logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 iyun 2013

avatar

Adnan Oktar

Ən şiddətli döyüşdən belə çıxış yolu tapmaq mümkündür. Müəyyən müdaxilələrlə savaş dayandırıla bilər.
A9 TV; 23 iyun 2013
1884
avatar

Adnan Oktar

Əvvəl ayrıldıqlarımızla bir yerə gələcəyik: Yunanıstana, Bolqarıstana çatana qədər hamısı ilə birləşəcəyik. Mərakeş, Tunis, Əlcəzair, Liviya, Misir hər biri ilə birləşəcəyik.
A9 TV; 23 iyun 2013
avatar

Adnan Oktar

Səadət partiyası klassik Osmanlı ruhunu daşıyan, Ortodoks İslamı təmsil edən isti yuva, xoş yerdir. Mütləq olmalıdır.
A9 TV; 19 iyun 2013
avatar

Adnan Oktar

CHP bir ovuc kommunistin təlqin və tövsiyələrinə məhəl qoymasın, xalqın ümumi meyli nədirsə onunla uyğunlaşsın. Müasir, mehriban, Atatürkçü cəhətləri ilə güclü olan iqtidara gəlsin, inşaAllah.
A9 TV; 22 iyun 2013
avatar

Adnan Oktar

Çadralı və başı açıq xanımların bir qismi arasında nifrət mütləq yox edilməlidir. Müsəlman hz. Məryəm kimi həlim olmalıdır.
A9 TV; 22 iyun 2013
avatar

Adnan Oktar

Türkiyə Avropa böhran içində ikən ən bərəkətli ölkədir. İqtisadiyyatına görə ən sağlam ölkədir. Xarici və daxili ticarətdə mütənasib, tarazlı vəziyyəti vardır. Bu da AK partiyanın sayəsində mümkün olmuşdur. AK partiyası vəsilə oldu.
A9 TV; 22 iyun 2013
avatar

Adnan Oktar

Keyfiyyət daim artırılmalıdır. Bir insan "mükəmmələm", "çox yaxşıyam" deyə bilməz. Hər şeydə keyfiyyət, azadlıq insanın içini açar. İnsanlar müasir insanı sevirlər.
A9 TV; 22 iyun 2013
avatar

Adnan Oktar

Mehribanlığı daha çox artırıb insanların içində pis ruhlu olanları utandırmaq lazımdır. Məsələn, bir mövzunu tənqid edirlərsə, onun on qat artıq gözəl cavabını vermək lazımdır.
A9 TV; 22 iyun 2013
avatar

Adnan Oktar

Mənim Tayyib bəyə tövsiyəm odur ki, müasir həyat tərzinə, müasir insanlara, müasirliyə dəstəyini açıq şəkildə göstərsin. Çünki bütün Avropa, Amerika müasirdir. Müasirliyi dünyanın hər yerində sevirlər.
A9 TV; 22 iyun 2013
avatar

Adnan Oktar

Ələvi qardaşlarımızı çox sevsinlər. Onlar canımızdır, çox gözəl insanlardır, mehribandırlar, xurafatçılığa qarşıdırlar. Üfüqləri genişdir. Dünyəviliyi müdafiə edərlər. Dində təzyiqi qəbul etməzlər. Hər tərəfli mükəmməl insanlardır.
A9 TV; 21 iyun 2013
avatar

Adnan Oktar

Allah bizim sərbəst olmağımızı, cənnətdəki kimi yaşamağımızı istəyir. Allah ayədə buyurur ki, Allah sizə sıxıntı verib neyləsin? Amma buddist inancında da, köhnə inanclarda da sıxıntı vermək, özünə acı çəkdirmək Allaha yaxınlaşmağın bir yolu hesab edilir.
A9 TV; 21 iyun 2013
avatar

Adnan Oktar

İslamda qadağalar barmaqla sayılır. Halalları saymağa cəhd etsən ömrün çatmaz. Haramları saymaq isə barmaqla sayılacaq qədərdir. Halalların sayı-hesabı yoxdur.
A9 TV; 21 iyun 2013
avatar

Adnan Oktar

Bir müddət sonra görəcəksiniz, dünyadakı ana dil türkcə olacaq. Mehdi (ə.s)-ın dili olduğu üçün bütün dünya türkcə öyrənəcək, inşaAllah.
A9 TV; 21 iyun 2013
avatar

Adnan Oktar

Keyfiyyətli bir insan hər gördüyü yalana diqqət etmədən, araşdırmadan "nə gözəldir" deməməlidir. Heç düşünmədən inanan insanlar, əsasən, keyfiyyətsiz insanlardır.
A9 TV; 21 iyun 2013
avatar

Adnan Oktar

Dövlətlərlə dindarlığın təmin edilməsi mümkün deyil. Dindarlıq mehdiyyətlə təmin edilər. Dindarlıqla da gələn sistem, gələn ruh sevgidir. Yəni mehdiyyət bol sevgi, mərhəmət, şəfqət, anlayış, şirinlik, üfüq genişliyi, sənət, elm və ictimai ədalət gətirər.
A9 TV; 21 iyun 2013
avatar

Adnan Oktar

Azadlıq fərahlıq və bərəkət gətirər. Yəhudiyə də, xristiana da, dinsizə də sahib çıxmaq lazımdır. Belə liberal, fərah, gözəl mühit olsun. Belə mühitdə çox zəngin, tam dolğun din anlayışı hakim olar. Dünyəvilik dinin özündə olan sistemdir.
A9 TV; 21 iyun 2013
avatar

Adnan Oktar

Təzyiq etdikcə insanın qüruru alt-üst olar. İçməyən adama içki içirər, namaz qılan adamı namazdan uzaqlaşdırsan, nə cür hadisə desən başına gələr. Yəni təzyiq insanın tarazlığını pozar.
A9 TV; 21 iyun 2013
avatar

Adnan Oktar

İstəyən istədiyi kimi, necə istəyirsə elə yaşasın. Nə internetə, nə facebooka, nə skype-a, nə insanların dini inancına, nə də düşüncəsinə qarışılsın. Hər kəs azad olsun. Din belə mühitdə rahat şəkildə inkişaf edər.
A9 TV; 21 iyun 2013
avatar

Adnan Oktar

İsraildə dini təmizləməyə çalışsan, Yaxın Şərqdə də dinə zərər gələr, Allah əsirgəsin. İsrailin dindarlığı bütün bölgəyə nümunə oldu. Misirə, Fələstinə nümunə oldu. Onlar da dindar oldular.
A9 TV; 20 iyun 2013
avatar

Adnan Oktar

Ən çox savab imanını artıraraq qazanılır. Yəni əgər sən savabının artmasını istəyirsənsə, səmimiyyətini çox artırmalısan, çox-çox savab qazanarsan. Səmimiyyətə bağlı olaraq imanını çox artırsan ondan da çox savab qazanarsan. Ən çox savab buradadır.
A9 TV; 20 iyun 2013
avatar

Adnan Oktar

Fənərbaxça, Beşikdaş, Qalatasaray tərəfdarları ―onlar da bir-birlərini çox sevsinlər. Döyməyə, söyməyə, kəsməyə, asmağa, təhqirə nə ehtiyac var? Bu dəhşət iman zəifliyindən qaynaqlanır. Futbol komandası tərəfdarlarına sevgi, mərhəmət, şəfqət baxımından təhsil vermələri lazımdır. Hər yerdə xüsusi söhbətlər təşkil edilməlidir. “Sevgi günləri” adlı gün təşkil etmək lazımdır. Bir-birilərinə isinmələri üçün yığıncaqlar təşkil etmək lazımdır.
A9 TV; 20 iyun 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allahın əsl istədiyi sülhdür. Allah müharibə istəmir. Döyüşü Allah imtahan vəsiləsi olaraq yaradar. Müharibəni, o fitnəni aradan qaldıran kimdir? Allahdır. Möminləri də vəsilə edər, sülh mühitini meydana gətirər. Sitatlar
Möminlər arasında müxaliflik olmaz. Möminlər arasında ittifaq, birlik olar, qardaşlıq, vəhdət olar. Əks təqdiri haramdır. Sitatlar
Xristianlar, Yəhudilər bizim canlarımızdır. Onlarla ittifaq edib elmlə, fikri mübarizə ilə Allahsız, kitabsız dəccaliyyəti aradan qaldıracağıq. Sitatlar
Xristianlarla ittifaq etdikdən sonra, xristianların səhv üçləmə inanclarının düzəlməsi ilə İslam dünyaya hakim olacaq. Sitatlar
Gözəl xasiyyətli, sevgi dolu, bağışlayan olmaq lazımdır. Mübahisədən çəkinmək, kinli olmamaq lazımdır. Bunun əksi isə ağılsızlıqdır. Allahın rizasına uyğun olmayan,  Allahın qəzəbinə səbəb olan davranışdır. Çünki yaradılışa ziddir, əxlaqsızlıqdır, yəni insanın çirkin cəsarəti, şeytani yönüdür. Sitatlar
Sülhün, sevginin həll edəcəyi bir şeyi döyüşlə həll etməyə çalışırlar. ƏN GÖZƏL SİLAH SEVGİDİR. Sevgi ilə həll etmək lazımdır. Sitatlar
Öz içimizdə ittifaq etməyincə, Xristianlarla necə ittifaq edəcəyik? Bax, hər yer sevgi, yetkinlik, nəzakət, hörmət, mehribanlıq və anlayışlı olmağın vacibliyini bizə göstərir. HƏLİM OLMAQ LAZIMDIR. BU OLMADIQDAN SONRA DÜNYA CƏHƏNNƏMƏ DÖNÜR. Bu olduqdan sonra isə dünya hüzur içərisində rahat olur. Sitatlar
İslam aləmində ağrıların bitməsinin tək yolu Müsəlmanların ittifaqıdır. Bəzilərini lənətləmək, qınamaq problemin həlli deyil. Həll yalnız Türk İslam Birliyidir. Sitatlar
Kim döyüşü qızışdırsa ona simpatiya duyarlar. Kim qan tökülməsini təşviq edirsə ona məhəbbətlə baxarlar, onu qiymətli görürlər. Bu da şeytanın təşviqi ilə olur. Sitatlar
Allahın yaratma sənətini çox düşünmək lazımdır, həm öyrənmək üçün, həm də zövq almaq üçün düşünmək lazımdır. Bunda zövq vardır. Çünki təəccüblənmək və heyrətlənmək çox zövqlüdür. Düşünə-düşünə heyrət edib, heyrətin də zövqünü ayrıca almaq lazımdır. Sitatlar
İnsanların böyük bir hissəsi gecə - gündüz döyüş ruhu içində olurlar, kimsəni sevmirlər. Hər kəsə sevgi göstərilməlidir. Mən bütün insanları, bütün qrupları çox sevirəm. MÜSƏLMANLAR BİR-BİRİNİ SEVMƏZSƏ CƏNNƏTƏ GİRƏ BİLMƏZLƏR. Cənnətdə bizə "hansı camaata mənsubsan" deyə soruşulmayacaq. CƏNNƏTDƏ QARDAŞ OLACAQLARIN, BURADA DA QARDAŞ OLMALARI LAZIMDIR. Sitatlar
İslam Birliyi Allahın əmridir, Peyğəmbərimiz (s.ə.v)ın vəsiyyətidir. Sitatlar
Hz. Mehdinin (ə.s) hərbi gücünün silahı sevgidir, mərhəmət və söhbətdir. Dəccalının gücü isə qan və barıtdır. Hz. Mehdi (ə.s) yalnız sevgi ilə hərəkət edər. Ustad Bədiüzzamanın ifadəsiylə Hz. Mehdinin (ə.s) üç silahı sənət, bacarıq və ittifaqdır. Sitatlar
Bölünmüş parçalanmış ittifaq olmaz. İttifaq "təklik" deməkdir. Hz. Mehdi (ə.s), Müsəlmanların bölgüsünü aradan qaldıracaq. Eyni Peyğəmbərimiz (s.ə.v)ın dövründə necə idisə elə olacaq. Sitatlar
Qadının olduğu yerlərdə savaşmaq olmaz, gərginlik olmaz, nəzakət olar. Qadınların olmadığı yerdə kobudluq olar ümumiyyətlə. Bir qadın belə olsa hər kəs nəzakətlə davranar. Qadın hər yerə nəciblik, nəzakət gətirər. Sitatlar
Müharibə çətindir, döyüş çətindir, zülm çətindir. İnsanlara əzab çəkdirmək çətindir. Bunlar çox iyrəncdir. Sevgi, dostluq, qardaşlıq, rifah, zənginlik, bərəkət bunlar zövqlü və gözəl şeylərdir. Sitatlar
İnsanların əksəriyyəti döyüşə və gərginliyə çox alışdığı üçün dünyada ikinci yol olmadığını zənn edir, sevginin yaşana biləcəyini başa düşə bilmirlər. Sitatlar
Özünə hörməti olmayan, savaşmağa meylli, həmişə söyüşlə danışanlar nifrət dolu həyatı məqbul görürlər. Belə həyat olmayacağını söyləmək lazımdır. Sitatlar
Normalda hər insanın çox normal və stabil olması lazımdır, lakin insanlarda yaxşılıq zənginliyi olduğu qədər pislik zənginliyi də olur. Qısqanclıq, qəzəb, eqoistlik, dava-dalaş, dedi-qoduçuluq kimi mənfi xüsusiyyətlər bəzi insanlara heyrətamiz şəkildə hakim olur. Sitatlar
Dünyanın qardaş olması çox asandır. Döyüş, nifrət, müharibə çətin olandır. Buna baxmayaraq, qardaş olmamaq üçün müqavimət göstərmələri çox təəccüblüdür. Sülhü çox çətin göstərirlər. Dost olmağı, ittifaq etməyi, müsəlmanların birlik olmasını çətin göstərirlər. Halbuki dostluq və sülh asandır. Sitatlar
Mehdiyyətin sevgi, mərhəmət, gözəllik, yaxşılıq anlayışını dünyaya hakim etmək əhəmiyyətlidir. Mübahisə ilə, dava ilə heç bir məsələ həll edilməz. Sitatlar
Küçə heyvanları üçün xüsusi restoranlar olması lazımdır. Quş restoranları, pişik restoranları, it restoranları təcili lazımdır. Onlara hər nemət verilməlidir. Sitatlar
Münafiq qotur it kimi tənha gəzmək istəyər, təkbaşına bir küncdə həyatı sona çatar. Münafiq Allahın xatırlanmasını eşitmək istəmədiyindən tək qalmaq istəyər və İslamın yayılmaması üçün küfr əhlinə dəstək verər. Sitatlar
Vəhşi itlər öləcəkləri zaman təkliyi seçər. Münafiqlər də mənəvi cəhətdən ölümü reallaşdığı üçün vəhşi it kimi təkliyə qaçar. Sitatlar
Əvvəl ayrıldıqlarımızla bir yerə gələcəyik: Yunanıstana, Bolqarıstana çatana qədər hamısı ilə birləşəcəyik. Mərakeş, Tunis, Əlcəzair, Liviya, Misir hər biri ilə birləşəcəyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur