Allah Ağılla Bilinir
Harun Yəhya
Bu kitabın ''Allah ağılla bilinir'' adlandırılmasının mühüm bir səbəbi var. Bir çox insanlar Allaha inandıqlarını, Allahı tanıdıqlarını bildirirlər. Ancaq əslində Allahı lazım olduğu kimi tanıyıb, qiymət verə bilmirlər. Bunun üçün isə ''ağıl sahibi'' olmaq lazımdır.
Bu yerdə mühüm bir detala aydınlıq gətirmək faydalı olacaq: Allahı dərk etmək, Allahı lazım olduğu kimi tanımaq üçün ağıl lazımdır deyiləndə, nəzərdə tutulan heç də zəka deyil. Ağıl və zəka bir-birindən tamamilə fərqlənən iki anlayışdır. Zəka bir insanın bioloji olaraq sahib olduğu zehni qabiliyyətdir. Zəka nə artar, nə azalar. Ağılsa sadəcə möminlərə aid olan bir keyfiyyətdir. Bu, Allahdan qorxub çəkinən, təqva sahibi olan möminlərə Allah qatından böyük bir nemət kimi verilir. Ağıl Allahın səmimi bəndələrinə verdiyi bir nur, bir anlayışdır. İnsanın təqvasının ölçüsündə bu anlayış, yəni onun sahib olduğu ağlın səviyyəsi də artar.
Ağıl sahibi olan insanın ən çox nəzərə çarpan xüsusiyyətləri Allahdan qorxub çəkinməsi, daima vicdanına uyması, hər hadisəni, gördüyü hər şeyi Qurana görə qiymətləndirməsi və hər an Allahın rizasını axtarmasıdır. Sadalanan keyfiyyətlərə malik olmayan insan dünyanın ən zəkalı, ən bilikli, ən mədəniyyətli insanı olsa belə, ağılsız olacaq və bir çox həqiqətləri görməyəcək.
Kitabın məzmunu
Kitabdan Başlıqlar və Fəsillər
Ön Söz
I. Kitab - Elmi Dəlillər - Giriş
Yoxluqdan Varlığa
Göylərdəki və Yerdəki Dəlillər
Elm Adamları Allahın Dəlillərini Təsdiq Edir
Elmi Həqiqətlər və Quran Möcüzəsi
Allah Büyüktür
II. Kitab - Yaradılışı İnkar Etmə Aldanması - Təkamül Nəzəriyyəsi Aldanması
Allahı İnkar Etmə Xətasına Düşən Fəlsəfələr
Allah inancı Olmayan Cəmiyyət Modelinin Zərərlərı
Vəd Edilən Həqiqi Yurd: Axirət
Maddeye Farklı Bir Yaklaşım
Zamanın İzafiyeti ve Kader Gerçeği
Nəticə