logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 15 yanvar 2017

avatar

Adnan Oktar

Bir insanın iman gətirməməsi çox təəccüblü haldır. Tək bir molekul bütün insanlardan daha ağıllıdır, lakin bunu anlamazlıqdan gəlirlər.
A9 TV; 15 yanvar 2017
672
avatar

Adnan Oktar

Ehtiras Allahın möminlərə xüsusi verdiyi nemətdir, nurdur. Hörmət olmadan sevgi olmaz. Bir qadının qarşısındakı hörmət göstəriləcək xüsusiyyətlərə sahib deyilsə, o insana hörmət bəsləyə bilmədiyi kimi ehtiras da bəsləyə bilməz.
A9 TV; 14 yanvar 2017
avatar

Adnan Oktar

Təkamül nəzəriyyəsi hal-hazırda tədris planından götürülməyib, təkcə adı dəyişdirilmişdir. Hələ də "təkamül yoxdur, zülal təsadüfən meydana gələ bilməz" deyilə bilmir. 700 milyon fosilin (daşlaşmış qalıntı) olduğu, bu fosillərin təkamül olmadığını göstərdiyi gənclərə deyilə bilmir. Təkamül hər şeyi təsadüflə izah edən xurafatdır. Tək bir zülalın belə təsadüfən əmələ gəlməsi elmi cəhətdən qeyri-mümkündür. Canlıların təsadüf nəticəsində yarandığını söyləmək insan ağlı ilə lağ etməkdir.
A9 TV; 14 yanvar 2017
avatar

Adnan Oktar

Quranda təkamül yoxdur. Allah hər şeyi “Ol” əmri ilə yaratmışdır. Mərhələ-mərhələ təkamüllə yaradılış yoxdur. Musanın əsası bir anda ilana dönür. İsanın palçıqdan düzəltdiyi quş canlanıb uçur. Bunlar təkamüllə deyil, Allahın ol əmri ilə yaradılır.
A9 TV; 14 yanvar 2017
avatar

Adnan Oktar

Eqoizm insan vücudunu çürüdər. Eqoist insan məqbul danışa bilməz, məqbul məntiqi yox olar, sevgi gücünü və dərin düşünməyi itirər.
A9 TV; 14 yanvar 2017
avatar

Adnan Oktar

Əbdülhəmidə isnad edilən Qızıl Sultan, mövhumatçı kimi ifadələri qəbul etmərik. Bunlar həqiqət deyil. Lakin darvinizmin Osmanlıya o dövrdə daxil olduğu doğrudur. Əbdülhəmid dövründə darvinizmin Osmanlıya daxil olması ilə böyük mənəvi çöküş yaşandı. Əsil üzərində dayanmaq gərəkən məsələ budur.
A9 TV; 14 yanvar 2017
avatar

Adnan Oktar

Hal-hazırda darvinistlər də daxil olmaqla, Türkiyədə heç kimin darvinizmə əslində inanmaması Allahın bizə nəsib etdiyi müvəffəqiyyətdir. İngiltərə dərin dövlətini, fəlsəfəsi olan rumiliyi ifşa etməyi də Allah bizə nəsib etdi. Müasir İslam anlayışını ilk dəfə dünyaya göstərtdik. Bizdən kənarda belə model yoxdur. Quranın kafiliyini çox əhatəli izah etdik. İlk dəfə mövhumatçılığı ağıllı, şəfqətli üslubla yerlə-yeksan etdik. PKK-ya bir çox insan az qala təslim olmuşdu. PKK-nın bütün oyunlarını göz qabağına gətirdik. PKK təhlükəsinə qarşı hökumət ağlasığmaz hücuma keçdi. Rumiliyin İslamdan uzaq fəlsəfə olduğunu açıq məlumatlarla göstərdik, ziyalılarımız vəziyyətin dəhşətli olduğunu gördülər. Mehdiyyət unudulacaqdı mehdiyyəti ən ağıllı, ən elmi, ən doğru halı ilə 1300 ildən sonra ən əhatəli izah edən bizik. Münafiqlərin dövrümüzdəki halını heç kim bilmirdi, heç kim bunları görə bilmirdi. Münafiqliyin nə demək olduğunu biz izah etdik.
A9 TV; 14 yanvar 2017
avatar

Adnan Oktar

Trampa, Türkiyə, Rusiya, İran və Çin ən yüksək səviyyədə dəstək versin. O zaman Trampa qarşı olanlar dünyanın özünə vermiş olduğu dəstəyi görmüş olarlar.
A9 TV; 14 yanvar 2017
avatar

Adnan Oktar

Amerikada incəsənət xadimlərinin Trampa qarşı münasibəti onu seçən milyonlarla insanı heç yerinə qoymaq, hörmət göstərməmək deməkdir. Xalqa hörmət göstərməmək incəsənət xadiminə yaraşmaz. O zaman xalq da incəsənət xadiminə dəstək verməkdən imtina edər, bu daha da böyük qarşılıq olar.
A9 TV; 14 yanvar 2017
avatar

Adnan Oktar

Ülkücülər alicənab insanlardır. Heç bir ülkücü siyasi hesabla sadə şeylərə tənəzzül etməz. Onlar vətən üçün canını ortaya qoyan insanlardır.
A9 TV; 14 yanvar 2017
avatar

Adnan Oktar

İslam aləmindəki və Türkiyədəki bütün camaatlar Mehdini sevər və gözləyər. Hər Naqşibəndi hər Kadiri Mehdini sevgi ilə, eşqlə gözləyər. Süleymanlı qardaşlarımız, Cəfərilər, Şiələr, Bektaşilər, Ələvilər, Nur tələbələri mehdiyyət sevgisinə sahibdir. Həyəcanla Mehdini gözləyərlər. Sevgisiz, müsəlman icmalara qarşı, öz ağlını çox bəyənən bəzi kəslərin mehdiyyət əleyhinə olan səyləri boş məşğuliyyətdir.
A9 TV; 14 yanvar 2017
avatar

Adnan Oktar

Mənfəət görmədiyi zaman müsəlmanların əleyhinə rəftar edəcək kəslərə qarşı diqqətli olmaq lazımdır. Dostluq etibarlı, alicənab insanlarla edilər.
A9 TV; 14 yanvar 2017
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti dəccaliyyətdir. Məqsədi bütün İslam aləmini məhv etməkdir. Fəlakətin ölçüsünü bütün qardaşlarımız görsünlər.
A9 TV; 14 yanvar 2017
avatar

Adnan Oktar

İngilislərə qibtə edən bəzi insanların səhifələri Çörçillin fotoşəkilləri ilə doludur. Atatürkdən, Qurtuluş savaşından, millətin qələbəsindən heç bəhs edilmir.
A9 TV; 14 yanvar 2017
avatar

Adnan Oktar

İngiltərə dərin dövlətinə qarşı İslam aləminin birləşməsindən başqa yol yoxdur. Türkiyə, Rusiya, İsrail, İran, Çinin də daxil olduğu bir İslam Birliyinin təcili surətdə yaradılması lazımdır. İngiltərə dərin dövləti təkcə bu yolla dayanar.
A9 TV; 14 yanvar 2017
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) Mehdi tələbələrinin sevgi dolu olduqlarını, münafiqlərin çirklərindən uzaq olduqlarını və nurlu olduqlarını söyləmişdir.
A9 TV; 13 yanvar 2017
avatar

Adnan Oktar

Birtərəfli darvinist təhsil verib elmi cavabını verməyi qadağan etmək məqbul deyil. 700 milyon fosil təkamül yoxdur deyir. Bu, gənclərə öyrədilsin. Elmi olmayan darvinizmi zorla qəbul etdirmək, birtərəfli təhsil vermək doğru deyil. Gənclərə fosillərin göstərilməsi lazımdır. Elmi məlumat öyrədilsin. “Allah yoxdur” deyən darvinizmi elmi həqiqət kimi gənclərə zorla qəbul etdirmək çox böyük günahdır. Bu, uğursuzluq və bəla gətirər.
A9 TV; 13 yanvar 2017
avatar

Adnan Oktar

İmtahanın belə çətin olması insanların şəxsiyyətinin güclü inkişafına vəsilə olur. Sonsuza qədər həyat olacağı üçün ona görə hazırlıq olur.
A9 TV; 13 yanvar 2017
avatar

Adnan Oktar

Normalda hər insanın çox normal və stabil olması lazımdır, lakin insanlarda yaxşılıq zənginliyi olduğu qədər pislik zənginliyi də olur. Qısqanclıq, qəzəb, eqoistlik, dava-dalaş, dedi-qoduçuluq kimi mənfi xüsusiyyətlər bəzi insanlara heyrətamiz şəkildə hakim olur.
A9 TV; 13 yanvar 2017
avatar

Adnan Oktar

Qadınları namazdan, dəstəmazdan, İslamdan uzaq saxlamağı sanki mərifət zənn edirlər. Bu anlayış Peyğəmbərimiz (s.ə.v) dövründə yox idi, müşriklər yaratdı. Əvvəlcə qadınları namazdan, dəstəmazdan uzaq saxlamış, sonra da qadınların dini yarımçıqdır deyə cəhənnəmə gedəcəklər demişlər. Bu, şirk zehniyyətidir.
A9 TV; 13 yanvar 2017
avatar

Adnan Oktar

İslamı təbliğ etmək fərzdir. Müsəlman var gücü ilə elmi yolla mübarizə aparmaqla məsuldur. Müsəlmanları passivləşdirməyə çalışanlara heç kim etibar etməsin.
A9 TV; 13 yanvar 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bir insan tək bir arının pətək hörməsini, bal hazırlamasını düşünsə, bu mövzuya diqqətini tam versə çox güclü imana sahib olar. Bucağı, dərinlikləri bərabər pətək hörməsi, balı doldurduqdan sonra pərdə ilə örtməsi, balın tərtəmiz olması kimi minlərlə təfərrüatda ayrı möcüzə var. Sitatlar

Bir insan tək bir arının pətək hörməsini, bal hazırlamasını düşünsə, bu mövzuya diqqətini tam versə çox güclü imana sahib olar. Bucağı, dərinlikləri bərabər pətək hörməsi, balı doldurduqdan sonra pərdə ilə örtməsi, balın tərtəmiz olması kimi minlərlə təfərrüatda ayrı möcüzə var.

İffət və iman bir qadını ən çox gözəlləşdirən nemətlərdir. İmanın nuru bambaşqa təsiredicidir. Sitatlar

İffət və iman bir qadını ən çox gözəlləşdirən nemətlərdir. İmanın nuru bambaşqa təsiredicidir.

Bəziləri öz ağıllarına görə gülməyi müsəlmanlara qadağan edirlər. Halbuki mömin iman sevinci içində yaşayar. Sitatlar

Bəziləri öz ağıllarına görə gülməyi müsəlmanlara qadağan edirlər. Halbuki mömin iman sevinci içində yaşayar.

Allaha, axirətə tam iman gətirə bilmədikləri halda din texniki olaraq həyatını davam etdirənlər var. Bunlar din yolu ilə mənfəət əldə edirlər. Sitatlar

Allaha, axirətə tam iman gətirə bilmədikləri halda din texniki olaraq həyatını davam etdirənlər var. Bunlar din yolu ilə mənfəət əldə edirlər.

Pandalarda, pişiklərdə və digər bütün canlılardakı sevimliliyi Allah xüsusi olaraq, insanların xoşuna gəlməsi üçün yaradır. Sitatlar

Pandalarda, pişiklərdə və digər bütün canlılardakı sevimliliyi Allah xüsusi olaraq, insanların xoşuna gəlməsi üçün yaradır.

Bəzi insanlar dini çox yanlış bilir. Dindar olan içinə qapanar, anti-sosial olar, sevinci azalar, mistik auraya bürünər deyə güman edirlər. Din bu deyil. Tam əksinə imanla, dinlə insan canlanar, sevinər. Mömin moderndir, həyat doludur; əksi müşriklərin iddiası və həyatıdır. Sitatlar

Bəzi insanlar dini çox yanlış bilir. Dindar olan içinə qapanar, anti-sosial olar, sevinci azalar, mistik auraya bürünər deyə güman edirlər. Din bu deyil. Tam əksinə imanla, dinlə insan canlanar, sevinər. Mömin moderndir, həyat doludur; əksi müşriklərin iddiası və həyatıdır.

İman mütləq üzə əks olunar. Möminin üzündə imanın gətirdiyi nur olar. Sitatlar

İman mütləq üzə əks olunar. Möminin üzündə imanın gətirdiyi nur olar.

Zəkalı və bilikli olmaq mütləq ağıllı olmaq deyil. Ağıl imanla gələn nemətdir. Sitatlar

Zəkalı və bilikli olmaq mütləq ağıllı olmaq deyil. Ağıl imanla gələn nemətdir.

Arıda, quşlarda, baxdığımız hər yerdə böyük incəsənət var. İnsanların bir hissəsi isə heç düşünmədən bir-biri ilə döyüşməklə məşğuldur. Sitatlar

Arıda, quşlarda, baxdığımız hər yerdə böyük incəsənət var. İnsanların bir hissəsi isə heç düşünmədən bir-biri ilə döyüşməklə məşğuldur.

Çiçəyin torpağın içində çox nazik kökləri olur, bu köklərlə torpaqdan kalium, maqnezium, faydalı hər şeyi qəbul edir, zərərli olanı isə qəbul etmir. Köklə torpaqdan qəbul edilən metalları su ilə daşıyır, incə-incə hansı rəng üçün hansı maddədən istifadə edəcəyini bilir, tam ölçüsündə istifadə edir. Gözü olmadığı halda tək-tək yağlı boya portreti kimi boyama fəaliyyəti icra edir, hər rəngin sərhədləri müəyyən olur və çiçəyin möhtəşəm rəngləri meydana gəlir. Sitatlar

Çiçəyin torpağın içində çox nazik kökləri olur, bu köklərlə torpaqdan kalium, maqnezium, faydalı hər şeyi qəbul edir, zərərli olanı isə qəbul etmir. Köklə torpaqdan qəbul edilən metalları su ilə daşıyır, incə-incə hansı rəng üçün hansı maddədən istifadə edəcəyini bilir, tam ölçüsündə istifadə edir. Gözü olmadığı halda tək-tək yağlı boya portreti kimi boyama fəaliyyəti icra edir, hər rəngin sərhədləri müəyyən olur və çiçəyin möhtəşəm rəngləri meydana gəlir.

Mömin Allahdan, dindən, Qurandan bəhs edər. İman qəlbinə yerləşməmiş insanlar isə təkcə mənfəətinin nə olduğunu düşünər. Sitatlar

Mömin Allahdan, dindən, Qurandan bəhs edər. İman qəlbinə yerləşməmiş insanlar isə təkcə mənfəətinin nə olduğunu düşünər.

Ehtiras iman əhlinə məxsus çox gözəl duyğudur. İman gətirənlərin gözlərindən bir-birlərinə ehtiras axar. Sitatlar

Ehtiras iman əhlinə məxsus çox gözəl duyğudur. İman gətirənlərin gözlərindən bir-birlərinə ehtiras axar.

Həqiqi səmimi imandan bəhs edən bir kitab, girdiyi yeri cənnət bağçası kimi edər. Bir çox insanın qaranlıq dünyasını işıqlandıran nur kimidir. Sitatlar

Həqiqi səmimi imandan bəhs edən bir kitab, girdiyi yeri cənnət bağçası kimi edər. Bir çox insanın qaranlıq dünyasını işıqlandıran nur kimidir.

Tək bir çiçəyin varlığı belə Allaha iman gətirmək üçün kifayətdir. Sitatlar

Tək bir çiçəyin varlığı belə Allaha iman gətirmək üçün kifayətdir.

İnsan gözəlliyi iman həqiqətidir. Gözəl insan Allaha heyranlıq oyandırar, cənnət həsrətini artırar. İnsanın gözəl və baxımlı olması nemətdir. Sitatlar

İnsan gözəlliyi iman həqiqətidir. Gözəl insan Allaha heyranlıq oyandırar, cənnət həsrətini artırar. İnsanın gözəl və baxımlı olması nemətdir.

İmanı güclü, ağlı dərin insan, insanların üzərində çox müsbət təsir yaradar. Güclü imanı olan insanların bərəkəti olar. Sitatlar

İmanı güclü, ağlı dərin insan, insanların üzərində çox müsbət təsir yaradar. Güclü imanı olan insanların bərəkəti olar.

Meyvənin torpaqdan vitamin, mineral və zülal əldə etməsi belə təkbaşına çox böyük möcüzədir. Sitatlar

Meyvənin torpaqdan vitamin, mineral və zülal əldə etməsi belə təkbaşına çox böyük möcüzədir.

Bir çox mövzudan bəhs edirlər, lakin darvinizmin əsassızlığından, iman həqiqətlərindən, insanların iman gətirmələrinə vəsilə olacaq mövzulardan heç bəhs etmirlər. Sitatlar

Bir çox mövzudan bəhs edirlər, lakin darvinizmin əsassızlığından, iman həqiqətlərindən, insanların iman gətirmələrinə vəsilə olacaq mövzulardan heç bəhs etmirlər.

Quranda Kitab əhlindən, yəni musəvi və xristianlar arasında səmimi iman gətirən insanlar olduğu bildirilmişdir. (Ali İmran surəsi, 113-115: Onların hamısı eyni deyil. Kitab əhlindən bir camaat vardır ki, onlar gecə vaxtları ayaqda dayanıb Allahın ayələrini oxuyaraq səcdəyə qapanarlar. Bunlar, Allaha və axirət gününə iman gətirər, marufu əmr edər, münkərdən çəkindirər və xeyirlərdə yarışarlar. Məhz bunlar salehlərdəndirlər. Onlar hər nə xeyirxah əməl etsələr, əlbəttə, ondan məhrum qalmazlar. Allah müttəqiləri tanıyır.) Sitatlar

Quranda Kitab əhlindən, yəni musəvi və xristianlar arasında səmimi iman gətirən insanlar olduğu bildirilmişdir. (Ali İmran surəsi, 113-115: Onların hamısı eyni deyil. Kitab əhlindən bir camaat vardır ki, onlar gecə vaxtları ayaqda dayanıb Allahın ayələrini oxuyaraq səcdəyə qapanarlar. Bunlar, Allaha və axirət gününə iman gətirər, marufu əmr edər, münkərdən çəkindirər və xeyirlərdə yarışarlar. Məhz bunlar salehlərdəndirlər. Onlar hər nə xeyirxah əməl etsələr, əlbəttə, ondan məhrum qalmazlar. Allah müttəqiləri tanıyır.)

Bir-birlərinə güvənməyən, hörmət göstərməyən insanların bir-birlərini səmimi-qəlbdən sevməsi mümkün deyil. Allah qorxusu və sevgisi olmadıqca tez-tez bir-birlərinə telefonla nəzarət edir, "indi haradasan, kiminləsən" deyirlər, qarşısındakının söylədiklərinə inanmırlar. İman olmadıqca güvən və sevgi olmur. Sevgidən anladıqları dalaşmaq, bir-birini ittiham etməkdir. Gün boyu bir-birləriylə didişirlər. Sevgi və ehtiras möminlərə məxsus nemətlərdir. Sitatlar

Bir-birlərinə güvənməyən, hörmət göstərməyən insanların bir-birlərini səmimi-qəlbdən sevməsi mümkün deyil. Allah qorxusu və sevgisi olmadıqca tez-tez bir-birlərinə telefonla nəzarət edir, "indi haradasan, kiminləsən" deyirlər, qarşısındakının söylədiklərinə inanmırlar. İman olmadıqca güvən və sevgi olmur. Sevgidən anladıqları dalaşmaq, bir-birini ittiham etməkdir. Gün boyu bir-birləriylə didişirlər. Sevgi və ehtiras möminlərə məxsus nemətlərdir.

Hər bir çiçək palçıqlı torpağın içindən dəmirdən, sinkdən nə qədər alacağını və nə qədər işlədəcəyini bilir. Hansı rəng üçün nə lazım olduğunu bilir. Sitatlar

Hər bir çiçək palçıqlı torpağın içindən dəmirdən, sinkdən nə qədər alacağını və nə qədər işlədəcəyini bilir. Hansı rəng üçün nə lazım olduğunu bilir.

Əsas imanın üzərində dayanmaq lazımdır. İmanın olduğu bir ölkə dağılmaz. Səmimi imanın olması o ölkənin ayaqda qalmasını təmin edər. Sitatlar

Əsas imanın üzərində dayanmaq lazımdır. İmanın olduğu bir ölkə dağılmaz. Səmimi imanın olması o ölkənin ayaqda qalmasını təmin edər.

Möminlər tək ümmətdir və bir-birləri ilə çox gözəl uyğunlaşarlar. İman əhli olanların Qurana tabe olduqdan sonra aralarında problem çıxmaz. Sitatlar

Möminlər tək ümmətdir və bir-birləri ilə çox gözəl uyğunlaşarlar. İman əhli olanların Qurana tabe olduqdan sonra aralarında problem çıxmaz.

Müsəlmanların üzərindəki nur və təmizlik imanın açıq dəlilidir, təcəllisidir. Sitatlar

Müsəlmanların üzərindəki nur və təmizlik imanın açıq dəlilidir, təcəllisidir.

Heç sevəni olmayan, özünü müsəlmanlardan üstün görən, həmişə müsəlmanları təhdid ünsürü kimi göstərməyə çalışan din texniki tiplərin həqir və yaltaq xarakteri olur. Hədəfləri darvinizm, materializm, dinsizlik deyil, müsəlmanlar olur. Bunlar ümumiyyətlə imana vəsilə olan iş görmək əvəzinə din vasitəsilə pul qazanan, müsəlmanları narahat edən, əllərindəki imkandan müsəlmanlar əleyhinə istifadə edən insanlar olur. Sitatlar

Heç sevəni olmayan, özünü müsəlmanlardan üstün görən, həmişə müsəlmanları təhdid ünsürü kimi göstərməyə çalışan din texniki tiplərin həqir və yaltaq xarakteri olur. Hədəfləri darvinizm, materializm, dinsizlik deyil, müsəlmanlar olur. Bunlar ümumiyyətlə imana vəsilə olan iş görmək əvəzinə din vasitəsilə pul qazanan, müsəlmanları narahat edən, əllərindəki imkandan müsəlmanlar əleyhinə istifadə edən insanlar olur.

Alıntı Görseli Oluştur

Kontur