logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 Mart 2013

avatar

Adnan Oktar

Reinkarnasiya deyilən bir şey yoxdur. İnsan ancaq axirətdə dirilər ya cənnətə ya da cəhənnəmə gedər. Ondan başqa dünyaya qayıtmaq imkanı yoxdur.
A9 TV; 7 Mart 2013
1716
avatar

Adnan Oktar

Millətimiz harada sevgi, şəfqət var oraya dönər. Qəddarlıqdan qaçar, heç bir şəkildə oyunu verməz.
A9 TV; 7 Mart 2013
avatar

Adnan Oktar

Zərbələrin yaratdığı təxribatın aradan qaldırılması lazımdır.
A9 TV; 7 Mart 2013
avatar

Adnan Oktar

Fanatik düşüncəyə görə bir çox insan dindən uzaq durur.
A9 TV; 7 Mart 2013
avatar

Adnan Oktar

Müsəlmanın onsuz da yaraya ehtiyacı vardır. Yara ilə, ağrı ilə, əziyyətlə müsəlman müsəlman olar. Qiymətli olar. Müsəlmana yaraşan cəsarətdir.
A9 TV; 7 Mart 2013
avatar

Adnan Oktar

Mehdi (ə.s) kimsəsiz, sakit bir yerdə qorunacaq. İsa Məsih də təhlükəsizliyi baxımından də kimsəsiz bir yerdə məskun olacaq. Məkanı səs-küylü, hərəkətli bir yerdə olmayacaq.
A9 TV; 3 Mart 2013
avatar

Adnan Oktar

Qardaşlarımız namaza sevinclə qalxsın. Nə gözəl, qalxdığımızda tərtəmiz dünya görürük. Səhər yerindən iflic də qalxa bilərsən. Qalxarsan ayağın yer tutmaz, ağzın əyilmiş vəziyyətdə ola bilər. Yaxud qalxdığında cəhənnəmə getmiş də ola bilər. Nə gözəl, Cənab Allah məmnuniyyətlə, bərəkətlə oyandırır.
A9 TV; 3 Mart 2013
avatar

Adnan Oktar

Bütün mehdilərə, peyğəmbərlərə lağ edilmişdir. Amma Allah ayədə deyir: "istehza etdikləri əzab onları bürüyəcək". Onlar axmaqlıqlarına görə sonda məğlub olurlar. Peyğəmbərə, mehdilərə lağ etmək axmaqlıq əlamətidir. Axmaqlığın 101 əlamətindən biri də peyğəmbərlərə lağ etməkdir. Axmağın xeyli əlaməti vardır.
A9 TV; 3 Mart 2013
avatar

Adnan Oktar

Namazı Quranda təsvir edildiyi kimi səmimiyyətlə, tərtəmiz qılmalısınız. Qarışıq bir şey yoxdur. Sevinclə, sevgi ilə, hüzur, dincliklə namazı qılmalısınız. Namazı qarışıq hala gətirməyə cəhd etmək şeytanın rəftarıdır. Şeytan qarışıq hala gətirər ki, insanlar namaz qıla bilməsin.
A9 TV; 3 Mart 2013
avatar

Adnan Oktar

Mehdiyyətin, İsa Məsih (ə.s)-ın və Mehdi (ə.s)-ın dəstəyini alan bir hərəkət mütləq müvəffəqiyyətli olar.
A9 TV; 3 Mart 2013
avatar

Adnan Oktar

Quranda mehdiyyət ən incə təfsilatına qədər izah edilmişdir. Mehdi (ə.s) harada qalır, nə edəcək, bütün incəliklərinə qədər vardır, diqqətlə baxan hamısını görər.
A9 TV; 3 Mart 2013
avatar

Adnan Oktar

Cənabı Allah deyir:"Hər nəfs ölümü dadacaqdır". Bir “bal kimi dadmaq” var, gözəl ətir verilərək, gözəlliklə, iltifatlarla, məmnuniyyətlərlə, cəsarətləndirərək, Allah xatırlanaraq, təkbirlərlə gözəl şəkildə can alınması var. Birdə sillə ilə, yumruqla, qaranlıq içində süründürülərək, alçaq, rüsvay edilərək can alınması var. Allah bizləri gözəl canı alınan möminlərdən etsin. Can gözəl alınsa onsuz da cənnətə zəmanət verilir, inşaAllah.
A9 TV; 3 Mart 2013
avatar

Adnan Oktar

Dünya imtahan dünyasıdır, bir qapıdan girilib, bir qapıdan çıxılır. Hamımız o şərəfə, gözəlliyə çatacağıq, inşaAllah. Rəbbimizin qatına çıxacağıq. Cənabı Allah bildirir ki, hər nəfs ölümü dadacaq. Bir “gözəl dadmaq”, bir də “ağrılı dadmaq” var. Allah gözəl dadanlardan olmağı nəsib etsin.
A9 TV; 3 Mart 2013
avatar

Adnan Oktar

Mehdiyyət yolu daim açıq olan yoldur. Digər yollar həmişə bağlıdır. Gedəcəyini zənn edərsən, başını divara vurarsan. Gedəcəyəni zənn edərsən, başını daşa vurarsan. Mehdiyyət yolunda quş kimi uçarsan. O yoldan ayrılmasan quş kimi uçarsan, heç bir maneə ilə qarşılaşmazsan.
A9 TV; 1 Mart 2013
avatar

Adnan Oktar

İsrail narahat olmasın. Türkiyə hər vəziyyətdə İsraili qoruyar, həmişə yanındadır. Türkiyədə bir yəhudi düşmənçiliyi yoxdur, İsrailə şəfqət hakimdir. Bu fikri kimsə ləğv etməz.
A9 TV; 1 Mart 2013
avatar

Adnan Oktar

İdeal Ocaqları, Milliyyətçi Hərəkət Partiyası, Böyük Birlik Partiyası, Alpərənlər həmişə lazımlıdır.. Həmişə məktəb kimi yaşayacaq, canlı olaraq mənəvi cəhətdən xidmət etməyə davam edəcəklər. Onlar mənəviyyat, şövq-həyəcan ocaqlarıdır, maşAllah.
A9 TV; 1 Mart 2013
avatar

Adnan Oktar

Mehdiyyət dövründə sənətçilər ortaya çıxacaq. Memarlar, mühəndislər, elm adamları böyük bir coşğu ilə ortaya çıxacaqlar, inşaAllah.
A9 TV; 1 Mart 2013
avatar

Adnan Oktar

Cənub-şərqdə gəncliyin əlindən PKK-a qarşı mehdiyyəti almağa çalışdılar. Çünki tarazlığı pozmalıdırlar ki, PKK inkişaf etsin. Çünki insanı idealsız, şövqsüz, imansız qoyacaq. PKK təktərəfli inkişaf edəcək. Elmlə, mədəniyyətlə, ağılla, məlumatla bu yersizliyi dayandırdıq. PKK-NIN YOLU BAĞLANDI, MEHDİYYƏTİN YOLU AÇILDI. Qəsdən bağlamışdılar ki, PKK-nın yolu açılsın, inkişaf etsin. Biz o yolu açdıq. Biz də icazə vermədik.
A9 TV; 1 Mart 2013
avatar

Adnan Oktar

Ağıllını razı salmaq, vicdanına müraciət etmək asandır. Yəni nəzakətsizlik etməz. Ağıllı bir insan məqbul olar. Vicdansızlıq etməməsi çox böyük bir nemətdir. Ağıllı bir insan vicdanını tapdalamır, yəni vicdanına uyğun hərəkət edir. Vicdanlı olduğu üçün də gözəl sözlər eşidərsən. Gözəlliyi bir məna ifadə edər. Əks təqdirdə gözəlliyin də bir mənası qalmır. Çünki sadəcə ət, sümük qalır. Onlar da bir şey deyil.
A9 TV; 1 Mart 2013
avatar

Adnan Oktar

Dünyada o mənada bir şey yoxdur. Cənnət gözəldir. Bura, xüsusilə, cənnət-cəhənnəm arası yaradılmışdır.
A9 TV; 1 Mart 2013
avatar

Adnan Oktar

Nə gözəl, sonsuz ağıla sahib Allahımız var. Allah gözəlliyi bəyənir, sevir, çox gözəldir. Asan bir yol göstərmişdir: "Gözəl əxlaqlı olun, sizi cənnətə daxil edim" deyir.
A9 TV; 1 Mart 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Fanatiklərdə insanların iman etməsi üçün çalışmaq yoxdur. Sadəcə insanı pisləmək, nifrətini, əsəbini demək vardır. Sitatlar
Fanatiklərin öz mədəniyyəti, məlumatı, imanı, ağlı da qarşısındakı insanın imanını gücləndirəcək yaxud imansız bir insanın imanına vəsilə olacaq dərəcədə olmur. Danışıq tərzləri çox səthi olur. Ümumiyyətlə, imani mövzulara çox az girirlər. Sitatlar
İman nuru insanın üstünə çöksə, artıq o zirehdir. Atəşin içinə belə girsə bayramdır. Çünki atəşin içinə nuruyla girər, deşər. Sitatlar
Cənnətdə musiqinin lap yaxşısı vardır. Cənnətin musiqisi, mahnıları insanı məst edər. Sitatlar
Zalımlıq və cahillik insanın ruhunda vardır. İnsan o zalımlığını və cahilliyini Quranın nuru ilə işıqlandırır və özünü Quranın nuru ilə ucalda bilir. Əks təqdirdə insan xəstə olur. Sitatlar
İmralı ilə görüşmələr keçici müalicədir. Sarğı ilə yara sağalmaz. Xərçəng budur. Buna dərindən müalicə lazımdır. O da Quranla, imanla, yaradılış həqiqətləri ilə, elmlə, sənətlə ümumiyyətlə bir təhsillə mümkündür. Amma, təbii, hökumətin xoş niyyətini təqdir edirik. Sitatlar
Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir. (Əraf surəsi, 196)  Mehdi (ə.s)-a, İsa Məsihə, Xızır (ə.s)-a heç bir şey edilə bilməməsinin sirri bu ayədir. İsa Məsihə heç bir şey edilə bilməməsinin sirri bu ayədir. Mübarizə aparan, əleyhinə olan, tələ quran olar. Allahın dilədiyindən başqa bir şey edə bilməzsən. Sitatlar
Quranın xaricində bir yol yoxdur. Allah "sizi təkcə onda rahat buraxaram" deyir, "Rahat yaşayarsınız, gözəllik olar, Mənim istədiyim budur" deyir. Adamlar da deyir ki, haşa, "Ya Rəbbim, biz Sənin istədiyindən kənarda bir şey tapacağıq". Tapa bilməzsən, sürünərsən. Sitatlar
Cənub-şərqdəki qardaşlarımıza qarşı sevgimizi, hörmətimizi, qəlbən Allah eşqi üçün göstərək. Çox əzildilər, çox ağrı-acı çəkdilər. Gələn, gedən illərcə vurdu. Neçə əsrdir çox iztirab çəkdilər. Onun üçün mənim canlarıma yeni-yeni ağrılar, acılar daddırmaq istəyənlərə icazə vermərik. Oranı biz Paris kimi, London kimi edəcəyik Allahın icazəsi ilə. Qeyri-adi bir zənginlik və bərəkət hər yeri əhatə edəcək. Sitatlar
Müsəlman, xristian və ya yəhudi bir dindar heç bir peyğəmbəri inkar edə bilməz. Bir xristianın əsl xristian olması üçün peyğəmbərimiz (s.ə.v)-i də qəbul etməsi lazımdır. Sitatlar
Müsəlman, xristian və ya yəhudi bir adam peyğəmbərlərdən hər hansı birini qəbul etməzsə dindar ola bilməz. Tək bir peyğəmbəri qəbul etməsə bu küfr olar. Sitatlar
Möminlər cənnətə, kafirlər isə cəhənnəmə gedəcəklər. Amma heç kim cəhənnəmə ya cənnətə gedəcəyindən əmin olmayacaq. Ümid və qorxu arasında olmalıdırlar. Allah elə istəyir. Belə olduqda insan mükəmməl, dəqiq olur, inşaAllah. Sitatlar
Bir vətəndaşımıza, qardaşımıza kömək edilərkən şəklini çəkmək, bunu filmə çevirmək yaraşmayan hərəkətdir. Sitatlar
Keyfiyyətə o qədər əhəmiyyət verilmir. Cəmiyyətin, millətimizin buna ehtiyacı var. Keyfiyyət yüksəldilməlidir. Keyfiyyəti diqqət mərkəzində saxlamaq lazımdır. Keyfiyyətli insan, qida, paltar, ev, küçələr, sözlər, əyləncə, tətil və s. Sitatlar
Yardımı sevmək sevgin yaradar. Məsələn, bir kasıba kömək edərsən, o səni sevər. Yalan danışmamaq, o da sevgi üçündür. Yalan danışanı sevmək çox çətindir. Yəni insana bənzəyən varlıq olur. Həmişə yalan danışır, əslinin necə olduğunu bilmirsən. GÖZƏL ƏXLAQIN MƏNŞƏYİ, HƏMİŞƏ SEVGİYƏ ƏSASLANIR. Sitatlar
Ev söhbətlərinə, məsələn Nur tələbələrindən çağıra bilərlər, digərlərindən də çağırmaq olar, hər camaatdan insan çağırılması lazımdır. ONLARLA MİNİMUM ORTAQ MÖVZULARDA İTTİFAQ EDƏRƏK SÖHBƏT  ETMƏLƏRİ LAZIMDIR. MƏSƏLƏN, PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-IN GÖZƏL ƏXLAQI İZAH EDİLƏ BİLƏR, BU HƏR CAMAATIN QƏBUL EDƏCƏYİ BİR MÖVZUDUR, AMMA  SİYASİ  BAXIŞLARDAN ÇƏKİNMƏK LAZIM. Siyasi fikirlər ortaya qoyulmadan ev söhbətləri çox gözəl olar. Sitatlar
Şeytanın üslubu şöhrətpərəst və axmaqdır. Qüruruna ağır gəldiyi üçün "Mən səcdə etmərəm" deyir. İTAƏT İNSANLARIN ƏN XOŞLAMADIQLARI ŞEYDİR. SƏCDƏ ETMƏK ÇOX ƏZİYYƏTLİ GÖRÜNƏR. Ayaq üstə dayanmağı qəbul edər, rukü yarı yarıya, lakin səcdə çox ağırlarına gedər. Şeytanda səcdə etməmişdir. Sitatlar
Kədər və çətinlik, -Haşa- "hadisələri mən meydana gətirirəm" mənasını verər. "Mən də bundan sıxılıram" demək olar. Elə o zaman şirkə qaçırsan. HÜZNÜN VƏ ÇƏTİNLİYİN MƏNŞƏYİNDƏ ŞİRK VARDIR. İnsanlar şirkə qaçır, Allahın təcəllisi olaraq görmürlər. HƏR ŞEYİ VƏ BÜTÜN GÖRÜNÜŞÜ ALLAHın YARATDIĞINI BİLDİYİNDƏ, KİMƏ VƏ NƏYƏ KƏDƏRLƏNƏ BİLƏRSƏN ONDA? Sitatlar
İnsana bənzəyən, ruh sahibi olmayan  çox canlı vardır. RUH VERİLMİŞ BƏDƏNƏ BİZ İNSAN DEYİRİK. Əsas olan ruh sahibi olmaqdır. Sitatlar
Yalan, insanın ruhunu qaraldar, axmaqlaşdırar. Hər insan dürüstlüyün fərahlığını və hüzurunu yaşamalıdır. Sitatlar
Təkamülçü Əhməd Mithatın, "İnsan tənha böyüsə nə olar" yazısının mövzusu, insanın tamamilə heyvani keçmişə sahib olduğu, zamanla inkişaf edərək bugünkü səviyyəyə çatdığı iddiasına əsaslanırdı. Sitatlar
Şans Allahın taledə o insana məxsus yaratdığı imkanlar və ya çətinliklərdir. Kortəbii təsadüf mənasında olan şans yanlışdır. Hər şey taledədir. Sitatlar
Şeyx Əhməd Yasin həzrətləri dəyərli şeyxlərdən savadlı, etibarlı, nəzakətli, hörmətcil, cəsur Allahdan başqa heç kəsdən qorxmayan dəliqanlıdır. Sitatlar
Şeyx Əhməd Yasin hocamız bütün qardaşlarımızın sevgi ilə, güvənlə bağlanacağı, dərin, səmimi, təvazökar, çox mühüm Axırzaman alimidir. Sitatlar
İslama açıq-aşkar dəlillə xidmət edilər. Darvinizmin əsassızlığını izah edərsən, kitablar çap etdirərsən, konfranslar təşkil edərsən, internet saytları yaradarsan, Quran möcüzələrini izah edərsən, PKK-ya qarşı elmi mübarizə apararsan, o zaman sənin bu açıq xidmətin görülər. Münafiqlərin İslama heç bir xidməti olmadığı kimi, etdikləri tək şey qaranlıq guşələrdə murdarlıq içində yaşamaq, boş söhbətlər etməkdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur