logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 27 may 2015

avatar

Adnan Oktar

Biz Cümhuriyyət Xalq Partiyasını dindar olması üçün daim təşviq etdik və xeyli irəliləyiş əldə etdilər. Dindarlığa doğru çox gözəl addımlar atdılar. Amma atdıqları hər addım onların burnundan gətirilsə, hər addımlarından sonra mənfi sözlər eşitsələr, onda bir hissəsi dindarlığa qarşı çıxa bilərlər. Bu da yaxşı olmaz. Digər mövzularda tənqid etsinlər, amma mənim fikrimcə din mövzusunda bunu etmələri səhv olar. Çünki onların dindar olması bütün müsəlmanların lehinədir.
A9 TV; 27 may 2015
1529
CHP
avatar

Adnan Oktar

Bir sənətçini öz başının çarəsinə baxmağa buraxmaq çox böyük vicdansızlıqdır. Əvvəla sənətçi dolanışıq dərdi çəkməməlidir. Ona çox mükəmməl bir həyat təmin edilməlidir. Dövlətin bir çox imkanı var. Sənətçiyə imkanlar təqdim etməlisən, o da rahatlıqla öz sənətiylə məşğul olmalıdır. Sən adamı həyat mübarizəsi aparmağa məcbur etsən, o zaman o necə sənəti ilə məşğul olsun?
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Bəla, prezident idarəetmə sisteminin hakim olmasında deyil, prezident idarəetmə sisteminin gətirəcəyi federasiyadadır. Yoxsa biz prezident idarəetmə sisteminə qarşı çıxmırıq.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Ənənəvi ortodoks İslam anlayışıyla İslam izah edilməz. "Hacı əmi"ləri televiziya ekranına çıxarırlar, onlar da 1930-1940-cı illərdə mövcud olan zehniyyətlə öz xurafatlarından danışırlar (dini mövzuları tənzih edirəm). Həmyaşıdı olan, öz zehniyyətindəki insanlara xitab edir. Gənclər də bunları təəccüb və ibrətlə seyr edirlər. Halbuki dini izah etmək üçün nə uyğun mədəniyyətə, nə də məlumata sahibdirlər.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Din olduqca asan və sadədir. Sevgi, mərhəmət, dostluq, qardaşlıq, bağışlayıcılıq, altruizm, fədakarlıq, igidlik, cavanlıq. Comərdlik necə də gözəldir. Məsələn, sevdiyin bir insanın malı, mülkü olmur. Comərd davranırsan, xoşbəxt olur, sevinir. Bu sənə də xoş gəlir.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilərin göstərdiyi din cəhənnəmdir. Musiqi yox, şəkil yox, əyləncə yox, sevgi yox, dostluq yox, yoldaşlıq yox, heç nə yoxdur. Bəla var, tərbiyəsizlik var, məntiqsizlik var, xurafat var, batil inanclar var.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Dindən uzaq olduqda, İslamdan uzaq olduqda, Allahdan qorxmadıqda, Allahı sevmədikdə həyat kabus olur. Allahdan tək sözlə belə bəhs etmirlər. Bir dəfə "Allah" de. Dilin mi qopar, bir "Allah" de, bir şey olmaz. Demirlər. İnanılmaz bir narahatlıq, inanılmaz bir gərginlik var. Qətiyyən sevgi yoxdur. Sevgi deyə bir şey yoxdur, bitmişdir sevgi. Hörmət də yoxdur, hörmət də qalmamışdır.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Palçıqlı sudan insan yaranarmı? Fillər, zürafələr, quşlar, leyləklər, zeytun, portağal ağacları, pomidor, bibər; "hamısı təsadüfən palçıqlı sulardan yarandı" deyir. Onda bir çənin içinə bütün kimyəvi maddələri dolduraq və istədiyiniz hər şeyi edək. İnsanlar da həmin çənin başında atadan oğula milyonlarla il gözləsinlər. O çənlərdən nə zürafə, nə insan, nə pomidor, nə bibər, nə də üzüm çıxar; heç nə çıxmaz.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Allah insanı gözəl bir yaradılışla yaradacaq, beş duyğu verəcək; sən də; "təsadüfən palçıqlı sulardan yarandın, mikrobdan meydana gəldin sən. Allah yox" deyəcəksən. Guya elmin mənfəəti üçün, bu qədər meyvəni, bu qədər tərəvəzi, heyvanları, bitkiləri yaradan Allahı tamamilə inkar edəcəksən. Bu çox böyük bir fəlakət gətirər. İnsanlar məhv olar. Allah mehdiyyət vəsiləsiylə Türkiyəni məhv etmir.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Məktəblərdə darvinizm geniş şəkildə izah edilsin, lakin cavablandırma haqqı verilsin. Sadəcə daşlaşmış qalıntıları (fosilləri) aparıb məktəblərin önünə qoyaq. Şagirdlər görsün. Bu qədər, başqa şey istəmirik. Zülalın elmi cəhətdən təsadüfən meydana gəlməsi qeyri-mümkün olduğu deyilsin.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Qurandakı hikmətlərin anlaşılması üçün, Onun aramla, başa düşülərək və yavaş-yavaş oxunması vacibdir.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Çox nadir seçilmiş, Allah tərəfindən xüsusi olaraq ilham edilmiş və Allah tərəfindən dərin yuxuya verilmiş insanlar Mehdi (ə.s)-a yaxınlaşır. Kəhf əhli kimi. Bu cür adam, taleyində olduğu üçün, istəsə də uzaqlaşa bilməz. Həqiqi Mehdi tələbəsinin iradəsi çatmaz getməyə. Amma o biriləri də, istəsələr belə, hz. Mehdi (ə.s)-ın tələbəsi ola bilməzlər.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Kəhf surəsi birbaşa mehdiyyətdən bəhs edən bir surədir. Əvvəldən axıra qədər mehdiyyəti izah edir. Amma işarələrlə, sirr dolu izahatlarla izah edir. Yəni açıq-aşkar, aydın şəkildə izah olmaz. Ağıl sahibi, hikmət sahibi, təfəkkür sahibi olan, Allahın istəyi ilə, verəcəyi ilhamla, oradakı simvolların, işarələrin sirrini açar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Allah həyatı yuxu kimi yaradır. Quran bu böyük sirrə işarə edir. İnsanlar dünyada yuxuda olduqlarını bilmirlər. Halbuki, hal-hazırda hamısı yuxudadırlar, yuxu görürlər. Bir hissəsi, məsələn, fəlsəfə tədqiqatçıları, bu həqiqətə heyrət və dəhşət içində şahid olurlar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Küfr əhlindən ayrılmaq, küfr əhlinin mədəniyyətindən uzaqlaşmaq insanın beynini təmiz və pak edər. Bir çox insan küfr əhlindən tamamilə ayrıla bilməz. Belələri yarı müsəlman olub, yarı küfr içində olar. Küfr əhlinin mədəniyyətini yaşayar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Fədakar olmamaq çox böyük vicdansızlıq, əxlaqsızlıqdır. Məsələn, ölkəmizə sığınan suriyalı məzlumlar. Əlbəttə ki, bu bizə iqtisadi yük gətirir, çətinlik gətirir; fəda olsun. Ailəvi şəkildə məhv olmalarından, işgəncə və əzab çəkmələrindənsə, qoy bizim pulumuz getsin.
A9 TV; 22 may 2015
avatar

Adnan Oktar

Mömin iman sahibi olmaqla yaraşıqlı olur, imtahana çəkilməklə gözəl olur. İmtahan mühiti aradan qalxsa mömin məhv olar, Allah qorusun. Yəni heç bir çətinliklə qarşılaşmırsa, deməli, heç bir savab da qazanmır. Biz imtahan olunmağa gəldik. Allah da bunun üçün: "Yoxsa siz elə güman edirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən, birbaşa Cənnətə daxil olacaqsınız?" deyir.
A9 TV; 22 may 2015
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in dövründə, səhabələrin dövründə məzhəblər yox idi. Vəhhabi, sünni, şiə müsəlmanları yox idi. Quran müsəlmanlığı vardı.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Dünyadakı bütün dövlət xadimləri Qurana tabe olmalıdır. Məqbul və ağlabatan olması üçün. Baxın ölkələrə, gördüyünüz kimi bəziləri çevriliş həyata keçirir, bəziləri də insanları aparıb asır. Böyük hissəsi nizamsızdır. Xalqlara zülm verirlər.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Quranı əvvəldən axıra qədər oxuyub, hökmlərini diqqətlə tətbiq edən insan çox ağıllı olar. Çox hərtərəfli olar, çox ağıllı şəkildə danışar.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Quran həmçinin ağlın kitabıdır. Həm sevginin, həm də ağlın kitabıdır. İnsan Qurana tabe olduğu təqdirdə ağıllı olar. Məqbul, nizamlı olar.
A9 TV; 21 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ən ağlabatan şey AKP-MHP koalisiyasının yaradılmasıdır. CHP-AKP koalisiyasından bir şey çıxmaz. Mənim qənaətimə görə həm CHP, həm də AKP zəifləyər. İkisi də kiçilərlər. Ağıllı bir şey olmaz. Sitatlar
Türkiyənin sahibləri çox güclüdür. Vətənpərvər gənclik Türkiyənin sahibidir, BBP-lilər   Türkiyənin sahibidir, Səadət Partiyasının dindar gəncliyi, CHP-nin fəal, diribaş gəncliyi,   Ədalət və İnkişaf Partiyasının dindar gəncliyi, hamısı Türkiyənin sahibidir. Buna görə   heç kim Türkiyəyə oyun oynaya bilməz. Sitatlar
Milliyyətçi gənclər, Alperenlər, əgər alınarsa Səadət partiyasının gəncləri də bir araya   gəlsinlər. Qərarlı duruş sərgilənən bir platforma meydana gətirsinlər qanuna, hüquqa   uyğun şəkildə. Ədalət və İnkişaf Partiyası, CHP partiyasının gəncləri də buna qoşulsun.   Bölünməyə qarşı fövqəladə bir dayanıqlılıq və müqavimət göstərən bir açıqlama verilsin. Sitatlar
Sitatlar
CHP gecə-gündüz Allahdan bəhs etsin, cənab Kılıçdaroğlu ayələrlə danışsın, İslam   Birliyini müdafiə etdiklərini açıq şəkildə bildirsinlər. Sülhü, qardaşlığı, sevgini,   Bədiüzzamanı tərifləsinlər, Süleyman Hilmi Tunahanı tərifləsinlər. Bir sözlə, Atatürkün   dindarlıq anlayışını müdafiə etsinlər. Eynilə Atatürk kimi olsunlar, qalib gələrlər, 70% səs   çoxluğu ilə hakimiyyətə gələrlər. Sitatlar
CHP çox mütərəqqi, çox çevik olmalıdır və çox yaradıcı bir ruha sahib olmalıdır.   Xüsusilə də, Atatürkün dindarlıq anlayışını yaxşı şəkildə mənimsəyib, partiyaya hakim   etməlidir. Sitatlar
CHP Atatürkün anlayışını mənimsəsin. CHP Atatürkün sevgi, dostluq, qardaşlıq, birlik  anlayışı, Türk-İslam Birliyi, İslam Birliyi anlayışı, Türk dünyasının birləşməsi anlayışı,   Qurana sevgi anlayışı, qadına və sənətə baxışını yaxşı şəkildə mənimsəsin. Əgər bu   olsa, CHP-nin səy göstərməsinə ehtiyac qalmaz, onsuz da millət dərhal onu bağrına   basar. Sitatlar
Dindar CHP müvəffəqiyyət qazanar. Dindar CHP Türkiyənin bəzəyi olar. Əmin olsunlar, ən azı 70% səslə hakimiyyəti ələ keçirərlər. Marksdan bəhs edirsənsə, Bədiüzzamandan da bəhs etməlisən. Süleyman Hilmi Tunahandan da bəhs etməlisən. Onda müvəffəqiyyət qazanarsan. Başqa cür olmaz. Sitatlar
CHP-ni tənqid edənlərin belə ağır, kəskin bir üslub, xoşagəlməz bir söhbət üslubu deyil, yaradıcı və səmimi danışmaları lazımdır. Çoxbilmişlik, zirəklik, dilbazlıq yarışına girirlər. Bu, CHP-dəki ruhu daha da zədələyər. Bu doğru olmaz. Sitatlar
CHP sağın bütün gözəlliyini, rənglərini, zənginliyini almalıdır; solun da bütün keyfiyyət, sənət, estetika, azadlıq, demokratiya, elm anlayışını sonuna kimi müdafiə etməlidir. Solun məmnun olmadığı heç bir nöqtə qalmasın. Sağın da bütün zənginliyini alsın. Sitatlar
Qat dinçiliyə qarşı CHP-nin çox güclü qarşı çıxması lazımdır. Qatı dinçilik ancaq dindarlıqla aradan qaldırılır. Qatı dinçilik dinsizlik, materialistliklə qaldırılmır, solçuluqla qaldırılmır. O zaman din həmişə qalib gələr, əzib keçər. Sitatlar
Müasir İslam anlayışını müdafiə edən aydın, mütərəqqi CHP-dir. İslam Birliyini müdafiə edən Cümhuriyyət Xalq Partiyasıdır. Asanlıq və gözəllik budur. CHP-ni qurtaracaq ən gözəl düstur da budur. İslam Birliyi, müasir İslam. Bu ikisi CHP-yə hakim olursa, CHP-nin birinci partiya olması an məsələsidir. Sitatlar
CHP-lilər İslamı, müasir İslam anlayışını ön plana alsınlar; çünki Atatürkün, rəhmətlinin idealı o idi, İslam Birliyi idi. İslam Birliyindən bəhs etsinlər, Atatürkün müasir İslam anlayışını ön plana gətirsinlər; gözəl bir nəticə olsun. Sitatlar
CHP bütün müsəlmanları sevsin, təşəbbüskar olsun. Qatı, kommunist zehniyyətli bəzi insanlar CHP-nin ruhunu, bərəkətini, səhhətini pozur. Buna icazə verməsinlər. Sitatlar
CHP ilk öncə müasir İslam anlayışıyla ortaya çıxıb, Atatürkün fikirləri istiqamətində İslam Birliyini, Türk-İslam Birliyini, Quran həqiqətlərini müdafiə etməlidir. Sitatlar
CHP həyat doludur. Əgər müasir İslam anlayışı ilə ortaya çıxarsa həddindən çox səs toplayar. Sitatlar
CHP-nin edəcəyi ən yaxşı iş xalqın, Anadolu xalqının, millətin ruhuna xitab edən ruh olar. Sitatlar
Gənclər küçələrdə bir-birinə bağlansın. CHP gəncləri, MHP gəncləri, Hüdapar, BBP-nin igidləri, igidlərimiz, AKP-li gənclər. Səhərə qədər keşik çəkəcəyik. Sitatlar
Xalq polisə çox yaxşı dəstək olsun. Polisin sayını xeyli artıraq. Polisə daha güclü, daha ağır silahlar verilsin. CHP, MHP, AKP gəncləri əl-ələ çox güclü, böyük mitinqlər keçirsinlər. Sitatlar
Bütün partiyalar, CHP-ni də, MHP-ni də, AKP-ni də vətənpərvər bütün solçu və kommunist ətrafları da əhatə edən bir siyasət anlayışı göstərməlidir. Sitatlar
AK Partiyanın dindarlara azadlıq vermə siyasəti gözəldir, amma CHP-ın da qatı dinçiliyi dayandırma siyasəti tarazlığı təmin edir. Hamısında xeyir var. Sitatlar
CHP-in iqtidara gələ bilməməsinin səbəbi, lazımsız yerə marksist dəstəyi almasıdır. Halbuki, CHP Atatürkün partiyasıdır. Atatürk İslama xidmət etmişdir. CHP də bunu etməlidir. Sitatlar
Türkiyədə aydın, dünyəvi Atatürkçü CHP-in olmağı bir gözəllikdir. CHP çox dəyərli, çox bacarıqlı insanların olduğu bir partiyadır. Sitatlar
AKP, MHP, BBP, Səadət―bütün sağ partiyalarımızın fərqli gözəllikləri var. Hər hansı partiyanı təhqir etmək ağıllı hərəkət deyil. Bütün partiyaların yaxşı cəhətlərini bir yerə yığmaq ən məqsədəuyğun hərəkətdir. CHP də yaxşıdır, tarazlıq partiyasıdır. Sitatlar
MHP daxili və xarici təhlükələrə qarşı böyük gücdür. CHP qatı dinçiliyə qarşı mükəmməl potensialdır. Səadət Partiyası Ortodoks rəftarı ilə çox razıdır. Həmçinin Böyük Birlik Partiyasını da bütün qəlbimlə dəstəkləyirəm. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur