logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 30 may 2015

avatar

Adnan Oktar

Qatı dinçilər; “atalarının dini” ucbatından, sanki gözəl İslam dinini yer üzündən silmək üzrədirlər. Müsəlmanları da məhv etdilər. Hər yerdə asıb kəsirlər, döyürlər, söyürlər, üzlərinə tüpürürlər. Bəziləri başlarını doğrayır, bəziləri avtomobilə bağlayıb yerlə sürükləyir, dəlik-deşik edir, barel bombası atırlar. Ağlasığışmaz zülm sistemi hakimdir. Qurana qayıtsalar hamısı bitəcək.
A9 TV; 30 may 2015
1151
avatar

Adnan Oktar

İnsanlar qəlblərini din ilə yuduqları vaxt, ona bir nur, işıq gəlir. Amma bir çox insan da dinin, insanların həyatını əlindən aldığını düşünür. Halbuki dinsizlik dünyanı əldən alar, həm də kökündən alar. Hər şey başına bəla olar. Yemək bəla olar, avtomobili, evi, arvadı, yoldaşları, məktəbi, hər şeyi başına bəla olar. Amma imanlıdırsa həyat yoldaşı nemət olar, yoldaşları gözəllik olar, evi zikir yeri olar, həyatı nurlu olar, hər yeri nur olar, qəlbində rahatlıq olar.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Daha dindar olana Allah daha yaxşı imkanlar, daha gözəl nemətlər nəsib edər. Bu da gözlə görülər. Amma təbiidir ki, mömin səbir etməlidir. Yəni əziyyəti də, neməti də gözəl görməlidir.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Dünyada hansı millət səmimi dindardırsa, Allah oraya daha çox bərəkət verir. Dindən uzadırlarsa Allah fəlakət verir, bərəkətsizlik verir. Bu ayrılıqda hər bir şəxs, hər bir fərd üçün məqbuldur.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Din nemətdir, insanların böyük bir hissəsi dini bəla hesab edir, haşa. Halbuki din dünyanın bəzəyi, həyatın sevinci, ağlın nuru, qəlbin rahatlığıdır, bərəkətdir.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Yuxu dünya acizliyidir. Hər gün müəyyən saatdan sonra insanın yuxusu gələr. Ölmək üçün gedib yatır, ölür, bir neçə sonra isə dirilir. Duş qəbul edir, yeməyini yeyir. Axşam yenə yuxusu gəlir. Ölmə vaxtı gəlir, yenidən ölür. Sabah yenidən dirilir. Həyatı bu şəkildə ölüb dirilməklə davam edir. Nəhayət bir dəfə də ölür, bir də dirilir və özünü başqa aləmdə görür.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Günəş ilə kölgə fövqəladə qanunlarla bir-biriylə əlaqəlidir. Allahın qanunları bir-biriylə əlaqəlidir. Günəşin işığı yoxdur, xarici aləmdə işıq yoxdur, zülmət qaranlıqdır. Buna görə, kölgə də yoxdur. Kölgə və işıq ayrı-ayrılıqda beyinin içində yaradılır. Rənglər bir-bir beyinin içində yaradılır. Xarici aləmdə rəng də yoxdur. Sarı, qırmızı, yaşıl; bütün rənglər beyində xüsusi olaraq yaradılır.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Kölgə ayrı yaradılır, işıq ayrı yaradılır. Çünki işıq beyində yaradılır. Xarici aləmdə işıq yoxdur. Xarici aləmdə rəng də yoxdur. İşıq insan beynində yaradılır. Xarici aləm zülmət qaranlıqdır. Buna görə də, xarici aləmdə kölgə də yoxdur. İşıq olmadığına görə, kölgə də yoxdur. O zaman kölgə də ayrılıqda beyində yaradılmalıdır. Allah: “İkisini də ayrı-ayrılıqda yaradıram” deyir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

"Xəta elədikcə vicdan narahat olur, insan boğulurmuş kimi olur" deyir. Bu özünü şeytana boğdurmaqdan qaynaqlanır. Qardaşım bu nəyə lazımdır? Sən Allaha təvəkkül edirsən, tamam, Allaha tövbə edirsən. Tövbə nə deməkdir? Allahın tövbəni qəbul etməsini ümid edirsən. Onda niyə o vəziyyətə düşürsən? Deməli, belə çıxır ki, sən Allaha güvənmirsən. Xəta elədinsə taleyindəki xətanı edirsən. Bir daha etməməyə qərar verdinsə kifayətdir. Əzm etsən problem yoxdur.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bir xəta edir, günah işləyir, özünü həlak edir. İztirab çəkir. Allah səndən belə şey istəmir ki. Yalnız tövbə et deyir, normal həyatına davam et deyir. Özünü pərişan et demir. Bunlar anormal, müşriklərə məxsus hərəkətlərdir. Sonunda sənə həmin xətanı etdirən də Allahdır. Bir xeyir var. Bir daha etməməlisən, bu qədər. Qərar verməlisən, etməməlisən.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

