logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 1 avqust 2015

avatar

Adnan Oktar

Allah dünyanı metafizik olaraq yaratmışdır. Sakit həyatı bəyənmir. Aktiv, döyüşlər baş verir, qəhrəmanlıq göstərilir, şücaət göstərilir. Əziyyət nəticəsində İslam hakim olur. Allah bunu bəyənir.
A9 TV; 1 avqust 2015
2363
avatar

Adnan Oktar

PKK iman etmədiyi müddətcə başı bəladan xilas olmaz. Açıq-aydın şəkildə dəccal ordusudur və Fironun ordusu kimi bəla dənizinə qərq olacaqlar. Ağıllansınlar. İman gətirib xilas olsunlar. "La İlahə İllAllah Muhammədən Rəsulullah" desələr xilas olarlar. Bu murdar dənizdən çıxsınlar.
A9 TV; 1 avqust 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) dövründə Allahın “Hadi” adı hakim olacaq. Mehdi (ə.s)-ın vəfatından sonra Allahın artıq “Hadi” adı deyil, dəlalətə salan adı təcəlli edəcək. Onsuz da İsa Məsih qısa müddət yaşayacaq, insanlar onun vəfatından sonra manyak olacaq. Dünya tam cəhənnəmə dönəcək.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ın vəfatından sonra bütün insanların üzərinə zülmət çökəcək. Hər kəs imanını qorumağa çalışacaq, amma iman daim yox olmağa doğru gedəcək. Allahın zəlalətə salan adı, artıq dünyaya hakim olmağa başlayacaq.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Vətənin bölünməsi taledə yoxdur. Amma ümməti oyandırmaq üçün Dəccala ehtiyac var. Dəccal xoruz kimi banlayar, insanları oyandırar. Yoxsa insanlar yatar. Dəccal olmadan hərəkətə keçməzlər. Vəzifəsini tamamladıqdan sonra hamısı yox olar.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Allah: “Sırf Mənim üçün, Məni sevməlisiniz” deyir. Ölümünə sevməlisiniz deyir. Biz də Rəbbimizi ölümünə sevirik. Allah səmimi və təmiz sevgiylə sevilmək istəyir. Bu, Allahın haqqıdır.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Allah elə-belə sevilmək istəmir, cansıxıcı sevgi də istəmir. Belə sevgini heç kəs istəməz. Dəyişməz, cansıxıcı sevginin nə faydası var? Birinə pul verirsən səni sevir, peşən üçün səni sevir, mənfəəti üçün səni sevir. Belə sevgi olmaz.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Allah dəli eşq istəyir. Allah sevgi mövzusunda çox həssasdır. Allahda tam aşiq təcəllisi var. Eşqinə xəyanət edəni məhv edər. Amma eşqinə eşqlə cavab verəni də sonsuza qədər eşqlə sevər.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Allah tənha qalmaq istəmir. Allah Özünə aşiq olunmasını istəyir. Sevməyi də sevir, sevilməyi də sevir, gözəlliyi də sevir.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Xahiş edirəm şəhid cənazələrində ağlamağı aradan qaldıraq. Qurana uyğun deyil, adətimizə uyğun deyil, İslam əxlaqında belə şey yoxdur. Bu çox qədim dövrlərdə Şumerlərdə görülən bir adətdir. Cənnətə gedənin arxasınca ağlamaq olmaz.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

“Həll prosesi” deyilən şey; PKK-nın orada bir dövlət qurması, Abdullah Öcalanın oraya prezident vəzifəsinə keçməsi, bölgənin Türkiyədən alınması və orada stalinist, kommunist, yırtıcı, qırmızı bir rejimin hakim edilməsidir. Proses dedikdə məhz bunu nəzərdə tuturlar.
A9 TV; 30 iyul 2015
avatar

Adnan Oktar

PKK-nın qanun və hüquqla yox edilməsi bütün müsəlmanlar üçün fərzdir. PKK ilə mübarizə aparılmaması haramdır.
A9 TV; 30 iyul 2015
avatar

Adnan Oktar

Silahı yerə qoymaq PKK-nın əsla qəbul etməyəcəyi şeydir. Əvvəla bu marksist, kommunist, stalinist prinsiplərə ziddir. Onlar kommunist, stalinist olaraq yetişdirilmişdirlər. Stalinizm ilə silah iç-içədir. Niyə yerə qoysun ki? Sənin xahişinə görə yerə qoyar heç? Təhsil ilə olar bu; darvinist- materialist təhsilə son versən, yaradılışdan, Allahın varlığından, birliyindən danışsan olar.
A9 TV; 30 iyul 2015
avatar

Adnan Oktar

Müsəlmanlar zavallıdırlar. Bir-birləriylə boğuşmaları çox ağılsız hərəkətdir. Onsuz da hamı sizi əzib keçmişdir. Onsuz da sürünmüsünüz. Onsuz da pərişan olmusunuz. Bir-birinizi əzib keçməyə nə gərək var? Bunlar necə də ağılsız hərəkətlərdir. Hara baxsaq zavallıları görürük. İraqa, Əfqanistana baxıb zavallıları görürük, Yəmənə baxıb zavallıları görürük. Nə gərək var? Birləşin qardaş olun. Gözəl, təvazökar, zəngin, sağlam, xoş yaşayın.
A9 TV; 30 iyul 2015
avatar

Adnan Oktar

Sünni, Şiə, Vəhhabi - bunların hamısı bir-birinə bərabərdirlər, eynidirlər. Hamısı qardaşdırlar. Mübarizəyə girişmək düşüncəsizlikdir. İslam Birliyi üçün səy göstərin. Bütün müsəlmanları birləşdirməyə çalışın, bunun təbliğatını aparın, izah edin.
A9 TV; 30 iyul 2015
avatar

Adnan Oktar

İslam Birliyi, Allaha sevgi deməkdir. Allaha sevginin adıdır. İslam Birliyi istənmədiyi müddətcə bəla yağmağa davam edər və heç kəs bu bəlanı dayandıra bilməz. Ta ki Mehdi (ə.s)-ın zühuruna qədər.
A9 TV; 30 iyul 2015
avatar

Adnan Oktar

Hal-hazırda hər hansı bir terrorist inanılmaz üstünlüyə malikdir. Çünki qanuna məhəl qoymur. Sən isə qanuna məhəl qoyursan. Qanuna tamamilə tabe olmaq məcburiyyətindəsən. Qanun hər cəhətdən vətəndaşın lehinə çevrilsin.
A9 TV; 30 iyul 2015
avatar

Adnan Oktar

PKK ilə mübarizə məsələsində; "düşmənimin düşməni dostumdur" siyasəti yürüdülməlidir. Yəni hər nə bahasına olsa da, dövlət bu siyasəti yürütməlidir.
A9 TV; 30 iyul 2015
avatar

Adnan Oktar

Allah bizi robot olaraq da yarada bilərdi; amma onu tam mənasıyla bəyənmir. Sərbəst şəkildə düşünə bildiyi üçün insanı daha çox bəyənir. Çünki zalımlıq da edə bilir, yaxşılıq da. Amma mələk zalımlıq edə bilmir; yəni belə bir gücü yoxdur.
A9 TV; 29 iyul 2015
avatar

Adnan Oktar

Allah ən böyük sevgini şəhidlik kimi qəbul edir. Allahın ən bəyəndiyi şey budur. Lakin, əlbəttə ki, ən məqbul şəhidlik forması Allah yolunda cihad edərkən, yəni feli cihad edərkən şəhid olmaqdır. Çünki açıq-aydın şəkildə döyüşə gedir, öldürülə biləcəyini bilir, orada şəhid olur. Allah yolunda qorxmadan cihada çıxmaq; ən məqbul olan budur.
A9 TV; 29 iyul 2015
avatar

Adnan Oktar

Həll prosesi Türk millətinin başını qatmaqdır. Diqqətini yayındırmaq, şövqünü və gücünü yox etmək, müdafiə refleksini aradan qaldırmaq üçün aparılan psixoloji bir hərəkatdır.
A9 TV; 28 iyul 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
PKK, İslamın hakimiyyəti üçün, Allahın müsəlmanları zorlamaqda istifadə etdiyi bir qamçıdır. Müsəlmanlar yuxuda idi, Allah belə bir bəla, fitnə ilə oyandırır. Bu, həmiyyət hissini və mənəviyyatı görünməmiş dərəcədə yüksəldən vəsilələrdən biridir. Firon olduqda, Musa çıxır. Bunlar da bu əsrin fironlarıdır. Sitatlar
"Niyə İslam hakim olmur?" deyə soruşur. Sən insana İslam olaraq cəhənnəmi təqdim edirsən. İslam sevgidir, gözəllikdir, nəşədir, sevincdir, xoşluqdur, səmimiyyətdir, dürüstlükdür, təəs sən nə edirsən? Cəhənnəmi təqdim edirsən. Hər şeyi qadağan edirsən və Allah adından istifadə edərək qadağan edirsən. Quranda vardırmı? Yoxdur. Özündən uydurur. Sitatlar
Nur surəsinin 55-ci ayəsi dünya hakimiyyətindən bəhs edir. Kəhf surəsi tamamilə mehdiyyəti izah edir. Yusif surəsi, Süleyman hekayəsi sanki mehdiyyətin xülasəsidir. Sitatlar
Quranda Mehdi (ə.s)-dən bəhs edilmir demək düz deyil. Kəhf surəsində, Yusif surəsində əvvəldən axıra qədər mehdiyyət izah edilir. Süleyman hekayəsi mehdiyyəti izah edir. Nur surəsinin 55-ci ayəsi dünya hakimiyyətini və mehdiyyəti izah edir. Sitatlar
İslam hakim olduqdan sonra bir milyon savab alan insan bir savab ala bilər. Daha əvvəl bir işindən, bir fəaliyyətindən bir milyon savab alan biri, İslam hakim olduqdan sonra beş savab alar. Ondan sonra dünyanın mənası qalmadığı üçün, yəni imtahan bitdiyi üçün belə olar, artıq sürətlə Qiyamət gəlir. Hz. Mehdi (ə.s)-ın vəfatı, hz. İsa Məsih (ə.s)-ın vəfatı və sonra da sürətlə Qiyamət olacaq, inşaAllah. Sitatlar
Qısa müddət sonra Azərbaycan qapılarını açacaq, Türk dövlətləri açacaq. Sonra İraq, Suriya, İordaniya, hətta İsrail də. Hz. Mehdinin vəsiləsiylə sevgi, qardaşlıq içində yaşayacağıq. Amma nə qədər? 7 və ya 9 il, bu qədər. Sonra ağlasığmaz pozulma başlayacaq. Əxlaqi tənəzzül. Bu ta hicri 1545-ci ilə qədər davam edəcək. 1545-ci ilin səhərində yaxud axşamında və ya günortasında, o xəbər onlara çatacaq. Bir qayanın üstünə yazsınlar. O qaya o gün parça-parça olacaq. Qiyamət qopacaq. Sitatlar
Allah hər yerimizi nurla əhatə etsin. Bizi nurlandırsın. Hidayət versin. Ağlımızı açsın. Şeytanın şərindən qorusun. Pislərdən qorusun. Qəlbimizə əmin-amanlıq duyğusu versin. Bizi zənginləşdirsin. Gücləndirsin. İslamı hakim etsin. Mehdi (ə.s)-ı göstərsin. Mehdisini zahir etsin. Bizi Mehdi (ə.s)-ın, İsa Məsih (ə.s)-ın tələbəsi etsin. Sitatlar
Bura imtahan dünyasıdır. Mühüm məsələ İslamın dünyaya hakim olmasıdır. Qalan məsələlər əhəmiyyətli deyil. İslam dünyaya hakim olsa, hər kəs rahatlıq tapar, hər şey zəmanət altında olar. Hakim olmadıqda isə, dünya cəhənnəm olar. Sitatlar
İmam Hüseynin intiqamı qan ilə alınmaz. İslam Birliyinin yaradılması ilə, İslam əxlaqının dünyaya hakim olması ilə alınar. Sitatlar
Allahın vədi üçün olan vaxt artıq bitdi. Yəni qiyamətə təxminən yüz illik bir vaxt qalır.    Hakimiyyət yalnız bu əsrdə təmin edilə bilər. Onun üçün artıq masonluq da, tampliyerlər   də, sanhedrin də, dərin dünya dövləti də qərar verməlidir. Çünki başqa cür olduqda,   dünya tamamilə yox olacaq. Artıq İslam Birliyini hakim etməyin vaxtı gəlib çatdı. Sitatlar
Hz. Mehdi (ə.s)-ın müvəffəqiyyəti mövzusu ola bilməz. Bunu tamamilə Allah yaradır.   Allah, hz. Mehdi (ə.s)-ı vəsilə edir. Yəni hakimiyyət ayrı yaradılır, hz. Mehdi (ə.s) ayrı   yaradılır. Sitatlar
İslam, Peyğəmbərimiz (s.ə.v)-in dövründə hakim olmadı, onun övladının, onun   sərkərdəsinin vəsiləsiylə hakim olacaq. Mehdi (ə.s) vəsiləsiylə hakim olacaq. Qələbə   kimindir? Allahındır. Kimi vəsilə edir? Peyğəmbərinin övladını. Peyğəmbərin nəvəsinin   qazanacağı qələbə, Peyğəmbər (s.ə.v) üçün şərəf olar. Sitatlar
Mehdiyyəti gözləyən qardaşlarımız da, böyük bir əyləncəyə hazırlıq kimi gözləyirlər. Elə   deyil. Hz. Mehdi (ə.s) İslam hakim olduqdan dərhal qısa bir müddət sonra vəfat edəcək.   Çünki Allah hz. Mehdi (ə.s)-ın əylənməsi, yaxud başqalarının əylənməsi üçün İslamı   hakim etmir. Sözünü yerinə yetirmək üçün hakim edir. Əsil əylənmə yeri cənnətdir. Sitatlar
Allah Tövratda Axırzamanda bütün bölgə ərazisinin müsəlmanların idarəsi altına   keçəcəyini ifadə edir. Allah: ''Nildən Fərata qədər, Məkkə, Mədinə, hamısı daxil olmaqla,   Aralıq dənizi, Kipr, böyük bir ərazidə hakimiyyət sizin əlinizdə olacaq'' deyir və başçınız   da Davud (ə.s) nəslindən gələn biri olacaq deyir. Həmin adam da Mehdi (ə.s)-dır. Sitatlar
Mehdi (ə.s) müasirliyi, gözəlliyi, sevgini, dostluğu, qardaşlığı gətirəcək. Müsəlmanların   üzərindəki zəncirləri yox edəcək. Səhabə dövründəki İslam anlayışını gətirəcək. Dünya   cənnətə dönəcək. Maneə törətməyə çalışsalar da, bu olacaq. Allahın “Cabbar” adıyla bu   gözəl nəticə meydana gələcək. Sitatlar
İslam aləminin birləşməsi demək, dünyada cənnət var deməkdir. Sırf İranla Türkiyə   birləşsə belə İslam dini rahatlıqla və sürətlə dünyaya hakim olar. Amma məzhəb ayrımı   olmamalı və çox səmimi bir sevgi olmalıdır. Sitatlar
İslamın bu cür böyük xərclər, böyük fəaliyyətlər, mütəşəkkil hərəkatlar, gizlicə nələrsə etmək kimi şeylərlə hakim olacağını zənn edirlər. Qurana baxın, İslamın hakimiyyəti həmişə metafizikdir. Bütün məsələ səmimi olmaqdır. Sitatlar
Mehdiyyət iddia deyil, isbatdır. İslam dünyaya hakim olar. Bir şəxs İslam aləminin başına keçər, biz o zaman onun “Allahualəm Mehdi (ə.s)” olduğunu düşünərik, bu qədər. Qəti şəkildə iddia da etmərik. "Allahualəm, yəqin ki, elədir" deyəcəyik. Sitatlar
Nur surəsinin 55-ci ayəsində və digər ayələrdə də açıqca bildirilib, İslam aləmi birləşəcək. Müsəlmanlar Quranda: "Ey Rəbb bizi təqva sahiblərinin öndəri et" deyirlər. Deməli, İslam aləminin bir öndəri, bir lideri olur. Quranda lidersiz heç bir cəmiyyətdən bəhs edilmir, hər cəmiyyətin lideri var. İslam aləminin də bir lideri olacaq. İnkar edəcəkləri vəziyyət yoxdur. Sitatlar
İslamın hakimiyyəti, artıq enerji sərf edərək həll olacaq bir məsələ deyil, Allah bunu təmin edir. Tövratda keçir; "Allah ilə əlaqəsi olan 12 adam olsa, Allah dini dünyaya hakim edər" deyir. Elə çox adama ehtiyac yoxdur. Sitatlar
İslam siyasətlə hakim olmaz. Quran möcüzələrini ortaya çıxarıb izah etmək, iman həqiqətlərini izah etmək, imanlı, güclü insanları nümunə kimi göstərmək, Allah sevgisini yaymaq. Bunlar üçün çalışmaq lazımdır. Sitatlar
Dünyanın hər yerində heyrətamiz münaqişə vardır. İnsanlar: "Bu mühitdə İslam necə hakim olar, mehdilik necə irəliləyər?" deyə düşünə bilərlər. Məhz təəccüblü olan da budur; bütün bunlara baxmayaraq, Allah İslamı hakim edəcəkdir. Sitatlar
Musiqi də, rəqs də olmalıdır. Əyləncə olmalıdır. Dinə süni şəkildə haramlar daxil etməyin, əlavə qadağalar çıxartmayın. Bu zaman İslam bütün dünyaya hakim olacaq. Sitatlar
Allahın arzusu; Mehdi (ə.s)-ın ortaya çıxması, İsa Məsihin zühuru, İslam Birliyinin   meydana gəlməsi və qısamüddətli bir hökmranlığın özünü göstərməsidir. Bunları   görəcəyik inşaAllah. Sitatlar
Dünyanın sonu gəldi, Allah gözəl bitməsini istəyir. Xristianlıq, yəhudilik və müsəlmanlığın bu cür şirk və pərişanlıq içində olarkən bitməsini istəmir. Hər üçünün də tövhid inancı ilə ehtişamlı şəkildə bitməsini istəyir. Hz. Mehdi (ə.s)-ın zühuru, hz. İsa Məsih (ə.s)-ın enişi və İslamın hakimiyyəti. Onsuz da ardınca sürətli pozulma baş verəcək. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur