logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 oktyabr 2017

avatar

Adnan Oktar

Quranda qadının döyülməsi yoxdur. Kişinin qadından üstünlüyü də yoxdur. Qadın və kişinin fərqli qabiliyyətləri və xüsusiyyətləri olduqları bildirilmişdir. Kişi qadından üstün deyil, qadınları qorumaqla, gözəl davranmaqla məsuldur.
A9 TV; 22 oktyabr 2017
1936
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Adam olmaq deyil, müsəlman olmaq əhəmiyyətlidir. Adamlıq dini deyə yaradılan sistemin özünəməxsus çirkin qaydaları var və təməlində özünü haşa Allahdan üstün görən və Allahı unudan zehniyyət var. Bir guşəyə çəkilib aparılan gizli söhbətlər, sözdə üstün gəlmə oyunları, lovğalıq, adamlıq dininin xüsusiyyətləridir. Müsəlmanda isə həyatının hər anında təvazökarlıq, dürüstlük və səmimiyyət hakimdir. Sitatlar
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar. Sitatlar
Allah Quranda münafiqlərdən yüzlərlə ayə ilə bəhs edir. Münafiqliyi gündəmdə saxlamaq, Quranın hökmüdür. Quran ayələri ilə münafiqlərin rəftarlarının, sözlərinin eynilə üst-üstə düşməsi Quranın möcüzəsidir. Münafiqlik mövzusundan, ayələrdəki hadisələrin eynisi reallaşdığı üçün bəhs edirik. Quranın möcüzəsinə şahid olduğumuz üçün bəhs edirik. Sitatlar
Allahı heç unutmasaq, Allahı çox sevdiyimizi və yaxın dost olduğumuzu həmişə yadda saxlasaq, şirkdən şiddətlə çəkinsək, gücün sahibinin Allah olduğunu heç unutmasaq çox doğru bərəkətli yolda irəliləyərik. Allahın gücünün hər şeydən üstün və hər şeyə hakim olduğunu düşünmək əhəmiyyətlidir. Haşa müəyyən yerə qədər gücü varmış kimi düşünmək olmaz. Sitatlar
Atatürkün üstün xarakteri, tərbiyəsi, nəzakəti, ağlı, zəkası, Quran müsəlmanlığı çox gözəldir. Atatürkün dırnağı qədər olmayan, sayı da çox az olan bəzi tiplərə heç kim əhəmiyyət verməsin. Sitatlar
Bacı-qardaşlarımız mütləq Allahı sevənlərlə birlikdə olmağa diqqət yetirsinlər. 2-3 nəfər də olsa Allahı sevənlərə üstünlük versinlər. Ətrafında belə insanlar yoxdursa Allahı sevəcək, Allahdan qorxacaq insanlar yetişdirsinlər. Birlikdə gözəl şəkildə Allahı zikr edərlər, sevgini, dostluğu yaşayarlar. Sitatlar
İslam qadını ömür boyu zəmanət və qoruma altına almışdır. Kişi həm anasına, həm həyat yoldaşına, həm də bacısına baxmaqla məsuldur. Bu məsuliyyət qadının daha yaxşı yaşamasını təmin edər. Sitatlar
Münafiq o axmaq ağlı ilə Peyğəmbərdən daha yaxşı düşündüyünü iddia edər. Hətta elə ruh xəstəsidir ki, özünü haşa Allahdan belə üstün görər. Allaha dinini öyrətməyə cəhd edəcək qədər ağılsızdır. Sitatlar
Müsəlman bütün peyğəmbərlərin bütün üstün xüsusiyyətlərini nümunə götürər. Peyğəmbərlərin səhvlərini isə Allah ibrət almağımız, eyni səhvi etməməyimiz üçün yaratmışdır. Müsəlman bütün Quran ayələrini və bütün peyğəmbərləri nümunə götürər. Sitatlar
Müsəlmanların böyük hissəsi darvinizm qarşısında qorxaqlıq göstərmişdir, elmi cavab verə bilmədikləri üçün təslim olmuşdular. Mərakeş, Əlcəzair, Misir, Pakistan kimi ölkələrdə təkamül yayılmağa başlamışdı. Bizim elmi izahatlarımız nəticəsində müsəlmanlar darvinizmə qarşı üstün gəldilər. Sitatlar
Qadınlara qarşı yaradılmış əsaslı kişi hakimiyyəti var. Bunu da dəstəkləmək üçün ənənəçi ortodoks sistemdə yüzlərlə maddə yaradıblar. Yüzlərlə maddə ilə qadını alçaldır, yüzlərlə kişini ucaldırdılar. Bizim Quran əxlaqını göstərməyimizlə, bu fitnənin təsiri artıq azalacaq. Mehdi dövründə isə qadınlar üçün tam mənada qızıl əsr olacaq. Sitatlar
Qadınların zəmanət gözləməyi haqlıdır. Çünki bir çox məsələdə kişi qadına görə daha üstün olur. Həm bədən gücü olaraq, həm də cəmiyyətin təzyiqi baxımından qadının qarşısında daha çox çətinlik olur. Kişi bir şey etdikdə onun "şərəfi" olur, qadın etdikdə isə dərhal əxlaqsız olmaqla ittiham edilir. Zina qadın üçün də, kişi üçün də çirkin və haramdır. Əgər dəliqanlılar, gənc qızların namusuna, iffətinə, şərəfinə, ləyaqətinə sahib çıxacaqlarını, canları bahasına onları qoruyacaqlarına zəmanət verərlərsə o zaman qadınlar da özlərini etibarlı hiss edər və daha rahat yaşayarlar. Sitatlar
Mənim həyatdakı məqsədim Allahın rizası, rəhməti, cənnətidir. Hamısından üstün Allahın rizasıdır. Allahın məni sevməsi, mənim də Allahı ən çox sevməyimdir. Sitatlar
Möminlər bir-birinin vəlisidir. Mömin kişi və mömin qadın evlilikdə də bir-birini öz canı kimi qoruyacaq, sahib çıxacaq. Mömin kişi, Allahın ruhunu daşıyan varlığın yanında olduğunu biləcək və Allaha şükür edəcək. Sitatlar
Evlilik ibadət kimidir. Iki mömin bir-birinə Allahın əxlaqını göstərəcək. Kişi qadına, qadın kişiyə sevgi, hörmət, gözəllik, hörmət göstərəcək. Amma ənənəçi sistemdə qadın kişinin köləsi kimi görülür. Niyə? Çünki kişi sənə baxır, sən də ona xidmət edəcəksən deyir. Çox böyük vicdansızlıqdır bu. Sən də nəticədə Allahın verdiyi ruzini verirsən. Ruzinin sahibi Allah. Malın mülkün sahibi Allah. Kimsə kimsədən üstün deyil. Sitatlar
Qadınlar çox dərin və incə düşünmə qabiliyyətinə malikdir, 5 duyğuları da çox güclüdür. Kişilər hadisələri daha kobud qiymətləndirər. Qadın 100 alternativ variantı düşünər, kişi ən çox 3 alternativ variantı düşünər. Ümumiyyətlə ikisini düşünər birini seçər. Qadının görmə gücü daha kəskin olduğu üçün eşqə, ehtirasa çox açıqdır. Ehtiras və eşq dənizinə çəkən qadın olar. Amma qadının eşqi tam yaşaması üçün ağıllı kişi lazımdır. Yoxsa qadın nə edirsə etsin eşqin kilidini aça bilməz. Ağıllı kişi ilə qarşılaşdığında qadın eşqin və ehtirasın kilidini açar və ucu-bucağı olmayan dənizə girərsən. Amma təbii ki, bütün bunlar üçün qadının da, kişinin də imanlı olması əsas şərtdir. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar
5 duyğunun ruhdakı şərhinə maddə deyirik. Hər şey metafizikdir. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur