logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 iyul 2013

avatar

Adnan Oktar

Qurandan kənara çıxmaq olmaz. Haşa, Allahın Kitabına yetərsiz desən xoş olmaz. Allah “yetərli” deyir, sən isə "yetərsiz" deyirsən. Allah "hər şeyi açıq-aşkar bildirdim" deyir. Sən isə "heç bir şey açıqlanmamışdır, yarımçıqdır" deyirsən. Allahın Kitabına meydan oxuyursan, haşa. Allahın Kitabına meydan oxusan Allaha meydan oxumuş sayılırsan, haşa.
A9 TV; 7 iyul 2013
850
avatar

Adnan Oktar

Misirdə də "seçki ilə gəldim, istədiyimi edərəm" demək düzgün deyil. Bütün xalqın istəklərini yerinə yetirmək lazımdır. Kommunistdirsə, onun haqlarını müdafiə etmək, dindarsa, onun haqlarını müdafiə etmək, yəhudidirsə onun haqlarını müdafiə etmək, hər kəsi qoruyub, hörmət etmək lazımdır. Hökumətin vəzifəsi də budur.
A9 TV; 6 iyul 2013
avatar

Adnan Oktar

İslam aləmini qatı dinçilik sıxıb qovurur. İhvan buna fikirlə bir zərbə endirsin, müasir İslam anlayışını, səhabə İslam anlayışını ortaya qoysun.
A9 TV; 6 iyul 2013
avatar

Adnan Oktar

Misir müşavirə ilə hərəkət etsə, şəfqəti, sevgini ön plana çəkib müasir İslam anlayışını, səhabə İslam anlayışını ön plana alsa, sənəti, elmi, estetikanı, demokratiyanı ön plana çıxartsa, Misirdə vəziyyət çox gözəl olar.
A9 TV; 6 iyul 2013
avatar

Adnan Oktar

İsraili dəstəkləmək Quran əxlaqından irəli gəlir. Çünki Qurana əsasən İsrail orada olacaq. Ayədə bildirilir, onların vətəni oradır.
A9 TV; 6 iyul 2013
avatar

Adnan Oktar

İslamı fanatikləşdirmək olmaz. Dünyanın heç bir ölkəsi belə İslam anlayışını qəbul etməz. Qatı dinçiliklə dünya hüzur içində olmaz, rahat yaşaya bilməzsiniz. Qurandakı İslam, Qurana uyğun bir həyatla rahat yaşamağı təmin edir.
A9 TV; 5 iyul 2013
avatar

Adnan Oktar

Yəhudiləri zəif görüb onlara qarşı nifrət siyasəti yeritmək zülmdür, çox qorxuncdur. Zülm, zülmü gətirər. Bir ovuc yəhudiyə şəfqətlə, mehribanlıqla, incə ruhla yaxınlaşmaq, Misirdəki o gərginliyin azaldılmasında çox əhəmiyyətli, əsas səbəblərdən biri olar.
A9 TV; 5 iyul 2013
avatar

Adnan Oktar

Qatı dinçilik heç bir yerdə iqtidar olmaz. Qatı dinçilikdən imtina etməlidirlər. Mehdiyyət, Quran, sevgi, şəfqət, mərhəmət cəhətləri ilə İslam anlayışını Allah həmişə qoruyub, dəstəkləyər.
A9 TV; 5 iyul 2013
avatar

Adnan Oktar

Sevgi ilə, nəzakətlə ən əsəbi bir insanı belə sakitləşdirmək mümkün olur. Bir cəmiyyətin əsəbi və hirsi çox gözəl yatırıla bilər. Amma qışqırıb çığıraraq, qoçuluq edərək, rüsvayçılıq çıxararaq, təhdid edərək, qatı dinçiliklə cəmiyyəti yatırmaq mümkün olmaz.
A9 TV; 5 iyul 2013
avatar

Adnan Oktar

İnsan sənətlə xoşbəxt olar. Gözəl geyinən insanları, gözəl evləri görərkən xoşbəxt olar. İnsanlar gözəllik axtarar; musiqidə, şəkildə, heykəldə gözəlliklər axtarılır. Onları görəndə insan xoşbəxt olar.
A9 TV; 5 iyul 2013
avatar

Adnan Oktar

Döyüşü ayırmaq ayrı, zərbə mədəniyyəti ayrıdır.
A9 TV; 7 iyul 2013
avatar

Adnan Oktar

Zərbə endirmək Yaxın Şərqə və Asiyaya məxsus çirkin xüsusiyyətdir. 3-cü Dünya ölkələrində ortaya çıxan primitiv bir hərəkətdir.
A9 TV; 7 iyul 2013
avatar

Adnan Oktar

Bizim müvəffəqiyyətli olmağımızın səbəbi Qurana tam riayət etməyimiz, Allahdan başqasından qorxmamağımız və dünyaya bağlı olmamağımızdır.
A9 TV; 7 iyul 2013
avatar

Adnan Oktar

İhvan canımızdır, "Quran yetərli" deyərək sevgi dolu və səmimi olsa düşdüyü vəziyyətdən xilas ola bilər.
A9 TV; 7 iyul 2013
avatar

Adnan Oktar

Ən böyük silah sevgidir. Təkidlə sevgini dəstəkləməli, nifrətə yer verməməliyik. Əsəbi halda, kinlə yanaşsan insanlara heç nəyi qəbul etdirə bilməzsən.
A9 TV; 7 iyul 2013
avatar

Adnan Oktar

Hadisələrə tam siyasət gözü ilə deyil, iman gözü ilə baxmaq lazımdır. Bütün “dərin dövlətlərə”, insanlara və hadisələrə hakim olan Allahdır. Hadisələrin ledün cəhətlərini yaxşı görmək lazımdır.
A9 TV; 7 iyul 2013
avatar

Adnan Oktar

Misirdə yaşananlar ən incə məqamlarına qədər qədərdə müəyyəndir. Bütün güc Allahın əlindədir. Orada ürəkləri uyğunlaşdıracaq olan Allahdır.
A9 TV; 7 iyul 2013
avatar

Adnan Oktar

Quranın yetərli olmasına inansan xurafat, qatı dinçilik də aradan qalxar. Quranın yetərli olduğunu qəbul etsən şiəni, ələvini, vəhhabini də sevərsən. Hamısını canından olan kimi qəbul edərsən. Çadralı xanımları da, başı açıq xanımları, dekoltə geyinən xanımları da başımızın tacı etməli, hörmətlə yanaşıb sevgi göstərməliyik. Onları narahat etmək olmaz.
A9 TV; 7 iyul 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) Misirdə böyük hadisələr olacağını hədislərində dəqiqliklə bildirmişdir.
A9 TV; 7 iyul 2013
avatar

Adnan Oktar

Misirdə müsəlmanlar zülm içindədirlər. Biz, təbii ki, onları xilas etmək üçün çıxış yolları axtarırıq.
A9 TV; 6 iyul 2013
avatar

Adnan Oktar

Misirdə olan zərbəni şirin göstərmək siyasətindən əl çəksinlər. Zərbənin şirini olmaz. Zərbə zərbədir.
A9 TV; 6 iyul 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İhvan canımızdır, "Quran yetərli" deyərək sevgi dolu və səmimi olsa düşdüyü vəziyyətdən xilas ola bilər. Sitatlar
Quranın yetərli olmasına inansan xurafat, qatı dinçilik də aradan qalxar. Quranın yetərli olduğunu qəbul etsən şiəni, ələvini, vəhhabini də sevərsən. Hamısını canından olan kimi qəbul edərsən. Çadralı xanımları da, başı açıq xanımları, dekoltə geyinən xanımları da başımızın tacı etməli, hörmətlə yanaşıb sevgi göstərməliyik. Onları narahat etmək olmaz. Sitatlar
Qurana tam əməl etsələr Allah fərahlıq, rahatlıq verəcək. Qurana, Allahın Kitabına heç cür güvənmirlər. Güvənib Qurana əməl etsələr məsələ bitəcək. qatı dinçilikdən, uydurmalardan əl çək. Sitatlar
Müsəlman qardaşlar Allah xatirinə bu qatı dinçilikdən imtina edib Qurana sarılsınlar. Çox rahatlayacaq, məsələ də həll olub bitəcək. Qatı dinçilik hər yerdə əzilir, qatı dinçiliyə Allah rahatlıq verməz. Mümkün deyil. Sitatlar
Qatı dinçiliklə İslam fərqli-fərqli anlayışlardır. Qatı dinçilik İslamı yox etmək üçün şeytan tərəfindən ortaya çıxarılmış zülm sistemidir. Müşrik qadınlar və müşrik kişilərdən ibarət olan bir birlikdir. Qurana tabe olan "Quran müsəlmanı" həqiqi müsəlmandır. Sitatlar
Allah, Quranda olmayan, əlavə, uydurma hökm çıxarmamağı əmr edir. Sitatlar
"Hansı dindənsən" soruşduqda, məzhəbini deyir. Sən Qurana tabe olmaqla mükəlləf deyilsənmi? Məzhəbə tabe olduğunu deyirsən. Quranın hansı ayəsində  məzhəbə uymaq yazılıb? Allah yalnız Qurana tabe olmaqdan bəhs edir. Məzhəblərə bölünməyi, məzhəbə uymağı haradan çıxarırsan? Sitatlar
Quran var ikən hansısa məzhəbdən olmaq haramdır. Allah ''Mən sənə Quran endirdim, məzhəbi haradan çıxardın? Sən Qurana tabe olacaqsan yoxsa məzhəbə?'' desə, insan nə cavab verəcək? Əlbəttə ki, Qurana. Biz Qurana tabe olmaqda məsuluq. Sitatlar
Xurafata qarşı Quran ilə mübarizə aparmaq lazımdır. Sitatlar
Peyğəmbər (s.ə.v) yalnız Qurana uymaqda məsuldur. Qurana nə əlavə edə bilər, nə də çıxara bilər. Sitatlar
DÜNYADAKI ÇIXIŞ YOLU QURANIN YETƏRLİ OLDUĞUNUN QƏBUL EDİLMƏSİDİR. Quranın yetərli olduğu qəbul edilmədiyi üçün dünyada bu qədər qarışıqlıq, məzhəb, icma, əzab, döyüşlər var. Əgər Quranın yetərli olduğu qəbul edilsə, Quranın dili səmimi başa düşülsə, heç bir problem qalmaz. Sitatlar
Allah buyurur ki, "Sizə yalnız Qurandan sorğu-sual edəcəyəm", "Ondan imtahan olunacaqsınız". Xurafatçılar bu barədə yaxşı düşünsünlər. Allah buyurur ki, "başqa heç nədən sorğu-sual etməyəcəyəm". Sitatlar
İnsana sıxıntı verən şeytandır. Bu öz-özündən meydana gəlməz. Şeytan mənfi enerjidən istifadə edərək, yaxud buna bənzər insanların bilmədiyi bir əsatir varlığını, maddəni istifadə edərək bunu əldə edir. Quran buna işarə edir, inşAllah. Sitatlar
Susuzluq da insana pis təsir edər. Şeytan insanın bədəninə mənfi enerji gücü ilə yüklənər. Su daxildəki enerjini alar. Yuyunarkən su bədənin xaricindəki elektriki məhv edər. Hərəkət etdiyi zaman, ayağını yerə vurarkən də bədənindəki enerji sürətlə boşalar və insan rahatlanar. Sitatlar
Fəlakətlər münafiqləri kökündən bürüyər. Onlar fəlakətlərin Müsəlmanları bürüyəcəyini zənn edərlər.  Amma öz başlarına gələr. Bu, Allahın heyrətamiz  qanunudur. Sitatlar
Quranın ifadəsi ilə, vücudundakı mənfi enerjidən xilas olmaq istəyirsənsə duş qəbul elə. İlıq su ilə duş qəbul elə ki, bədənində olan o mənfi enerji  getsin. Bədənin içindəki mənfi elektrik getsin deyə ilıq su da içə bilərsən. Bununlada mənfi enerjidən xilas olaraq fərahlaşarsan, rahatlayarsan. Sitatlar
Əgər Quranla kifayətlənməsək Allah "alçaldaram sizi", "dünyada məhv edərəm " , "parçalayaram, bir-birinizə hücüm edərsiniz, həlak olarsınız" deyir. İslam aləmi nə vəziyyətdədir? Parçalanmış vəziyyətdə, bir-birinə düşmən olduqları üçün həlak oldular. Nə üçün? Quranla kifayətlənmədikləri üçün belə oldular. Sitatlar
XURAFATÇILIĞA QARŞI OLMAQ ALLAHIN ƏMRİDİR. Xurafatçılıq çox qorxunc xəstəlikdir, bəladır. Sitatlar
Xurafatçılar Quranın yetərliliyini qəbul etmirlər. Quranın yetərliliyini qəbul etməyən küfrə düşər. Sitatlar
Münafiqə qarşı ən təsirli qoruma metodu QURANA  MÖHKƏM –MÖHKƏM SARILMAQ, QURANIN YETƏRLİ OLMASINA İNANMAQDIR. Sitatlar
MÜNAFİQ TƏSBİTİNDƏ ÖLÇÜMÜ İSTƏYİRSİNİZ ? "QURAN YETƏRLİ DEYİLMİ?" deyə verilən sualın başqa bir şərhə ehtiyacı yoxdur. İslam Birliyi İslam ayələrini oxuyun, qovrularlar. Hz. Mehdi (ə.s) gəldiyi üçün yanarlar. Hz. İsa Məsih (ə.s) zühur edəcək deyə  yanarlar, bu onların çətinlik çəkdikləri mövzulardır. Sitatlar
QURANIN YETƏRLİ OLMASI MÜNAFİQ ÜÇÜN BİR ZƏHƏRDİR.Hər hansı bir münafiq Quranın yetərliliyini əsla qəbul etməz. Sitatlar
Sən sarayın kərpiclərini, pəncərəsini, qapısını qoysan içinə əşyalarını yığsan, saray tam hazır vəziyyətə gələr. QURAN SEVGİNİN SARAYINI QURAR. O,insan psixologiyasını çox mükəmməl formalaşdırır. Quran insanın qeyri-normal istiqamətlərini mükəmməl nümayiş etdirər və insanların boyun qaçıracaqları heç bir xüsus qalmaz. Yəni Quranı mənimsədikdən sonra fırıldaqlıq edən, artıq edə bilməz, münafiqlik edən edə bilməz, Quran hər tərəfli qarşısını alar . Quranın Tövrat və İncildən fərqi budur. Sitatlar
Orta yolla gedən müsəlman deyə bir şey yoxdur. Qurana tabe olan müsəlman vardır. Qurana əməl edirsə tabe olur, əməl etmirsə tabe olmur. İki cür müsəlman vardır. Biri Qurana əməl edən, biri də əməl etməyən. Orta yolla gedən müsəlman olmaz. Sitatlar
Sitatlar

Alıntı Görseli Oluştur

Kontur