logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 27 oktyabr 2017

avatar

Adnan Oktar

Qurana uyğun sünnəni qəbul edər, Qurana uyğun olmayanı qəbul etmərik. Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi Qurandır. Quranda qadağan olmadığı halda gözəl sənətləri, musiqini, sevinci, qadın azadlığını qadağan edən zehniyyət Peyğəmbərimiz (s.ə.v)-ə deyil, bütpərəstlərin ənənələrinə tabe olmaqdır.
A9 TV; 27 oktyabr 2017
1837
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Açıq şüurla, ağıllı insanın Allahı inkar etməsi qeyri-mümkündür. Sitatlar
Açıq şüurlu insanın Allahı inkar etməsi qeyri-mümkündür. 10 saniyə belə bu cür yaşaya bilməz. İnkar qapalı şüurda yaranar. Belə varlıqları Allah xüsusi olaraq yaradar. Sitatlar
Allah adından yalan uyduranlar, dini yaşanmayacaq hala gətirirlər, üstəlik, çoxu buna özləri də tabe olmur, tabe olanlar da əzab içində yaşayırlar. Sitatlar
Allah insanların vicdanına həmişə bilgi ötürər. Fasiləsiz gələn bu vəhyə səmimi olaraq tabe olsaq doğru yolda olarıq. Sitatlar
Allah taledə məni və dostlarımı birlikdə yaradıb. İnsanlar binalarla, paltarlarıyla, dostlarıyla, sevdikləriylə bütöv halda yaradılar. Bir-birimizdən müstəqil deyilik, taledə bütün olaraq birlikdə yaradılırıq. Sitatlar
Allahın inkar edənlərə verdiyi iqtisadi imkanlar onların xeyrinə deyil. Əsasən çoxunda malı və mülkü toplayıb yığma hərisliyi var. Həyatları boyu bunları itirmək qorxusu ilə hüzursuz yaşayarlar. Sitatlar
Axırzamanda yaradılmış olmaq çox böyük nemətdir. Həm Mehdini, həm İsanı görəcəyimiz dövrdəyik. Dəccaliyyətlə elmi mübarizəni bilavasitə görürük. Mehdiyyətin bütün əlamətlərini gördük. Peyğəmbərimiz (s.ə.v)-in Axırzaman möcüzələrinin reallaşdığını gördük. Peyğəmbər (s.ə.v)-i çox sevirik deyənlərin Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini ört-basdır etməyə çalışdıqlarını gördük. Təbliğ üçün kommunikasiya və texnologiyanın çox inkişaf etdiyi dövrü gördük. Sitatlar
Bütün Kütübi-sittədə, əhli-sünnənin bütün 4 məzhəbində, şiə inancında, musəvilikdə və xristianlıqda mehdiyyət var. Mehdiyyəti haşa problemli kimi göstərməyə çalışan şəxs, bu inancların və əsərlərin hamısını inkar etmiş olar. Sitatlar
Cənnətdə müqəddəs kitablar, Quran, Tövrat, İncil və Zəbur orijinal və həqiqi halları ilə, ən çox sevdiyimiz nemətlər olaraq əbədiyyən yanımızda olacaqlar. Sitatlar
Dəccal şeytanın əks olunmasıdır. Şeytanın insanı əhatə etməsi nəticəsində meydana gələn Allahın xüsusi olaraq yaratdığı varlıqdır. Yaxşılıq üçün çıxırmış kimi edər, halbuki zalımdır, alçaqdır. Dinsizliyi müdafiə edər. Qəddar xarakterə sahibdir, qantökəndir. Ona tabe olan münafiqlər də qantökən və mərhəmətsizdir, İslamı və müsəlmanları hədəf alarlar. Sitatlar
Dəccaliyyət özünə tabe olanı əzər, özünə tabe olmayanı əzə bilməz. Buna görə də, dəccaliyyət olan İngiltərə dərin dövlətinin ifşa olunması əhəmiyyətlidir. Sitatlar
Din ən aydın, ən açıq həqiqət olduğu, həyatın ən gözəl neməti olduğu halda, onu insanlara fəlakət həyatı kimi nəql edirlər. Buna görə də, İslamın adını eşidən dəhşətə gəlir. Gənclər İslamı yaşasa, ömrünün bitəcəyini düşündüyü üçün 60-70 yaşına çatanda yaşayaram deyir. Əbəs yerə İslamı qorxunc göstərdilər. Həm darvinist, materialist sistem, həm də ənənəçi ortodoks İslam anlayışı ilə gənclər iki tərəfdən sıxışdırıldılar. Bizim Quran müsəlmanlığından bəhs etməyimiz gənclərin üzərinə Günəş kimi doğdu, maşaAllah. Sitatlar
Fikirlə gələn kommunizm fikirlə gedər. Fikirlə gələn Allahsızlıq fikirlə gedər və fikirlə iman hakim olar. Əks halda PKK ilə mübarizədə qəti nəticə əldə etmək elə də mümkün olmaz. Sitatlar
Fosillər bütün dünyada dövlətlər tərəfindən gizlədilib xalqa göstərilmir. ABŞ-da, Rusiyada, hər yerdə fosillər üzərində oyun oynanır. Dövlətlərin əlində 700 milyondan çox fosil olduğu halda, hamısı anbarlarda gizli saxlanılır. Ən az 7 trilyon fosil də sərbəst halda təbiətdə var. Lakin bəzi fosil bölgələrinə giriş qadağan edildi. Hər yerdə yeni fosil çıxardılmaması üçün tədbir alırlar. Əgər fosillər darvinizmi dəstəkləyən mahiyyətdə olsaydı, bütün dövlətlər bu fosilləri nümayiş etdirərdi və nümayiş etdirməsini də zəruri edərdi. Lakin fosillər darvinizmin əsassızlığını sübut edən ən mühüm dəlillərdən olduğu üçün, hər yerdə dövlət yolu ilə insanlardan gizlənir. Sitatlar
Həmişə haqlı çıxmağa çalışmaq müəyyən mənada ağıl xəstəliyidir. İnsanın özünü belə alçaldıcı hala salmaması lazımdır. Hər zaman qarşısındakının da haqlılıq payı olduğunu bilmək və doğru olana tabe olmaq əhəmiyyətlidir. Sitatlar
Hər məsələni silahla həll etməyə çalışmaq yanlışdır. İncil sevgidən və mərhəmətdən bəhs edir. Kovboy məntiqi ilə dünyanın problemləri həll edilməz. Sevgi, dostluq və məhəbbətlə, insanlara güvən verərək problemlərə həll yolu gətirilər. Sitatlar
Hz. Mehdinin zühurundan əvvəl hadisələr daha da böyüyəcək. Biz səbəbə sarılıb əlimizdən gələn səyi göstərəcəyik, lakin hər halda çox böyük hadisələr olacağı aydındır. Sonunda mehdiyyət gün kimi ortaya çıxacaq, Quran əxlaqı hər yerə hakim olacaq. Ədalət, sevgi, dostluq, bacı-qardaşlıq yaşanacaq. Sitatlar
İncil və Tövrat Allahın endirdiyi haqq kitablardır. Quran bu haqq kitablara hakim olaraq endirilmişdir. Tövrat və İncildə qeyd olunan bilgi, Quranda dəstəklənirsə bu haqdır. Quranda tənqid edilirsə burada təhrif olmuşdur. Gənclər Tövrat və İncili oxusunlar, lakin mütləq Quranın hakimliyində oxusunlar. Məsələn, İncildə hz. İsanın ikinci dəfə gəlişi var. Qurana baxırıq Quranda da hz. İsanın gələcəyi güclü şəkildə izah edilir. İncildə hz. İsanın (haşa) Allahın oğlu olduğu yazılır. Quran bunu qəti olaraq inkar edir. Bu şəkildə Quranın rəhbərliyi və hakimliyində, İncil və Tövratı oxuya bilərlər. Sitatlar
Mədəndə işləyərkən həyatını itirənlər Peyğəmbərimiz (s.ə.v)-in hədisinə görə şəhid hökmündədirlər. Çökmə və yanğında imanını mühafizə edərək vəfat edənlər Allahın icazəsi ilə cənnət əhlindəndirlər. Sitatlar
Münafiq, ən böyük əzabı Peyğəmbər (s.ə.v)-in varlığından çəkər. Peyğəmbər (s.ə.v)-in onları alçaltmasından çox narahat olurdular. Peyğəmbərimiz (s.ə.v)-in münafiqləri bu qədər alçaltmasını münafiqlər ömür boyu unuda bilmədilər, ən böyük iztirabları bu idi. Səmimi möminlər isə Peyğəmbər (s.ə.v)-in yanını cənnət bağçası kimi görərlər. Sitatlar
Münafiq İslam Birliyindən, müsəlmanların mənəvi lideri olmasının lazım olduğundan bəhs etməz. Mehdiyyətdən, İsa Məsihin gəlişindən danışmaz. İslamın hakim olacağından bəhs etməz. Peyğəmbərimiz (s.ə.v)-in nəslindən, seyidlərdən, şəriflərdən xoşlanmaz. Buna görə də Peyğəmbərimiz (s.ə.v)-in ailəsini şəhid edənlər münafiqlərdir. Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarına çox həsəd aparırdılar. Sitatlar
Münafiqlər guya yaxşı niyyət adı ilə ortaya çıxarlar. Öz axmaq beyinləri ilə özlərinin nə qədər məntiqli Peyğəmbərimiz (s.ə.v)-in haşa məntiqsiz olduğu, özlərinin incə düşündüyü, lakin Rəsulullah (s.ə.v)-in haşa incə düşünə bilmədiyini iddia edərlər. Halbuki namərddən namərd, alçaqdan alçaqdır münafiqlər. Axmaqdırlar. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur