amerika dərin dövləti də ciddi bir güc deyil, zavallı bir gücdür. O da əmr dinləyən bir əsgərdir. Sitatlar
İllüminati adlandırdıqları dərin dünya dövləti vardır; 200-300 nəfərlik. Müharibə qərarlarını onlar verirlər. Müharibənin dayandırılması, hansı ölkə dağılacaq, hansı ölkə qalib gələcək, bütün bunlar orada qərarlaşdırılır. Yeni bir ölkə yaradılacaqsa, o da yenə orada qərarlaşdırılır. Sitatlar
Suriya dağılıb parça-parça olmalıdırsa, buna dərin dünya dövləti qərar verər və bu iş, Amerika dərin dövlətinə həvalə edilər. Orda tender qurular. Tenderi qazanar və icrasına başlayar. Sitatlar
İlluminatidən də üstün güc vardır. Onlar dünyanın necə şəkil almalı olduğunu pərgarla, transportirlə çəkərlər. Sitatlar
“Dərin dünya” dövləti hər əsrdə bir dəfə toplanır. Hər əsrdə, Quran, Tövrat və İncilə, hədislərə baxaraq tarixin necə irəliləyəcəyini görürlər. Ona görə də tarixə, qədərə qarşı çıxmırlar, ona uyğun davranırlar. Bu da masonluğun bir sirridir. Sitatlar
Bütün dünya dərin dövlətlərinə hakim olan İngiltərədir. Amerika dərin dövlətini də İngiltərə idarə edir. Sitatlar
Dərin dünya dövlətinin, ənənəvi Ortodoks müsəlmanlığı təhrik edib, bu cür psixopat, təcavüzkar bir görkəmə salıb, müsəlmanı müsəlmana yox etdirmə planı var. Bu böyük təhlükədir. Sitatlar
Dərin dünya dövləti Mövləviliyi İslama qarşı din kimi düşünür. Çox əhatəli hazırlıq görüblər, gizlicə bünövrədə bir din yaradılıb. İnsanları İslamdan ayıra bilməyəcəkləri üçün, İslamın yerinə keçəcək din kimi Mövləviliyi görürlər. Sitatlar
Dünya dərin dövləti varsa, bir də Allahın yaratdığı dərin dövlət var. Bunun qətiyyən öhdəsindən gələ bilməzlər. Bunun içində Mehdi (ə.s) var, Xızır (ə.s) var, var da var, yəni mələklər var, cinlər var. Bu, güclərinin heç çatmayacağı metafizik qruplaşmadır. Sitatlar
İngiltərə dərin dövlətinin nəzarəti altında fərqli-fərqli quruluşlar olur. Bir çox paralel quruluş var, lakin əsil problem şaquli dünya dərin dövlətidir. Şaquli dünya dərin dövləti isə İngiltərə dərin dövlətidir. İngiltərə dərin dövləti ifşa edildiyi zaman bütün problem kökündən həll olar. Sitatlar
Hal-hazırda İsa Məsih (ə.s) və Hz. Mehdi (ə.s) dünyada təşəbbüsü ələ alıb. Onlardan və Hz.Xızır (ə.s)-dan xəbərsiz heç bir hərəkət olmaz. Buna görə insanlar narahat olmamalıdırlar. Sitatlar
HZ. MEHDİ (Ə.S)IN TƏLƏBƏLƏRİ ƏVVƏLKİLƏRDƏN VƏ SONRAKILARDAN ÜSTÜNDÜR. Mehdi tələbələrinin gecəsi və gündüzü yoxdur. Sitatlar
Türk-İslam Birliyi qurulduqda bütün ölkələr yenə ayrı dövlətdir. Amma xalqlarda elə bir Hz. Mehdi (ə.s) sevgisi olacaq ki, bir yerdə olacaqlar. Bir yerdə Hz. Mehdi (ə.s)ın dediklərinə əməl edərlər. Və bunu sevgi ilə edirlər. MEHDİYYƏT SEVGİNİN, COŞĞUNUN BAYRAM HAVASINDA DÜNYAYA HAKİMİYYƏTİDİR. Sitatlar
DARVİNİZM BİR ÇOX ÖLKƏDƏ DÖVLƏT TƏRƏFİNDƏN BÜTPƏRƏST BİR DİN OLARAQ TƏBLİĞ EDİLİR. Darvinizm insanların 99%-ni dinsiz edən bütpərəst bir inancdır. Bu fitnəyə qarşı Allahın varlığının dəlillərini tam təqdim etmək lazımdır. Sitatlar
HEÇ BİR DÖVLƏTİN YIXILMASINI İSTƏMİRİK. HEÇ BİR MİLLƏTİN YOX OLMASINI İSTƏMİRİK. Bunu istəmək çox anormal bir hərəkət olar. Onlar üçün hidayət, gözəllik, zənginlik, bərəkət, bolluq istəyirik. Bu Rusiya üçün də etibarlıdır, Çin üçün də. Türk İslam Birliyi bunu təmin edəcək. Sitatlar
Dünyada heç bir dövlət başçısı çıxıb təkamülə qarşıyam deyə bilməz. Çünki Darvinist diktatorluq dünyanı acı-acı inlədir. Bunun digər adı dəccaliyyətdir. Sitatlar
KÜRD QARDAŞLARIMIZI KOMMUNİSTLƏRİN ƏLİNƏ TƏSLİM ETMƏRƏM. Din, dövlət, ailə, əxlaq kommunizmdə ortadan götürülməli dəyərlərdir. DİN OLMADAN KÜRD QARDAŞLARIMIZ YAŞAYA BİLMƏZ. Sitatlar
Bəzi insanlar Allahı kölgə varlıq olaraq, özlərini isə həqiqi varlıq kimi görmək istəyərlər(Allahı tənzih edərik). Halbuki, özünün bir kölgə varlıq olduğu həqiqətindən qorxmaq yox, əksinə bunu sevinc və eşqlə düşünmək lazımdır. HƏR ŞEYİN BEYİNDƏ GÖRÜNÜŞ KİMİ YARADILDIĞINI DƏRK EDƏN İNSAN CƏNNƏTİ, CƏHƏNNƏMİ, ÖLÜMÜ VƏ AXİRƏTİ ÇOX YAXŞI QAVRAYARAQ DƏRİNLİKLƏRƏ GEDƏ BİLƏR. Bu mövzuda və digər mövzularda dərin düşünmək Quranın əmridir, bunda çəkinəcək bir şey yoxdur. Sitatlar
Dərin düşünən insanlar Allahın sənətinin fərqinə vara bilirlər. Onun üçün Allah ayədə; "Allahdan ancaq alimlər qorxar" deyə ifadə edər. Allah, müsəlmanların daima  düşünməsini, dərin düşünməsini və elm sahibi olmasını istəyir, dərin təhqiq etmələrini istəyir. Sitatlar
Sonsuz əvvəl və sonsuz axır, sonsuz qısa zamanda yaradılmışdır. Allahın zaman və məkandakı dərin elmini anlamağa çalışmaq lazımdır. Sitatlar
Mehdiyyət, Allah tərəfindən xüsusi olaraq yaradılmışdır. İnsanlar Allahın sənətini heyrət içində izləyəcək və çox çaşacaqlar. Dünya dərin dövlətini yaradan da Allahdır. Mehdiyyətin qarşısında güclü və inadçı ünsürlərin olması vacibdir. Allah bunları xüsusi olaraq mütləq mehdiyyətin qarşısına çıxaracaq. Sitatlar
PKK-nın silahı yerə qoyması, hamıya məlum olan silahı yerə qoyma fəaliyyəti kimi deyil.   Silahı “yerə” qoyur, lakin guya özünü müdafiə etmə gücü olaraq, əsgər, jandarma, polis   olaraq yenidən götürür. Məsələ budur. Yoxsa bunlar Cənub-Şərq bölgəsində silahsız bir   dövlət qurmağı düşünmürlər. Dövlət qurmaq istəyirlər, lakin tamamilə avtomat silahların   hakim olduğu, hərbi hava limanlarının, istehkam obyektlərinin və uzun müdafiə etmə   sistemlərinin olduğu geniş miqyaslı bir fəaliyyət aparmağı düşünürlər. Sitatlar
Kobani qalıq bir şəhərdir. Yerlə-yeksan olmuş, məhv olmuş bir yerdir. Təkcə açıq muzey   ola bilər, başqa bir şey ola bilməz. Ayənin işarə etdiyi kimi, Allahın dinsizlərə necə bir   fəlakət verdiyini, müsəlmanları necə xilas etdiyini göstərməsi baxımından mənalıdır.   Kürd qardaşlarımızı; dindar olanları, Allahdan qorxanları xilas edib Türkiyəyə gətirdik,   PKK/YPG isə oradaca həlak oldu. Sitatlar
Dünyada yoxsulluq lobbisi var. Bütün dünyanı xüsusi bir sistemlə yoxsul saxlayırlar. Bu,   100 ildən, 150 ildən bəri heç bir səhvliyə yol vermədən işləyən bir sistemdir. Bu sistem   təkcə Osmanlıların dövründə yox idi, Osmanlılara öz istəklərini zorla etdirə bilmirdilər. Sitatlar
Hakimlərin toxunulmazlıq hüququ ləğv edilməlidir. Hakimlərin toxunulmazlıq hüququ   Türkiyədə əvvəldən bəri mövcud olan çox böyük bir problemdir. Necə ki, bütün   məmurların toxunulmazlıq hüququ yoxdursa, hakimin də toxunulmazlıq hüququ olmasın.   O da normal bir insandır, səhv edə bilər. Səmimiyyətsizlik və vicdansızlıq da cinayət   kimi qəbul edilməlidir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur