logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 29 fevral 2016

avatar

Adnan Oktar

Ateisti, dinsizi, İslam əleyhinə olanları qazanmağa çalışdığına görə, qəlbində xəstəlik olan, imanında zəiflik olan müsəlmanı daha çox qazanmağa çalışmaq lazımdır. Çünki o sənin yanında hazır vəziyyətdədir, onsuz da rahat danışa bilirsən. Nə qədər anormal olsa da, nə qədər tərs olsa da, bunun savabı çox olar.
A9 TV; 29 fevral 2016
857
avatar

Adnan Oktar

Birisi: "Lə ilahə illəllah, Muhammədən Rəsulullah" dediyi müddətcə sən onu münafiqliklə ittiham edib, müsəlmanların himayəçilik sistemindən kənara çıxarda bilməzsən. Məsələn, "çıx get, küfr əhlinin yanına get" deyə bilməzsən, haramdır. Sən küfr əhlini qazanmağa çalışırsan, onu da göndərməyə çalışırsan. O zaman küfr əhlini niyə qazanmağa çalışırsan?
A9 TV; 29 fevral 2016
avatar

Adnan Oktar

Möminlər bir-birlərini qoruyub himayə etməklə mükəlləfdir. Quranda himayəçilik sistemi var. Mömin mömini öz oğlu kimi, qızı kimi, qardaşı kimi qorumalıdır.
A9 TV; 29 fevral 2016
avatar

Adnan Oktar

Münafiq bəzən çox yaxşı rəftar göstərər. Bu yeni hücumun başlanğıcı olar. Məsələn, hər kəsə yaxşı davranar, yaxşı danışar, lakin bu əsaslı hücum üçün, yeni zəmindir. Yəni şeytanın ona verdiyi, öyrətdiyi hücum başlanğıcıdır. Münafiqin düzəlməsi ümumiyyətlə şübhə altındadır, nəsə edəcək ki, yeni hücum başladacaq.
A9 TV; 28 fevral 2016
avatar

Adnan Oktar

Münafiqlər müsəlmanlardan ümumiyyətlə uzaq durmaq istəyərlər. Uzaq qalmağın səbəbi də, müsəlmanlara biri hücum edərsə, bir şey olsa, həbs edilə bilər, ləkələnə bilər, döyülə bilər, söyülə bilər, adına xələl gəlməsin, məqsəd budur.
A9 TV; 28 fevral 2016
avatar

Adnan Oktar

Münafiqin hədəfi həmişə imamın yanıdır, peyğəmbərin yanıdır. Münafiqin ən çox istədiyi yer burasıdır, çünki ən çox vuruşu, hücumu edəcəyi yer burasıdır. Onun fəaliyyətini dayandıra bilmək üçün, məlumat toplayıb şeytanlarına çatdıra bilmək üçün, mərkəz olan yer bura olduğu üçün bunu çox mühüm görər.
A9 TV; 28 fevral 2016
avatar

Adnan Oktar

Münafiq heç vaxt düzəlməyən, heç vaxt azğınlıqdan əl çəkməyən manyakdır. Qətiyyən kini və nifrəti bitməz münafiqin, sakitləşməz. Yəni tam olaraq ruh xəstəsidir. Vərəm xəstəliyi kimi güclü antibiotik alsa azalar xəstəliyi, lakin dərmanın dozası bir qədər azaldıldığı zaman, dərhal həmləyə keçər. Bəzən də dərmana qarşı immunitet qazanar, heç fərq etməz, bədənini bürüməyə çalışar.
A9 TV; 28 fevral 2016
avatar

Adnan Oktar

Münafiq sevgini bilməz. Sevgidən alət kimi istifadə edər, vasitə kimi istifadə edər. Müsəlmanlara hücum etməkdə, əxlaqsızlıq etməkdə, alçaqlıq etməkdə bir vəsilədir. Yəni müsəlmanı narahat etmək üçün, pislik etmək üçün sevgidən istifadə edər. "Sevdiyim üçün gəldim" deyər, "sevdiyim üçün danışdım" deyər, "sevdiyim üçün bunu edirəm" deyər.
A9 TV; 28 fevral 2016
avatar

Adnan Oktar

Münafiq aqressivləşəndə çox alçaq və şeytani üsuldan istifadə edər. Müsəlmanları haqsızlıq edən, zülm edən, ağılsız hərəkət edən insanlar kimi göstərər. Özünü də tədbirli, ağıllı, vicdanlı, doğru yolda göstərər.
A9 TV; 28 fevral 2016
avatar

Adnan Oktar

Münafiq yalnız peyğəmbər və yaxud imam, o dövrdə müsəlmanların mühüm mərkəzi gücü kimdirsə diqqətini onun üzərində cəmləşdirər. Şeytan diqqətini yayındırmaz. Bütün diqqətiylə həmin insana qarşı təcavüzkarlaşar.
A9 TV; 28 fevral 2016
avatar

Adnan Oktar

Qurana görə münafiqlərin hədəfi bütün müsəlmanlar olmur. Bu çox mühümdür. Peyğəmbər, imam, müsəlmanların lideri kimdirsə o; ən təsirli olduğunu gördüyü insan kimdirsə ona ilişər münafiq. Yəni ən böyük düşməni, ən böyük hədəfi odur. Sonra da peyğəmbərlərin, imamların (artıq o dövrün lider insanı kimdirsə) ən güvəndiyi insanlara ilişər münafiq.
A9 TV; 28 fevral 2016
avatar

Adnan Oktar

Səmimi olmaq zövqlüdür. Bədən üçün xeyli şəfadır. Səmimiyyət insana fərahlıq verər. İnsan səmimi olmasa sıxılar, yəni ağlı kütləşər, sıxıntıya qapılar. Səmimi olduğu zaman rahat olar.
A9 TV; 28 fevral 2016
avatar

Adnan Oktar

İmanlı, dindar nəslin yetişməsi üçün bir kərə darvinizmin əsassızlığı elmi cəhətdən izah edilməlidir. Dini, dialektik fəlsəfəylə izah etmək qeyri-mümkündür.
A9 TV; 27 fevral 2016
avatar

Adnan Oktar

Gənclərin belə qəzəbli yetişməsinin səbəbi də darvinist təhsildir. Darvinist, materialist yetişdirildikdə sevgi qalmır. Sevgini təmin edən din əxlaqıdır.
A9 TV; 27 fevral 2016
avatar

Adnan Oktar

Münafiqdə həmişə gəzmək instinkti var. O daxili sıxıntısını bəhanə edər. Məsələn, ticarəti bəhanə edər, ailəsini bəhanə edər. Münafiqin qəlbi heç cür rahat olmaz. Lakin sıxıntısı da üstündədir, çiynindədir. O sıxıntıdan qaçar, sıxıntı da onu qovalayar.
A9 TV; 27 fevral 2016
avatar

Adnan Oktar

Münafiq müsəlmanlardan uzaq olmağı öz aləmində ayıqlıq zənn edər və axmaqcasına bu oyunu da müsəlmanların görmədiyini zənn edər. Bunu müsəlmanların qəbul edəcəyini, Allahın da qəbul edəcəyini düşünər. Müsəlmanları da, haşa Allahı da aldatdığını zənn edər.
A9 TV; 27 fevral 2016
avatar

Adnan Oktar

Hər dövrdə, peyğəmbərlərin dövrlərində də həmişə bu cür "ərköyün uşaqlar" vardı. Küçədən qorxduğu üçün, ailəsindən qorxduğu üçün, atasından, anasından, mənfəətlərindən, işini itirməkdən, oxuduğu təhsil müəssisəsini itirməkdən qorxduğu üçün peyğəmbərlərin yanına yanaşmadılar. Mümkün qədər qaçaraq, uzaq yaşayaraq, arada bir gələrək əlaqə qururdular. Bu arada bir gəlmənin səbəbi də axirətdə, haşa Allahı aldada biləcəklərini düşünürdülər.
A9 TV; 27 fevral 2016
avatar

Adnan Oktar

Münafiq çox məqsədəuyğun, gözəl, faydalı danışdığına inanar. Yəni hər şeyi, sözü yerli-yerində danışdığını zənn edər. Halbuki kənardan baxan heyrət içində qalar. Yəni qeyri-sabitliyinə heyrətlənər. Lakin bunu görə bilməz münafiq. Məsələn, ağılsızlığını görə bilməz. Yəni əqli sağlamlığının yerində olmadığını görə bilməz.
A9 TV; 27 fevral 2016
avatar

Adnan Oktar

Münafiqin sözləri sərxoş kimidir, çox tutarsızdır. Lakin onun dəli dünyasında bunu görməsi qeyri-mümkündür. Şizofreniya məntiqi var. Şizoid şəxsiyyətlidir, manyak kimi danışar, lakin qeyri-sabitdir, görə bilməz.
A9 TV; 27 fevral 2016
avatar

Adnan Oktar

Münafiqin əsil istəyi Allah olmaq və Allahdan daha böyük olmaqdır. Münafiqin əsil ehtirası budur. Buna görə də, bütün müsəlmanları çox ağılsız görər, özünü çox ağıllı görər və çox gözəl danışdığını zənn edər.
A9 TV; 27 fevral 2016
avatar

Adnan Oktar

Münafiq müsəlmanları narahat edirsə, özündən şübhələndiklərini anlasa, buna bir müddət son qoyar. Lakin müsəlmanların diqqətinin yayındığını görsə yenidən iyrəncliyinə başlayar. Yenidən fəaliyyətlərinə başlayar. Yenə müsəlmanları narahat edər. Yenə pislik edər. Yenə onları narahat edəcək hər şeyi etməyə başlayar.
A9 TV; 27 fevral 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
"Hər halda o münafiqdir" deyir. Yaxşı, belə olduğunu fərz edək; öyrət, təbliğ et, ayə söylə, səbir et, danış, elə deyil? O zaman heç kim heç kimlə görüşə bilməz ki, heç bir müsəlman başqa müsəlmanla görüşə bilməz. Ona münafiq de, buna kafir de, o birisinə xəstə de, axırda insan qalmaz. Sitatlar
Müsəlman səhv edə bilər, səhv etməkdən qorxmamaq lazımdır. Çox böyük səhv də edə bilər, müsəlman qardaşını xəbərdar edər, lakin xəbərdarlığa dəlicəsinə reaksiya vermək çox anormaldır. "Yaxşı düşünərəm" deyərsən, "Allah razı olsun etməyə çalışaram" deyərsən olub bitər. Həddindən artıq reaksiya vermək anormal hərəkətdir. Sitatlar
Ateist dürüst insan deməkdir. Mərdcə, açıqca söyləyir, "mən Allaha inana bilmirəm, dinə inana bilmirəm, məni razı salacaq insan varsa danışaq, dürüst iman gətirmək istəyirəm" deyir. Saxtakarlıq, münafiqlik çox qorxuncdur. Sitatlar
Münafiqlər Allahın qurduğu tələnin puç ediləcəyini düşünərlər. Müsəlmanları zəif görərlər. Mömin İslamın qalib gələcəyinə inanır, münafiq də küfr əhlinin qalib gələcəyinə inanar. Şeytan tərəfinin qalib gələcəyinə inanar. Buna görə də, heç vaxt müsəlmanlara, İslama güvənməzlər. Sitatlar
Müsəlman küsməz. Qəlb həmişə Allah ilə birlikdədir. Dünya qısamüddətli kursdur, qısamüddətli təhsildir. Burada nə göstəriş edilər, nə ağıllı olma iddiası, nə də zəkalı olma iddiası, heç nə edilməz. Dünya kosmosdan baxıldıqda toz kimidir. Bir qədər də uzaqlaşdıqda heç görünmür. Tozun içində, tozun tozudur insan. Aciz varlıqdır. Nəyindən ötrü təkəbbür edirsən? Ölüb gedəcəksən. Sitatlar
Çəkingən, ürkək olmaq müsəlmanın igidliyinə yaraşmaz. Taledə nə varsa o olar. Taledən qaçmaqla heç nə dəyişməz. Sitatlar
Münafiq əsla İslama xidmət etmək istəməz. Tüfeyli bir parazit kimi, gənə kimi müsəlmanların üstünə yapışar, bu yolla yaşayar. Həyatını qan sormaqla davam etdirər. Münafiq təkcə göstəriş olacaq qədər, müsəlmanları aldatmaq üçün, formal olaraq, çox kiçik hücumlar edər. Lakin ümumi baxdıqda boş dayanar, heç nə etməz. Sitatlar
Müsəlmanda da, az və ya çox miqdarda münafiq əlaməti ola bilər. Məsələn, qorxu belə münafiq əlamətidir. Çünki münafiq çox qorxaqdır. Mömin iradəsindən istifadə edərək bunu yox etməlidir. Sitatlar
Əsil münafiq ruh xəstəsi olar. Əsla imtina etməz. Nə edirsən et, imtina etməz. Əyilər, bükülər, şəkil alar, məxluqatdan olduğu üçün, şeytan olduğu üçün imtina etməz. Lakin bəzi hallarda mömində münafiq əlamətləri çox olar. Hamısından imtina edib normal müsəlman halına gələ bilər. Sitatlar
Həmişə Allahın lehinə, dinin lehinə düşünmək lazımdır. Müsəlman, heç vaxt əksinə analiz apara bilməz. Mütləq lehinə aparar. Həmişə hüsnü-zənn edər. Lakin küfr içindədirsə və ya ateistdirsə, araşdırar, o cür düşünə bilər; lakin mömin iman gətirdikdən sonra bu cür olmaz. Həmişə hüsnü-zənlə və həmişə gözəl düşünməlidir. Sitatlar
Sən bir ateistə, darvinistə təbliğ etməsən, bu necə İslam anlayışı olar? Kimlərə yaxşı iş görmək buyurular? Cəhd kimlərə qarşı edilər? Kitab əhlinə, müşriklərə, ateistlərə, hamısına anlayacaqları dildə İslamı izah etmək, müsəlmanın boynuna düşən bir vəzifədir, Allahın əmridir. Yoldaş kimi, dost kimi izah etməlisən. Düşmən üslubu ilə izah edilməz. Sevgiylə izah edilər. Sitatlar
Hz. Musa (ə.s) Firona, hz İbrahim (ə.s) isə Nəmruda təbliğ edirdi. Müsəlman ateistlə, kommunistlə, dinsizlə, bir sözlə hər kəslə danışar, görüşər və təbliğ edər. Sitatlar
İman zəifliyi olduqda insan duyğusuz olar. İslamı yaymaq həyəcanı olmaz. Allahdan qorxma gücü olmaz. Öz mənfəətinin, öz problemlərinin ardınca qaçar. Bu böyük fəlakətdir. Sitatlar
İnsanların imanı zəif olduqda, onları, Mərakeşdə, Tunisdə, Əlcəzairdə, Liviyada müsəlmanların öldürülməsi, əzilməsi, darvinist təhsil verilməsi maraqlandırmır. Təkcə instinktlərlə hərəkət edirlər. Harada toy var, ona baxırlar. Harada əyləncə var, harada kef çəkə bilərlər, yəni macəra ardınca qaçırlar. İman zəifliyinin ən böyük fəlakəti bu laqeydlikdir. Sitatlar
İman zəifliyi olsa, əxlaq zəifliyi də olar. Çünki insan gözəl əxlaqı Qurandan öyrənir. İslam olmasa səbirli olmağa yaxın durmaz; "niyə səbirli olum?" deyər. "Niyə bağışlayım?" deyər. "Niyə əliaçıq olum?" deyər. "Niyə haqqımdan imtina edim?" deyər. Hər cəhətdən çökər insan. Sitatlar
Müsəlmanlar üçün ən mühüm şey imanın güclü olmasıdır. İman zəifliyi insanları pərişan edir. Dünyadakı ən böyük problem iman zəifliyidir. Quranın ən azı 70%-də insanların iman zəifliyindən bəhs edilir, iman həqiqətlərinin əhəmiyyətindən bəhs edilir. Sitatlar
İman çox ləzzətlidir və dünyadakı ən böyük nemətdir. İman zəifliyi isə əziyyətdir, ömür boyu iztirabdır. Sitatlar
Ayrılığın səbəbi iman zəifliyidir. Allah üçün sevsən niyə ayrılasan ki? Amma mənfəət üçün sevsən; mənfəət üçün gələn, mənfəət üçün gedər. Sitatlar
Bəziləri incəsənət adı altında şüur altı azğın zehniyyət yaratmağa çalışırlar. Haram olan homoseksuallığı qanuniləşdirməyə qarşılarına məqsəd qoyurlar. Ateist incəsənət xadimləri də haşa peyğəmbərlərə olan hörməti aradan qaldıracaq, homoseksuallığı, cinayəti qanuni kimi təqdim etməyə çalışan azğın mövzu üzərində dayanırlar. Sitatlar
Mal-dövlət çox sürətlidir. Mal-dövlət həmişə imansızdan qaçar, iman zəifliyinə görə. Dünya həmişə qaçar. İnsan da onu dəlicəsinə qovalayar. O dəlicəsinə qovaladıqca da, ruhuna görünməmiş iztirab hakim olur. Halbuki, səmimi müsəlmanda belə olmur. Dünya, mal-dövlət onun üstünə gəlir. O qaçır, lakin mal-dövlət və dünya, o qaçsa da onu tutar. Sitatlar
Hər yerdə iman zəifliyindən ötrü sıxıntı yaşanır. İman hara getsə o yeri gözəlləşdirər, imansızlıq hara getsə o yeri məhv edər. İman zəifliyi olan yerdə əzablar, inamsızlıq və şiddət geniş yayılar. Sitatlar
İngiltərə dərin dövlətinin yönləndirməsi ilə ateistlər və homoseksuallar arasında ən geniş yayılmış din rumilikdir. Bu Anadoluda məlum olan mövləvilik deyil. Sitatlar
Ateist olana təzyiq göstərmək çox yanlışdır. Açıqca, dürüst şəkildə inana bilmədiyini söyləyir. Təzyiq olduqda insanlar münafiqliyə üz tutar Allah qorusun. Sitatlar
Ateist dürüstdür, mən inana bilmirəm deyə açıqca söyləyər. Münafiq isə namərddir, xaindir, alçaqdır. Müsəlmanları daxilən gəmirməyə çalışar. Sitatlar
Birisi: "Lə ilahə illəllah, Muhammədən Rəsulullah" dediyi müddətcə sən onu münafiqliklə ittiham edib, müsəlmanların himayəçilik sistemindən kənara çıxarda bilməzsən. Məsələn, "çıx get, küfr əhlinin yanına get" deyə bilməzsən, haramdır. Sən küfr əhlini qazanmağa çalışırsan, onu da göndərməyə çalışırsan. O zaman küfr əhlini niyə qazanmağa çalışırsan? Sitatlar

Alıntı Görseli Oluştur

Kontur