İnsanın müqavimət göstərmə gücü çox böyükdür. Beyninə əmr verəcək, etməyəcək. Məsələn, İslama xidmət etməlidir; "çox yorğunam" deyir. Təlqinlə edirsən, yorğun olmaq da nədir? Sənə 5 min lirə verəcəklərini eşitsən göyə uçarsan. Yalan deyirsən, elə bir şey olmaz. Əldən düşmüşəm, yorğunam, az qala yerə düşəcəyəm deyir. Bir mənfəətin olsa, bax gör necə dəliyə dönərsən.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Şeytan insanı romantik hala salır, beyninə iynə yeridir, beyni keyləşir, sərxoş hala gəlir. İpi şeytanın əlinə verir, o da onu istədiyi kimi sürüyür. Müsəlman o ipi dərhal qoparmalıdır. Özünə; "nə baş verir?", "sən nə edirsən?" deməlidir, mən bu ipi qoparıram deyib, dərhal Allahın ipinə sarılmalıdır. “Hablullahul metin, urvetül vüska”, Allahın qopmaz, qoparılmaz ipi.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

İnsan şeytana uyarsa, onu inciklik və ya kin sürükləyər. Yəni boğazından yapışar, sürükləyər. Müsəlman güclü bir zərbə endirməklə o pəncəni boğazından qoparmalıdır. Sürüklənməyə razı olmamalıdır. Sürüklənmək çox alçaldıcı bir şeydir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Müsəlman üçün qəzəblənmək çox gülünc bir şeydir. Qəzəb alovu adamı bürüyür, heyvanların sürüklədiyi kimi sürükləyir. İnsan da qəzəbini yatırda bilmir, özünü rəzil-rüsvay edir. Belə olmaz. Ağlını işlətməlidir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Əvvəla müsəlman anormal şeylərə müqavimət göstərməyi bacarmalıdır. Məsələn, qəzəblənməyə müqavimət göstərməyi bacarmalıdır. Qəzəblənmək heyvani instinktdir. Qəzəblənməmək insani üstünlükdür.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bilə-bilə səhvi təkrarlamamaq, davam etdirməmək lazımdır. Buna baxmayaraq, meydana gələn hadisələrdə daim müsəlman üçün xeyir vardır. Taleyindəki hadisədir. Amma səbəbə sarılmalıdır.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Ağlı istifadə etmək, səmimi olaraq Allahla əlaqə içində olub təlaşlanmadan şeytanın, ağlı harada pozacağını düşünərək Allahın işarəsini görməyə çalışmaqdır. Çünki ağlı onsuz da Allah istiqamətləndirər. İnsan vicdanına tabe olduğundanda səhvi, təhlükəni fərq edər. Allah ona ilham edər, hiss etdirər.
A9 TV; 29 May 2015
avatar

Adnan Oktar

Allah imtahanın tələbi olaraq şeytana imkan verir. Bu vəsiləsiylə də insanlar mükəmməl imtahana çəkilmiş olur. İnsanın nəfsi, şeytanla mübarizə apararaq yetkinləşir, kamilləşir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Ayələrdə cihaddan bəhs edilərkən mübarizə aparmaq nəzərdə tutulur. Elmi mübarizə, çalışma, hər cür fəaliyyət. İnsanlar həmişə asıb-kəsmək kimi başa düşürlər. Cihad, Allah yolunda səy göstərməkdir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bir şey bir az tərs getsə belə, müsəlman onda xeyir olduğunu düşünməlidir. Tərslik oldu deyir. Sən Allaha tam mənasıyla təvəkkül etsən, meydana gələn hadisə xeyirli olandır.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bəziləri din deyildikdə qəribə romantizmə və ruh halına bürünürlər. Allah ağıllı rəftarla zikr edilməlidir.
A9 TV; 29 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Qatı dinçilər bütün gözəl şeyləri qadağan edirlər. Bütün çirkin, çətin şeyləri isə məsləhət görürlər. Ağlamağa təşviq etmələri inanılmazdır. Allah bunun küfr əhlinin xüsusiyyəti olduğunu söyləyir; "Onlar çox ağlayacaq, siz isə güləcəksiniz" deyir. Onlar da tərsini söyləyirlər. "Əsla gülməyin, bol-bol ağlayın" deyirlər. İnsan buna nə qədər dözə bilər? Get idman et, ye, iç, gül. İbadətlərini yerinə yetir. Hər yeri gözəlləşdir. Hər yerə incəsənət hakim olsun. Sitatlar
Xurafatçıların ən böyük dərdi paxıllıq, qısqanclıqdır. Hal-hazırda, Axırzamanda da böyük fitnənin yaranma səbəbi Mehdi (ə.s)-a qarşı edilən paxıllıqdır. Saxta mehdilərin çıxması, saxta mehdilərin öz arasında mübahisə etməsi, mehdi olmadıqları halda insanları mehdi elan etməyə təşəbbüs etmək, mehdilik iddia etməyən insanları zorla mehdi kimi göstərməyə cəhd etmək; bu paxıllığın təzahürüdür. Sitatlar
Xurafatçılar çox diktatordurlar. İnandırmağı yaxşı bacarırlar. Demaqoqluğu yaxşı bacarırlar. Saxtakarlıq, hiyləgərlik, aktyorluq etməyi yaxşı bacarırlar. Üzə gülərlər; lakin çox xaindirlər. Sistemli şəkildə plan hazırlayarlar. Lakin nəticədə Allah bəlalarını verər. Öz tələlərinə düşərlər. Sitatlar
Ənənəvi ortodoks İslam anlayışıyla İslam izah edilməz. "Hacı əmi"ləri televiziya   ekranına çıxarırlar, onlar da 1930-1940-cı illərdə mövcud olan zehniyyətlə öz   xurafatlarından danışırlar (dini mövzuları tənzih edirəm). Həmyaşıdı olan, öz   zehniyyətindəki insanlara xitab edir. Gənclər də bunları təəccüb və ibrətlə seyr edirlər.   Halbuki dini izah etmək üçün nə uyğun mədəniyyətə, nə də məlumata sahibdirlər. Sitatlar
Qatı dinçilərin göstərdiyi din cəhənnəmdir. Musiqi yox, şəkil yox, əyləncə yox, sevgi yox,   dostluq yox, yoldaşlıq yox, heç nə yoxdur. Bəla var, tərbiyəsizlik var, məntiqsizlik var,   xurafat var, batil inanclar var. Sitatlar
Xurafatçılar həmişə danışırlar, dayanmadan xurafatlar söyləyirlər. Məqsədin nədir? Məqsədin sevgi deyil. Bir adam necə döyülər, necə kəsilər, bir qadın necə alçaldılar, məsələ budur. Bir-birlərindən necə nifrət edəcəkləri barədə fəlsəfə hazırlayırlar. Xurafatçılarda sevgi olmaz. Sitatlar
Xurafatçılar çox bilən adam kimi danışmaqla İslamın yayılacağını güman edirlər. İslam qətiyyən bu yolla yayılmaz. Adam səndən səmimi sevgi gözləyir. Doğru-düzgün geyinməni, təmiz və şən olmanı, həyatı gözələşdirməni gözləyir. Bu İslamın əyani şəkildə yaşanmasıdır. Bunu gördüyü təqdirdə sənin izah etdiyin İslamı qəbul edər. Sitatlar
Allah bizim üçün asanlıq yaradır və onda da bizi müvəffəq edir. Çətinlik axtaranlar həlak olurlar. Məğlub olur, tapdalanırlar. Ənənəvi İslamı, Ortodoks İslamı axtaran hər kəs tapdalanır. Nəyinə lazımdır, Allahın nur kimi dinini niyə dəyişdirirsən? Allah asanlıq yaratdığı halda, niyə çətinlik yaradırsan? Nə gözəl, get sevinc içində yaşa. Sitatlar
Ayə deyirik; "Allah Quranda belə deyir" deyirik. "Hocalar belə demir" deyir. Sən niyə   Qurana etibar etmirsən? Allahın Kitabına etibar etmirsən. Hökmən atalarının dinini   Quranda tapmalıdır. Tapmasa qəbul etmir. Din birbaşa Qurandan öyrənilər. Atalardan   öyrənilməz. Sitatlar
Bölgədəki zülmü və yaşanan əzabları sadəcə diplomatiya ilə həll etmək olmaz. Sevgiylə olar. Allah ilə əlaqədə olmaqla olar. Sitatlar
Müsəlman sevgisini, mərhəmətini sonsuz dərəcədə inkişaf etdirməlidir, kömək   sevərliyini yüksək dərəcədə inkişaf etdirməlidir. Etibarlı olmalıdır. Müsəlmanlar əleyhinə   casusluq etməməlidir. Oyun oynamamalı, xainlik etməməli, zülm etməməlidir. Sitatlar
Sitatlar
Müsəlmanları narahat edəcək, onları kədərləndirəcək, yoracaq rəftarlar və yaxud   müsəlmanları qorxutmağa çalışan rəftarlar yaxud da müsəlmanların əleyhinə casusluq   etmək, oyun oynamaq, müsəlmana hiylə ütün bu hərəkətlərin zalımlıq   olduğunu bildirir. Namaz qılması onu xilas etməz. Zalımlıq etməməlidir. Sitatlar
Sitatlar
Zülmün həll yolu sevgidir, sülhdür, rasionallıqdır, elmdir, irfandır, mövhumatçılığa qarşı Quran həqiqətləri ilə aparılacaq mübarizədir. Hal-hazırda anlamazlıqdan gələnlər ola bilər, lakin çox yaxın vaxtda hadisələr xeyli böyüdükdə anlayacaqlar. Dediyimi bir yerə yazın, eynilə görəcəksiniz. Eynisi meydana gələcək. Sitatlar
Sitatlar
Allah zalımı zalıma müsəllət edir. Quran, Allahın insanların bir qismini digər qismi ilə dəf etməsindən bəhs edir. Hətta xalq arasında: "Dinsizin öhdəsindən imansız gələr" deyə bir məsəl də vardır. Sitatlar
Müşrik sistem Allahın nazil etdiyinə görə deyil, atalarından öyrəndiyinə görə hərəkət edər, dini atalarından öyrəndiyi kimi yaşamaq istəyər. Sitatlar
Mehdilərin xüsusiyyəti asanlaşdırmaqdır. Dini, əmri, həyatı asanlaşdırar, insanlar üzərindəki ağır zəncirləri qırarlar. Mehdi (ə.s)-ın da vəzifəsi asanlaşdırmaqdır. Ağır şərt zəncirlərini aradan qaldıracaq, amma xurafatçılar deyəcək ki, onların dinini öldürdü. “Bizim dinimiz ağır şərtli bir din idi, çox şərtlər vardı, bu dinimizi asanlaşdırdı, dini öldürdü" deyəcəklər. Sitatlar
Din Allah rizası üçündür. Din Allah sevgisinə görədir. Haşa, dini çətinlik dərmanı kimi görmək olmaz. Rahatlamaq üçün, hüzur, dinclik tapmaq üçün din yaşanmaz. Dini Allah üçün yaşayarlar. Sitatlar
Vətən məfhumu iman edən insan üçündür. Din imanlı gənclik üçündür. Marksist, dini tiryək olaraq görür. Ailə yenə eyni şəkildə dindar üçün keçərlidir. Sitatlar
Cənub-şərqli qardaşlarımız, o zadəgan Bədiüzzamanın övladları mənəviyyatla yaşayarlar. Sən onların əlindən dini alsan, imanı, müqəddəsatı, adət-ənənəsini alsan, gözəllikləri alsan öldürərsən onu, məhv edərsən. Sitatlar
Fanatik düşüncə dindən soyutmaq üçün dini xeyli çətinləşdirir. Çox hiyləgərcəsinə şeytanın bir oyunudur. Çox asan olduğu halda dini çətinləşdirəndə adamlar dinin yaşana bilməyəcəyini düşünür və imtina edirlər. Halbuki, din çox asandır. Sitatlar
Din rahatlıq, sevgi, gözəllik, sülh, yaxşılıq, bağışlamaq, demokratiya, fikir azadlığı, sənətin, elmin ən inkişaf etmiş ən gözəl istiqamətlərinin nümayiş olunduğu möhtəşəm bir quruluşdur. Qarışıq hala gətirirlər dini. İnsanları dindən lazımsız yerə soyudurlar. Dəccala xidmət elə olur. Sitatlar
İnsanlar qəlblərini din ilə yuduqları vaxt, ona bir nur, işıq gəlir. Amma bir çox insan da dinin, insanların həyatını əlindən aldığını düşünür. Halbuki dinsizlik dünyanı əldən alar, həm də kökündən alar. Hər şey başına bəla olar. Yemək bəla olar, avtomobili, evi, arvadı, yoldaşları, məktəbi, hər şeyi başına bəla olar. Amma imanlıdırsa həyat yoldaşı nemət olar, yoldaşları gözəllik olar, evi zikir yeri olar, həyatı nurlu olar, hər yeri nur olar, qəlbində rahatlıq olar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur