logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 3 may 2013

avatar

Adnan Oktar

Qədər təsadüflər nəticəsində getməz. Qədər Allahın planladığı şəkildə Allahın yaratdığı şəkildə axar. Buna görə başıboş gedən bir qatar, haradan uçacağı müəyyən olmayan bir şey, belə bir quruluş yoxdur. Bu qatarın hara gedəcəyi müəyyən, hansı stansiyalarda olacağı müəyyəndir. Peyğəmbərimiz (s.ə.v) açıqlamış və həmişə oralardan keçir, başqa yerdən keçə bilməz.
A9 TV; 3 may 2013
1878
avatar

Adnan Oktar

Amerika istədiyi qədər parçalamağa çalışsın. Sən ürəkdə birləşdikdən sonra Amerika sənə lap on xətt çəksin, xəttin üstünə basıb keçərsən.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

Hz. İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s)-ın ayrı-ayrı olması qəribə görünməsin. Əslində bunların hamısı bir birlikdir. Hz. Mehdi (ə.s) başdır, imamdır, hz. İsa Məsih (ə.s) onun vəziridir. İki fərqli qoldan fəaliyyət göstərirlər, lakin bir birlikdir.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

Qurtuluş hz. Mehdi (ə.s) ilə mümkündür. Məntiqli, ağıllı olan da budur. Çünki, tək bir beyin, tək bir ağıl hər şeyi yığışdıra bilər. O oradan çəkər, əgər çəksə, anarxiya olur. Yəni, bir nöqtəni müəyyən bir yerdən çəksən, müəyyən bir nöqtəyə doğru gedər. Dörd adam ayrı nöqtədən çəksə, parçalanar. İndiki sistemdə elə olur.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

Hüququ öldürməyə, tapdalamağa çalışan insanlara qarşı qismən də olsa səssiz qalmaq anarxiyanın yaranmasına səbəb olar.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

İslamiyyət müsəlman olmayanı da, ateisti də qoruyan bir dindir. Müşriki də, bütpərəsti də qoruyan bir dindir. Buna görə şəfqət, mərhəmət, müdafiə edən təməli olduğu üçün İslam əsas olur. İslam olmasaydı, onsuz da darmadağın olardı. "Türk milləti" deyə bir millət qalmazdı, parça-parça, darmadağın olardıq.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

Türk polisinin xüsusiyyəti odur ki, hamısı vətənpərvərdir. Hər biri bölünməyə qarşıdır, əlhəmdülillah. Bir dənə muxtariyyət və s. qəbul edən polis tapa bilməzsən. Əsgər də elədir. Millətimiz də elədir, maşaAllah.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

Ələvi demək Allah aşiqi, hz. Əli (r.ə), əhli-beyt aşiqi deməkdir. Sevgi dolu insan deməkdir. İnsanları, uşaqları, yaşlıları sevər, musiqini sevər, gözəl sözlər söyləyər, hikmətli danışar. Davakar olmaz. Onlar sülh, hikmət insanlarıdır.
A9 TV; 6 may 2013
avatar

Adnan Oktar

Dua səmimi edilməlidir. Bunu xüsusi olaraq fikrini cəlb etməklə, səmimiyyət ruhu ilə əldə etmək lazımdır. Bir də çox uzun dua deyil, köklü, dərin və səmimi dua çox əhəmiyyətlidir. Səmimi olması lazımdır, inşaAllah.
A9 TV; 5 may 2013
avatar

Adnan Oktar

Baş nazirə vəfasızlıq, xəyanət etdirmərik. Vəfasızlıq və xəyanət Allahın bəyənmədiyi qeyri-normal bir hərəkətdir, vicdanın yox olmasıdır.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Suriyadakı, Banqladeşdəki hadisələrdə müsəlmanların oyanmasına təşviq var. Allah bütün müsəlmanları bu hadisələrlə sarsıdır, "oyanın" deyir.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Bangladeşdə 2400 müsəlmanın öldürülməsi nə Avropanın, nə Amerikanın, nə də bütün dünyanın vecinə deyil. Avropada filan insanlar diskotekalarda əyləncəsi ilə məşğuldur.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Alimlərdən min adam bir yerə yığışsa hz. Mehdi (ə.s) kimi olmaz.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Heç bir siyasətçi İslam aləmini birləşdirə bilməz, təkcə birləşməsi üçün zəmin hazırlayar. İslam aləmini birləşdirmək hz. Mehdi (ə.s)-a nəsib olacaq.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Quranda əgər bir hekayə izah edilirsə o, həyatda qarşılaşılacaq hadisədir. Haşa, Allah hekayə izah etməz. Olmayacaq, həyatda baş verməyəcək bir hadisəni izah etməz.
A9 TV; 7 may 2013
avatar

Adnan Oktar

Ürək sıxılsa, ağıl da sıxılar, onlar bir-birilə əlaqəlidir. Allah dayanmadan imanın inşirahını (fərahlanmasını) versin. İnşirah imandan qaynaqlanar. Deyir ki, açıq havaya getsəm, açılaram. Amma elə deyil, açıq havaya şeytanın da səninlə birlikdə gəlir. "Bir yemək yesəm, açılaram" deyir. Şeytanın da səninlə birlikdə yeyər. "Ürəklər ancaq Allahın zikri ilə rahatlıq tapar."
A9 TV; 7 may 2013
avatar

Adnan Oktar

Risalə-i Nurun orijinal üslubu nəfisdir. Xüsusi bir-bir söhbət üsulu, ruhaniyyəti vardır. Risalə-i Nurun sadələşdirilməsini heç bir şəkildə qəbul etmirik.
A9 TV; 7 may 2013
avatar

Adnan Oktar

Hökumətə qarşı müxalifətin olması həmişə yaxşıdır, amma dağıdıcı üslubu olmamalıdır.
A9 TV; 7 may 2013
avatar

Adnan Oktar

Allahın xatırlandığı evlərə girmələri, Allahın xatırlandığı evlər əldə etmələri və orada Allahın xatırlanmasını təmin etmələri möminlərin vəzifəsidir. Elə evlər əldə edəcək ki, orada Allah xatırlanacaq.
A9 TV; 1 may 2013
avatar

Adnan Oktar

Allahın Rəhman və Rəhim adının təcəllisi Mehdi (ə.s.) olduğuna görə Allah Məhəmməd ümmətini rəhməti ilə Mehdi (ə.s.)-ı vəsilə edərək qurtaracaq, inşaAllah.
A9 TV; 1 may 2013
avatar

Adnan Oktar

Hz. Yusuf (ə.s) əziyyətdən, ağrıdan , təhsildən keçir, dərin imanla Allah üzünə bir nur və heybət verir. Qeyri-adi bir təsir etmə qabiliyyəti meydana gətirir.
A9 TV; 1 may 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah zamandan və məkandan münəzzəhdir. Zamanı yaradan Allahdır. Allah sonsuz uzun zamanı sonsuz qısa zaman içində bitirmişdir. Başlanğıc da, son da Allahdır. Allah zamana və qədərə hakimdir. Sitatlar
Qədərdə tarix yalnız mehdiyyətin qalibiyyəti üzərində hazırlanıb. Sitatlar
Türkiyənin qədəri yellənməkdə deyil, mehdiyyətdir. Sitatlar
Misirdə yaşananlar ən incə məqamlarına qədər qədərdə müəyyəndir. Bütün güc Allahın əlindədir. Orada ürəkləri uyğunlaşdıracaq olan Allahdır. Sitatlar
Allah müsəlman üçün hər şeyi xeyirlə yaradır. Allahın bizi öz ağlımıza buraxmaması çox gözəldir, əlhəmdülillah. Sitatlar
Sən səmimiyyəti buraxsan əksiklik, çatışmazlıq da səni buraxmaz. Dürüst, səmimi olsan, əksiklik, çatışmamazlıq kimi görünən şeylərin doğru olduğunu, hər şeydə xeyir olduğunu görməyə başlayarsan. Sitatlar
Yas tutmaq məntiqi birmənalı olaraq düzgün deyil. Müsəlmanda elə şey olmaz. Dünyaya göndərən də Allahdır, Öz qatına alan da Allahdır. Qədərə təslimiyyət, Allahın xeyrinə, gözəlliyinə, bərəkətinə etimad etmək lazımdır, doğru olan budur. Əks təqdirdə insana yaraşmayan hərəkətdir. Sitatlar
Bütün güc Allaha məxsusdur. Bircə külli iradə, hakim iradə vardır, yəni Allahın iradəsi vardır. Hər birinə hakimdir. Qədərin hamısı Allaha aiddir. Hər biri Kitabda yazılmışdır. Tək bir an vardır. Tək bir an içində Allah hər şeyi edib bitirmişdir. Sitatlar
Fironu, Nəmrudu, Darvini, Stalini, Lenini, hər birini yaradan Allahdır. Allah hər bir kommunistin,  dinsiz, imansızın fəaliyyəti qədərdə onlar daha doğulmadan əvvəl yaratmışdır. Buna görə də Allahın istəyindən kənara çıxa bilməzlər. Sitatlar
Əslində insanlar qədəri tam bilsələr çox rahat olarlar. Tam kamillik dərəcəsində qədəri bilsələr, bunu rahatlığı bir başqadır. Allah qədəri ən gözəl şəkildə yaradır. İnsanlar bəzən bəyənmirlər, halbuki, onun üçün ən gözəli, ən doğru olanı odur. Sitatlar
Xristian aləmi İstanbulu əsla və qəti olaraq verməzdi. İstanbulun fəthi möcüzədir, İstanbulun çox möhkəm quruluşu vardı. Amma (ə.s) çıxacağı, qədər belə olduğu üçün, Allah qədəri bükərək bu hala gətirdi. Sitatlar
Batini olaraq yanaşsaq insan qədərində olmayanı düşünə bilmir. Məsələn, düşüncəsindəki pərdələr açılır. "Dərin düşünərək bu hala gəldim" deyə fikirləşər, amma dərin düşündüyü saat, vaxt da müəyyəndir. Ondan artıq dərin düşünə bilməz. Sitatlar
Allah güc verməsə Firon addımını təyin edə bilməz. Allah nə vəd edirsə, qədərində nə varsa onu edər. Sitatlar
İndi Allah Mehdiyyətin qalibiyyətinə hökm etdiyinə görə, qədərdə elə olduğuna görə lap istəsən 12 adam ol yenə qalibiyyət mütləqdir. Sitatlar
Taledə belə yazıldığına görə dünya İslamın hakimiyyətinə keçir. Məsələn, taledə Dəccalın qalib gələcəyi yazılsaydı,  lah-hazırda istədiyimiz qədər məşğul olsaq da, yeddi min kanalımız olsa, yetmiş min radiomuz olsa, yüz minlərlə professorumuz olsa, yenə də məğlub olardıq. Sitatlar
Dinsizlərin də alçaldılmaması çox əhəmiyyətlidir. Çünki Allah onu elə yaradıb, onun qədəri elədir. Biz ona şəfqət duymalıyıq. Dinsiz olduğu üçün kimisə alçalda bilməzsən. Sitatlar
Mehdi (ə.s) elmlə, təhsillə, sevgi ilə hakim olur. Qədəri belədir. Dayandıra bilməyəcəksiniz. Sitatlar
Quranda Allah duaya diqqət çəkmişƏDƏRİN AÇARIDIR. Hər şey duaya bağlıdır, Allah elə yaratmışdır. Sitatlar
Allahın planına insanlar uyacaqdır. Əməl etmədikdə Allah qan, iztirab, ağrını insanların üzərindən götürmür və daha da artırır. Sitatlar
Taleyin nə olduğunu bilmədiyin təqdirdə sürünərsən, əzab çəkərsən. Amma qədəri   bilsən Allah sənə bərəkət verər, nemət verər. İbadət etmiş olarsan. Çünki, hər an   təvəkkül etmək, hər an namaz qılmaq kimidir. Sitatlar
Bilə-bilə səhvi təkrarlamamaq, davam etdirməmək lazımdır. Buna baxmayaraq, meydana gələn hadisələrdə daim müsəlman üçün xeyir vardır. Taleyindəki hadisədir. Amma səbəbə sarılmalıdır. Sitatlar
"Xəta elədikcə vicdan narahat olur, insan boğulurmuş kimi olur" deyir. Bu özünü şeytana boğdurmaqdan qaynaqlanır. Qardaşım bu nəyə lazımdır? Sən Allaha təvəkkül edirsən, tamam, Allaha tövbə edirsən. Tövbə nə deməkdir? Allahın tövbəni qəbul etməsini ümid edirsən. Onda niyə o vəziyyətə düşürsən? Deməli, belə çıxır ki, sən Allaha güvənmirsən. Xəta elədinsə taleyindəki xətanı edirsən. Bir daha etməməyə qərar verdinsə kifayətdir. Əzm etsən problem yoxdur. Sitatlar
Mələklərə iman, taleyə iman. Bunlar barədə ayrı-ayrılıqda düşünmək, təfəkkür edilib beyində tam iman kimi oturtmaq lazımdır. Yəni xalqın böyük hissəsində səthi məlumat şəklində bunlara qarşı inanc var. Lakin sarsılmaz məlumat olaraq, bu yalnız təqvalı müsəlmanlarda olur. Möhkəm məlumat halına gətirmək lazımdır. Sitatlar
Allah hər şeyi planlı və gözəl yaradır. Lakin hikmət həmişə axtarılmalı, baxılmalıdır. İnsan hikməti görməsə sıxılar dünyada. Qəlbi daralar. Hikmət gözüylə baxsa qəlbi rahatlayar. Sitatlar
Ən dəlisov, anormal kimi görünən hərəkətin belə yaradıcısı Allahdır. Bunu kimsə özü edə bilməz. Taledən kənar heç kəs nəsə edə bilməz. Bunun üçün hadisələrə mötədil, sabit və ağıllı baxmaq lazımdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur