logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 15 may 2014

avatar

Adnan Oktar

Allah ilə əlaqənin heç kəsilməməsi lazımdır. Allah ilə əlaqə kəsilsə insan təvəkkülünü itirər. Təvəkkülünü itirən isə çox əsəbi, gərgin və narahat olar. Təvəkkül etməyi bir saniyə belə unutmamaq dünyada ən böyük nemətlərdəndir.
A9 TV; 15 may 2014
2101
avatar

Adnan Oktar

Qatı dindarlığın, xurafatçılığın yükü çox ağırdır. Cəmiyyəti, insanları məhv edir, ölkələr süqut edər.
A9 TV; 15 may 2014
avatar

Adnan Oktar

Gülməmək, danışmamaq, həmişə qaşqabaqlı sifətlə gəzmək, yorğun, əldən düşmək… Bu şeytanı güldürər, əyləndirər. Müsəlman belə davranmaz. Haram və yaraşmayan davranış olar.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Sən Allahdan qorxmayandan çəkinəcəksən. İmanla, Quranla hərəkət etməyəndən çəkinməlisən. Çünki onun bir qanunu yoxdur. Adamın nə düşünəcəyini bilməzsən. Hər şey edə bilər. Amma möminin qanunu var, qaydalara bağlıdır.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

İmanlısansa saf və səmimi olmalısan. Belə olduqda səni də saf və səmimi görən insanlar sevgi gözü ilə yanaşarlar.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Qadınlara qarşı şəfqət ruhu qadına qarşı sevgini artırar. Bəziləri qadına yalnız cinsi mənfəət kimi baxır. O zaman nifrət ruhu ilə yaxınlaşar. Şəfqət, mərhəmət və onu qoruma ruhu sevgini çox artırar. Onsuz da Quranda həmişə şəfqətdən bəhs edilir. Yəni mərhəmətlə qarışıq sevgi, qoruyucu sevgidən bəhs edilir.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Mömin hər yerə nurla, imanla baxdığı üçün hər yer möminə aydınlıqdır. Allah hər yeri onun üçün aydınladar, cənnətə çevirər.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Yas hörmət mənasındadır; nəzakət göstərmək, diqqət yetirmək, maraqlanmaq. Yoxsa üz-gözünü cırmaq, ağlamaq, kədərlənmək, dərd çəkmək, dağıtmaq, iztirab çəkmək deyil. Bunlar şirk olar.
A9 TV; 14 may 2014
avatar

Adnan Oktar

Mədənlərdə robot texnologiyasından istifadə edilməlidir, qəti şəkildə insanlardan istifadə etmək olmaz.
A9 TV; 13 may 2014
avatar

Adnan Oktar

Allah Türkiyəni bölmək istəyənlərin bəsir��tini, fərasətini bağlasın. Onları bütün bəlalara düçar etsin. Türkiyəni böldürmərik.
A9 TV; 13 may 2014
avatar

Adnan Oktar

Kilsə də, sinaqoq da, məscid də Allahın evidir. İstəyən istədiyi yerdə ibadət edə bilər. Allah bütün dünyanı bizə məscid etdi.
A9 TV; 13 may 2014
avatar

Adnan Oktar

Qatı dinçiliklə İslamofobiyanı inkişaf etdirdilər. Xurafatçılar bunu bacarır. Mehdiyyət olmasaydı xurafatçılar İslamı yer üzündən silmişdilər. İslamın dünyada qalmasının səbəbi mehdiyyətdir. Türkiyəni bölə bilməmələrinin səbəbi də mehdiyyətdir. Yoxsa Türkiyəni də yerlə-yeksan edəcəkdilər.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Bir insan Allah Qatına, cənnətə gedən bir insan üçün özünü döyürsə, ağlayırsa, üz-gözünü cırırsa bu Allahın yaratdığını bəyənməmək, Allaha üsyan etməkdir, haşa. Amma Allaha şükür edirsə, həmd edirsə, sevinc içində Allaha qovuşmanı, Allah ilə birləşməyi, cənnətə getməyi gözəl sayırsa bu, mömin xüsusiyyətidir. Əksi müşrik xüsusiyyətidir.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Ölən insanlardan sonra yas tutmaq Məkkə müşriklərinin adəti idi. Şumerlərdən, qədim yunanlardan qalma bütpərəst adətidir.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Din olmasa həyatın bir mənası yoxdur, Allah qorusun. Mən din üçün, Allah üçün yaşayıram. Hamımız eləyik, inşaAllah.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Din Yaxın Şərqin digər adıdır. Yaxın Şərqin ruhudur. Din olmadan Yaxın Şərq olmaz. Din olmadan həyat olmaz.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Birlik mehdiyyət ruhu ilə çox qəti olaraq əldə edilər. Hər kəs "birlik olaq" deyir. Kimsə əhəmiyyət vermir. İrqçilik, məzhəbçilik, bölgəçilik, hətta məhəlləçilik də yayılmışdır. Ona görə Peyğəmbərimiz (s.ə.v) bu bəlanı bildiyi üçün Mehdisini xüsusi olaraq vəzifələndirir.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Üç-beş il sonra Türkiyə də, dünya da tamam fərqli olacaq. Mehdiyyət sağlam və güclü quruluşu ilə addım-addım irəliləyir, əlhəmdülillah.
A9 TV; 9 may 2014
avatar

Adnan Oktar

Allah gözəl əxlaqda xüsusi bir nur endirər. Əks halda Firon və yaxud Nəmrud kimi bir üz yaranar. Özünü Allaha təslim et, nur kimi ol.
A9 TV; 8 may 2014
avatar

Adnan Oktar

Risalə-i Nura insanın bir yolla qovuşması onun dünyasını çox açar. Onun üçün hər kəsdə, qardaş-bacılarımızın evlərində kiçik də olsa bir Risalə-i Nur risaləsi olmasında fayda vardır. Çünki orada səmimi bir dil, müsəlman dili vardır.
A9 TV; 8 may 2014
avatar

Adnan Oktar

Axırzamanda tank, top, İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi) heç biri qalmayacaq. Hamısı sənayedə istifadə ediləcəkdir. Mehdi (ə.s) dövründə silah yoxdur.
A9 TV; 2 may 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Hiyləli quruluşu müsəlman görsə də çətinliyə düşməyəcək. Çünki onu yaradan Allahdır. Müsəlman sakit olacaq. Sitatlar
Öz üzərində daha çox çalış. Elmini daha da artır. Quranı əzbərlə. Hər bir Quran ayəsini həyata keçirməyə çalış. Səbrini, iradəni gücləndir. İmanını gücləndir. Təvəkkülünü genişləndir, artır. Dünya sevgisini ürəyindən çıxart. Cahil cəmiyyətin Allahı unutmasından təsirlənmə. Sitatlar
Namaz qılarkən, dəstəmaz alarkən, təvəkkül edərkən, Allahı xatırlayarkən, Quran oxuyarkən xoşbəxt olarsan, fikrin açılar, çünki zəif varlıqsan. Allah səni buna ehtiyacın olacaq şəkildə yaratmışdır. Bu gözəllikləri yaşamasan boğularsan. Bunlar suda boğulmağın qarşısını alan, can qurtaran nemətlərdir. Sitatlar
Allaha təvəkkül dünyadakı ən böyük rahatlıqdır. Saray səni xoşbəxt etməz. Allaha təvəkkül etmək səni xoşbəxt edər. Təvəkkül etdinsə, bütün iztirablar yox olar, çünki insan zəifdir. Allah bir nemət olaraq yaratmışdır. Sitatlar
Allahdan həmişə mükəmməl təvəkkül istəmək lazımdır. “Ya Rəbbim, Sənə mükəmməl təvəkkül edən qul olmağı mənə nəsib et”― deyə müsəlman bu neməti dayanmadan istəməlidir. Çünki böyük bir nemətdir. Sitatlar
Allaha təvəkkül etməlisən. Allaha təvəkkül etməsən hər şey sənə əzab verər, hər şeydən sıxılarsan. Hər şey səni qorxudar. Dünyanın bütün hadisələri sənin üzərinə gəlir. Ayənin ifadəsi ilə göyün yüksəkliklərində ürəyin sıxıldığını hiss edərsən. Allaha təslim ol, ürəyin rahatlansın. Sitatlar
Allahın zəngin yaratma təfərrüatlarına baxıb heyran olacağıq. O zaman Allah eşqi daha da artar. Eşq artdıqca Allahdan qorxu da artar. Allah qorxusu artdıqca təvəkkül artar. Təvəkkül artdıqda insanın sinirləri, başı, beyni çox rahatlayar,özündə bir asanlıq, sevinc hiss edər, inşaAllah. Sitatlar
İnsan təvəkkül edir, amma puluna, yoldaşlarına, fiziki qüvvəsinə, silahına, tayfasına təvəkkül edir. Belə olmaz. TƏK GÜC ALLAHDIR. Tək təvəkkül edilməli olan ALLAHDIR. Mütəvəkkil, vəkil tutmaq, güvənmək deməkdir. Yəni Allaha təslim olmaq, Allahın öhdəsinə buraxmaqdır. Sitatlar
ALLAHA TƏVƏKKÜL EDƏN ƏN BÖYÜK RAHATLIĞI YAŞAYAR. DÜNYADAKI ƏN BÖYÜK, RAHATLIQ ALLAHA TƏVƏKKÜL ETMƏKDİR. Yəni Allaha təvəkkül etməkdən başqa belə fərahlıq, xoşbəxtlik verən başqa bi şey yoxdur. İman və Allaha təvəkkül etmək lazımdır, amma bunları haqqı ilə etməliyik. Sitatlar
Allaha təvəkkül etməmək ağılsız hərəkətdir. Eqoistlikdir, özünü oda atmaq, pərişan hala salmaqdır. Sitatlar
ALLAHIN GÜCÜNƏ GÜVƏNMƏK, RƏHMƏTİNƏ, MƏRHƏMƏTİNƏ GÜVƏNMƏK İBADƏTDİR. Allahın incə detallı düşüncəsinə inanmaq ibadətdir. Haşa, bir insan Allahı bunları düşünə bilməz deyə düşünsə, bu əxlaqsızlıq olar. Sitatlar
Allah bəzən bəzi insanlara bir mövqe verir, bir güc verir, imkan verir. Sən: "Allah ona   niyə bu vəzifəni verdi? Niyə bu asanlığı verdi?" desən yenə doğru yolda olanlardan   olmazsan. Allahı sorğulayan adam doğru yolda olanlardan olmaz. "Hikmət var, xeyir   var" deyəcəkdir. "Allah bilir, mən bilmirəm" deyəcəkdir. Sitatlar
Şükür etdikdə bərəkət artar. Şükür etmək nə deməkdir? Qurana tabe olub, Allaha   təvəkkül edib, Allahdan razı olmaqdır. Adam Allahdan razı deyil. Daima şikayət edir.   Haşa Allahın özünə haqsızlıq etdiyi qənaətindədir. Onda bərəkət olarmı? Bərəkət olmur. Sitatlar
Taleyin nə olduğunu bilmədiyin təqdirdə sürünərsən, əzab çəkərsən. Amma qədəri   bilsən Allah sənə bərəkət verər, nemət verər. İbadət etmiş olarsan. Çünki, hər an   təvəkkül etmək, hər an namaz qılmaq kimidir. Sitatlar
Təvəkkülün sirrini açmış, onu tapmış, ona sarılmış adam, dünyanın ən böyük nemətinə,   ən böyük rahatlığına sarılmışdır. Sitatlar
Allahdan uzaq olan heç bir insan xoşbəxt olmaz. Allaha təvəkkül etməyən insan heç bir  şəkildə bərəkət və rahatlıq tapa bilməz. Sitatlar
Bəzi məmurların təvəkkülsüz olduqlarını və PKK-dan qorxduqlarını görürük. Bu onlara   yaraşmaz. Peyğəmbərimiz (s.ə.v) bir ovuc insanla, 40 nəfərlə meydana çıxmışdı.   Müsəlman igid olmalıdır, cəsarətli olmalıdır. Sitatlar
Allaha səmimi təslim olanlarda fərahlıq və gözəllik olar. Allah hər şeyi bir məqsədlə yaratmışdır. Təvəkkül Allahın dünyada verdiyi ən əhəmiyyətli nemətlərdəndir. Təvəkkül etməyən insanda psixoloji narahatlıq başlayar. ALLAHA TƏVƏKKÜL EDƏNİN DÜNYASI GÖZƏL OLAR. Sitatlar
Təvəkkülsüzlüyün nə faydası var? Yalnız əzab çəkmiş olacaq, boş yerə özünü alçaltmış  olacaq. Allah qarşısında xəcalət çəkəcək. Özünü əzəcək və ağılsız, məntiqsiz anormal   bir hərəkət etmiş olacaq. Sitatlar
Əlindən bir şeylər çıxırsa bir xeyir vardır. Sən burada əbədi yaşamağa gəlmədin.   Əlindən cüzi bir şey çıxır, bunu özünə böyük dərd bilir. Çıxsa nə ola bilər ki?. Sən   gözündə böyüdürsən, ağıllı tərzdə baxdığında heç bir şey olmadığını görərsən. Sitatlar
Allah, təvəkküllə gözəl bir dünya meydana gətirir. Təvəkküllü olanda Allaha qarşı dürüst,   səmimi olmaq lazımdır. Dürüst olmadıqda Allah da insanın canını yandırmağa başlayır. Sitatlar
Allah: "Təlaş etməyin. Təvəkküllü olun. Mənə buraxın. Ölərkən də çox rahat öləcəksiniz"   deyir. Allah: "Amma təlaş etsəniz, təvəkkül etməsəniz canınız yanar" deyir. Sitatlar
Müsəlman çox rahat olur, hər yerdə rahat olur. Allaha təvəkkül etdiyi üçün, ona etimad   etdiyi üçün, axirətdə də diriləndə son dərəcə rahat olar. Məsələn, möminlər Qiyaməti   sevinc içində seyr edir. Sitatlar
Kədərlənmək haramdır, Müsəlman hüzurlu olmalı. Kədərlənmək ancaq Allaha təvəkkülsüzlükdən yaranır. Hər hadisəni Allah edir, qarşıdakı insan deyil və Allah o hadisəni mütləq xeyirlə meydana gətirir. Ən ümidsiz kimi görünən hadisələri də Allah yaradar. Sitatlar
Allaha iman və təvəkkül dünyadakı ən böyük lüksdür. İnsan təvəkkülü unutduğunda dünya üstünə çökər. Təvəkkül etdiyində isə bütün dünya onun xidmətinə girər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur