logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 11 sentyabr 2015

avatar

Adnan Oktar

Sevgimizi gücləndirək, birliyimizi gücləndirək nəticəni görəcəyik. Allah hal-hazırda bizi seyr edir, söylədiklərimizi də eşidir. Hazırda O, bizi bir yerə topladı. Bir-birimizə olan etibarımızı, sevgimizi, hörmətimizi Allah yaradır. Bütün güc Ona məxsusdur. Biz dua edirik, dünyanın yaxşı olmasını, gözəl olmasını istəyirik, inşaAllah olacaq.
A9 TV; 11 sentyabr 2015
1574
avatar

Adnan Oktar

İsrarlı, qərarlı olmaq çox əhəmiyyətlidir. Allahın köməyi ilə bu bəlanın, bəlaların, əzabların bitəcəyinə inanıram. Sevgi dolu, ağıllı insanların fəaliyyətdə olduğunu görürəm. Ən zalım insanı belə razı salmaq olar. Sevgiylə yaxınlaşılacağı, Allah inancıyla yaxınlaşılacağı təqdirdə bunun mümkün olduğunu birlikdə görəcəyik. Hər şey əvvəlki gözəlliyinə qayıdacaq.
A9 TV; 11 sentyabr 2015
avatar

Adnan Oktar

Bölgədəki zülmü və yaşanan əzabları sadəcə diplomatiya ilə həll etmək olmaz. Sevgiylə olar. Allah ilə əlaqədə olmaqla olar.
A9 TV; 11 sentyabr 2015
avatar

Adnan Oktar

ABŞ-ın bütün rəsmi təşkilatları əldən-ələ keçir, həmişə masonların əlindədir. Məsələn, Corc Vaşinqton ustad masondur. ABŞ-ın bu günə qədər olan bütün prezidentlərinin hamısı masondur.
A9 TV; 11 sentyabr 2015
avatar

Adnan Oktar

PKK-nın müzakirələr aparılmasını istəməkdə məqsədi nədir? Sevr müqaviləsi kimi. Sevr müqaviləsində nə dedilər? "Gəlin masa arxasında əyləşin" dedilər, Türkiyəni parça-parça etdilər. Bu da həmin şeydir. Bu masa Sevr müqaviləsi masasıdır. Ondan daha betər bir masadır.
A9 TV; 11 sentyabr 2015
avatar

Adnan Oktar

Məntiqləriylə hərəkət edənlər həmişə sürünərlər. Lakin əvvəlcə qalib gələcək kimi görünürlər. Vicdanlarıyla hərəkət edənlər də əvvəlcə məğlub olacaq kimi görünərlər, lakin həmişə sonunda qalib gələrlər.
A9 TV; 9 sentyabr 2015
avatar

Adnan Oktar

Bəzi insanlar vicdanlarıyla deyil, məntiqləriylə hərəkət edirlər. "Mən məntiqimin səsinə qulaq asaram" deyir. Qardaşım sonra sürünərsən. Məntiq ilk baxışda insanı xilas edəcək kimi görünər. İnsan məntiqiylə hərəkət etdikdə məntiqinin həmişə lehinə, həmişə kefinə və mənfəətinə uyğun bir şeylər qazandıracağını düşünər. Məntiq daim insanın başını bəlaya salar.
A9 TV; 9 sentyabr 2015
avatar

Adnan Oktar

Allah ayədə; "vicdanları qəbul etdiyi halda zülm və təkəbbür ucbatından rədd etdilər" deyir. Vicdanına müqavimət göstərir. Yoxsa vicdanı ona doğru olanı əmr edir, "et" deyir, dinləmir. Sözünə qulaq asmır. Buna görə də üzləri qaralır. Yoxsa insan vicdanının səsinə qulaq assa, üzü nur kimi olar.
A9 TV; 9 sentyabr 2015
avatar

Adnan Oktar

Qısa müddət sonra Azərbaycan qapılarını açacaq, Türk dövlətləri açacaq. Sonra İraq, Suriya, İordaniya, hətta İsrail də. Hz. Mehdinin vəsiləsiylə sevgi, qardaşlıq içində yaşayacağıq. Amma nə qədər? 7 və ya 9 il, bu qədər. Sonra ağlasığmaz pozulma başlayacaq. Əxlaqi tənəzzül. Bu ta hicri 1545-ci ilə qədər davam edəcək. 1545-ci ilin səhərində yaxud axşamında və ya günortasında, o xəbər onlara çatacaq. Bir qayanın üstünə yazsınlar. O qaya o gün parça-parça olacaq. Qiyamət qopacaq.
A9 TV; 9 sentyabr 2015
avatar

Adnan Oktar

İslam Birliyi ilk dəfə Türkiyədə müvəffəqiyyətlə tətbiq olunmuşdur. Kürdlər, lazlar, çərkəzlər, hər kəs İslam Birliyinin o gözəl ruhu içində qardaş olmuşdurlar. İrqçilik olsaydı, Orta Anadolu regionunda bir türk dövləti, Cənub-Şərqi Anadolu regionunda kürd dövləti, Qara dəniz regionunda Laz dövləti və Egey regionunda ayrı bir dövlət olacaqdı, parça-parça olacaqdıq və bunlar da öz aralarında yenə parça-parça olardılar. Məhz İslam Birliyi əxlaqı tətbiq olunduğu üçün birlik və həmrəylik içindəyik.
A9 TV; 9 sentyabr 2015
avatar

Adnan Oktar

İncəsənət insanın ruhunu nəcibləşdirər, gözəlləşdirər, insan ruhunun qidasıdır. Onu Avropa çox tez müəyyənləşdirdi və tez də tətbiq etdi. Sonunda isə, çox gözəl nəticələr aldılar. Qatı dinçilər İslam aləmini incəsənətdən uzaqlaşdıraraq ən böyük zərbələrdən birini vurdular.
A9 TV; 9 sentyabr 2015
avatar

Adnan Oktar

Xurafatçılara nifrət etmək də hörmətsizlikdir. Onlar bu cür yetişdirilmişlər, səmimi qatı dinçidirlər, tərslik çıxsın deyə qatı dinçi olmurlar. Qatı dinçiliyin, dinin ən yaxşı tətbiq forması olduğunu düşünürlər. Yəni həyatı özünə zəhər edərək, dünyanı cəhənnəmə çevirərək yaşadıqları vaxt, İslama uyğun hərəkət etdiklərini düşünürlər. Yanlış bilirlər, onları nəzakətlə öyrətməlisən.
A9 TV; 9 sentyabr 2015
avatar

Adnan Oktar

MHP, camaatlara, müsəlman cəmiyyətlərə, təriqətlərə daha çox sahib çıxmalıdır. Yəni millətlə daha çox bütünləşməlidir. Bunu etməməklə geridə qalır. AKP qurulduğu vaxt, sıfır idi, indi isə böyük partiya oldu. Çünki kütlə partiyası siyasətini izləyir. Təriqətlərə sahib çıxır, camaatlara sahib çıxır, sürətlə inkişaf edir. MHP eynisini etsə o da inkişaf edər.
A9 TV; 8 sentyabr 2015
avatar

Adnan Oktar

Darvinizm və materializm elmi dəlillərlə yox edilsə, PKK-nın əsas həyat damarı kəsilər. Yoxsa PKK-nı bəsləyən sistem ayaqda qaldığı müddətcə, istədiyin qədər danış. Bu əsnada yenə qan su yerinə axar.
A9 TV; 8 sentyabr 2015
avatar

Adnan Oktar

Darvinizm və materializm özü ilə birlikdə Marksist, Leninist, terrorist zehniyyəti də gətirər.
A9 TV; 8 sentyabr 2015
avatar

Adnan Oktar

Əsgərin, polisin silah keyfiyyəti artırılsın və səfərbərlik elan edilsin. Belə edilsə, PKK-nın əhval-ruhiyyəsi tamamilə qaçar. 4 milyon əsgər edəcək. 72 saatda toplaya bilərik, 72 saatda. Baxın, 4 milyon əsgər. Bu titrədər. Yəni bu Çin ordusunda yoxdur, yeri-göyü lərzəyə gətirərlər. İşimiz bitsin, əsgərləri geri çağıraq, sonra da onları tərxis edək. Amma bunu edək.
A9 TV; 8 sentyabr 2015
avatar

Adnan Oktar

Televiziya kanalları şəhid xəbərlərini ağladacaq, ah-nalə salacaq şəkildə yayımlasalar bu PKK-nın işinə yarayar. Amma sinəsi dimdik ata-analar olsa, oğullarıyla fəxr edən şəhid anaları, ataları olsa bu PKK-nı çökdürər.
A9 TV; 8 sentyabr 2015
avatar

Adnan Oktar

Cənub-Şərqi Anadolu regionunda bir çox ailə kasıbdır, evlərində Quran yoxdur, Quran payla. Darvinizmin əsassızlığından bəhs edən kitablar dərc etdir, payla. Kitablarımın müəlliflik hüququnu verirəm, onları istədiyiniz kimi dərc etdirib paylayın. PKK-nın inkişaf etmə səbəbi darvinizmdir. Məktəblərdə tək tərəfli darvinist təhsilə son verilməsi üçün nazirliyə bildiriş yazın, ərizə verin. Səsiniz çıxmır. Cənub-Şərqi Anadoludakı məzlum qardaşlarımızın mindiyi avtobusa hücum etmək əvəzinə PKK-nın zehniyyətinə qarşı elmi mübarizə aparın.
A9 TV; 8 sentyabr 2015
avatar

Adnan Oktar

Darvinizmi yox etsən, PKK da yox olar. Sən ibtidai məktəblərdə, orta məktəblərdə, liseylərdə gecə-gündüz darvinizmdən danışsan, məhz insanların da bir hissəsi bu cür marksist, leninist olar.
A9 TV; 8 sentyabr 2015
avatar

Adnan Oktar

Şəhid mərasimlərindəki cənazə marşını ləğv etsinlər. Bu çox narahat edici şeydir. Bir də insanın ürəyini çox sıxan qəribə bir musiqisi var, tamamilə lüzumsuzdur. Şəhid, təkbirlərlə, salavatlarla şəhəri gəzdirilməklə yola salınar.
A9 TV; 8 sentyabr 2015
avatar

Adnan Oktar

Kürd nurdur, kürd nəcibdir, kürd alicənabdır. Gücün çatırsa get ordu sıralarına qoşulmaq üçün müraciət et, PKK-lıyla vuruş. Rəzil adam, kürddən nə istəyirsən? Kürd gözəl əxlaqa sahib mükəmməl insandır.
A9 TV; 7 sentyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İsrarlı, qərarlı olmaq çox əhəmiyyətlidir. Allahın köməyi ilə bu bəlanın, bəlaların, əzabların bitəcəyinə inanıram. Sevgi dolu, ağıllı insanların fəaliyyətdə olduğunu görürəm. Ən zalım insanı belə razı salmaq olar. Sevgiylə yaxınlaşılacağı, Allah inancıyla yaxınlaşılacağı təqdirdə bunun mümkün olduğunu birlikdə görəcəyik. Hər şey əvvəlki gözəlliyinə qayıdacaq. Sitatlar
Bölgədəki zülmü və yaşanan əzabları sadəcə diplomatiya ilə həll etmək olmaz. Sevgiylə olar. Allah ilə əlaqədə olmaqla olar. Sitatlar
Sevgini verən Allahdır. Bu möcüzə olaraq meydana gəlir. Yəni ehtirası meydana gətirən Allahdır. Azğınlarda və dəlalətə düşənlərdə ehtiras olmur. Bunun üçün çalışırlar, lakin olmur. Nə etsələr də olmur. Filmlərdə bunu canlandırırlar, romanlarda canlandırırlar, lakin faktiki həyatda əsla alınmır. Niyə? Çünki bu iman gətirdikdə yaranan bir möcüzədir. İmanlı kişi və imanlı qadın arasında yaranan bir gözəllikdir. Sitatlar
Sevgi Allahın təməl xüsusiyyətidir, dünyanın mənasıdır. Nifrət çox çətindir, insanı mənəvi və fiziki cəhətdən çökdürər. Cəmiyyəti çökdürər, həyatı çökdürər, iqtisadiyyatı çökdürər. Nifrət çox qorxuncdur. Sitatlar
İsrail səhv edir deyə, sənin də səhv etməyin lazım deyil. Sən ona dostcasına, sevgiylə yaxınlaşsan onun da sənin dostun olduğunu görərsən. Sən sevgiylə yaxınlaş, dostcasına yaxınlaş. Amma bıçaqla yaxınlaşsan, o da sənə tankla yaxınlaşar, tankla yaxınlaşsan bombayla yaxınlaşar. Bunun sonu gəlməz. Amma sevgiylə yaxınlaşsan onun da sənin dostun olduğunu, sevdiyini görərsən. Bu, Quranın bir sirridir. Sitatlar
Sevgi moda halına gətirilməlidir. Yazıçılar buna liderlik etsin ki, sevgini gündəm mövzusuna çevirək. Bu sevgisizlik insanları həlak edər, bu çox qorxunc şeydir. Sevgi sözünü söyləsə, sevgidən danışsa insanlar onun təsiri altında qalarlar. Sitatlar
İnsan sevgiyə dair tək bir cümlə yazdıqda, o onu əsir edər. Yəni yazdığı cümlənin əsiri olar, lakin nifrət yazısı yazdıqca da bu nifrət yazılarının əsiri olur. Həmin hərflər onu hipnoz edir, o küfr dolu sözlər onu hipnoza salır. Halbuki özünə sevgi hipnozu etsə, onun təsiri altında qalacaq. Yazdıqca sevgi onu bürüyəcək. Sitatlar
Bəzi gənclər nə qədər çox dava etsələr, nə qədər söz ilişdirsələr o qədər şəxsiyyətləri artacağını düşünürlər. Sevgini bilməyən insan necə şəxsiyyət sahibi olar? Bir dəfə insan xüsusiyyətini qazanması üçün sevgini bilməlidir. Sevgi yoxsa bitmişdir. Sitatlar
Mənfi olan hər şeyi söyləyir, dərmanını söyləmir. Dərmanı tək sözlə söyləməlidir; sevgi. Hər kəs ağzını sevgi sözünə alışdırsın. Dünyadakı bu xəstəliyin, bu fəlakətin həlli sevgidir. Sitatlar
Aciz və pessimist üslub olmaz. Bir qayda olaraq bundan uzaqlaşmaq lazımdır. Həll yolunu söyləyin. Utanacaq bir şey yoxdur. Xoşunuza gəlməyəcək bir şey də deyil. Sevgi gözəl bir sözdür. Sitatlar
Sevgi dünyanın ən gözəl tərəfidir. Həyatın ən gözəl tərəfidir. Çünki sevgi imanla əlaqəlidir. Allahı sevən, təcəlli olaraq insanları da sevər. Sitatlar
Din sevgidir, rahatlıqdır, gözəllikdir, sevincdir. Allahın nemətlərindən halal yolla ən gözəl şəkildə istifadə edərsən. Sağa dönsən cinayət, sola dönsən cinayət, göyə baxsan cinayət, yerə baxsan cinayət; bu cür din anlayışı olmaz. Bu insanları məhv edər, ruh xəstəsi olarlar, ağılları yox olar. Dini çətinləşdirmək zalımlıqdır. Bilmədən bu zülmü edirlər. Sitatlar
İnsan xəstələnir, dərman qəbul edir və "mən bu xəstəliyi dərmanla sağaldaram" deyir. Bu çox böyük səhvdir. Səmimi şəkildə: "Ey Rəbbim bu dərmanı vəsilə et" deməlisən. Yaxud yaralanır, bir şey olur, antibiotik qəbul edir, "vəssalam, bu sağaldar" deyir. Bu cür olmaz. Sən: "Ey Rəbbim bunu vəsilə et" deməlisən. Əks halda o dərmanı bütləşdirmiş olarsan. Dərmanı yaradan, dərmana o gücü verən Allahdır. Beynində onu sənə göstərən də Allahdır. Sitatlar
Ehtiyac içindəki insan deyildikdə, bir çox adam ilk növbədə həmin insanın çörəyə, yeməyə ehtiyac duyduğunu düşünür. İmana ehtiyacı var, Allah sevgisinə ehtiyacı var. Dua etsən Allah səndən razı qalar. Sevgiyə, dərinliyə ehtiyacın var, Allahı dərindən sevməyə ehtiyacın var. Sitatlar
İnsana bir zərər gəldikdə necə dua edir? Mükəmməl. Allaha necə bağlanır? Mükəmməl. Necə hörmət edir? Mükəmməl. Amma başına bəla gəlmişdir. Bəla gəlmədən motivasiya olmur. Niyə bəlanın gəlməsini gözləyirsən? Həmişə bəlaya düçar olduğun vaxtlardakı kimi olmalısan. Sitatlar
Allah dünyanı nuruyla əhatə etsin. Rəbbimiz "Hadi" ismiylə təcəlli etsin inşaAllah. Dəccalı məhv etsin. Dəccalı pərişan etsin. Dəccaliyyəti yox etsin. Sitatlar
Allah hər yerimizi nurla əhatə etsin. Bizi nurlandırsın. Hidayət versin. Ağlımızı açsın. Şeytanın şərindən qorusun. Pislərdən qorusun. Qəlbimizə əmin-amanlıq duyğusu versin. Bizi zənginləşdirsin. Gücləndirsin. İslamı hakim etsin. Mehdi (ə.s)-ı göstərsin. Mehdisini zahir etsin. Bizi Mehdi (ə.s)-ın, İsa Məsih (ə.s)-ın tələbəsi etsin. Sitatlar
Mömin duanı çox əhəmiyyətli görməlidir, Allahın dəyər vermə səbəbi, möminin Ona dua   etməsidir. Sitatlar
Hər yer möcüzə doludur. Mömin, bu möcüzələri yadda saxlaya bilmək üçün, Allaha dua etməlidir. Möcüzələrdəki mükəmməlliyin həyəcanını və şokunu yaşamaq üçün dua etməlidir. Həmçinin bu məlumatın meydana gətirdiyi təqdir hissini Allaha təqdim edə bilməyi Allahdan istəməlidir. Sitatlar
İnsan sanki ülfətin içində üzür. Bu ülfətin aradan qalxması üçün Allaha dua etməlidir. "Ey Rəbbim ağlımı aydınlaşdır, bu möcüzəni görüm. Beynim bunu hazırda mənə, mənim istədiyim kimi hiss etdirmir" deməlidir. Məsələn, yazı var, oxuya bilmir; bunun kimi. Mömin; "bəsirətim açılsın, bu möcüzənin həyəcanını yaşayım, Səni layiqincə təqdir edim ey Rəbbim" deməlidir. Sitatlar
Şok edici, heyrət verici məlumat qarşısında diqqət və təqdir gücünün zəif qalması insan beyninin, ruhunun acizliyidir. Bunu iradə toplaya bilmir. Yoxsa normalda nəfəsi kəsilməli, çox təəccüblənməlidir. Bu acizliyin üstəsindən gəlmək üçün dua edilməlidir. Sitatlar
Sitatlar
Sitatlar
Sitatlar
İndi Cizrədə nə edilməlidir? İgid xalqımız, kürd qardaşlarımız, nurlu qardaşlarımız üçün, evləri olduqca gözəlləşdirib özlərinə hədiyyə edilməlidir. Malı-mülkü yox oldusa, yerinə artığıyla mal-mülk verilməlidir. Yeməyi yoxdursa və ya misal üçün, 10 kilo düyüsü əldən çıxdısa, yerinə 100 kilo düyü alıb torbayla evinə qoyaq. Bərəkəti olar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur