İnsan Möcüzəsi
Harun Yəhya
66 səhifə.
İnsan bədəni, bir çox baxımdan baxıldığında, öz içində ayrı bir "aləm", ayrı bir "şəhər" kimidir. Bu şəhərin içində nəqliyyat yolları, binalar, fabriklər, infrastruktur sistemləri, ən üstün texnologiyalardan daha üstün texnologiyaya sahib cihazlar, özündən heç gözlənilməyəcək şəkildə şüur göstərən, işində mütəxəssisləşmiş işçilər (hüceyrələr, hormonlar, ifrazat vəzləri), tam təchizatlı əsgərlər və daha bir çox möcüzə vardır.
Bu kiçik "aləm" içində reallaşan hadisələri düşünmək son dərəcə əhəmiyyətlidir. Çünki bunu düşünməyə başlayan insan, böyük bir cadudan da xilas olmağa başlamış olacaq. Öz bədənindəki mükəmməl yaradılışa şahid olmuş bir insana artıq "insan təsadüfən var olmuşdur" tərzi təkamülçü nağıllar izah etmək mümkün deyil.
Bu kitabı oxuduğunuzda rədd edilə bilməyəcək böyük gerçəyi bir daha görəcəksiniz: Allah, sizi üstün bir elm və qüdrət ilə yoxdan yaratmışdır. Bunun qarşılığında insana düşən, hər səhər qalxdığında özünə verilən yeni günün və sahib qılındığı bədənin Allahın bir lütfü olduğunu bilmək və ONA çoxca şükr etməkdir.
Kitabın məzmunu
Kitabdan Başlıqlar və Fəsillər
Giriş: Insan Orqanizminə Qısamüddətli Səyahət
Orqanizmdəki Nəqliyyat Şəbəkəsi: Qan Dövrani (1/3)
Orqanizmdəki Nəqliyyat Şəbəkəsi: Qan Dövrani (2/3) - Orqanizmin Mühərriki: Ürək
Orqanizmdəki Nəqliyyat Şəbəkəsi: Qan Dövrani (3/3) - Mübarizəyə Hazırlaq
Orqanizmdəki Üyütmə Mexanizmi: Həzm Sistemi (1/3)
Orqanizmdəki Üyütmə Mexanizmi: Həzm Sistemi (2/3) - Mədədəki Müfəssəl Nizam
Orqanizmdəki Üyütmə Mexanizmi: Həzm Sistemi (3/3) - Orqanizmimizdəki Müstəqil Fabrik: Qaraciyər
Orqanizmdəki Təmizləmə Təsisati: Ekskretor Sistemi (1/2)
Orqanizmdəki Təmizləmə Təsisati: Ekskretor Sistemi (2/2) - Böyrəklər Orqanizmdəki Mayenin Miqdarını Necə Tənzimləyir?
Bədənimizdəki Möhtəşəm İnformasiya Mübadiləsi: Hormonal Sistem
İçimizdəki Kondinsioner: Tənəffüs Sistemi
Möhkəm Quruluş: Skelet Sistemi
Orqanizmdəki Güc Turbinləri: Əzələ Sistemi
Nəticə: Insan Allah Tərəfindən Yaradılıb