logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 29 noyabr 2015

avatar

Adnan Oktar

Hədislərə görə, fəlakətlər o qədər kəskinləşəcək ki, hər kəs öz başının çarəsinə baxacaqdır. Heç kim mənfəətini düşünməyə halı qalmayacaqdır. Hadisələr təsəvvür edə bilməyəcəkləri şəkildə böyüyəcəkdir. Qurtuluş üçün, mütləq İmam Mehdi (ə.s) zühur etməlidir. İkinci yol yoxdur.
A9 TV; 29 noyabr 2015
1679
avatar

Adnan Oktar

Müsəlman müsəlmanı öldürür. Müsəlmanların başında bir lider olsa, məsələ həll olacaq. İslam Birliyi olsa, bütün müsəlmanlar xilas olacaq. Həmin gün, həmin saat xilas olarlar. Bir mənəvi lider, sevgi bağıyla lider, bütün terror və anarxiya qruplarının fəaliyyətini dayandıracaq. Sevgini, qardaşlığı əsas götürən bir ruhu bütün İslam aləminə yayacaq, hər kəsə bir-birinin dostu olduğunu göstərəcək.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

İslam Birliyinə qarşı müqavimət göstərmək haramdır, müsəlmanların başına lider seçməsi fərzdir. Hər gecikmə haramın qatlanaraq artmasına səbəb olur, müsəlmanlar, öldürülən hər insandan, hər məzlumdan məsul olurlar. Çünki inadla İslam Birliyini istəmirlər, inadla mehdiyyətdən uzaq dayanmağa çalışırlar. Uzaq dayanmağa çalışdıqca da, cinayətlər, ölümlər qatbaqat artır.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

Həyatında nələr edəcəyi onsuz da taleyində məlumdur, nələr olacağı da məlumdur, lakin təşvişə qapılır. Bunu Allah ən yaxşı şəkildə etmişdir, mümkün olduqca ən mükəmməl şəkildə etmişdir. Bəs təşvişə qapılmağın nə mənası var? Heç bir ağıllı tərəfi yoxdur, məntiqi də yoxdur. Çünki məsələ onsuz da həll olmuşdur. Boşuna təşvişə qapılır. Allah hər şeyi ən gözəl şəkildə yaradır.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

Başa öz-özünə məlumat gəlməz. Tərbiyə edilməlidir, öyrədilməlidir. Başını qoy yerə yat, bu cür olmaz, insan xüsusi olaraq məşğul olmalıdır. Düşünmək namaz kimi ibadətdir.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

O uşağın dənizdə sahilə vurması səbəbi, müsəlmanların başçı seçməmələridir, birləşmə qərarı almamalarıdır. Birləşmə qərarındakı ən mühüm şey başçının seçilməsidir. Hər kəs, başçı seçmədən "birləşək" deyir, bütün dövlət başçıları filan. Sən başçını seç, ondan sonra bax gör birləşirlər ya yox? "Başçımız budur" desən, onsuz da birləşmə olur.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

Bölgə, Türk İslam Birliyi düşüncəsini qəbul edər. Lakin Amerikanın bu hegemon məntiqini qəbul etməzlər. Bir də Osmanlı deyə heç nə olmaz. Səlcuqlular deyə heç nə olmaz. Bir daha Oğuz xanın dövrünə qayıdılmaq olmaz. Bir daha Sultan Alp Arslanın dövrünə qayıdılmaq olmaz. Nəyə qayıtmaq olar? Gələcəyə qayıtmaq olar. Gələcək nədir? Mehdiyyətdir.
A9 TV; 27 noyabr 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sisteminin tətbiq olunduğu ölkələr onsuz da nizamsız vəziyyətdə idilər, prezident idarəetmə sistemi ilə onları birləşdirdilər. Lakin dünyada unitar bir dövlətin prezident idarəetmə sisteminə keçib bölünməsinə aid nümunə yoxdur.
A9 TV; 23 noyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) yetmiş pərdəyə bürünmüşdür, görə bilənlərə eşq olsun. Bu elə bürünmədir ki, hz. Mehdi (ə.s) belə özünü görə bilmir. Allah bu dərəcədə bürümüşdür. Tövrat təfsirçisi hahamlar: "Anası, atası, ailəsi onlar da görə bilməzlər Moşiyah Mehdini" deyirlər. Bu qədər pərdələnmişdir.
A9 TV; 22 noyabr 2015
avatar

Adnan Oktar

Qadın hüquqları, azadlıq, demokratiya, musiqi, şəkil, sənət, heykəltəraşlıq, gözəl olan hər şeyə hökumət sahib çıxsın. Keyfiyyətə hökumət sahib çıxsın, estetikaya hökumət sahib çıxsın. "Bunlar türk millətinin xüsusiyyətidir" desin.
A9 TV; 21 noyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ın xüsusiyyəti ayaq basdığı hər yerdə şeytanın ayağını qırmaqdır. Faşizmin ayaq səslərini yox etməkdir. Azadlığı, sevinci, bayram əhval-ruhiyyəsini, iman sevincini bütün dünyaya daddırmaqdır. Görünməmiş ictimai ədalət yaratmaqdır.
A9 TV; 21 noyabr 2015
avatar

Adnan Oktar

Vəfa Allah üçün olar. İmansız insan üçün vəfanın bədəli ağırdır. Başını bəlaya salar. Möminə isə, bərəkət və nur gətirər, gözəllik gətirər. Görünməmiş gözəllikdir, igidlikdir. Səbrin hər dəqiqəsi, saniyəsi imansız bir insanın sümüklərini çatırdadar, ona qəribə əzab verər. Lakin iman olduqda səbir edilər. Bunun üçün insanlar Qurana borcludurlar.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Gözəl əxlaqlı olum deməklə, insan gözəl əxlaqlı ola bilməz. Allahdan qorxaraq, Allahı sevərək gözəl əxlaqlı olunar. Yoxsa səxavətli ola bilməz. Birinə mal verdikdə insanın ürəyi yanar. Bağışlamaq qəribə şəkildə qəzəbləndirər. Əgər iman yoxdursa, Allah qorxusu yoxdursa bağışlamaq, çox əsəbiləşdirici haldır.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

İnsanların topluluq halında xoşbəxt yaşamaları üçün lazım olan ən ağıllı və ən mükəmməl tənzimləmə yolu Quranda mövcuddur.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Quran diqqətlə araşdırıldıqda dünyada cənnət kimi yaşanması üçün, lazım olan bütün mükəmməl qanunların çox yaxşı qeyd olunduğunu görərik. Yəni Quran tam tətbiq olunduqda insanlar çox mükəmməl yaşayarlar. Nə etdiklərini çox yaxşı bilərlər. Cəmiyyət də çox mükəmməl yaşayar.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

İman zəifliyi olsa, əxlaq zəifliyi də olar. Çünki insan gözəl əxlaqı Qurandan öyrənir. İslam olmasa səbirli olmağa yaxın durmaz; "niyə səbirli olum?" deyər. "Niyə bağışlayım?" deyər. "Niyə əliaçıq olum?" deyər. "Niyə haqqımdan imtina edim?" deyər. Hər cəhətdən çökər insan.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Müsəlmanlar üçün ən mühüm şey imanın güclü olmasıdır. İman zəifliyi insanları pərişan edir. Dünyadakı ən böyük problem iman zəifliyidir. Quranın ən azı 70%-də insanların iman zəifliyindən bəhs edilir, iman həqiqətlərinin əhəmiyyətindən bəhs edilir.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Bəzi insanlara diqqət yetirin, özünə tək bir söz belə dedirtməz. Hamısına tək-tək izah gətirər. Həqiqətən tənqid olunacaq şeyi qəbul etməz. Bu böyük ziyan verər və insanda çox ciddi psixoloji problem meydana gələr. Yaxşı baxın, görərsiniz. Lakin özlərini tənqid edənlər çox həlim olurlar. Nə etdiyini çox yaxşı bilən, eləcə də, sözü və əməli bir-birini tutan insan olurlar. Bunu da görə bilərsiniz. Bu Quranın bir möcüzəsidir.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Ağılla hərəkət edən və nə etdiyini bilən insan olmaq üçün, mütləq nəfsi tənqid etmək lazımdır. Hərdənbir olsa da, mütləq tənqid etmək lazımdır. İnsanların içində də tənqid etmək lazımdır. Bu zaman insan ağılla hərəkət edən və nə etdiyini bilən biri olar. Bu Quran möcüzəsidir. Gözlə görünən möcüzədir.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

İnsan özünü tənqid etməsə, mükəmməl hesab etsə dəli kimi olar. Müsəlman mütləq özünü tənqid etməli və etdirməlidir. Əqli sağlamlığı baxımından bu lazımdır. Yoxsa əqli pozğunluq yaranar. Mühakimə qabiliyyəti yox olar. Bəsirəti, fərasəti bağlanar. Baxın ətrafınıza, görərsiniz. Qeyri-stabillik yaradar. İnsan ağılla hərəkət edən biri olmaz.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Sevgi böyük gücdür; çünki Allah sevgini insanın fitrətində yaratmışdır. Şeytan da insanın fitrətindən çıxartmağa çalışır. Şeytan bacara bilməyəcəyi bir işə girişdi. Şeytanı ayaqlarımızın altında əzəcəyik və sevgi dünyaya hakim olacaq.
A9 TV; 19 noyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Hz. Mehdi (ə.s)-ı sevəni Allah sevər. Mehdiyyətə bağlananı Allah xoşbəxt edər. Mehdiyyətdə bərəkət var. Sitatlar
Bütün süni mehdilik hərəkatları yox olar. Çünki bu, mehdiyyətlə lağ etmək deməkdir. Allah başına keçirər. Hər süni Mehdi namizədi məğlubiyyətlə nəticə qazanar. Sitatlar
Mehdiyyətə kömək göstərilər. Mehdiyyət iddiasıyla ortaya çıxılmaz. Tarixə diqqətlə baxın, hamısı məğlubiyyətlə nəticələnmişdir. Lakin mehdiyyətə kömək iddiasıyla ortaya çıxan hər kəsin, Allah yollarını açmış və hamısı bəxtiyar olmuşdur. Sitatlar
Mehdiyyət iddia deyil, isbatdır. İslam dünyaya hakim olar. Bir şəxs İslam aləminin başına keçər, biz o zaman onun “Allahualəm Mehdi (ə.s)” olduğunu düşünərik, bu qədər. Qəti şəkildə iddia da etmərik. "Allahualəm, yəqin ki, elədir" deyəcəyik. Sitatlar
İslam aləminin birləşməsinə mehdiyyət deyilir. Mehdiyyət İslam aləminin birləşməsinə bərabərdir. Başındakı liderə də biz, hz. Mehdi (ə.s) deyirik. Sitatlar
Dünyada baş verən dəhşət və əzab qat-qat artacaq, ta ki, Mehdinin açıq-aydın zühurunu görənə qədər. 2016-cı və 2017-ci illərdə, təkcə İslam aləmində deyil, hər yerdə dəhşət və əzab ağlasığmaz dərəcədə yüksələcək, 2018-ci ildə ortalıq cəhənnəmə çevriləcək sanki. 2019, 2021 və 2023-cü illər; bunlar qurtuluş illəridir. Sitatlar
Mehdi dövründə qadınlar maksimum dərəcədə azad olacaq və heç bir yerdə narahat edilməyəcəklər. Sitatlar
Hz. Mehdi (ə.s) yetmiş pərdəyə bürünmüşdür, görə bilənlərə eşq olsun. Bu elə bürünmədir ki, hz. Mehdi (ə.s) belə özünü görə bilmir. Allah bu dərəcədə bürümüşdür. Tövrat təfsirçisi hahamlar: "Anası, atası, ailəsi onlar da görə bilməzlər Moşiyah Mehdini" deyirlər. Bu qədər pərdələnmişdir. Sitatlar
Hz. Mehdi (ə.s) bir bayram başladır. Bir anda insanların qəlbi zənginləşir. O buna malını verir, bu ona pulunu verir, o buna imkanını verir, hər kəs bir-birini himayə edir. Ağlasığmaz zənginlik meydana gəlir. Mal-dövlət artıqlaması ilə paylanır, bütün ümmət bayram edir, bütün dünya, kasıblar, məzlumlar, hər kəs. Sitatlar
Mehdiyyətə qarşı olan heç bir hərəkat müvəffəqiyyətli ola bilməz. Hz. İsa Məsih (ə.s)-ın enişini rədd edən istənilən hərəkat məğlub olar. Sitatlar
Bütün bu hadisələr hədislərdə təsvir edildiyi kimi baş verir. Hz. Mehdi (ə.s)-ı da görəcəyik, hz. İsa Məsihi də görəcəyik, İslam Birliyini də görəcəyik, hamımız vəzifəmizi bitirdikdən sonra gedəcəyik. Burada heç kəs qalmayacaq. Sonda qalanlar da arxamızca gələcək, dünya boşalacaq, sonra da qiyamət qopacaq. Sitatlar
İsa Məsih gizli fəaliyyət göstərəcəkdir. Hz. Mehdi (ə.s) daha açıq fəaliyyət göstərər, lakin Allah Mehdini 70 pərdə ilə gizlətdiyi üçün son ana qədər anlaya bilməzlər. Sitatlar
Dünyadakı ən böyük xəstəlik iman zəifliyidir. Çəkilən bütün əzabların, iztirabların, xəstəliklərin təməlində bu var. Dünyadakı bütün fəlakətlərin, aclığın, iqtisadi böhranın təməlində də yenə bu var. Güclü iman olduqda Allah dünyanı cənnətə çevirər. Sitatlar
Çox az insan Allahın üzərində cəmləşə bilir. Belə olduqda da Allah müsibət, fəlakət, iqtisadi böhran yaradır. Yoxsa insanlar çox rahat və hüzurlu yaşayarlar. Sitatlar
Allahın nə demək istədiyini görmək lazımdır. Allah Özünə yaxınlaşdırmaq, Özünü xatırlatmaq istəyir. Sən təkidlə xatırlamaq istəməsən, Allaha yaxınlaşmaq istəməsən fəlakətlər ardı-ardına gələr. Sitatlar
Qasırğa kimi böyük fəlakətlərin çoxalması düşünən insanlar üçün bir işarədir. Sitatlar
Cənabı Allahın əmri ilə (ə.s)-ın zühuru ilə birlikdə fəlakətlərə dərhal son qoyulacaq. Nuh Tufanında da elə idi: Cənabı Allah yerə "Suyunu ud", ərzə də "Suyunu tut" deyir. Dərhal Allahın əmrinə tabe olub dayanırlar. Yer , göy sakitləşir, fəlakətlər dayanır, inşAllah. Sitatlar
Kommunistlər üçün xurafat əyləncədir. Elm və ağılla qarşı çıxan, onun üçün çox böyük bir bəla, fəlakətdir. Buna görə də kommunistlər bizdən dəhşətə düşürlər. Sitatlar
Quran bizi dünya nemətlərindən uzaqlaşdırmaz, əksinə nemətlərə yaxınlaşdırar. Quran çətinlik çəkiləcək bir kitab deyil, hüzura çatdıran kitabdır. Sitatlar
Zaman cənnətdə möminlər üçün sonsuz olur. Çünki Allahın ruhunu daşıyırlar. Allahın ruhu sonsuza qədər ölməz. Allah necə ölmürsə, ruhu da sonsuza qədər ölməz. Allah, insan üçün də; "Ruhumdan üfürdüm" deyir. Sitatlar
Ateistlərin varlığı, din əleyhinə hər cür yazı, söhbət, dinlə lağ edilməsi, müsəlmanın savabını artırmaq üçündür. Bütün bunlara baxmayaraq, müsəlman qalmağa davam edirsə, bu məqbul olur. Sitatlar
Müsəlman müsəlmanı öldürür. Müsəlmanların başında bir lider olsa, məsələ həll olacaq. İslam Birliyi olsa, bütün müsəlmanlar xilas olacaq. Həmin gün, həmin saat xilas olarlar. Bir mənəvi lider, sevgi bağıyla lider, bütün terror və anarxiya qruplarının fəaliyyətini dayandıracaq. Sevgini, qardaşlığı əsas götürən bir ruhu bütün İslam aləminə yayacaq, hər kəsə bir-birinin dostu olduğunu göstərəcək. Sitatlar
İnsan şeytanlarının çirkin sözləri, hücumları, tələ qurmaları, xainlikləri hər cür pis əməlləri, savabı olduqca artıran, Allah tərəfindən yaradılmış, Allah tərəfindən fürsət olaraq verilmiş nemətlərdir. Sitatlar
İslam Birliyinə qarşı müqavimət göstərmək haramdır, müsəlmanların başına lider seçməsi fərzdir. Hər gecikmə haramın qatlanaraq artmasına səbəb olur, müsəlmanlar, öldürülən hər insandan, hər məzlumdan məsul olurlar. Çünki inadla İslam Birliyini istəmirlər, inadla mehdiyyətdən uzaq dayanmağa çalışırlar. Uzaq dayanmağa çalışdıqca da, cinayətlər, ölümlər qatbaqat artır. Sitatlar
Dinin əleyhinə qəzetlərdə, radiolarda, küçədə, ailə içində bir çox yerdə görünməmiş ixtilaf var. Müsəlman buna baxmayaraq, imanlı olduqda çox böyük savab alır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur