logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 8 oktyabr 2017

avatar

Adnan Oktar

Quranda rəsm çəkməyin və heykəl düzəltməyin haram olduğuna dair heç bir ayə yoxdur. Rəsm də, heykəl də halaldır.
A9 TV; 8 oktyabr 2017
1685
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıllı olan qadın mütləq gözəl və cazibədardır. Ağıllı olub da gözəl olmayan qadın yoxdur. Sitatlar
Ağlımıza gələn şeytani düşüncələrdən məsul olmarıq, lakin insan bunları düşüncəsinə salıb, şüurlu olaraq əməl etsə bunlardan məsul olar. Pis əməllərin həyata keçirilməsi haram olar. Sitatlar
Allah qorxusundan başqa bütün qorxular müsəlmana haramdır. Müsəlmanın Allahdan başqasından qorxması şirkdir, haram olar. Sitatlar
Avropalılar gözəl insandırlar, onları Dəccalın əlinə tərk etməyək. Hamısına sahib çıxaq. Dəccaliyyət narkotik aludəsi, alkoqolik, homoseksual, yaşama həyəcanını itirmiş, hər şeydən sıxılan bir kütlə yaratmağa çalışır. Dəccaliyyətin bu oyununa qarşı Avropa və Amerikaya sahib çıxacağıq. Sitatlar
Avropalıları da, amerikalıları da sevmək və şəfqətlə yanaşmaq lazımdır. Müsəlman hər zaman qoruyan olar. Bu insanların hamısına nifrət duyğusu ilə yanaşmaq ağıllı rəftar deyil. Sitatlar
Bəzi internet saytlarında qeyd olunan və israilli ravvin Yehuda Qlikin Türkiyə və hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan əleyhinə ifadələr işlətdiyini iddia edən xəbərlər doğru deyil. Yehuda Qlikdən bu xəbər soruşduqda; "heç vaxt hörmətli Ərdoğanın cəzalandırılmasına dair bir ifadə işlətmədim" açıqlamasını vermişdir. Dolayısilə bəhs edilən xəbərlər həqiqəti əks etdirmir. Sitatlar
Bir gənc qıza verilən ən dəyərli şey güvəndir. Onun şərəfinə, ləyaqətinə, iffətinə, fərəhinə, sevincinə, imanına dəstək olacağına dair zəmanət vermək əsasdır. Həqiqi sevgi, bu güvəndən sonra yaranar. Sitatlar
Bir hədisin doğru olub-olmadığını anlamağın iki üsulu var. Birincisi Qurana baxarıq və söylənilən hədis Qurana uyğundursa o hədis keçərlidir. İkincisi bir hadisəyə dair xəbər verilən hədislərdir. Məsələn, Axırzamana dair verilən xəbərlər eynilə reallaşırsa, o zaman o hədis doğru xəbərdir. Səhih olmaqdan da kənar qətiyyət qazanmışdır. Sitatlar
Darvin qadınlar üçün "inkişafı tamamlamamış heyvandır" deyir. Ənənəçi ortodoks sistem də qadınlar üçün; "insanla heyvan arası varlıqdır" deyir. Qadın yarımdır, yarım varlıqdır deyir. Qadın əleyhinə sistem çox işləmişdir. Uydurma hədislərə əsaslanan bu izahları bəzi müsəlman qadınlara da qəbul etdiriblər. Halbuki Peyğəmbərimiz (s.ə.v) qadınları canı kimi sevər, mübarək və müqəddəs varlıq kimi görərdi. Bəzi ənənəçi ortodoks şəxslərin qadınlara dair hədis deyə irəli sürdükləri bu cür uydurma sözlər o dövrün münafiqlərinin Peyğəmbərimiz (s.ə.v)-ə dair böhtanlarından ibarətdir. Sitatlar
Dinin bütün hökmləri kütləvi yaşamağa uyğundur. Zəkat, yardımlaşma, Həcc, himayədarlıq sistemi, hara baxsaq möminlərin kütləvi hərəkət etdiklərini görərik. Ayrılıb dağılmamaq Allahın əmridir. Sitatlar
Dünyaya dair şəxsi hərisliyimiz olmaz. Lakin dünyanı insanlar üçün cənnətə döndərmək, insanları xoşbəxt etmək müsəlmanın hədəflərindəndir. Dünyadan imtina etmək, özünü xoşbəxt etmək deyil, sevdiklərini xoşbəxt etmək üçün səy göstərmək deməkdir. Sitatlar
Fasiq haram və halalı bildiyi halda buna diqqət yetirməyən şəxslərə deyilər. Şərabın haram olduğunu bilər, lakin içər, namaz qılmağın fərz olduğunu bilər, lakin qılmaz. Sitatlar
Haram olan bütün hökmlər Quranda yazılıbdır. Quranda haram olmadığı yazmırsa demək ki, halaldır. Təfərrüata getmək İslamdan əvvəlki dövrdən bəri gələn müşrik adətidir. Dini çətinləşdirib özləri də dini yaşaya bilməyəcək hala gəlirlər. Sitatlar
Haram və halallar insanı insan edən gözəllikdirlər. Haram və halallar sayəsində halalın gözəlliyini haramdan uzaq dayanmağın rahatlığını yaşayırıq. Haram və halallar sayəsində dünya qat-qat gözəlləşər. Sitatlar
Haram və halallar Quranda bəllidir. Quranda yazmadığı halda nemətləri haram etmək şeytanın təsiri ilə yaranmış sistemdir. Lakin Türkiyə ziyalı ölkədir və xalqımız xurafatları qəbul etməz. Hər kəsin evində qəzet var, televizor var. Aydındır ki, heç kim rəsmin, musiqinin və sairənin haram olduğu kimi xurafatlara inanmır. Sitatlar
Öldükdən sonra müsəlmanlar üçün narahatedici, sıxıntı verici heç bir təfərrüat olmayacaq. Allah axirətdə müsəlmana hər cür sıxıntını haram edir. Maddəyə qula zərər verməmək əmri verilir. Möminin ayağına çınqıl belə narahatlıq vermir. Buna görə də, möminin canının alınmasından dərhal əvvəl hüzurlu olması çox əhəmiyyətlidir. Sitatlar
İnsan keyfiyyətində azalma olmasını mühüm məsələ kimi görmək lazımdır. Daha nifrət dolu, daha bəsit, daha eqoist və dardüşüncəli adi insanların sayının artması cəmiyyət üçün mühüm təhlükədir. Bu insanlar müasirlik adı altında Allahın haram etdiyi homoseksuallığın müdafiə edilməsindən narahat olmurlar. Homoseksuallıq müdafiəçiləri sanki qəbilə kimi bir-birini müdafiə edir və dəstəkləyirlər. Görünüşdə mühafizəkar olurlar, lakin həmişə homoseksuallarla iç-içə olur, onları müdafiə edir, qanuniləşdirməyə çalışırlar. Homoseksuallıq Allahın haram buyurduğu böyük günahdır və bütün gənclərimizi bu fəlakətdən qorumaq milli məsələdir. Sitatlar
Musiqi haram deyil. Quranda belə bir hökm yoxdur. Gülmək, musiqi, ipək, qızıl, rəqs, heykəl haramdır deyənlər Qurandakı dini izah etmirlər. Sitatlar
Qadın gözəlliyinin aradan qaldırılması bir kişinin qadını sevmə, halalı ilə yaşamaq idealını də aradan qaldırar. Qadının cəlbedici olmasının, baxımlı olmasının, qadına baxmağın, qadınla danışmağın, xəyal belə qurmağın haram edildiyi bir sistemdə fitrət pozulması ortaya çıxır. Sitatlar
Rəqsin haram olduğuna dair Quranda heç bir hökm yoxdur. Bütün kainatda ritm və hərəkət vardır. Rəqs Allahın gözəl nemətidir. Rəqsi, musiqini, gözəlliyi haram etməyə çalışan ortodoks sistem insanları cəmiyyətdən qaçan, sevgisiz, qeyri-sabit ruha salmaq istəyir, heç kim bu oyuna düşməsin. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur