logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 5 Avqust 2012

avatar

Adnan Oktar

Sevgini hiss etməyəndə qadın özünü unudur. Nə özünə baxmaq, nə də gözəl olmaq istəyir.
A9 TV; 5 Avqust 2012
838
avatar

Adnan Oktar

Qadın sevgi ilə, imanla gözəlləşir.
A9 TV; 5 Avqust 2012
avatar

Adnan Oktar

Qadın sevilmirsə, onu sevəcək, bəyənəcək kimsə yoxdursa, həyatdan küsür.
A9 TV; 5 Avqust 2012
avatar

Adnan Oktar

Səudiyyə Ərəbistanında dinsizlik daha da sürətlə yayılır. Çünki insan fitrətinə zidd şəkildə yaşayırlar. Xanımlar tək gözlə baxır, min bir cür xurafat var.
A9 TV; 5 Avqust 2012
avatar

Adnan Oktar

Səhv mühafizəkarlıq anlayışı və bu mühafizəkarlıq anlayışının tətbiqi ilə din yayılmaz.
A9 TV; 5 Avqust 2012
avatar

Adnan Oktar

İsraildə dindarlığın inkişafına bizim böyük təsirimiz oldu. Çünki orada da Darvinizm hakim idi. Darvinizmə qarşı heç kim çıxa bilmirdi. İbrani dilində Darvinizmi məhv edən əsərlərimizi payladıq, yığıncaqlar keçirdik. İndi İsraildə də gənclər sürətlə dinə dönməyə başladılar.
A9 TV; 5 Avqust 2012
avatar

Adnan Oktar

Quran həqiqətlərini elmi olaraq şərh etməyimiz, sənədlərlə, fotoşəkillərlə sübut etməyimiz gənclərin Quranı daha rahat açıqlamalarına səbəb oldu. Daha sonra böyük bir coşğu yarandı.
A9 TV; 5 Avqust 2012
avatar

Adnan Oktar

Dünyanın hər yerində ciddi şəkildə canlanma oldu. Xüsusilə, Darvinizmi, materializmi əzməyimiz dini izah etməkdə çətinlik çəkən gənclərə bir asanlıq verdi. Daha əvvəl Darvinizm məsələsində məğlub olduqları üçün dini izah edə bilmirdilər. Təkcə dindarlıqlarını gizlədə bilirdilər. Amma sonra Darvinizm əzildi və yol sonuna qədər açıldı.
A9 TV; 5 Avqust 2012
avatar

Adnan Oktar

Bizim səylərimiz nəticəsində dekolte xanımlar da artıq namazlarını qılmağa başladılar, İslamla əlaqə qurdular. Qısa geyinən xanımlar da İslamı səmimi olaraq yaşamağa başladılar. Müasir gənclər İslamı yaşamağa başladılar.
A9 TV; 5 Avqust 2012
avatar

Adnan Oktar

Etdiyimiz təbliğlər Türkiyədə və bütün dünyada çox ciddi dəyişikliklərə səbəb oldu. ELİT TƏBƏQƏNİN DİN İLƏ TANIŞ OLMASINA BİZ VƏSİLƏ OLDUQ.
A9 TV; 5 Avqust 2012
avatar

Adnan Oktar

Kommunizmi yox edən məlumata, təchizata sahibik. Marksist, Darvinist düşüncəni yox edən hər cür dəlili izah edirik. Bu, dünya miqyasında izah edilsə, bütün dünyada dəhşətli qarışıqlıq, kommunist çaxnaşması yaranar və məsələ kökündən həll olar.
A9 TV; 5 Avqust 2012
avatar

Adnan Oktar

Mehdiyyətdən başqa bir üsul qurtarmaz. Böyük sevgi ilə, şəfqətlə, mərhəmətlə, dostluqla bu problem bitər. Yoxsa hərbi güclə, silahla, siyasi yollarla nəticə almaq mümkün deyildir.
A9 TV; 4 Avqust 2012
avatar

Adnan Oktar

İsraillə, İraqla aramızı yaxşılaşdıraq. Aradakı lazımsız problemləri həll edək. İsraillə ittifaq kommunizmə qarşı ittifaqdır, hal-hazırda bu kommunist hərəkata qarşı məqsədəuyğun bir hərəkət olar.
A9 TV; 4 Avqust 2012
avatar

Adnan Oktar

Kommunistlər PKK hərəkatının Mehdiyyət ilə həll olunacağını bildikləri üçün də Mehdiyyəti aradan qaldırmağa çalışırlar.
A9 TV; 4 Avqust 2012
avatar

Adnan Oktar

Bir müddət sonra hər kəs İslam Birliyinə məcbur olacaq. Hər kəs Mehdiyyətə məcbur olacaq. Başqa qurtuluş yolu qalmayacaq. Allah o nöqtəyə doğru aparır.
A9 TV; 4 Avqust 2012
avatar

Adnan Oktar

Kürd problemi var, doğrudur. Türk, Laz, Ərəb, Liviya, Sudan, Somali, Çad, Əfqanıstan problemləri də var. Bunların hamısı İslam Birliyində toplanır. Deməli İslam Birliyi problemi var.
A9 TV; 4 Avqust 2012
avatar

Adnan Oktar

Təqva baxımından, həqiqətən, türk milləti İslamı gözəl şəkildə yaşayan millətdir. Bütün dünya bunu qəbul edir. Amma, təbii ki,nöqsanları da var. Amma lider türk milləti olacaq. Bundan başqa bir irq üstünlüyü iddiamız yoxdur. Ola bilməz də, olsa da, səhv olar. Çünki Allah bildirir ki, Allah qatında üstünlük ancaq təqva ilədir.
A9 TV; 4 Avqust 2012
avatar

Adnan Oktar

İslam aləminin qulluqçusu olan türk millətinin ətrafında İslam aləmi toplanacaq. Yoxsa biz "türklər üstündür, genetik, irqi olaraq üstünük demirik. İstəsəniz genetik quruluşumuza baxın, üstünlüyümüzü görün" demirik . Xidmət üstünlüyümüz var.
A9 TV; 4 Avqust 2012
avatar

Adnan Oktar

Müqəddəs əmanətlər haradadırsa, Mehdi də ordadır. Müqəddəs əmanətlər isə burdadır. Ona görə Türk-İslam Birliyi, Türkiyə İslam aləminin lideridir deyirik.
A9 TV; 4 Avqust 2012
avatar

Adnan Oktar

İslam aləminin lideri ortaya çıxacaq. Hətta lider çıxıb, təbii liderdir. Lideri Allahın rəsulu (s.ə.v) vəhy ilə bizə bildirmişir ,Türkiyədir, Türklərdir. "Mehdi İstanbulda çıxacaq" deyir, vəssalam. "İlk dəfə türklər arasında bayrağını açacaq" deyir.
A9 TV; 4 Avqust 2012
avatar

Adnan Oktar

Anti-kommunist fəaliyyət PKK problemini kökündən həll edəcəkdir. Daha da sürətlə çalışaq, daha da cəhd edək, amma ən çox sevginin üzərində dayanaq. Allah sevgisi, Allah qorxusu və sevginin tətbiqi məsələsinə ciddi yanaşaq. Polislərimiz Cənub-şərqdəki bacı-qardaşlarımızı, əsgərlərimizi sevsinlər.
A9 TV; 4 Avqust 2012
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İnsan sevdiyini öz gözündə böyüdər, ucaldar və qiymətli görər. Böyük gördükdə onu sevdiyini anlayır. Qiymətli hesab etmədiyini sevə bilməz. Sadə, ucuz hesab etsə, sevə bilməz. Qiymətli hiss edərkən sevər. Qiymətli görməyi üçün də imanlı, ağıllı olmalıdır. Sitatlar
Cənnətdə də qadın və kişi bir-birinin halalı olduğu üçün Allah beş hiss orqanı ilə bir yerdə olmalarını təmin edəcək . İnsanlar beş hiss orqanı ilə yoldaşına olan sevgisini yaşayacaq. Sitatlar
PKK-lılar insanlara mərhəmət etməyin ağılsız hərəkət olduğunu, onların həşəratdan fərqli olmadığını, necə bir ağcaqanadı öldürərkən heç nə hiss etmirsənsə, insan öldürərkən də eyni mərhəmətsizliyi etməli olduğunu ona təlqin edirlər, yetişdirirlər. "Allah yoxdur", "Kitab və axirət də yoxur"  deyirlər, haşa. Amma bunları izah edərkən də Darvinizmi, materializmi öyrədərək izah edirlər. Sitatlar
Sevgi gözüylə baxan gözəlliklərdən zövq alar. Həsəd edən insan isə gözəlliklərə qarşı nifrət hiss edər. Sitatlar
Yalvarış, xahiş terroru əsla dayandırmayacaq. Əksinə özlərini güclü hiss etmələrinə əsas verər. Sitatlar
Təhlükəni hiss etmək çox vacibdir. Cənub-şərqdə Respublika tarixinin ən böyük kommunist qiyamı vardır. Bu qiyamı bütün dünya kommunistləri dəstəkləyir. Amerika da bizim Cənub-şərq sərhədlərimizi qəbul etmir, cənub-şərqi bizdən ayırmaq istəyir. Sitatlar
Dəccaliyyət axır zamanda insanlara yorğunluq verəcək, onları tilsimləyər. Bütün insanlar bu yorgunluğu hiss edəcəklər. Dəccaliyyət  insanlara yuxululuq, halsızlıq və yorğunluq verəcəkdir. İslamdan uzaq tutmaq, İslami fəaliyyətlərinə maneə törətmək üçün insanlara əzginlik hissi verəcəkdir. Buna aid hədis də vardır. Sitatlar
Mömin olmaq asandır, zövqlüdür, xoşdur, insan özünü yaxşı hiss edər. Kafir olmaq isə çox çətindir, əzablı, sıxıntılıdır, Allah qorusun. Sitatlar
Bir şey edərkən Allah insana ilham edər necə edəcəyini, necə xilas olacağını. Çox çətin də olsa Cənab Allah qurtuluş yollarını ən çətin anda belə hiss etdirər. Diqqətli şəkildə baxılsa o ilham hiss edilər. Allahın ilhamını izləmək lazımdır. Sitatlar
İnsanlar hiss edər Mehdi (ə.s)-ı amma adını qoya bilməz. Dəccalı da hiss edər, adını qoya bilməz, möminin içində ondan uzaqlaşdıran bir hiss olar. Sitatlar
Allaha səmimi iman edən bir mömin cəhənnəmə getməz. Cəhənnəmi seyr edər, görər, hiss edər, xəbərlərini alar, amma cəhənnəmə getməz. Ərazisinə gedər, görər amma acı çəkməz. Sitatlar
Bölünmə təhlükəsinə qarşı vətənini sevənlər birləşsin. Bu mövzuda partiya fərqliliyini qaldıraq. Millət olaraq qərarlı olduğumuzu hiss etdirək. Sitatlar
Mehdiyyət olmadan hər yerdə bir iztirab hiss edilir. Sitatlar
Cənub-şərqdəki qardaşlarımız bizim başımızın tacıdır. Cənub-şərq insanları çox alicənabdır, zadəgandır, çox şərəflidirlər. Onun üçün hiss etdirmədən, xəcalətli etmədən cənub-şərqə hədiyyə getməsi lazımdır. Sitatlar
Ən çox cənnətdə gözəl olacağıq. Bura dünyadır, çox əksikdir. Allaha həmd olsun yenə bu qədəri çox yaxşı, çox gözəldir, yəni maşAllah. Bir parça cənnət nümunələrindən yaradar Allah, dadı hiss edilsin deyə. Əsl yeri cənnətdir. Sitatlar
Mehdi (ə.s)-ın gözəl bir qoxusu olacaq, uzaqdan belə hiss ediləcək. Sitatlar
CHP Darvinizm-materializmə qarşı olsa, xalqı, milləti sevdiyini, şəfqət göstərdiyini vurğulasa, demokratiyanın, azadlıqların üzərində dayansa, dinə, müqəddəsata olan hörmətini təfsilatı ilə insanlara hiss etdirsə, millətimizlə bir olduğunu vurğulasa CHP asanlıqla 70-80 % iqtidar olar. Sitatlar
Ehtiras üçün qarşıdakı insanın hər şeydən əvvəl Allaha tam təslim olması lazımdır. Allaha tam təslim olmamış birinə niyə ehtiras hiss etsin? Ətə, sümüyə qarşı ehtiras olmaz. O zaman qəssaba get, ordakı asılmış qoyun ətinə ehtirasla bax. Ətə, sümüyə ehtiras olmaz. Sitatlar
İnsan Allahın incə sənətini, incə hikmətini, incə tətbiqlərini dərin düşündüyü zaman hiss edə bilər. Sitatlar
Qadının iffətinə dəyər verib, dünyadakı ən gözəl varlıq olduğunu hiss etdirib, hörmət göstərərək istədiyi qədər azad yaşayacağı mühit təmin edilməlidir. Sitatlar
Qadınlar üçün, özlərini təhlükəsizlikdə hiss edə biləcəkləri mühit təmin edilmir. Çox yerdə qadın potensial cinayət maşını kimi görünür. Bir qadının saçını boyamasını, gülməsini, gözəl olmasını, özünə baxmasını, gözəl iy verməsini, gözəl baxmasını, hər şeyi cinayət kimi göstərirlər. Qadını hər yerdə təzyiq altına alırlar. Qadın da özünü qorumaq üçün müxtəlif mexanizmlər formalaşdırır. Bunun düzəlməsi üçün əvvəlcə azadlıq təmin edilməlidir. Sitatlar
Beynin içində dad qəbul edən, eşidən, görən, hiss edən biri var. Materialistlər və təkamülçülər bu həqiqəti heç ağıllarına belə gətirmək istəmirlər. Lenin də maddənin həqiqətini, yəni beynimizdə təsvirlə təmasda olduğumuzu heç düşünmək istəmir, bunu təhlükə kimi görürdü. Sitatlar
Qadınların çoxu bədbəxt yaşayır, sevəcək insan tapa bilmirlər. Qadınların sevmə gücünə əngəl törədilmişdir. Qadına hörmət edilən mühit yaransın, qadınlar özlərini etibarda hiss etsinlər ki, həqiqi ruhlarını yaşaya bilsinlər. Sitatlar
Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz. Sitatlar
Allah bizə doğru olanı həmişə vəhy edər. Altıncı hiss kimidir bu vəhy. Qəlbimizdə onun doğru olduğunu hiss edərik. Şeytanın təlqinini də qəlbimizdəki sıxıntıdan anlayarıq. İnsana anbaan gələn bu vəhy yazılı və ya şifahi şəkildə deyil, lakin biz bilərik. Vicdan və ağıl hər an yaradılar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur