logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 9 avqust 2017

avatar

Adnan Oktar

Xəstəliklər, əzablar Allahın bizi daha yaxşıya aparmaq üçün yaratdığı xüsusi hadisələrdir. Bunlar həmişə bizi yetkinləşdirən dəyərli anlardır.
A9 TV; 9 avqust 2017
753
avatar

Adnan Oktar

Yunanları Türkiyədən göndərənlər çox tarixi səhv etdilər. Yunanlar bu ölkənin gözəl bəzəyi idi. Yunanistanla vizaları mütləq aradan qaldıraq. Əvvəllər necə də gözəl yunan məhəllələri var idi. Hamısı nur kimi, incəsənət xadimi ruhlu, nəcib insanlar idi. Bir qrup sevgisiz bizləri ayırdı.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Allah ilə hər an yüksək konsentrasiyada, dərin könül bağı ilə əlaqədə olmaq lazımdır.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Hər şeyi Allah yaradar. Mən taleyə bağlanmış, ona görə hərəkət edən, Allah məni hara aparsa təslim olmuş halda ora gedən bir insanam. Taleyə təslim olan insan üçün yorucu heç nə olmaz. Allaha tam təslim olan həmişə xeyirli limanlara və gözəlliklərə gedər.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Bir-biri ilə qarşılaşdığı zaman salam belə verməyən insanlar İsa Məsih və hz. Mehdi (ə.s) ilə sevgini öyrənəcəklər, dünyaya dostluq hakim olacaq.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Təkamül nəzəriyyəsi bütpərəst dinlər hissəsində geniş şəkildə öyrədilsin. Təsadüfləri elm deyə biologiya dərsində izah etmək doğru olmaz.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Türkiyə suriyalı qardaşlarımızın öz vətənidir. Bunun əksi istiqamətində rəftar göstərənlər vicdanlı davranmırlar.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Dua da, dua etdikdən sonra reallaşan hadisə də taleyin parçasıdır.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Məbədçilərin istifadə etdiyi zanbaq simvolu Mehdi dövründə gənclərin və gözəlliyin bahar kimi hakim olacağını simvolizə edər.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Bir zülalın təsadüfən əmələ gəlməsi elmi olaraq sıfır ehtimaldır. Təkcə bu məlumat belə təkamül olmadığının, Allahın mövcudluğunun dəlilidir.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Türkiyə mütləq yaxşıya gedəcək, çünki taleyi belədir.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Möminə hər gün istirahətdir. Allaha, İslama xidmət etmək istirahətdir. Dinə xidmət etməyən ruhən və orqanizm cəhətdən yorular, məhv olar.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

İnsanlar bir tərəfdən ənənəçi ortodoks sistemin, digər tərəfdən darvinist, materialist düşüncənin qaranlığında boğulur.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Allahı çox sevən insan hər yeri gözəlləşdirmək istəyər. Təmiz, gözəl, düzgün olmayan şeydən narahat olar. Dünyanı cənnət kimi etmək istəyər.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Texnologiyanın mənbəyi təbiət, yəni Allahın sənətidir.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Yaxşı işləri söyləmək digər insanlara nümunə olması və təşviqedici olması baxımından gözəldir. Edilən yaxşılıq heç kimi utandırmadan deyilə bilər.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Atatürk Quran müsəlmanlığını əsas qəbul etmiş, mövhumatçılığa qarşı da mübarizə aparmışdır. Bu rəftarı olduqca doğrudur.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Mehdiyyət, dəccaliyyətin səbəb olduğu bütün mənfi olan hər şeyi sevgi ilə, elmlə, irfanla müsbətə döndərəcək.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Darvinizm və materializmlə zehni korlanan insanların yeni fikir yaratması, cəmiyyəti inkişaf etdirməsi mümkün olmaz.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

İnsanlar Allahı düşünməyi sevməyi unutduqları zaman, həm səmimiyyətdən, həm də sevgidən uzaqlaşırlar. Allah insanların Onu düşünməsini istəyər.
A9 TV; 9 avqust 2017
avatar

Adnan Oktar

Parkları, dənizi çirklətmək sevgisizlikdən irəli gələr. Bunu edənləri həmin anda xəbərdar etmək lazımdır.
A9 TV; 8 avqust 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Xarab olmuş yemək nədirsə, şərab da odur. İkisi də insan bədəni üçün zəhərdir. Sitatlar
Allahı çox sevdiyim üçün, Allaha aşiq olduğum üçün, Allahın gözəl insanlar olaraq təcəlli etməsi mənə həyəcan, sevinc və xoşbəxtlik verir. Sitatlar
Əl sənətlərinin unudulmaması üçün mütləq fond və dövlət dəstəyi lazımdır. Sitatlar
Mömin üçün meyar hər zaman Allahın rizasının ən çoxudur. Ən çox üçün səy göstərən səmimi olar. Sitatlar
Uşaqlar üçün məktəb sanki kabus kimi olur. Gənclərin məktəbi sevmələri üçün təhsilin məqsədini onlara yaxşı izah etmək lazımdır. Təhsillə birlikdə keyfiyyət, gözəllik, ədəb, mədəniyyət qazanacaqsan deyə gənclərə izah edilsə sevə-sevə məktəbə gedərlər. Təhsildə filmlərdən daha çox istifadə edilməlidir. Xüsusən bütün tarix dərsləri filmlə izah edilə bilər, əzbərçiliyə əsaslanan sistem olmamalıdır. Sitatlar
Süleymanlı qardaşlarımız Allah üçün, din üçün gecə-gündüz səy göstərən səmimi insandırlar. Allah xidmətlərindən razı olsun. Sitatlar
Nifrət insanlarının sayı azdır, lakin səsləri çox çıxır. Qadınların cənnət kimi mühitdə yaşaması üçün sevgi insanları ittifaq etməlidir. Sitatlar
Zamandan yaxşı istifadə etmək üçün iradə və ağıl işlədilməsi, insanın həmişə özünü idarə etməsi lazımdır. Sitatlar
Dünyadakı problemlərin həlli üçün Peyğəmbərimiz (s.ə.v) tək bir həll yolu göstərmişdir: Mehdiyyət. Sitatlar
Bəzi insanlar ənənəçi İslamı tanıdıqları üçün Quranın kafi olduğunu eşitdikləri zaman, Qurandakı azadlığı tanıdıqları vaxt təəccüblənirlər. İslamda musiqi, rəqs, incəsənət olmaz, müsəlman dediyin həmişə ağlayar, baxımsız olar, kasıb yaşayar, içinə qapalıdır deyə bilirlər. Müsəlmanların coşğulu həyatının olması, gözəl, baxımlı, zəngin olmaları bu insanları təəccübləndirir. Zənginliyin, gözəlliyin və sevincin təkcə küfr əhlinin haqqı olduğunu, müsəlmanın dünyada süründüyünü, gözəlliklərə təkcə cənnətdə qovuşacağını zənn edirlər. Halbuki Allah bütün nemətləri möminlər üçün yaratmışdır. Küfr əhli zəngin olduğu zaman heç kim bu necə olur deyə soruşmur. Mömin zəngin olduğu zaman bu necə olur deyə qəribə qarşılayırlar. Dünyadakı bütün gözəlliklər Əraf surəsi, 32-ci ayədə bildirildiyi kimi; "bunlar dünya həyatında iman gətirənlər üçündür, qiyamət günü isə təkcə onlarındır". Sitatlar
Allaha tam etibar etmək, həyatının ən böyük mövzusu olaraq Allahı həmişə yadda saxlamaq və Allahı çox sevmək mömin üçün ən mühüm məsələdir. Sitatlar
Münafiq həm axmaq, həm də yaltaq və saxtakar olduğu üçün İngiltərə dərin dövləti tərəfindən çox rahat istifadə edilər. Sitatlar
Münafiq Quranı bütövlüklə qəbul etməz. Təkcə bəzi ayələrdən bəzi hissələri işlədərək o pis nəfsini qorumaq üçün çalışar. Sitatlar
Alkoqolun təbliğatı çox aparıldığı üçün, əyləncənin əsas şərti zənn edirlər. Alkoqol, qəbul edildiyi andan etibarən bütün toxumaları korlayan zəhərdir. Sitatlar
İctimai ədalət, hüzur, azadlıq, sevgi, müharibələrin bitməsi, qadın hüquqları tələblərinin hamısı mehdiyyət üçün duadır. Sitatlar
Uşaqlar üçün meyvə ağacları ilə dolu istədikləri kimi gəzib oynaya biləcəkləri gözəl sahələr düzəltmək lazımdır. Sitatlar
Mehdiyyət dövründə ortaq gözəl əxlaq dünyaya hakim olacağı üçün hər kəsin güvən içində yaşaması mümkün olacaq. Sitatlar
Münafiq o qədər axmaqdır ki, haşa Allahı aldadacağını zənn edər. Quran ayələrindən öz pis nəfsi üçün istifadə etməyə cəhd edər. Sitatlar
İngiltərə dərin dövlətinin xidmətçisi olan və müsəlmanlığı aradan qaldırmaq üçün əzm etmiş namərdlərə qarşı millət olaraq həmrəy olduğumuzu göstərək. Sitatlar
Münafiq namazı tərk etmək üçün, sədəqə verməmək üçün, İslama xidmət etməmək üçün öz aləmində ayədən dəlil gətirər. Münafiq hər cür əxlaqsızlığını Quran ayəsi ilə açıqlamağa çalışar. Çox axmaq olduğu üçün ağılsızlığını görə də bilməz. Sitatlar
Bacı-qardaşlarımızı ələvi və kürd olduğu üçün təcrid edən insanlar öz əxlaqsızlıqlarını göstərmiş olurlar. Sitatlar
İşsizlik probleminin aradan qalxması üçün Türkiyənin əkinçilik və heyvandarlığa üstünlük verməsi lazımdır. Əkinçilik və heyvandarlığa prioritet verilsə əlavə sahələri ilə birlikdə milyonlarla insan üçün iş sahəsi yaranar. Sitatlar
Tayyib hocam İslam aləminin birləşməsi üçün gözəl səy göstərir, Allah səyini məqbul etsin. Sitatlar
Necə bəxtiyardır şəhidlərimiz və ailələri. Mömin üçün ən gözəl nəticə şəhidlikdir. Allah bizə də şəhidlik nəsib etsin. Sitatlar
Hal-hazırda Türkiyə çətin dövrdən keçdiyi üçün siyasi fikir ayrılıqlarına deyil, ittifaqa ehtiyac var. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur