logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 26 oktyabr 2015

avatar

Adnan Oktar

Həqiqi sevgi, sonsuz güc sahibi Allahdan qaynaqlandığı üçün əsla bitməz. Ölümdə davam edər, axirətdə davam edər, əbədiyyən davam edər.
A9 TV; 26 oktyabr 2015
1400
avatar

Adnan Oktar

Sevsən tərslik etməzsən, xəsislik etməzsən, eqoistlik etməzsən, sevdiyinin rahat və yaxşı olmağını istəyərsən.
A9 TV; 26 oktyabr 2015
avatar

Adnan Oktar

Kobud davransan sevgi gedər, nəzakətli davransan gələr. Əgər insan eqoistdirsə, sevgi dərhal gedər; eqoist deyilsə sevgi dərhal və artıqlamasıyla gələr.
A9 TV; 26 oktyabr 2015
avatar

Adnan Oktar

Öyünsən, təkəbbürlənsən dəli kimi görünərsən, bu antipatiya oyadar və sevilə bilməzsən. Təkəbbürləndiyin, lovğalandığın vaxt da sevilməz olursan. Sən niyə lovğalanırsan, niyə öyünürsən ki? Sevsin deyə edirsən, elə deyilmi? Əks təsir verər, sevgi gedər.
A9 TV; 26 oktyabr 2015
avatar

Adnan Oktar

Allahın dünyada bu qədər bəla verməsinin tək səbəbi nankorluqdur. Şükür yoxdursa, onsuz da nankorluq vardır. Çəkilən bütün bu əzablar nankorluğun qarşılığıdır. Nankorluq çox qorxunc şeydir. Böyük vicdansızlıqdır.
A9 TV; 26 oktyabr 2015
avatar

Adnan Oktar

Bəzi insanlar Allahı sevdikləri vaxt, zövq ala bilməyəcəklərini düşünə bilərlər. Ən böyük zövq, ən böyük həzz bu vaxt alınar. Allah dərinliyi əsil bu vaxt verər.
A9 TV; 26 oktyabr 2015
avatar

Adnan Oktar

Sənin sevdiyim dediyin kəs, beynindəki təsvirdir. Ən incə nöqtəsinə qədər kim yaradır? Kim sevdirir, kim danışdırır? Bütün bunları edən Allahdır. Yəni qarşındakı şəxsə aid heç nə yoxdur. Əgər sən Allahı deyil, əksinə xəyali bir bütü sevsən bu aldatma olar, özü də çox pis aldatma. Özünü çox pis aldatmış olarsan.
A9 TV; 26 oktyabr 2015
avatar

Adnan Oktar

Sevgidə şirk olarsa bu olmaz. Məsələn; "mən yoldaşımı çox sevirəm, həyat yoldaşımı çox sevirəm" deyir. Bəs Allahı necə? "Onu da sevirəm" deyir. Olmaz. "Mən həyat yoldaşımı Allah rizası üçün sevirəm, yoldaşımı da Allah rizası üçün sevirəm" deməlidir. "Allahın təcəllisi olaraq sevirəm" deməlidir.
A9 TV; 26 oktyabr 2015
avatar

Adnan Oktar

Bütün bu hadisələr hədislərdə təsvir edildiyi kimi baş verir. Hz. Mehdi (ə.s)-ı da görəcəyik, hz. İsa Məsihi də görəcəyik, İslam Birliyini də görəcəyik, hamımız vəzifəmizi bitirdikdən sonra gedəcəyik. Burada heç kəs qalmayacaq. Sonda qalanlar da arxamızca gələcək, dünya boşalacaq, sonra da qiyamət qopacaq.
A9 TV; 26 oktyabr 2015
avatar

Adnan Oktar

Gözəl olar, eqoist olar, heç bir faydası olmaz. Gözəllik eyni zamanda fitnədir. Gəncdir, gözəldir, lakin qürurdan, təkəbbürdən ötrü dəliyə dönər. Çirkin hesab edərsən, lakin dəlicəsinə bir şövqü olar. O gözəl dediyindən min dəfə artıq gözəllik verər sənə.
A9 TV; 26 oktyabr 2015
avatar

Adnan Oktar

Mənə imanlı olub da, çirkin olan bir insan göstərsinlər. Səmimi imanlı insan çirkin olmaz, əsla belə bir şey olmaz.
A9 TV; 26 oktyabr 2015
avatar

Adnan Oktar

Səid Nursi həzrətlərini sevirəm və bundan şərəf duyuram. Şeyx Nazim Kıbrısiyi sevirəm deyirəm. Mənzil camaatını sevirəm deyirəm. Süleyman Hilmi Tunahanı sevirəm. Əbdülbaki Erol həzrətlərini sevirəm. Bütün möminləri sevirəm deyirəm. Demaqoq üslubuna girmirəm. Mən sevgimi hər zaman hər yerdə açıq şəkildə ifadə edirəm. Qorxaq və çəkingən, səmimiyyətsiz rəftarlar fəlakət və uğursuzluq gətirər, başqa bir şey olmaz.
A9 TV; 26 oktyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) camaatı hicri 1506-cı ilə qədər mövcud olacaq. Hicri 1506-cı ildən sonra təbliğin şəkli, sistemi tamamilə dəyişəcək. Yəni artıq müsəlmanlar sanki masonlar kimi, çox gizli xüsusi işarələrlə görüşəcək, xüsusi simvollarla tanış olacaqlar. Çünki müsəlman olan hər kəsi öldürəcəklər. Quran yandırılacaq, ibadətə aid heç nə olmayacaq. Camilər dağılacaq, məscidlər dağılacaq. Kəbəni dağıdacaqlar, Kəbənin dümdüz ərazisi qalacaq. Müqəddəsata aid heç nə saxlamayacaqlar.
A9 TV; 25 oktyabr 2015
avatar

Adnan Oktar

Münafiq son anadək öz əxlaqsızlığını qəbul etməz. Axirətdə də qəbul etmir. Boşboğazlıq edir, bu dəfə isə, Allah danışığını kəsir. Allah dil gücünü yox edir.
A9 TV; 25 oktyabr 2015
avatar

Adnan Oktar

Münafiqin faydası olduqca böyükdür. Müsəlmanın şövqünü, həyəcanı artırar. Mübarizə əzmini artırar. Dünyagörüşünü və diqqətini açar. Əgər daxilində halsızlıq, yorğunluq varsa, onu yox edər. Daha çevik, daha istəkli olar.
A9 TV; 25 oktyabr 2015
avatar

Adnan Oktar

Allah: “Siz Məni unutsanız, Mən də sizi unudaram” deyir. İnsan ruhunda da vardır bu; yönəltdiyi sevginin ən gözəl qarşılığını almaq istəmək. Allah da bunu istəyir.
A9 TV; 24 oktyabr 2015
avatar

Adnan Oktar

Allah neməti bol verir, lakin nemətə şükür edilməməsi çox qəzəbləndirici hərəkətdir. Tutaq ki, sən bir saraya dəvət edildin, mükəmməl yeməklər verildi, şirniyyatlar və s. yeməyini yeyib, ayaqqabınla qapıya vurub, bağırıb qışqıraraq çıxıb getdin. Nə təşəkkür etdin, nə də heyran qaldın. Bax, belə etdinsə, bəla gələr.
A9 TV; 24 oktyabr 2015
avatar

Adnan Oktar

Bəlanı uzaqlaşdıran Allaha olan sevgidir, Allaha olan yaxınlıqdır. Quranın bildirdiyi halal və haramlara diqqət yetirib, dəqiq olaraq İslamı yaşamaqdır. Bu, bəlanı dəf edər.
A9 TV; 24 oktyabr 2015
avatar

Adnan Oktar

İnsanlar: “Bəlalar niyə gəlir?” deyə soruşur. Sən şükür etsən, bəla gəlməz. Şükür etməsən bəlaya layiq olarsan. Əlbəttə ki, müsəlman imtahan olunar, lakin bəla gəlməz.
A9 TV; 24 oktyabr 2015
avatar

Adnan Oktar

Allah yalnız sevgi istəyir. Sən bunu Allaha çox görürsənsə əgər, Allah da sənə həyatın, ölümün, hamısının əzabını qat-qat daddırar.
A9 TV; 24 oktyabr 2015
avatar

Adnan Oktar

Allah: "Məni sevsəniz, Məni təqdir etsəniz, o zaman sizdə də sevgi güclü olar" deyir. Çünki təqdir edə bilməyən sevgini bilməz. Sevdiyini təqdir edə bilməyən sevginin nə olduğunu necə bilsin?
A9 TV; 24 oktyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Sevsən tərslik etməzsən, xəsislik etməzsən, eqoistlik etməzsən, sevdiyinin rahat və yaxşı olmağını istəyərsən. Sitatlar
Kobud davransan sevgi gedər, nəzakətli davransan gələr. Əgər insan eqoistdirsə, sevgi dərhal gedər; eqoist deyilsə sevgi dərhal və artıqlamasıyla gələr. Sitatlar
Öyünsən, təkəbbürlənsən dəli kimi görünərsən, bu antipatiya oyadar və sevilə bilməzsən. Təkəbbürləndiyin, lovğalandığın vaxt da sevilməz olursan. Sən niyə lovğalanırsan, niyə öyünürsən ki? Sevsin deyə edirsən, elə deyilmi? Əks təsir verər, sevgi gedər. Sitatlar
Bəzi insanlar Allahı sevdikləri vaxt, zövq ala bilməyəcəklərini düşünə bilərlər. Ən böyük zövq, ən böyük həzz bu vaxt alınar. Allah dərinliyi əsil bu vaxt verər. Sitatlar
Sənin sevdiyim dediyin kəs, beynindəki təsvirdir. Ən incə nöqtəsinə qədər kim yaradır? Kim sevdirir, kim danışdırır? Bütün bunları edən Allahdır. Yəni qarşındakı şəxsə aid heç nə yoxdur. Əgər sən Allahı deyil, əksinə xəyali bir bütü sevsən bu aldatma olar, özü də çox pis aldatma. Özünü çox pis aldatmış olarsan. Sitatlar
Sevgidə şirk olarsa bu olmaz. Məsələn; "mən yoldaşımı çox sevirəm, həyat yoldaşımı çox sevirəm" deyir. Bəs Allahı necə? "Onu da sevirəm" deyir. Olmaz. "Mən həyat yoldaşımı Allah rizası üçün sevirəm, yoldaşımı da Allah rizası üçün sevirəm" deməlidir. "Allahın təcəllisi olaraq sevirəm" deməlidir. Sitatlar
Səid Nursi həzrətlərini sevirəm və bundan şərəf duyuram. Şeyx Nazim Kıbrısiyi sevirəm deyirəm. Mənzil camaatını sevirəm deyirəm. Süleyman Hilmi Tunahanı sevirəm. Əbdülbaki Erol həzrətlərini sevirəm. Bütün möminləri sevirəm deyirəm. Demaqoq üslubuna girmirəm. Mən sevgimi hər zaman hər yerdə açıq şəkildə ifadə edirəm. Qorxaq və çəkingən, səmimiyyətsiz rəftarlar fəlakət və uğursuzluq gətirər, başqa bir şey olmaz. Sitatlar
Allah: “Siz Məni unutsanız, Mən də sizi unudaram” deyir. İnsan ruhunda da vardır bu; yönəltdiyi sevginin ən gözəl qarşılığını almaq istəmək. Allah da bunu istəyir. Sitatlar
Allah yalnız sevgi istəyir. Sən bunu Allaha çox görürsənsə əgər, Allah da sənə həyatın, ölümün, hamısının əzabını qat-qat daddırar. Sitatlar
Allah: "Məni sevsəniz, Məni təqdir etsəniz, o zaman sizdə də sevgi güclü olar" deyir. Çünki təqdir edə bilməyən sevgini bilməz. Sevdiyini təqdir edə bilməyən sevginin nə olduğunu necə bilsin? Sitatlar
Sevgi yoxdursa, bağlılıq yoxdursa, dərinlik yoxdursa, həqiqi sevgi yoxdursa, onda sən nə istəyirsən, bunlar olmadıqda nəyin mənası qalır? Heyvan kimi insanlar var deyirik, bax, onları heç xoşlamırıq, onlar bizi narahat edir, onlara məxluq deyirik. Lakin fədakar, cəsur, səbirli, qətiyyətli olub igidlik etsələr, onlara heyran olarıq. Sitatlar
Robotların yaşadığı cənnət, Allahın bəyəndiyi mühit olmur, Allah robot istəmir. Vəfasını görməmiş, səbrini görməmiş, cəsarətini görməmiş bir insanın, insan olaraq özünə o mənada hörmət qoymaz. Yəni özünü dəyərli görə bilməz, gözəl görə bilməz. Allah üçün fədakarlıq etməmiş, comərdlik etməmiş, cihad etməmiş, yəni sevgisini göstərəcək heç nə etməmiş. Sitatlar
Şeytan "sevgi" sözünü insanlara söylətmir. Hamı israrla, inadla "sevgi" sözünü söyləsin, yazsın. Sevgi dünyanın kilididir, həyatın kilididir. Sevgi açıldıqda, bütün dünya açılar. Sitatlar
Zülmün həll yolu sevgidir, sülhdür, rasionallıqdır, elmdir, irfandır, mövhumatçılığa qarşı Quran həqiqətləri ilə aparılacaq mübarizədir. Hal-hazırda anlamazlıqdan gələnlər ola bilər, lakin çox yaxın vaxtda hadisələr xeyli böyüdükdə anlayacaqlar. Dediyimi bir yerə yazın, eynilə görəcəksiniz. Eynisi meydana gələcək. Sitatlar
Sevgi böyük gücdür; çünki Allah sevgini insanın fitrətində yaratmışdır. Şeytan da insanın fitrətindən çıxartmağa çalışır. Şeytan bacara bilməyəcəyi bir işə girişdi. Şeytanı ayaqlarımızın altında əzəcəyik və sevgi dünyaya hakim olacaq. Sitatlar
Sevgi necə də zövqlüdür; pişikləri sev, kəpənəkləri sev, insanları sev. Nə itirərsən ki? Könlün əylənəcək, ürəyin açılacaq, beynin rahatlayacaq. Ağlın açılacaq. Hamısından da əhəmiyyətlisi, bu ibadətdir. Sitatlar
Sevgi insanın ruhunda var. Kin, nifrət, davakarlıq çox qorxunc şeylərdir, bunlar insanı öldürər, məhv edər. Allah qorusun, insan bunlara görə hər cür xəstəliyə tutular. Ürək dözə bilməz, qəribə şəkildə sıxılar. Sevgisizlik bədənə zəhərdir. Bədən sevgiylə rahatlayar. Sitatlar
Bəziləri televiziya proqramına çıxır, baxırsan ki, qəddar mühit var, hər kəs bir-birini əzir. Bir cümlə ilə; "bir-birimizə sevgiylə yaxınlaşsaq bu məsələ həll olar" desə nə olar ki? Bunu deyə bilmir. Halbuki sevgi sözünü işlətməyə alışsalar onun təsir dairəsi getdikcə genişlənəcək. Hər fürsətdə bir bəhanə gətirərək sevgidən bəhs etməlidirlər. Sitatlar
Heç bir yerdə sevgi sözü işlədilmir. Söylə, bir dəfə söylə bax gör necə özünə gələcəksən. Bismillah de, bir sevgi de, ardı gələcək, alışdır ağzını. Gəncləri təşviq edək, hər kəsi təşviq edək. Bir kampaniya başladaq. Sevgi sözünü həm yazmağa, həm də danışmağa alışsınlar. Sitatlar
Din sevgidir, rahatlıqdır, gözəllikdir, sevincdir. Allahın nemətlərindən halal yolla ən gözəl şəkildə istifadə edərsən. Sağa dönsən cinayət, sola dönsən cinayət, göyə baxsan cinayət, yerə baxsan cinayət; bu cür din anlayışı olmaz. Bu insanları məhv edər, ruh xəstəsi olarlar, ağılları yox olar. Dini çətinləşdirmək zalımlıqdır. Bilmədən bu zülmü edirlər. Sitatlar
Sevgi dünyanın ən gözəl tərəfidir. Həyatın ən gözəl tərəfidir. Çünki sevgi imanla əlaqəlidir. Allahı sevən, təcəlli olaraq insanları da sevər. Sitatlar
Aciz və pessimist üslub olmaz. Bir qayda olaraq bundan uzaqlaşmaq lazımdır. Həll yolunu söyləyin. Utanacaq bir şey yoxdur. Xoşunuza gəlməyəcək bir şey də deyil. Sevgi gözəl bir sözdür. Sitatlar
Mənfi olan hər şeyi söyləyir, dərmanını söyləmir. Dərmanı tək sözlə söyləməlidir; sevgi. Hər kəs ağzını sevgi sözünə alışdırsın. Dünyadakı bu xəstəliyin, bu fəlakətin həlli sevgidir. Sitatlar
Bəzi gənclər nə qədər çox dava etsələr, nə qədər söz ilişdirsələr o qədər şəxsiyyətləri artacağını düşünürlər. Sevgini bilməyən insan necə şəxsiyyət sahibi olar? Bir dəfə insan xüsusiyyətini qazanması üçün sevgini bilməlidir. Sevgi yoxsa bitmişdir. Sitatlar
İnsan sevgiyə dair tək bir cümlə yazdıqda, o onu əsir edər. Yəni yazdığı cümlənin əsiri olar, lakin nifrət yazısı yazdıqca da bu nifrət yazılarının əsiri olur. Həmin hərflər onu hipnoz edir, o küfr dolu sözlər onu hipnoza salır. Halbuki özünə sevgi hipnozu etsə, onun təsiri altında qalacaq. Yazdıqca sevgi onu bürüyəcək. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur