logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 2 may 2014

avatar

Adnan Oktar

Şeytan böyük bir orduya sahib oldu. Mehdi (ə.s)-ın ordusu çox kiçikdir. Amma görəcəksiniz, o kiçik ordu dəccalın ordusunu fikri mübarizədə yerlə-yeksan edəcəkdir. Şeytanın ordusu dəccalın ordusu deməkdir.
A9 TV; 2 may 2014
1226
avatar

Adnan Oktar

Allah əvvəlcə bəlanı, pisliyi yetərincə göstərir. Sonra təmizliyi, üstünlüyü, gözəlliyi göstərəcək. Hal-hazırda dünya cəhənnəmi yaşayır. Bir müddət sonra cənnəti yaşayacaqdır.
A9 TV; 2 may 2014
avatar

Adnan Oktar

Səmimiyyət çox əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir ki, qurtuluş yoludur. "Allah Qatında ən yaxşı olan, ən təqvalı olandır" deyir. Allah təqvalı olmağın əsas şərtinin səmimiyyət olduğunu qeyd edir.
A9 TV; 2 may 2014
avatar

Adnan Oktar

İnsanların bir çoxu dindən uzaq yetişdirilir. Allah sevgisindən, Allah qorxusundan uzaq yetişdirilir. Bir çoxu mərhəmətsiz və qəddardır. Belə bir mühitdə günahsız, mələk kimi uşaqları təkbaşına küçəyə buraxmaq olmaz.
A9 TV; 2 may 2014
avatar

Adnan Oktar

Azərbaycan bizim canımızdır. İki dövlət, bir millətik. Bizim Rizemiz, Konyamız kimidir. Amma hal-hazırda bizdən ayrılmışdır. Süni bir ayrılıqdır. Bunu aradan qaldıracağıq. Xarici İşlər Nazirimiz yorulmadan cəhd göstərir, amma hz. Mehdi (ə.s)-a nəsib olacaq.
A9 TV; 1 may 2014
avatar

Adnan Oktar

CHP ilk öncə müasir İslam anlayışıyla ortaya çıxıb, Atatürkün fikirləri istiqamətində İslam Birliyini, Türk-İslam Birliyini, Quran həqiqətlərini müdafiə etməlidir.
A9 TV; 1 may 2014
avatar

Adnan Oktar

İslamda vəfa, sədaqət vardır. Amma siyasətdə bu yoxdur. Mehdiyyət dövründə bu tamamilə düzələcəkdir. Vəfa da, sədaqət də, şəfqət də olacaqdır. İnsanlar dəyərsiz olmaz, insanların qədir-qiyməti çox yaxşı bilinər.
A9 TV; 29 aprel 2014
avatar

Adnan Oktar

Siyasətdə vəfa olmaz. Vəhşi kapitalizmin ruhu siyasətə tam hakimdir. Siyasətdə dəstək olmaq körpünü keçənə kimi olar. Körpünü keçdikdən sonra səni tanımaz. Dostluğu da, vəfanı da, yoldaşlığı da, qardaşlığı da unudar.
A9 TV; 29 aprel 2014
avatar

Adnan Oktar

CHP həyat doludur. Əgər müasir İslam anlayışı ilə ortaya çıxarsa həddindən çox səs toplayar.
A9 TV; 29 aprel 2014
avatar

Adnan Oktar

Abdullah Öcalan ailə quruluşunu, dini qəbul etmir, kommunist idarəetmə istəyir. Türkiyənin Cənub-Şərq bölgəsində yeni Şimali Koreya yaradılmasına icazə vermərik. Allah qorusun bu baş verərsə çox qısa müddət ərzində bütün Türkiyəni əhatə edər. Bütün Türkiyə əldən gedər.
A9 TV; 27 aprel 2014
avatar

Adnan Oktar

Muxtariyyət bölünmə deməkdir. Cənub-Şərq bölgəsində kommunist Kürdüstan dövləti qurulmasına icazə vermərik. Kommunist, Stalinist idarəetməyə icazə vermərik.
A9 TV; 27 aprel 2014
avatar

Adnan Oktar

Mömin fərasəti, bəsirəti, imanın nuru ilə Mehdi (ə.s)-ı tapar. İnsanlar Peyğəmbərimiz (s.ə.v)-i, tələbələri Bədiüzzaman Səid Nursini necə imanın nuru ilə tapdılarsa mömin də Mehdi (ə.s)-ı imanın nuru ilə tapar.
A9 TV; 25 aprel 2014
avatar

Adnan Oktar

Mömin Allah rizası üçün yaşayar, Allah rizası üçün də ölər. Allah rizası üçün yaşamadığı zaman həyatı cəhənnəmə dönər. Hər şey Allah rizası üçün olarsa o zaman həyat gözəl olar. Cənnət də Allahın rizasıyla gözəl olur.
A9 TV; 25 aprel 2014
avatar

Adnan Oktar

Cənub-Şərq bölgəsində kürd qardaşlarımıza cənnət həyatı quracağıq. Diyarbakr, Mardin, Siirti Paris, London kimi edəcəyik. PKK-nı elmlə, qanunla, hüquqla məğlub edəcəyik. Orada PKK-ın təhdidi, PKK xainlərinin azğınlığı qalmayacaq. Xalqa PKK qorxusu yaşatmayacağıq, inşaAllah.
A9 TV; 24 aprel 2014
avatar

Adnan Oktar

Bu dövrdə artıq qardaş olaraq Türkiyə, Pakistan, Misir, İsrail hamısı birləşəcək. Böyük İslam Birliyi, böyük İttihadi-İslam yaranacaq. Bu birliyin xüsusiyyəti güclü sevgiyə, dostluğa, yaxşı niyyətə söykənməsidir.
A9 TV; 23 aprel 2014
avatar

Adnan Oktar

Öcalan buraxılıb Cənub-şərqdə PKK-ın başına keçsə, Cənub-şərqi itirərik. Çox təhlükəlidir. Ona doğru gedişat və hazırlıq var. Millətimiz çox diqqətli olmalıdır.
A9 TV; 22 aprel 2014
avatar

Adnan Oktar

Musiqi bir gözəllikdir. Ürəklərə sevinc, rahatlıq verər. Ürəyi qüvvətləndirər. İslam üləması belə "ürəkdə sıxıntı olanda gözəl musiqi ürəyi rahatladar, könlü açar" deyir, maşaAllah. Hz. Mövlananın tətbiqi bu idi.
A9 TV; 22 aprel 2014
avatar

Adnan Oktar

“Hər şeyə ağlayın” məntiqi çox anormaldır. Bu, Məkkə müşriklərində, daha qədim dövrlərdə Şumer müşriklərində olan sistemdir. Çox səmimiyyətsiz şəkildə Allaha təvəkkül edilmədiyini göstərən hərəkətdir. Bir insan Allahın yaratmadığını düşünürsə ağlayar.
A9 TV; 18 aprel 2014
avatar

Adnan Oktar

Hz. Yusif (ə.s)-ın tankı, topu var idimi? Yox idi. Minlərlə tələbəsi var idimi? Yox idi. Pulu var idimi? Yox idi. Bəs nəyi var idi? Səmimiyyəti var idi. O dövrün Mehdisi idi. Allah onu qalib etdi. Allahın şərti nədir? Əziyyətə qarşı təvəkküllü, səbirli olmalı, ağrı-acıya səbirli olmalıdır. Yoxsa özünü əzab çəkirmiş kimi göstərməklə əzab-əziyyət çəkmədən belə bir nəticə meydana gəlmir.
A9 TV; 18 aprel 2014
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-a görə müsəlmanlara qarşı fikri hücum qeyri-mümkündür, hz. Mehdi (ə.s) bir sədd yaradır. Səddi-Zülqərneyndir, inşaAllah.
A9 TV; 18 aprel 2014
avatar

Adnan Oktar

CHP-nin edəcəyi ən yaxşı iş xalqın, Anadolu xalqının, millətin ruhuna xitab edən ruh olar.
A9 TV; 18 aprel 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Mehdi (ə.s) dövründə birisi digərinin başına bir şey atmaz. Buna görə bir dənə də olsun İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi) olmaz. İHMV-lərdən Axırzamanda, Mehdi (ə.s) dövründə bağ və bağçaların suvarılmasında istifadə ediləcəkdir. Sitatlar
Mehdi (ə.s) dövründə kimsə digərini linç etməz. Gözəllik sadəcə sevgi və səmimiyyətdir. Hər yerdə Allah qorxusu, Allah sevgisi olacaqdır. Əbəs yerə insanlar bir-birlərini incidirlər. Sitatlar
Axırzamanda tank, top, İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi) heç biri qalmayacaq. Hamısı sənayedə istifadə ediləcəkdir. Mehdi (ə.s) dövründə silah yoxdur. Sitatlar
Üç-beş il sonra Türkiyə də, dünya da tamam fərqli olacaq. Mehdiyyət sağlam və güclü quruluşu ilə addım-addım irəliləyir, əlhəmdülillah. Sitatlar
Birlik mehdiyyət ruhu ilə çox qəti olaraq əldə edilər. Hər kəs "birlik olaq" deyir. Kimsə əhəmiyyət vermir. İrqçilik, məzhəbçilik, bölgəçilik, hətta məhəlləçilik də yayılmışdır. Ona görə Peyğəmbərimiz (s.ə.v) bu bəlanı bildiyi üçün Mehdisini xüsusi olaraq vəzifələndirir. Sitatlar
Mömin fərasəti, bəsirəti, imanın nuru ilə Mehdi (ə.s)-ı tapar. İnsanlar Peyğəmbərimiz (s.ə.v)-i, tələbələri Bədiüzzaman Səid Nursini necə imanın nuru ilə tapdılarsa mömin də Mehdi (ə.s)-ı imanın nuru ilə tapar. Sitatlar
Gülməmək, danışmamaq, həmişə qaşqabaqlı sifətlə gəzmək, yorğun, əldən düşmək… Bu şeytanı güldürər, əyləndirər. Müsəlman belə davranmaz. Haram və yaraşmayan davranış olar. Sitatlar
Hz. Yusif (ə.s)-ın tankı, topu var idimi? Yox idi. Minlərlə tələbəsi var idimi? Yox idi. Pulu var idimi? Yox idi. Bəs nəyi var idi? Səmimiyyəti var idi. O dövrün Mehdisi idi. Allah onu qalib etdi. Allahın şərti nədir? Əziyyətə qarşı təvəkküllü, səbirli olmalı, ağrı-acıya səbirli olmalıdır. Yoxsa özünü əzab çəkirmiş kimi göstərməklə əzab-əziyyət çəkmədən belə bir nəticə meydana gəlmir. Sitatlar
Hz. Mehdi (ə.s)-a görə müsəlmanlara qarşı fikri hücum qeyri-mümkündür, hz. Mehdi (ə.s) bir sədd yaradır. Səddi-Zülqərneyndir, inşaAllah. Sitatlar
Hz. Mehdi (ə.s) dediyində dəccalı da biləcəksən, dəccal dediyində hz. Mehdi (ə.s)-ı da biləcəksən. İkisi bir bütündür. Yəni zidd olaraq yaradılmışdır, gecə-gündüz kimi, yaxşı-pis kimi. Dəccal varsa mütləq hz. Mehdi (ə.s)-da vardır. Hz. Mehdi (ə.s) varsa mütləq dəccal da vardır. Sitatlar
Qul şeytana uyarkən məsuliyyətli olar. Çünki şeytanın hiyləsi zəifdir. Mömin imanı  ilə ona uymayacaq. Buna görə "şeytan etdi, mənim günahım yoxdur"―deyilən bir şey yoxdur. Sözün əsl mənasında günahkar olar. Sitatlar
Mehdi (ə.s) çıxdıqdan, İslam Birliyi qurulduqdan sonra savabın təsiri milyondan üçə düşər. Çünki ondan sonrası asandır. Çətinlik aradan qalxmışdır. Dəccal ölmüşdür. Nəfsin hücumları qalmır, yəni hər şey yolunda olur. Sitatlar
Kəsib biçən dəccaldır. Qanı dayandıran Mehdi (ə.s)-dır. Qanı, zülmü dayandıran, müsəlmanları birləşdirən Mehdi (ə.s)-dır. Sitatlar
Qatı dinçilik insanlara dərin bir yuxu, yorğunluq verdi. Dəccal yuxu halı verdi. Dəccallıq həm darvinist fəlsəfə ilə, həm qatı dinçi fəlsəfə ilə İslam aləmini və dünyanı yandırıb-yaxır. Sitatlar
Allah mehdiyyət dənizini 40 ildir ki, doldurur. Dəniz 40-cı ilin sonunda daşacaq. Ondan sonra hz. Nuh (ə.s)-ın gəmisi kimi gəmi quruya çıxacaq, inşaAllah. Peyğəmbərimiz (s.ə.v): “Dəccalın ömrü 40 ildir" deyir. Yəni mehdiyyətlə dəccaliyyətin mübarizəsinin müddəti 40 ildir. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) Mehdi və dəccal haqqında çoxlu məlumatlar vermişdir. Sitatlar
Hz. Nuh (ə.s)-dan etibarən hər peyğəmbər qövmünü dəccala qarşı xəbərdar etmişdir. Sitatlar
Korluq dəccaliyyətin xüsusiyyətidir. Kor dəccal deyilir. Kor dəccalın xüsusiyyəti nədir? Doğrunu, səhvi gördüyü halda görməməzliyə vurar. İnsan doğrunu gördüyündə səmimi olaraq qəbul edirsə, bu onun üstünlüyünü göstərər. Sitatlar
Dünya imtahan məqsədi üçün yarandığına görə, dünyada həm mələk kimi, həm də şeytan kimi insanlar var. Sitatlar
Allah bir çox təfsilatı həyata rəng olsun deyə yaradır. Məsələn, ağaclar həyata bəzək olması üçün yaradılar. Dəyişik hadisələr gözəllik və hərəkətlilik olsun deyə yaradılar. Yenə şeytanı yaradan da, ona o gücü verən də Allahdır. Çünki ziddiyyətlər dünyada hərəkətlilik və rəng meydana gətirər. Sitatlar
Şeytani fəaliyyətlərlə mələklərin əlaqəsi olmaz. Daha çox günaha batmaları üçün onlarla şeytanlar maraqlanar. Sadəcə onların vəziyyətini təsbit edən mələklər vardır. Yəni, etdiyi əxlaqsızlıqları təsbit edərlər ki, inkar etməsin. Allah bilir ki, mələyi vəsilə edər. Sitatlar
Müsəlmanın izzəti-nəfsi vardır, şərəfi vardır, qüruru vardır. Söydürməz özünü. Müsəlmanları söyülməyə alışdırmağa çalışırlar. Bunu qəbul etmərik. Belə bir şey olmaz. Sitatlar
Döyüşü ağılsızlar qəbul edər. Döyüş ağıllı birinin qəbul edə biləcəyi bir şey deyil. Niyə qəddarlıq, qan tökmək olmalıdır? Ağıllı insanlarıq, biz danışaraq hər şeyi həll edirik. Sitatlar
Monotonluq, keyfiyyətsizlik gözəl deyil. Estetikadan uzaq bir quruluşun yayılması qorxuncdur. İnsanlar, evlər, avtomobillər, hər şey təmiz və baxımlı olmalıdır. Sitatlar
Mehdiyyət dövründə polis, İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi), qaz bombası olmaz. Nə üçün? Sevgi hakim olduğuna görə. İndi sevgi hakim deyil. Qorxu və şiddət hakimdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur