logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 19 oktyabr 2017

avatar

Adnan Oktar

Qız dostlarımın hamısı universitet məzunudur, ən azı iki dil bilirlər. Paleontologiya, tarix, biologiya, fəlsəfə kimi çoxsaylı mövzuda çox biliklidirlər. Hamısı iş həyatında da çox müvəffəqiyyətlidirlər. Hamısından əhəmiyyətlisi çox təmiz, gözəl əxlaqlı, alicənab, təvazökar, nur kimidirlər. Onları əsas təsiredici edən bu gözəl əxlaqlarıdır.
A9 TV; 19 oktyabr 2017
2086
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allahın icazəsi ilə 2019-cu ildə Tayyib hocamı yenə bu millətin başına lider seçəcəyik. Elə 52% səslə deyil, ən azı 70% səslə Respublikanın rəhbəri olacaq inşaAllah. Sitatlar
Azərilər bizim canımızdır. Nur kimi iki millət, "iki dövlət bir millət" olaraq birləşəcəyik inşaAllah. Bu gözəl günlərə az qaldı. Sitatlar
Bir tərəfdə darvinist, materialist, insanın heç bir məqsədi olmadığını söyləyən soyuq dünya, digər tərəfdə isə sevgini, nəzakəti, keyfiyyəti bilməyən, hər şeyi ölümlə cəzalandıran mövhumatçılıq. Gənclər bu iki fəlakətin altında qaldıqları üçün yaşama həyəcanlarını itirmişdilər və laqeyd olmuşdular. Elmlə, irfanla bu iki fəlakəti də aradan qaldırırıq inşaAllah. Sitatlar
Biz Tayyib hocamın 51%-lə deyil, ən azı 70%-lə yenidən prezident olmasını istəyirik. Tayyib hocam mövqe hərisliyi olan insan deyil. Tək dərdi müsəlmanların qorunması, İslam aləminə sahib çıxılmasıdır. Bu cür insana belə dövrdə dəstək olmamağın vicdani məsuliyyəti olar. Sitatlar
Cümhuriyyətin ilk illərindən bəri davam edən və çox vaxt açıqca ifadə edilməyən "xalqı ikiyə parçalamaq" hərəkatı var. Bir tərəfdə Atatürkçü, ziyalı, rəsmi, musiqini, rəqsi, heykəli, incəsənəti sevən, həyat dolu təbəqə, digər tərəfdə isə Atatürkdən xoşlanmayan, içinə qapalı, musiqidən, rəsmdən, incəsənətdən də həzz almayan, əyləncəyə, sevincə, qarşı olan təbəqə var. Bu Türkiyədə qədimdən bəri davam edən adı qoyulmamış parçalanmadır və hər iki tərəf müəyyən şəkildə bir-birinə kin bəsləyər və razılaşa bilməz. Adətən hərbi çevrilişlərdə də bu parçalanma bəhanə göstərilər. 60-cı ildə, 71-ci ildə, 80-ci ildə həmişə belə olmuşdur. Çevrilişlərin anatomiyası təhlil edildikdə bu vəziyyət açıqca görünər. Baxın, məhz bu anlaşmazlığı aradan qaldıran anlayışa sahib olduğumuz üçün hədəf oluruq. Biz izahatlarımızla həm iki təbəqənin bir-birinə olan qəzəbini aradan qaldırırıq, həm də bu iki təbəqənin həyatlarının bir-biri ilə uzlaşmasını təmin edirik. Atatürkçü, ziyalı, mədəniyyətli, bilikli, rəsmdən, incəsənətdən xoşlanan təbəqə ilə dindarlar arasında məsafə olmasının lazım olmadığını göstəririk. Ziyalı, müasir, şən, həyat dolu, incəsənəti, musiqini, gözəlliyi sevən, keyfiyyətə əhəmiyyət verən, Qurana sadiq, Qurana uyğun sünnəni tətbiq edən dost icması olaraq mövcud olmamız çox mühüm fitnəni yox edirik. Həm iki təbəqə arasında razılaşma təmin edirik, həm də iki təbəqənin bir-birinə olan qəzəbinin yersiz olduğunu göstəririk. Beləliklə, millətin və vətənin birliyinə qarşı çox əhəmiyyətli xidmət göstəririk. Çox insan bunu görmür, lakin İngiltərə dərin dövləti görür və buna görə var gücü ilə bizim üzərimizə gəlir. Sitatlar
Dəccaliyyət, Qüds məsələsini münaqişə məsələsi halına gətirmək istəyir. Sel kimi müsəlman və musəvi qanı axsın istəyirlər. Birinin buna dur deməsi lazımdır. Tərəf tutmadan sülh üçün çalışan olmaq əhəmiyyətlidir. Qüds siyasi mərkəz olmasın. Qüdsdən kənarda, məsələn, ən azı 20-30 km kənarda siyasi mərkəz ola bilər. Lakin şəhərin tarixi, dini mərkəzi, siyasi sahə halına gətirilməməlidir. Qüds ibadət şəhəri olaraq qalmalıdır və tarixi quruluşu heç vaxt pozulmamalıdır. Sitatlar
Dostluqlarda Quranın hakim olması lazımdır. İki tərəf iki ayrı fəlsəfə və düşüncəyə malik olduğu zaman mütləq anlaşmazlıq olacaqdır. Lakin iki tərəf də Quranın hakimliyini qəbul etsə, meyarları Quran olsa, anlaşmazlıq tez həll edilər. Yoxsa bəla yağış kimi yağar, çıxılmaz hal alar. Sitatlar
Hörmətli Bahçeli çox mübarək insandır, həqiqi dava insanıdır. İnsan bu cür liderin ayağının dibindən ayrılmaz. Allah belə lider verdiyi üçün həmişə şükür etmək lazımdır. Bugünkü çıxışı da çox gözəldir, tarixi çıxış olub. Sitatlar
İran və Səudiyyə Ərəbistanı qardaş olması lazım olan iki müsəlman ölkədir. Bu iki gözəl ölkənin arasında gərginlik olmasına heç icazə verməmək, oldusa da dərhal yox etmək lazımdır. Sitatlar
İran və Türkiyə iki dost, iki qardaş müsəlman ölkədir. İrqçi, məzhəbçi anlayış iki tərəfdə də yoxdur. Həmişə dost olacağıq inşaAllah. Sitatlar
Makiyajın azı, çoxu deyə bir şey yoxdur. Qadın özünə necə yaraşdırırsa, elə makiyaj edər. Sitatlar
Mövsümi işçiləri üçün daha uzunmüddətli işlə təmin etmək gözəl olar. Əgər Türkiyə əkinçilik və heyvandarlığa üstünlük versə, iş imkanları da çox artar. Sitatlar
Tayyib hocam dava və çilə insanıdır. Onun zəhmət çəkərək yaratdığı gözəlliyin üzərinə sintetik qəhrəmanlar gətirməyə çalışanlar bacara bilməzlər. Sitatlar
Münafiqin əsas üzərində dayandığı mövzu müsəlmanlar içindən kimləri təsirli görürsə onu təsirsiz halına gətirmə səyidir. Axırzaman münafiqləri qövmün ən irəli gələn azğın müşrikləriylə iş birliyi edərlər. Hədəf seçdikləri də İslama ən çox xidmət edən, ən təsirli müsəlmanlar olar. Ancaq münafiq taledə məğlub olmuş olaraq yaradılmışdır. Allah tərəfindən həmişə alçaldılırlar amma həddindən artıq arsız olduqları üçün küfri inadları çoxdur. Münafiqin bu küfri inadı da, müsəlmanların faydasına olar. Müsəlmanların həm inkişafını təmin edər həm də savablarını artırar. Sitatlar
Bir ölkənin keyfiyyəti artdıqca iş saatları da azalar. Türkiyənin keyfiyyəti artdıqda, bu da düzələcək inşaAllah. Sitatlar
Masonluq ən azı 10 min illik təriqətdir. Nəmrud da, Firon da mason idi. Axırzamanda masonluq mehdiyyətin xidmətində olacaq. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar
5 duyğunun ruhdakı şərhinə maddə deyirik. Hər şey metafizikdir. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur