logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 1 iyul 2015

avatar

Adnan Oktar

Sevgi ləzzətlidir, sevgi gözəldir. Vicdansızlıq və zülm çox sıxıntı verər, bunlar insan orqanizminə ziyanlı şeylərdir. Sevginin ləzzətini yaşayacağıq, sevginin gözəlliyini yaşayacağıq. İnsanlara da bunu öyrədəcəyik.
A9 TV; 1 iyul 2015
1409
avatar

Adnan Oktar

Mehmetçiyin əlini müsəlman qanına bulaşdırmağa çalışanlara, Mehmetçiyə cinayət törətməyə, müsəlman qanı axıtmağa alışdırmağa çalışanlara bəla üz verər.
A9 TV; 30 iyun 2015
avatar

Adnan Oktar

Allah Quranda kədərlənməyi qadağan etmişdir. Mömin imanı sayəsində kədərlənməməlidir. Heç bir faydası yoxdur, sadəcə insanın əhval-ruhiyyəsini korlayır. Kədər, insanın ömrünü bitirən bir zəhərdir, xəstələnmə səbəbidir. Sevinc isə, bədən üçün qidadır.
A9 TV; 30 iyun 2015
avatar

Adnan Oktar

Küfrü yer üzündən silmək fərzdir, lakin, əlbəttə ki, bunu elmlə, irfanla, sevgiylə, qanuni yollarla etmək olar. Zərər yetirmək üçün deyil, qorxutmaq üçün silah tutulmalıdır.
A9 TV; 29 iyun 2015
avatar

Adnan Oktar

Bəlalar, dərdlər insanları çox yaxşı tanıdar və gücləndirər. Allah bu cür tərbiyə edir. Yoxsa insanların əksəriyyəti laqeyd olur.
A9 TV; 29 iyun 2015
avatar

Adnan Oktar

Kommunizm, Stalinizm bir inanc sistemidir. Terrorist, qan axıdan, psixopat, şeytani dindir. Şeytanın dinidir. Şeytanın dininə qarşı Allahın dini var, haqq din var. Biz bu haqq dini müdafiə edərik. Allahın tərəfdarları, şeytanın tərəfdarlarının qarşısında olar. Allahın tərəfdarları daim elm, irfan və qanunla bunların başlarını əzər.
A9 TV; 29 iyun 2015
avatar

Adnan Oktar

İsa (ə.s), hz. Mehdi (ə.s)-ın vəziri olaraq nüzul edəcək, Peyğəmbərimiz (s.ə.v) belə söyləyir. Allah Mehdini şərəfləndirmək üçün, Mehdinin böyüklüyünü vurğulamaq üçün, İsa Məsihi ona vəzir olaraq göndərir. Mehdinin böyüklüyünü buradan anlayın. Hətəmə vəli deməkdir. Gəlib keçmiş ən böyük övliya, ən böyük vəlidir. Yəni imam Mehdi, səhabələrdən üstündür.
A9 TV; 28 iyun 2015
avatar

Adnan Oktar

Müsəlmana güllə sıxan alçaqdır. Müsəlmanı öldürən alçaqdır və əxlaqsızdır. Belə təklif irəli sürənlər ən alçaq, şəxsiyyətsiz, soysuz insanlardır. Bu bilinsin.
A9 TV; 28 iyun 2015
avatar

Adnan Oktar

ABŞ indiyədək, mühafizəkarlığı, dindarlığı sayəsində dağılıb getmədi. ABŞ dindarlığını əldən versə bitər, məhv olar.
A9 TV; 28 iyun 2015
avatar

Adnan Oktar

Müsəlmanları öldürməyi düşünən, bunun üçün hazırlıq görən alçaqdır, əxlaqsızdır, xaindir, namussuzdur. Müsəlmanları öldürmək, əbədi cəhənnəmə getməkdir.
A9 TV; 28 iyun 2015
avatar

Adnan Oktar

Silaha sərf olunan vəsait yoxsul insanlara sərf olunsa dünyada inanılmaz zənginlik yaşanar. Dünyanın hər yerində bolluq, var-dövlət olar. Silaha, insan öldürməyə pul xərcləyirlər. Mehdi (ə.s) dövründə silahlar aradan qalxacaq. Silaha sərf olunacaq pul xalqa, müsəlmanlara, yoxsullara, məzlumlara paylanacaq.
A9 TV; 27 iyun 2015
avatar

Adnan Oktar

Allahın hökmü aydındır; PKK-ya da deyirəm, yaxın zamanda məğlubiyyətə məruz qalacaqlar. 40 illik dəccallıq müddətləri sona çatdı. Hamısı həbsxanaya atılacaq, ağıllarını başlarına yığsınlar.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

Kürd əsilzadədir, nəcibdir, alicənabdır, nəzakətlidir, nurludur, dindardır, nəzakətlidir, təmizdir, mərddir, igiddir, cəsurdur. Amma PKK alçaqdır, xaindir, murdardır, hər cür iyrəncliyi edən qatil sürüsüdür. PKK ilə Kürdə fərq qoya bilməyən insan məni təəccübləndirir. Yəni onları bir-birindən ayırmalısınız.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

Əgər hökumət MHP ilə koalisiya yaratmasa bu tarixi səhvi siyasət səhnəsindən tamamilə silinməklə ödəyər. Bunun üçün mütləq MHP ilə koalisiya yaratsın. Özü də güclü bir koalisiya.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ın edəcəyi ilk şey ədaləti təmin etməkdir. Onun dövründə qətiyyən insanlara zülm edilməz.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

Quranda Mehdi (ə.s)-dən bəhs edilmir demək düz deyil. Kəhf surəsində, Yusif surəsində əvvəldən axıra qədər mehdiyyət izah edilir. Süleyman hekayəsi mehdiyyəti izah edir. Nur surəsinin 55-ci ayəsi dünya hakimiyyətini və mehdiyyəti izah edir.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

"600 min hədis var" deyir; bunun mümkün olması üçün Peyğəmbərimiz (s.ə.v) doğumundan etibarən hər saat bir hədis söyləməlidir. Ancaq Buxarinin verdiyi məlumata uyğun, seçdiyi qədər; çünki başqaları da: "Bir milyon hədis arasından seçdi" deyir. Bəziləri də: "Üç milyon hədis arasından seçdi" deyir. Peyğəmbərimiz (s.ə.v) min il yaşasa belə, yenə bu hədisləri söyləyəcək vaxt olmaz. Deməli, bu bir yalandır. Bunu uşaq belə anlayar.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

İki günlük dünya. Sənin o heyran olduğun insanların hamısı ölüb gedir. Heyran olduğun binalar dağılıb yox olacaq və dağılır da. Köhnəlmiş bez parçasına heyran olur, bezə heyran olur və başqa şeylərə heyran olur. Sən Allaha heyran ol, Qurana heyran ol.
A9 TV; 25 iyun 2015
avatar

Adnan Oktar

PKK-lılar əkdiklərini biçirlər; illərdir ki, bölgədə, dəhşəti və zorakılığı öyrədən PKK, gəlinən vəziyyətdə zorakılığa uğrayan da PKK-dır. Halbuki sülh, qardaşlıq və sevgini əsas götürməlidirlər.
A9 TV; 25 iyun 2015
avatar

Adnan Oktar

Masonluqda "açılmaz düyün" simvolu vardır. O, dünyanın açılmaz düyün halını alacağını və Mehdi (ə.s)-ın bu düyünü açacağını bildirmək üçün istifadə edilən 5 min illik bir mason simvoludur.
A9 TV; 24 iyun 2015
avatar

Adnan Oktar

Partiyalar altında toplanmaq haramdır. Müsəlmanları müxtəlif partiyalar altında toplamaq haramdır. Hamısını sevməlisən. Bir partiyaya səs verə bilərsən, bu ayrı məsələdir. Amma Allah partiyalar altında toplanmağı qadağan edir. Açıq hökm var. Ayədə birbaşa “partiyalar altında toplanmamaq” deyə keçir. Əlbəttə ki, bütün müsəlmanları dəstəkləməliyik.
A9 TV; 24 iyun 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Müstəqil sevgi olmaz. "Məni kifayət qədər sevmir" deyir. Əvvəla sevgini Allah yaradar. Sən müşrik sevgisi istəyirsən. Büt sevgisi istəyirsən. Sən bir insanı bütləşdirsən, onsuz da müşrik olarsan. Allah bəla verər, qəlbin sıxılar. Allah qəlbindən sevgini alar. Nə sevər, nə də sevilərsən. Sevgini bilavasitə Allahdan gözləmək lazımdır. Sitatlar
Allah hz. Musa (ə.s)-a nə deyir? “Öz tərəfimdən ona qarşı qullarımız arasında məhəbbət oyatdıq” deyir. O öz-özünə sevimli oldu demir. Yaxud özünü sevdirdi demir. Allah; “Mən sevdirdim” deyir, Mən. Sitatlar
Biz Rəsulullah (s.ə.v)-i görmədik, lakin canımızdan daha çox sevirik. Keyfiyyətli sevgi əhəmiyyətlidir. Bağlılıq əhəmiyyətlidir. Məsələn, on dəqiqə görərsən, amma dəli kimi sevərsən. On saat görərsən bir sıxıntı olar, başqa bir şey olmaz. Sitatlar
Sevgi dünyadakı ən böyük nemətdir. Allah dünyanı sevgi üçün yaradır. Qulları sevgi üçün yaradır. Cənnəti sevgi üçün yaradır. Tək məqsəd sevgidir. İnsanların, bitkilərin, heyvanların, bütün məxluqatın, atomun bu qədər nizamlı və gözəl olmasının məqsədi yenə sevgidir. Sitatlar
Sevgisizlik insanı qaraldar. Şeytan qadınlar və şeytan kişilərdə sevgisizlik çox güclü yaşanır. Ağızlarından nifrətdən başqa bir şey çıxmır. Bunun üçün Allah bunların üzlərini qapqara qaraldır. Sitatlar
Sevgi dünyadakı ən zövq verən şeydir. Axirətdə də ən zövq alınan şeydir. Həyatın rəngidir, işığıdır. İnsanın ruhu sevgiylə rahatlıq tapar. Sevgi olmasa, insan ölər, qovrular, məhv olar. Sevgisiz həyat zəhərdir. Sitatlar
Allah “ibadət edən” demir, “səmimi ibadət edən” deyir. Allah mütləq belə bir şərt qoyur. Sevgi, sırf onlara məxsus nemət kimi verilir. Sitatlar
Ayələrin əvvəlində həmişə "Rəhman və Rəhim", "Bismillahir-rəhmanir-rəhim" sözü gəlir. Rəhman və Rəhim olan, yəni sevginin nə olduğunu çox yaxşı bilən, çox yaxşı sevən və bizdən də sevgini istəyən Allah. Allah "Rəhmandır", çünki bu söz; qoruyan, himayə edən, sevən, bağışlayan, insanların yaxşılığını istəyən mənasındadır. Sitatlar
Sevgi çox qəribə, çox mükəmməl bir duyğudur. Nə yeməyə bənzəyir, nə də içməyə. Ən çox zövq alınan nemətdir. "Yemək, yoxsa sevgi?" desən, sevgi. "Sənə yaxta verəcəyik, yoxsa sevgi istəyirsən?" desələr, sevgi. Yaxtanın nə faydası var, taxtadan olan nəhəng bir şeydir. Dənizin ortasında hərəkət etdiyini düşün. Sevgi yoxsa nə edəcəksən? Hansı işinə yarayar? Yaxud sənə qəsr verdilər, amma sevgi yox. Belə olduqda bu qəsr sənin üçün nəhəng bir həbsxana olar. Heç bir işinə yaramaz. Sitatlar
Bağışlamağın nəyə faydası var? Sevgiyə faydası var. Bu olmasa qəzəblənərsən, küsərsən, inciyərsən, əlaqəni kəsərsən. Onunla əlaqəsini kəsir, bununla əlaqəsini kəsir, nə olur? Tək qalır. Bu bütün dünyanın başındakı fəlakətdir. Bu dəfə də, evdə it-pişik saxlayır. Tək dostum bu deyir. Sevgi olmasa, Qurana tabe olmasan belə olar. Sitatlar
Bütün Quran sevgiyə əsaslanır. Amma sən birbaşa sevgini təqdim etsən, tam gözəlliyin ortasına girərsən. Bunun üçün birbaşa sevgini hədəf alan izahat, məntiq və ruh lazımdır. Hansı ayəyə baxsanız, sevgi məqsədli olduğunu görərsiniz. Sitatlar
Allah: "Əfv et, yaxşı işlər görməyi əmr et və pis əməllərdən üz döndər" deyir. Bəs əfv etsək nə olar? Sevginin önündəki maneə aradan qalxar. Sevgi bir-biriylə birləşər. "Pis əməllərdən üz döndər". Pis əməl insanın qəlbini sıxar. Sevgini boğar. Üz döndərdiyin vaxt sevgini qorumuş olarsan. "Yaxşılığı əmr et", yaxşılığı əmr etdiyin vaxt, nə baş verər? Sevgi artar, sevgi yayılar. Sitatlar
Bağışlamaqla, əfv etməklə, sevginin önündəki bloku aradan qaldırırsan. Bağışladığın vaxt sevginin önündəki divarı dağıdırsan. Sitatlar
Sən kasıbı qorusan kasıb nə edər? Səni sevər. İlk hiss edəcəyi duyğu hansıdır? Sevgidir. Məsələn, bir hədiyyə alırsan, təşəkkür edir. Təşəkkür nədir? Gözləri parıldayır. Niyə? Sevgidən. Onda bir anda sənə qarşı sevgi yaranır. Peyğəmbərimiz (s.ə.v): "Hədiyyələr, qarşılıqlı sevgini artırır" deyir. Məqsəd nədir? Sevgidir. Sitatlar
Allah qorxusu sevginin təməlini meydana gətirir. Allah qorxusundan ötrü səbir edirsən, şəfqətli, kömək sevər və əliaçıq olursan. Bunlar sevginin təməlini meydana gətirir. Sitatlar
Bütün Quran ayələrinə baxın, hamısına sevgi hakimdir. Quran sevgiyə zəmin hazırlayır. Quran, Allah qorxusuyla, Allah sevgisiylə, cəhənnəm qorxusu ilə sevgini çox sağlam təməl üzərinə oturdur. Sitatlar
Salam, nədir? Sevgidir. "Məndən sənə zərər gəlməz". Onda nədir? Sakit və rahat ol, yəni xoşbəxt ol. Bütün sözlərin kökünə, danışıqların təməlinə baxın, bütün bunların altında sevgi yatır. Sitatlar
Həmd etmək, "əlhəmdülillah" demək sevgidir. "Ey Rəbbim sənə təşəkkür edirəm" deyir. Təşəkkür etmək nədir? Qəlbində sevgi yoxdursa bu sözün bütün mənası itir. Sevgi vardırsa tam məna qazanır. Sitatlar
"Rəhman və Rəhim", sevgidir bu. Bütün Quran ayələrinin məqsədi sevgidir. Allah qorxusunun məqsədi sevgidir. Allahdan qorxan, sevgiyə zəmin hazırlamış olur. Allahdan qorxan asanlıqla sevə və sevilə bilir. Allahdan qorxmayan, nə asanlıqla sevə, nə də asanlıqla sevilə bilir. Sitatlar
Təbliği çoxlu danışmaq və yazmaq olduğunu zənn edirlər. Bunların əvəzinə 15 dəqiqə sevgi göstərsə, 15 milyon dəfə çox səmərə əldə edər. Sitatlar
Xurafatçılar çox bilən adam kimi danışmaqla İslamın yayılacağını güman edirlər. İslam qətiyyən bu yolla yayılmaz. Adam səndən səmimi sevgi gözləyir. Doğru-düzgün geyinməni, təmiz və şən olmanı, həyatı gözələşdirməni gözləyir. Bu İslamın əyani şəkildə yaşanmasıdır. Bunu gördüyü təqdirdə sənin izah etdiyin İslamı qəbul edər. Sitatlar
Sevgi çox mühüm məsələdir. Siyasətə baxıb, daim nifrət və qəzəbin hakim olduğunu görürük. Həyatın məqsədi sevgidir. Sevgini ön plana alın. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) bütün diqqətini sevgiyə yönəldirdi. Böyük müvəffəqiyyət qazandı, təsir oyatdı. Peyğəmbərimiz (s.ə.v)-in təsir gücü sevgisiydi, hz. Yusif (ə.s), hz. Süleyman (ə.s) və hz. İbrahim (ə.s)-ın da həmçinin. Sitatlar
Xurafatçılar həmişə danışırlar, dayanmadan xurafatlar söyləyirlər. Məqsədin nədir? Məqsədin sevgi deyil. Bir adam necə döyülər, necə kəsilər, bir qadın necə alçaldılar, məsələ budur. Bir-birlərindən necə nifrət edəcəkləri barədə fəlsəfə hazırlayırlar. Xurafatçılarda sevgi olmaz. Sitatlar
Cənnətdə hər şey gözəldir, Allah oraya aşiqləri göndərir. İnsanlar gözəl, bitkilər gözəl, çiçəklər gözəldir. Bütün məqsəd sevgidir, Allahın tək məqsədi sevgidir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur