logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 2 fevral 2018

avatar

Adnan Oktar

Şəhidlərimiz millətimizin fəxridir. Nə xoşbəxt onlara Cənnətə, Rəsulullah (s.ə.v)-ə qovuşurlar. Bizim dünyada imtahanımız davam edir, onlar axşam cənnət süfrəsində olurlar. Şərəfli şəkildə imtahanlarını bitirmiş olurlar. Allah ailələrinə xeyirli və uzun ömür nəsib etsin.
A9 TV; 2 fevral 2018
1250
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək etsin, şəhadətlərini təbrik edirik. Allah ordumuzu havada, quruda, dənizdə həmişə müzəffər etsin.
A9 TV; 11 fevral 2018
avatar

Adnan Oktar

Hər insanın seyr etdiyi təsvirə hakim olan Sonsuz Güc haqlı olaraq Özü ilə həmişə əlaqədə olunmasını istəyər. İnsan Allahla əlaqədədirsə hər şey çox gözəl olar. İnsan Allah ilə əlaqəsini kəssə həyatının hər anında sıxıntı olar.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Allah ordumuza güc, qüvvət versin, xeyirlə, bərəkətlə, gözəlliklə, qələbə qazanmalarını nəsib etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək və məqbul etsin. Dəliqanlılarımız bütün şəhidlərə salamımızı aparsınlar. Allah ailələrinə gözəl səbir, hüzur, bərəkət nəsib etsin. Millət olaraq Malazgirddən indiyədək şəhidlər verərək bu günə gəldik. Şəhid vermək millətimiz üçün şərəfdir. Allah şanlı ordumuzun qəzasını mübarək etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Səmimi olan insan dünyanın ən keyfiyyətli insanıdır. Səmimi insanın Allah ilə səmimi əlaqəsi vardır. Allaha tam təslim olmuşdur. Hər hərəkəti, hər sözü, hər rəftarı çox keyfiyyətlidir. Bəziləri keyfiyyətli olduğunu iddia edir, millətə yuxarıdan-aşağı baxır. Elə keyfiyyət olmaz. Keyfiyyət, ruhdaki sevgi anlayışının ən yüksək halıdır.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İman zəifliyi insanlarda böyük sıxılmaya səbəb olur. Ən kiçik hadisədə dözümsüzlük göstərib bir-birilərinə qəzəblənmələrinin əsasında da bu sıxılma var. Bu güclü sıxılma ilə tez partlamaq və tezliklə gərginliyi üzərindən atmaq istəyirlər. İman zəifliyi olmadığı zaman belə problemlər olmaz.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Hz. İsanın imanı çox güclüdür. İnsanlara nümunə olacaq imanı vardır. Danışıqlarından, halından imanının dərinliyi anlaşılar. Üzü çox təmizdir. Heybətindən peyğəmbərliyi dərhal görünər. Baxışları, üzü peyğəmbər dərinliyinə malikdir. Zəkası çox güclüdür. İsa Məsih həm Tövrat, həm İncil, həm də Quran hafizidir. Ultramüasir dəliqanlı olacaqdır. Təvazökar və məzlum insandır. Normal insanlardan çox üstün ağlı və dərinliyi var. Mehdiyə vəzir olaraq dünyaya gələcəkdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Həqiqətən Allahdan qorxan, Allahın böyüklüyünü, ucalığını tam dərk edən insanın Quranı əksik yaşaması qeyri-mümkündür.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Dünya miqyasında bir-birini qoruyan və qəbilə kimi hərəkət edən homoseksual qruplaşma var. Kommunistlə mühafizəkar, homoseksuallıqda ittifaq edə bilir. Mühafizəkar üçün haşa dindən üstün olur homoseksual olmaq. Kommunist üçün ideologiyasından daha yüksək olur homoseksuallıq. Buna görə də, çox rahat anlaşıb ittifaq edə bilirlər. Birləşib dindar, səmimi, həqiqi möminlərə qarşı mütəşəkkil hərəkət edirlər. Bu təhlükəyə qarşı dövlətimizin bütün qurumlarının ayıq-sayıq olması əhəmiyyətlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Hər fikrə, hər düşüncəyə hörmət göstərmək lazımdır. Xristiana, musəviyə, ələviyə, sünniyə, ateistə, əylənən, gülənə, gülməyənə, qadınlara, hər kəsə hörmət göstərmək lazımdır. İnsanlara müdaxilə etmək çox lazımsızdır, istəyən istədiyi kimi yaşaya bilməlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Münafiqlərin dünyada dostları yoxdur, axirətdə də sonsuza qədər tək-tənha olacaqlar.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Gözəl əxlaq insanlara xoşbəxtlik verən sistemdir. Bir mühitdə tək bir insan təkəbbürlü olsa insanlar narahat olurlar. Gözəl əxlaqlı insan isə hər yerdə xoşbəxtlik vəsiləsidir. Cənnəti də gözəl edən gözəl əxlaqdır. İnsanların gözəl davranması, bir-birini incitməməsi, qəzəbləndirməməsi, hər kəsin sabit olması, nalayiq danışan heç kəsin olmaması, iki üzlü birinin olmaması, hər kəsin coşğulu sevgini yaşaması cənnəti gözəl edir. Cənnətin çayı, daşı, torpağı deyil. Allah Özü gözəl əxlaqlıdır. Müsəlman Allahın əxlaqına sahib olmaq istəyər, Allah hər halda insanları bağışlayar, insan bəzən bağışlaya bilmir. Allah hər bəndəsini xilas etmək istəyir, insanlar bəzi insanlara yaxın ola bilir. Allah insanlara sui-zənnlə baxılmasını istəməz, həmişə hüsnü-zənnlə dəyərləndirər. İnsanlarda isə hüsnü-zənn əksikdir. Müsəlman Allahın əxlaqına qibtə edər. Müsəlman da Allah kimi gözəl əxlaqlı olduğu zaman həm özü rahatlıq tapır, həm də ətrafındakı insanlar rahatlıq tapır. Bu əxlaq cənnətin əsas xüsusiyyətidir. Həmçinin bütün bu gözəl əxlaqın əsas məqsədi sevgidir. Allahı sevmək və Allahın yaratdıqlarını sevmək üçündür.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsan həssas varlıqdır. Sevgiyə görə yaradılmışdır. Evində, ailəsində, küçədə, məktəbdə, əyləncədə sevgini tapa bilmədikdə, insanlar böyük stressə düşür. 3-5 il sonra, əsrlərdir insanlardan getmiş olan sevgi geri qayıdacaq. Bunu hamımız birlikdə görəcəyik inşaAllah.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Allahı əsas götürən insanın hər danışığı faydalı və xeyirlidir. Boş danışmaqdan qaçar. Müsəlman Allahın zamanı necə keçirdiyini soruşacağını bildiyi üçün zamanı ən yaxşı şəkildə dəyərləndirər. Zamanı israf etməz.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsanların çoxu bir-birinə güvənə bilmədikləri üçün bir-birilərini heç vaxt səmimi sevə bilmirlər. Sadəcə küsməyi bacarırlar. Ağıllı insanı axtarmaq lazımdır. Ağıllı, Allahdan qorxan, eqoist olmayan insanı tapıb onunla dost olmaq əhəmiyyətlidir. Həqiqətən sevməyi bacaran insan azdır, o insanı tapanda buraxılmaz.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

Dərviş əxlaqlı insan olmaq gözəldir. Eqoist olmamaq üçün mütləq maddi imkan lazım deyil. Maddi imkanı məhdud da olsa insan fədakar olar. Dünyadan imtina edən insan olunduğu zaman eqoistlik sıfır olar.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

İnsan keyfiyyətində azalma olmasını mühüm məsələ kimi görmək lazımdır. Daha nifrət dolu, daha bəsit, daha eqoist və dardüşüncəli adi insanların sayının artması cəmiyyət üçün mühüm təhlükədir. Bu insanlar müasirlik adı altında Allahın haram etdiyi homoseksuallığın müdafiə edilməsindən narahat olmurlar. Homoseksuallıq müdafiəçiləri sanki qəbilə kimi bir-birini müdafiə edir və dəstəkləyirlər. Görünüşdə mühafizəkar olurlar, lakin həmişə homoseksuallarla iç-içə olur, onları müdafiə edir, qanuniləşdirməyə çalışırlar. Homoseksuallıq Allahın haram buyurduğu böyük günahdır və bütün gənclərimizi bu fəlakətdən qorumaq milli məsələdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah; “yer üzündə fitnə qalmayana və dinin hamısı Allahın olanadək elmi yolla mübarizə aparın” deyə bildirir (Ənfal surəsi, 39). Homoseksuallıq, darvinizm, materializm, kommunizm, PKK və digər terror təşkilatları, hər cür azğınlıın hamısı fitnədir. Əgər bu fitnələrlə elmlə, irfanla var gücümüzlə mübarizə aparsaq, Allah onun bərəkətini gətirər, İslamı hakim edər.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Vicdansız insan qəlb qırmaqdan narahat olmaz. Tam əksinə sadistcə xoşbəxt belə ola bilər. İnsanları narahat etmək bəzilərinə qələbə kimi gələr. Yüksək əxlaqlı insan üçün belə şey vicdanən çox sıxıntı vericidir. Lakin münafiqlər kimi alçaq xarakterli, əxlaqsız insanlar üçün pislik normal haldır. Həyasız və arsız olduqları üçün pis olmaqdan narahat olmazlar.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Quranda rəsm çəkmənin haram olduğuna dair ayə yoxdur. Rəsm çəkmənin haram olduğu, sadəcə xurafatdır. Rəsm nemətdir, gözəllikdir.
A9 TV; 29 yanvar 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Fransa prezidenti Makron və bənzərləri öz ağıllarını özlərinə saxlasınlar. Türkiyə haqlı olaraq terrorla mübarizə aparır və özünü müdafiə edir. Türk ordusu mülki vətəndaşlara zərər verməmək üçün mümkün qədər ən həssas diqqəti göstərən ordudur. Afrində addım-addım, diqqətlə, çox diqqətlə irəliləyirlər. Sitatlar
İngilis dərin dövləti müsəlman ölkələrin mənəviyyatını zəiflətmək üçün homoseksuallığı istifadə edir. Allahın haram etdiyi homoseksuallığı öz aləmlərində leqallaşdırmağa çalışırlar. Bu böyük təhlükəyə qarşı dövlətimizin bütün qurumlarının çox diqqətli olması əhəmiyyətlidir. Sitatlar
İnsan keyfiyyətində azalma olmasını mühüm məsələ kimi görmək lazımdır. Daha nifrət dolu, daha bəsit, daha eqoist və dardüşüncəli adi insanların sayının artması cəmiyyət üçün mühüm təhlükədir. Bu insanlar müasirlik adı altında Allahın haram etdiyi homoseksuallığın müdafiə edilməsindən narahat olmurlar. Homoseksuallıq müdafiəçiləri sanki qəbilə kimi bir-birini müdafiə edir və dəstəkləyirlər. Görünüşdə mühafizəkar olurlar, lakin həmişə homoseksuallarla iç-içə olur, onları müdafiə edir, qanuniləşdirməyə çalışırlar. Homoseksuallıq Allahın haram buyurduğu böyük günahdır və bütün gənclərimizi bu fəlakətdən qorumaq milli məsələdir. Sitatlar
Mömin dünyanı cənnətə döndərmək istəyər. Şeytan isə dünyanın cəhənnəm kimi olmasını istəyər. Nifrət yayılsın istəyər. Diqqət edirsinizsə insanların çoxu bir-birindən nifrət edir. Bir partiyanı sevirsə, digərindən nifrət edir, bir komandanın tərəfini tutursa digərindən nifrət edir. Hər kəs bu vətənin övladıdır. Hər kəs bir-birinə hörmət göstərərək qardaşcasına gözəl yaşaya bilər. Qardaşcasına yaşamaq olduğu halda, ağlasığmaz dərəcədə nifrət üslubu olması dəccaliyyətin həmləsinin yaratdığı nəticədir. Bütün gücümüzlə bu sevgisizlik kirini təmizləmək üçün elmlə, irfanla səy göstəririk. Müsbət aura ilə, sevgiylə, hörmətlə həmişə insanlara keyfiyyəti, dostluğu, gözəlliyi, qardaşlığı sevdirmək üçün səy göstəririk və Allaha şükür çox müvəffəqiyyətli oluruq. Dostluq və sevginin qalib gəldiyini 3-5 il sonra görəcəksiniz. Sitatlar
Tayyib hocamın yolu xeyir, üslubu xeyirdir. Qurana uyğun hərəkət edir, belə davam etsin və heç narahat olmasın, çox rahat olsun türk milləti onun arxasındadır. Sitatlar
Afrində şəhid olan 8 igidimizin şəhadətləri mübarək olsun. Allah ailələrinə xeyirli, uzun ömür nəsib etsin. Nə xoşbəxt onlara. Allah ən gözəl məqamı qədərlərində təqdir etmiş. Qazilərimizə tez şəfalar arzu edirik. Sitatlar
Ömər Halisdəmir, Allah sənə cənnət nəsib etmiş, nə xoşbəxt sənə. Allah şəhadətini mübarək etsin. Allah anana, atana, sevdiklərinə xeyirli uzun ömür versin. Səninlə qürur duyuruq. Sən bizim şərəfimizsən. Halal olsun sənin dəliqanlılığına, halal olsun sənin qabadayılığına, halal olsun sənin igidliyinə. Sitatlar
Şəhidlərimizin olması millətimizin qürurudur. İgidlərimizlə şərəf duyuruq. Allah şəhadətlərini qəbul etsin. Ailələrinə Allah xeyirli sağlam uzun ömür nəsib etsin. Qazilərimizə də, şəhidlərimizə də qibtə edirik. Qazilərimizin həyatının hər dəqiqəsi çox böyük savabdır. Allah onlara nə gözəl mövqe təqdir etmiş, maşaAllah. Sitatlar
Tayyib hocam aslan kimi maşaAllah, əsl Anadolu dəliqanlısı. Allah uzun və xeyirli ömür nəsib etsin ona. 2019, 2029, 2039-da da Tayyib hocam həmişə ölkənin başında olacaq evelAllah. Gözəl əxlaqı, dürüstlüyü və səmimiyyəti ilə millətimizin gözlərinin qarşısında olan insan. Tayyib hocam, Ərbakan hocamızın yanında yetişdi. Onun kimi imanlı və vicdanlı dava adamıdır. Tayyib hocam qışqır-bağırdan təsirə düşməz, yalnız vicdanını dinləyər. Sitatlar
Tayyib hocamın sonuna qədər yanındayıq. Dövlət Bahçelinin də ona dəstək olması çox sevindirici haldır. Allah ondan da razı olsun. Allah uzun ömür versin, çox doğru yolda irəliləyirlər. Allah yollarını daim açıq etsin. Sitatlar
Hörmətli İsmail Kahramanı, yenidən məclis sədri seçilməsi münasibətilə təbrik edirik. Bütün həyatı dürüstlüklə keçmiş, Ərbakan müəllimimizin çox sevdiyi möhtərəm insandır. Qara dənizin igidlərindəndir. Allah uzun, xeyirli ömür nəsib etsin, başımızdan əksik etməsin. Sitatlar
İran, Türkiyə və Rusiyanın ittifaq etməsi uzun müddətdir gündəmə gətirdiyimiz mövzudur. Bu ittifaq İngiltərə dərin dövlətinin bölgədəki bütün planlarını pozacaq. Sitatlar
Münafiqlər həmişə qısa ömürlüdür. Çünki həyatları həsəd, stress, gərginlik və alçaldılma içində keçər. Möminlər isə uzun ömürlüdür. Axırzamanda da Mehdi uzun ömürlü olacaqdır. Mehdinin uzun ömrü münafiqləri məhv edən xüsusiyyətdir. Hədislərdə Mehdiyə Əyyub kimi əziyyət gələcəyi, lakin dərhal sonra rahatlıq və asanlıq gələcəyi, Mehdinin də Nuh kimi uzun ömürlü olacağı bildirilmişdir. Sitatlar
Münafiqlər şərt qoyaraq iman edərlər. Ayədə; "çıxılacaq yol onlara uzun gəldi, qısa yol olsaydı mübarizə aparardılar" deyə bildirir Allah. Uzun vəd münafiqin xoşuna gəlməz. Müsəlman İslam hakim olsa da, olmasa da ömrünün sonuna qədər İslamdan bəhs etməklə məsuldur. Münafiqi isə məqam, mövqe, pul sahibi olmaq maraqlandırar. Bu qədər vaxt sonra nemətə qovuşub-qovuşmayacağına baxar. Qovuşa bilmirsə dərhal iyrənc üzünü göstərər. Sitatlar
Müsəlman Allahdan uzun ömür istəyərkən İslam Birliyini görmək, savabını artırmaq, xeyirli fəaliyyətlər göstərmək üçün istəyər. Sitatlar
Müsəlman Allahdan uzun ömür istəyərkən İslam Birliyini görmək, savabını artırmaq, xeyirli fəaliyyətlər göstərmək üçün istəyər. Sitatlar
Tayyib hocamın yerinə sintetik qəhrəmanlar hazırladıqlarını güman edənlər boşuna çalışırlar. Tayyib hocam Allahın icazəsi ilə daha çox uzun illər bu millətə ölkənin rəisi olaraq çox gözəl xidmətlər göstərəcək. Mehdiyyət dövründə də Tayyib hocam Allahın icazəsi ilə prezident olacaq, siyasətə davam edəcək. Sitatlar
Ağıl Quranla birlikdə inkişaf edər. Ağıllı bildiyimiz insan belə Quranı unutduğu zaman yolundan azar, ağıllı ola bilməz. Ağlın yaranması üçün Qurana tam tabe olmaq əsas şərtdir. Sitatlar
Allah axirətdə heç bir bəhanəni qəbul etməyəcək. Lakin Allah orada cəhənnəm əhlini sorğu-sual edəcək və danışdıracaq. Bunun səbəbi cəhənnəm əhlinin nə qədər alçaq və namərd olduqlarını və cəhənnəmə niyə layiq olduqlarını göstərmək və möminlərin qəlblərinə fərəhlik və hüzur olmasıdır. Sitatlar
Allah cəhənnəm əhlini ibrət olsun deyə dünyaya göndərir. Onların da mövcudluğu mühümdür, çünki onları görən möminlər imanlarının dəyərini anlayır, Allaha olan yaxınlıqları artır. Cəhənnəm əhlinin ruhu yoxdur, ölüdürlər. Allah onları insanlara göstərsə insanlar qorxudan küçəyə çıxa bilməzlər, lakin Allah onları bəlli etmir. Sitatlar
Allah, dini son dərəcə azad və rahat yaradır. Amma mövhumatçılar din belə olmaz, qadağalar və çətinliklər olmalı, buna görə biz bir az əlavə edək deyirlər. Bu şeytanın oyunudur. Şeytan yəni dəccaliyyət, dini kilidləmək, içindən çıxılmayacaq hala gətirmək, mürəkkəbləşdirmək, beləliklə kimsənin yaşayamayacağı hala gətirmək istəyər. Dəccaliyyət, səmimi olaraq həqiqi dini yaşamaq və izah etmək istəyənləri də dayandırmağa çalışır. Amma dəccal tərəfdarları hər nə edirsə etsin, boş yerə çırpınmış olur, xeyir və haqq hər zaman qalib gələcəkdir. Sitatlar
Allah əsgərimizə güc, qüvvət, sağlamlıq versin. Onlar dünyanın ən mərhəmətli, ən nəcib ordusunun igidləridir. Allah ordumuzu müzəffər etsin. Sitatlar
Allah Hakkaridə şəhid olan igidimizin şəhadətini mübarək etsin. Nə xoşbəxt ona. Onlar bizim quzumuzdur, igidimizdir, aslanımızdır. Axşam yeməyində Rəsulullah (s.ə.v) ilə birlikdədirlər nə gözəl. Allah bizə də şəhadət nəsib etsin. Sitatlar
Allah igidlərimizin şəhadətini qəbul etsin. Ailələrinə gözəl səbir nəsib etsin. Nə gözəl məqamları var, Allah bizə də o gözəl məqamı versin. Sitatlar
Allah münafiqləri alçaqlıq, əxlaqsızlıq, ləyaqətsizlik, namərdlik, xainlik etmək vəzifəsi ilə yaradır. Bunu şeytanın təlqini ilə edirlər. Bunun nəticəsində möminlərə bərəkət gəlir, məqamları yüksəlir, cənnətləri genişlənir, münafiqlərə də həlak və pərişanlıq gəlir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur