logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 29 noyabr 2017

avatar

Adnan Oktar

Zənginliklə təbliğ düz mütənasibdir. Pul İslamın təbliğində, İslamın yayılmasında çox əhəmiyyətlidir. Allah Peyğəmbərimiz (s.ə.v)-i də o dövrün ən zəngini hz. Əbubəkrlə dəstəkləmişdi. Hz. Xədicə (r.ə) anamız da o dövrün ən zəngin qadını idi. Bütün mülklərindən, maddi-mənəvi bütün imkanlarından İslamın yayılması yolunda istifadə etmişdilər.
A9 TV; 29 noyabr 2017
1130
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir. Sitatlar
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Ağlımıza gələn şeytani düşüncələrdən məsul olmarıq, lakin insan bunları düşüncəsinə salıb, şüurlu olaraq əməl etsə bunlardan məsul olar. Pis əməllərin həyata keçirilməsi haram olar. Sitatlar
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Allah ilə çox kəskin diqqətlə fasiləsiz əlaqə lazımdır. Bu zaman insan həqiqi mənada stabil və xoşbəxt olar. Sitatlar
Allah insanların tam olmayacaq dedikləri vaxtda qurtuluşu yaradar. Hz. Musa və yanındakılar dənizin kənarına gəlir, ələ keçirildikləri düşündükləri anda Allah onları xilas edir. Bu, imtahanın bir hissəsidir. Mehdi də insanların; "artıq çox gecikdi, artıq Mehdi zühur etməyəcək” dedikləri dövrdə zühur edəcək. Xüsusilə münafiqlər "mehdiyyət yoxdur, olsaydı zühur edərdi” deyə ümidsizlik yayacaqlar, lakin mütləq mehdiyyət haqq olaraq zühur edəcək. (Xalq tam zühurdan ümidini kəsdiyi anda Mehdi zühur edəcəkdir! Onun dövründə yaşayıb ona kömək edənlərə necə xoşbəxtdirlər! MEHDİYƏ DÜŞMƏNÇİLİK BƏSLƏYİB, MEHDİYƏ VƏ ONUN ƏMRİNƏ QARŞI ÇIXANLARIN VƏ MEHDİNİN DÜŞMƏNLƏRİNDƏN OLANLARIN VAY HALINA! (Şeyx Məhəmməd ibn İbrahim Numani, "Qeybəti Numani", səh. 301) Sitatlar
Allah qorxusundan başqa bütün qorxular müsəlmana haramdır. Müsəlmanın Allahdan başqasından qorxması şirkdir, haram olar. Sitatlar
Allahın rizasının ən çoxu vicdana həmişə vəhy edilər. Vicdana fasiləsiz vəhy olması möcüzədir. İnsan tək buraxılmayıb. Allah nə istədiyini insana həmişə hiss etdirər. Sitatlar
Bərzaninin ağıllı, ziyalı, dinamik, darvinizmə materializmə qarşı şüurlu, fəaliyyət və inanc sahibi bir gənclik yetişdirməsi lazımdır. Şüurlu, imanlı gənclik strukturu olmadan PKK-ya qarşı müvəffəqiyyətli olması çox çətin olar. Sitatlar
Bir insanın xilas olması üçün çox səmimi olması kifayətdir. Allah bizim sadəcə səmimi olmağımızı istəyir. Səmimi olan qulu Allah mütləq doğruya çatdırar, çünki Allah mərhəmətlidir, sevəndir, şəfqətlidir. Bizim xilas olmağımızı istəyər. Biz sadəcə çox səmimi olmalıyıq. Sitatlar
Cənnətdə dünyadakı kimi səbəb-nəticə əlaqəsi yoxdur. Musiqi dinləmək üçün musiqi alətinin olması şərt deyil. Bir fincan da mahnı söyləyə bilər, ağaclar da. İnsan bir şeyi istədiyi zaman həmin anda olar. Dünyada ayaqqabı insanın ayağını qorumaq üçün mövcuddur, cənnətdə isə təkcə bəzək olaraq ayaqqabı geyinilər. Sitatlar
Cənnəti mömin üçün gözəl edən ən əhəmiyyətli nemətlərdən biri sevdiklərinin orada olmasıdır. Mömin hz. Musanı, hz. İsanı, Peyğəmbərimiz (s.ə.v) və onların tələbələrini görmək, onlarla söhbət etmək, dost olmaq istəyər. Sitatlar
Münafiq Qiyamətdən və Qiyamət əlamətlərindən heç vaxt bəhs etməz. Mehdiyyət ən çəkindiyi məsələdir. Münafiqlərə müjdə olsun hz. Mehdini də görəcəklər, hz. İsanı da görəcəklər. Bu onlar üçün ən böyük ürəkağrısı olacaq. Sitatlar
Münafiqlər pis işlərlə məşğul olarkən möminlər xeyriyyə işlərinin ardınca gedərlər. Münafiqlər hz. İbrahim dövründən bəri müsəlmanların dağılması üçün çalışarlar. Hər dəfə də müvəffəqiyyətsizliyə düçar olarlar. Sitatlar
Münafiqlərdə çox güclü cinayət meyli var. Hz. Əlini şəhid edənlər də münafiqlərdir. Dindən, Qurandan istifadə edərək hz. Əlini şəhid etdilər. Münafiq Quranla ortaya çıxar, ağılsızcasına Qurandan istifadə edərək müsəlmanlara zərər verməyə çalışar. Sitatlar
Tarix boyu mənfi qüvvə həmişə təşkil edilmişdir. Hz. Nuh dövründə də, hz. İbrahim dövründə də dəccaliyyət var idi. Hər dövrdə dəccal və komitəsi olmuşdur. Dəccaliyyət ardıcıl olaraq dəccaldan-dəccala keçər və irili-xırdalı bir çox dəccal olmuşdur. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur