logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 15 may 2014

avatar

Adnan Oktar

Qatı dindarlığın, xurafatçılığın yükü çox ağırdır. Cəmiyyəti, insanları məhv edir, ölkələr süqut edər.
A9 TV; 15 may 2014
786
avatar

Adnan Oktar

Gülməmək, danışmamaq, həmişə qaşqabaqlı sifətlə gəzmək, yorğun, əldən düşmək… Bu şeytanı güldürər, əyləndirər. Müsəlman belə davranmaz. Haram və yaraşmayan davranış olar.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Sən Allahdan qorxmayandan çəkinəcəksən. İmanla, Quranla hərəkət etməyəndən çəkinməlisən. Çünki onun bir qanunu yoxdur. Adamın nə düşünəcəyini bilməzsən. Hər şey edə bilər. Amma möminin qanunu var, qaydalara bağlıdır.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

İmanlısansa saf və səmimi olmalısan. Belə olduqda səni də saf və səmimi görən insanlar sevgi gözü ilə yanaşarlar.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Qadınlara qarşı şəfqət ruhu qadına qarşı sevgini artırar. Bəziləri qadına yalnız cinsi mənfəət kimi baxır. O zaman nifrət ruhu ilə yaxınlaşar. Şəfqət, mərhəmət və onu qoruma ruhu sevgini çox artırar. Onsuz da Quranda həmişə şəfqətdən bəhs edilir. Yəni mərhəmətlə qarışıq sevgi, qoruyucu sevgidən bəhs edilir.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Mömin hər yerə nurla, imanla baxdığı üçün hər yer möminə aydınlıqdır. Allah hər yeri onun üçün aydınladar, cənnətə çevirər.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Yas hörmət mənasındadır; nəzakət göstərmək, diqqət yetirmək, maraqlanmaq. Yoxsa üz-gözünü cırmaq, ağlamaq, kədərlənmək, dərd çəkmək, dağıtmaq, iztirab çəkmək deyil. Bunlar şirk olar.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Mədənlərdə robot texnologiyasından istifadə edilməlidir, qəti şəkildə insanlardan istifadə etmək olmaz.
A9 TV; 13 may 2014
avatar

Adnan Oktar

Allah Türkiyəni bölmək istəyənlərin bəsir��tini, fərasətini bağlasın. Onları bütün bəlalara düçar etsin. Türkiyəni böldürmərik.
A9 TV; 13 may 2014
avatar

Adnan Oktar

Kilsə də, sinaqoq da, məscid də Allahın evidir. İstəyən istədiyi yerdə ibadət edə bilər. Allah bütün dünyanı bizə məscid etdi.
A9 TV; 13 may 2014
avatar

Adnan Oktar

Qatı dinçiliklə İslamofobiyanı inkişaf etdirdilər. Xurafatçılar bunu bacarır. Mehdiyyət olmasaydı xurafatçılar İslamı yer üzündən silmişdilər. İslamın dünyada qalmasının səbəbi mehdiyyətdir. Türkiyəni bölə bilməmələrinin səbəbi də mehdiyyətdir. Yoxsa Türkiyəni də yerlə-yeksan edəcəkdilər.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Bir insan Allah Qatına, cənnətə gedən bir insan üçün özünü döyürsə, ağlayırsa, üz-gözünü cırırsa bu Allahın yaratdığını bəyənməmək, Allaha üsyan etməkdir, haşa. Amma Allaha şükür edirsə, həmd edirsə, sevinc içində Allaha qovuşmanı, Allah ilə birləşməyi, cənnətə getməyi gözəl sayırsa bu, mömin xüsusiyyətidir. Əksi müşrik xüsusiyyətidir.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Ölən insanlardan sonra yas tutmaq Məkkə müşriklərinin adəti idi. Şumerlərdən, qədim yunanlardan qalma bütpərəst adətidir.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Din olmasa həyatın bir mənası yoxdur, Allah qorusun. Mən din üçün, Allah üçün yaşayıram. Hamımız eləyik, inşaAllah.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Din Yaxın Şərqin digər adıdır. Yaxın Şərqin ruhudur. Din olmadan Yaxın Şərq olmaz. Din olmadan həyat olmaz.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Birlik mehdiyyət ruhu ilə çox qəti olaraq əldə edilər. Hər kəs "birlik olaq" deyir. Kimsə əhəmiyyət vermir. İrqçilik, məzhəbçilik, bölgəçilik, hətta məhəlləçilik də yayılmışdır. Ona görə Peyğəmbərimiz (s.ə.v) bu bəlanı bildiyi üçün Mehdisini xüsusi olaraq vəzifələndirir.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Üç-beş il sonra Türkiyə də, dünya da tamam fərqli olacaq. Mehdiyyət sağlam və güclü quruluşu ilə addım-addım irəliləyir, əlhəmdülillah.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Allah gözəl əxlaqda xüsusi bir nur endirər. Əks halda Firon və yaxud Nəmrud kimi bir üz yaranar. Özünü Allaha təslim et, nur kimi ol.
A9 TV; 8 may 2014
avatar

Adnan Oktar

Risalə-i Nura insanın bir yolla qovuşması onun dünyasını çox açar. Onun üçün hər kəsdə, qardaş-bacılarımızın evlərində kiçik də olsa bir Risalə-i Nur risaləsi olmasında fayda vardır. Çünki orada səmimi bir dil, müsəlman dili vardır.
A9 TV; 8 may 2014
avatar

Adnan Oktar

Axırzamanda tank, top, İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi) heç biri qalmayacaq. Hamısı sənayedə istifadə ediləcəkdir. Mehdi (ə.s) dövründə silah yoxdur.
A9 TV; 2 may 2014
avatar

Adnan Oktar

Mehdi (ə.s) dövründə kimsə digərini linç etməz. Gözəllik sadəcə sevgi və səmimiyyətdir. Hər yerdə Allah qorxusu, Allah sevgisi olacaqdır. Əbəs yerə insanlar bir-birlərini incidirlər.
A9 TV; 2 may 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Qatı dinçiliklə İslamofobiyanı inkişaf etdirdilər. Xurafatçılar bunu bacarır. Mehdiyyət olmasaydı xurafatçılar İslamı yer üzündən silmişdilər. İslamın dünyada qalmasının səbəbi mehdiyyətdir. Türkiyəni bölə bilməmələrinin səbəbi də mehdiyyətdir. Yoxsa Türkiyəni də yerlə-yeksan edəcəkdilər. Sitatlar
Biz dindarlığı Türkiyədə yayırıq, amma xurafatçılıq şəklində düşünürlərsə buna icazə vermərik. Sitatlar
Xurafata qarşı Quran ilə mübarizə aparmaq lazımdır. Sitatlar
Xurafatçı keyfiyyətli olmağı bacarmaz, bacara bilmədiyi üçün də keyfiyyəti aradan qaldırmağa çalışar. Sitatlar
Estetikanın, gözəlliyin sahibləri, qadınları sevənlər dünyaya hakim olar. Qatı dinçiliklə daha yaxşı nəticə alınacağını zənn edir. Qatı dinçiliklə heç nə əldə edəməzsin. Sitatlar
Xurafatda, qatı dinçilikdə bir gün estetikadan, sevgidən bəhs edən yazı tapa bilməzsiniz. Bir dəfə də olsun sevgidən bəhs etməzlər. Sevgi onlara xoş gəlməz. Sitatlar
Türk xalqının böyük əksəriyyəti Atatürkçü ziyalılar, uzaqgörən düşüncəyə sahib, azadlığı sevən, İslamı səhabə dövründəki kimi qəbul edən, müasir İslamı müdafiə edən insanlardır. Bütün gəncliyimiz müasirdir. Buna görə qatı dinçi, mühafizəkar İslam anlayışını Türkiyədə yaymaq mümkün deyil. Sitatlar
Uydurma hədisdən yeni bir din yaratmışlar, ona İslam deyirlər. Halbuki, Quranın izah etdiyi dinə İslam deyilir. Uydurma hədislə yaranan dinə İslam deyilməz. O şirk dinidir. Sitatlar
Türkiyə möhkəm ölkədir. Gəncliyi möhkəmdir, təhsili mükəmməldir. Millətimiz çox ayıqdır. Xurafat, qatı dinçilik Türkiyədə ancaq gülünc mövzu ola bilər. Heç kim icazə verməz. Sitatlar
İnsanları xurafata görə deyil, səhabə İslamı ilə, mehdiyyət İslamı ilə öyrətdikdə vəli xasiyyətli insanlar olar. Ona görə mehdiyyətin əhəmiyyəti böyükdür. Sitatlar
Bütün dünyada İslam Birliyi ehtiyacı var, amma Allah qatı dinçilik şəklində olmasını istəmədiyi üçün qatı dinçi quruluş olduğunda dərhal qarşısını kəsir. Qatı dinçiliyə qarşı olan hər quruluşu Allah inkişaf etdirir. Sitatlar
Qatı dinçilərin gətirdiyi xurafatlar qaranlıq sənədlərdir, uydurmadır. Zənn və təxminlə ortaya atılmış yalanlardır. Elə sənəd olmaz. Açıq-aşkar sənəd olmalıdır. Açıq-aşkar sənəd nədir? Qurandır. Sitatlar
Qatı dinçiliyə qarşı sevgi, məhəbbət, eşq dolu, azadlığı müdafiə edən İslam anlayışı lazımdır. Belə olduqda dünya rahatlanar. Sitatlar
Qatı dinçiliyin olduğu heç bir ölkə qurtulmaz. Qatı dinçilik dəccaliyyətdir. Həyatımıza qatı dinçilik girsə məhv olar. Üstəlik, qatı dinçilik narkotik kimidir. Bir yerdən başladısa artıq o yavaş-yavaş, təcridlə cəmiyyəti əhatə edər, bəlaya salar. Ona görə də lap əvvəldən qatı dinçiliyə icazə verilməməlidir. Sitatlar
Qatı dinçilik insanlara dərin bir yuxu, yorğunluq verdi. Dəccal yuxu halı verdi. Dəccallıq həm darvinist fəlsəfə ilə, həm qatı dinçi fəlsəfə ilə İslam aləmini və dünyanı yandırıb-yaxır. Sitatlar
Qatı dinçilik elə bir bəladır ki, bütün İslam aləminin indi çəkdiyi bəlanın kökündə qatı dinçilik vardır, Quranı səhv şərh etmək vardır. Bir-birlərini öldürürlər. Bunlar Ortodoks İslam anlayışından qaynaqlanır. Belə bir bəla var dünyanın üstündə. Bizi bu bəladan qurtaracaq olan Mehdi (ə.s)-dır. Sitatlar
Xurafatçılıq insanlıq tarixinin ən böyük fəlakətidir. Faşizmdən daha da betərdir. Kommunizmdə yenə insanlara nəyisə izah edə bilərsən, xurafatçıya heç nəyi izah edə bilməzsən. Dəhşətli vəhşilikdir xurafatçılıq. Sitatlar
Xurafatçılara nifrət gözü ilə baxmaq doğru deyil. Xurafatçı zamanla xəstələnmiş bir insandır. Uzun zaman içərisində bir-birlərini də xəstəliklə gücləndirən insanların bu xəstəliyinin daha da artdığını görürük. Onun üçün müşfiq bir üslubla, şəfqətli bir üslubla, ağıllı yaxınlaşmaq lazımdır. Sitatlar
Sevgisiz insanların, qatı dinçilərin ruhu xəstə olur. İşığı görsələr qaranlıq, qaranlığı görsələr başqa cür dərk edirlər. Allah islah etsin. Sitatlar
Qatı dinçilər dəli xarakterli olurlar. Özlərini məhv edənə qədər dayanmazlar. Sitatlar
Qatı dinçilər hara getsələr tərbiyəsiz, nalayiq hərəkətlər edərlər. Sitatlar
Qatı dinçilərin etdiyi səhvlər ucbatından bütün İslam aləminin başına bəla gəldi. Sitatlar
Qatı dinçilər təqva adına dini çətinləşdirib müşrik xarakteri inkişaf etdirirlər. Sitatlar
AK Partiyanın dindarlara azadlıq vermə siyasəti gözəldir, amma CHP-ın da qatı dinçiliyi dayandırma siyasəti tarazlığı təmin edir. Hamısında xeyir var. Sitatlar
Qatı dinçilər, xurafatçılar müsəlmanları dəyərsizləşdirib. Hətta özləri bir-birilərinə dəyər vermirlər. Bir-birilərini öldürməyi də normal qarşılayırlar. İnanılmazdır. Keyfiyyətsiz, mədəniyyətsiz, cahil, mənfur bir insan qrupu formalaşdırıblar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur