logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 27 may 2015

avatar

Adnan Oktar

İnsanların, bu qədər əzab çəkmələrinə baxmayaraq, dinin əhəmiyyətini görə bilməmələri heyrət vericidir. Halbuki normal bir dindar olduqca hüzurlu yaşayar, olduqca gözəl yaşayar.
A9 TV; 27 may 2015
770
avatar

Adnan Oktar

Biz Cümhuriyyət Xalq Partiyasını dindar olması üçün daim təşviq etdik və xeyli irəliləyiş əldə etdilər. Dindarlığa doğru çox gözəl addımlar atdılar. Amma atdıqları hər addım onların burnundan gətirilsə, hər addımlarından sonra mənfi sözlər eşitsələr, onda bir hissəsi dindarlığa qarşı çıxa bilərlər. Bu da yaxşı olmaz. Digər mövzularda tənqid etsinlər, amma mənim fikrimcə din mövzusunda bunu etmələri səhv olar. Çünki onların dindar olması bütün müsəlmanların lehinədir.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Bir sənətçini öz başının çarəsinə baxmağa buraxmaq çox böyük vicdansızlıqdır. Əvvəla sənətçi dolanışıq dərdi çəkməməlidir. Ona çox mükəmməl bir həyat təmin edilməlidir. Dövlətin bir çox imkanı var. Sənətçiyə imkanlar təqdim etməlisən, o da rahatlıqla öz sənətiylə məşğul olmalıdır. Sən adamı həyat mübarizəsi aparmağa məcbur etsən, o zaman o necə sənəti ilə məşğul olsun?
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Bəla, prezident idarəetmə sisteminin hakim olmasında deyil, prezident idarəetmə sisteminin gətirəcəyi federasiyadadır. Yoxsa biz prezident idarəetmə sisteminə qarşı çıxmırıq.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Ənənəvi ortodoks İslam anlayışıyla İslam izah edilməz. "Hacı əmi"ləri televiziya ekranına çıxarırlar, onlar da 1930-1940-cı illərdə mövcud olan zehniyyətlə öz xurafatlarından danışırlar (dini mövzuları tənzih edirəm). Həmyaşıdı olan, öz zehniyyətindəki insanlara xitab edir. Gənclər də bunları təəccüb və ibrətlə seyr edirlər. Halbuki dini izah etmək üçün nə uyğun mədəniyyətə, nə də məlumata sahibdirlər.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Din olduqca asan və sadədir. Sevgi, mərhəmət, dostluq, qardaşlıq, bağışlayıcılıq, altruizm, fədakarlıq, igidlik, cavanlıq. Comərdlik necə də gözəldir. Məsələn, sevdiyin bir insanın malı, mülkü olmur. Comərd davranırsan, xoşbəxt olur, sevinir. Bu sənə də xoş gəlir.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilərin göstərdiyi din cəhənnəmdir. Musiqi yox, şəkil yox, əyləncə yox, sevgi yox, dostluq yox, yoldaşlıq yox, heç nə yoxdur. Bəla var, tərbiyəsizlik var, məntiqsizlik var, xurafat var, batil inanclar var.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Dindən uzaq olduqda, İslamdan uzaq olduqda, Allahdan qorxmadıqda, Allahı sevmədikdə həyat kabus olur. Allahdan tək sözlə belə bəhs etmirlər. Bir dəfə "Allah" de. Dilin mi qopar, bir "Allah" de, bir şey olmaz. Demirlər. İnanılmaz bir narahatlıq, inanılmaz bir gərginlik var. Qətiyyən sevgi yoxdur. Sevgi deyə bir şey yoxdur, bitmişdir sevgi. Hörmət də yoxdur, hörmət də qalmamışdır.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Palçıqlı sudan insan yaranarmı? Fillər, zürafələr, quşlar, leyləklər, zeytun, portağal ağacları, pomidor, bibər; "hamısı təsadüfən palçıqlı sulardan yarandı" deyir. Onda bir çənin içinə bütün kimyəvi maddələri dolduraq və istədiyiniz hər şeyi edək. İnsanlar da həmin çənin başında atadan oğula milyonlarla il gözləsinlər. O çənlərdən nə zürafə, nə insan, nə pomidor, nə bibər, nə də üzüm çıxar; heç nə çıxmaz.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Allah insanı gözəl bir yaradılışla yaradacaq, beş duyğu verəcək; sən də; "təsadüfən palçıqlı sulardan yarandın, mikrobdan meydana gəldin sən. Allah yox" deyəcəksən. Guya elmin mənfəəti üçün, bu qədər meyvəni, bu qədər tərəvəzi, heyvanları, bitkiləri yaradan Allahı tamamilə inkar edəcəksən. Bu çox böyük bir fəlakət gətirər. İnsanlar məhv olar. Allah mehdiyyət vəsiləsiylə Türkiyəni məhv etmir.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Məktəblərdə darvinizm geniş şəkildə izah edilsin, lakin cavablandırma haqqı verilsin. Sadəcə daşlaşmış qalıntıları (fosilləri) aparıb məktəblərin önünə qoyaq. Şagirdlər görsün. Bu qədər, başqa şey istəmirik. Zülalın elmi cəhətdən təsadüfən meydana gəlməsi qeyri-mümkün olduğu deyilsin.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Qurandakı hikmətlərin anlaşılması üçün, Onun aramla, başa düşülərək və yavaş-yavaş oxunması vacibdir.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Çox nadir seçilmiş, Allah tərəfindən xüsusi olaraq ilham edilmiş və Allah tərəfindən dərin yuxuya verilmiş insanlar Mehdi (ə.s)-a yaxınlaşır. Kəhf əhli kimi. Bu cür adam, taleyində olduğu üçün, istəsə də uzaqlaşa bilməz. Həqiqi Mehdi tələbəsinin iradəsi çatmaz getməyə. Amma o biriləri də, istəsələr belə, hz. Mehdi (ə.s)-ın tələbəsi ola bilməzlər.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Kəhf surəsi birbaşa mehdiyyətdən bəhs edən bir surədir. Əvvəldən axıra qədər mehdiyyəti izah edir. Amma işarələrlə, sirr dolu izahatlarla izah edir. Yəni açıq-aşkar, aydın şəkildə izah olmaz. Ağıl sahibi, hikmət sahibi, təfəkkür sahibi olan, Allahın istəyi ilə, verəcəyi ilhamla, oradakı simvolların, işarələrin sirrini açar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Allah həyatı yuxu kimi yaradır. Quran bu böyük sirrə işarə edir. İnsanlar dünyada yuxuda olduqlarını bilmirlər. Halbuki, hal-hazırda hamısı yuxudadırlar, yuxu görürlər. Bir hissəsi, məsələn, fəlsəfə tədqiqatçıları, bu həqiqətə heyrət və dəhşət içində şahid olurlar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Küfr əhlindən ayrılmaq, küfr əhlinin mədəniyyətindən uzaqlaşmaq insanın beynini təmiz və pak edər. Bir çox insan küfr əhlindən tamamilə ayrıla bilməz. Belələri yarı müsəlman olub, yarı küfr içində olar. Küfr əhlinin mədəniyyətini yaşayar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Fədakar olmamaq çox böyük vicdansızlıq, əxlaqsızlıqdır. Məsələn, ölkəmizə sığınan suriyalı məzlumlar. Əlbəttə ki, bu bizə iqtisadi yük gətirir, çətinlik gətirir; fəda olsun. Ailəvi şəkildə məhv olmalarından, işgəncə və əzab çəkmələrindənsə, qoy bizim pulumuz getsin.
A9 TV; 22 may 2015
avatar

Adnan Oktar

Mömin iman sahibi olmaqla yaraşıqlı olur, imtahana çəkilməklə gözəl olur. İmtahan mühiti aradan qalxsa mömin məhv olar, Allah qorusun. Yəni heç bir çətinliklə qarşılaşmırsa, deməli, heç bir savab da qazanmır. Biz imtahan olunmağa gəldik. Allah da bunun üçün: "Yoxsa siz elə güman edirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən, birbaşa Cənnətə daxil olacaqsınız?" deyir.
A9 TV; 22 may 2015
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in dövründə, səhabələrin dövründə məzhəblər yox idi. Vəhhabi, sünni, şiə müsəlmanları yox idi. Quran müsəlmanlığı vardı.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Dünyadakı bütün dövlət xadimləri Qurana tabe olmalıdır. Məqbul və ağlabatan olması üçün. Baxın ölkələrə, gördüyünüz kimi bəziləri çevriliş həyata keçirir, bəziləri də insanları aparıb asır. Böyük hissəsi nizamsızdır. Xalqlara zülm verirlər.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Quranı əvvəldən axıra qədər oxuyub, hökmlərini diqqətlə tətbiq edən insan çox ağıllı olar. Çox hərtərəfli olar, çox ağıllı şəkildə danışar.
A9 TV; 21 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah əsil dindarlığı nəzərdə tutur. Yoxsa sosial həyatı vardır, bir də guya dini yaşayır;   belə şey olmaz. Sosial həyat deyə bir şey ola bilərmi? Din hər yerə hakimdir. Möminin   hər şeyinə hakimdir. Sosial həyat nə deməkdir? Bebek məhəlləsinə gəzməyə gedərsən,   Allah rizası ona hakimdir. Sitatlar
Amerikanın dindar olması, onlara bərəkət gətirən, onları xoşbəxt edən əhəmiyyətli bir   tərəfiydi. Amma Amerika dindarlıqdan imtina etdikdə, onu fəlakətlər bürüdü. Dünyanın   ən varlı dövləti ən kasıb dövləti olmağa doğru gedir. Dindar olsalar yenə çox varlı   olarlar. Sitatlar
Din nemətdir, insanların böyük bir hissəsi dini bəla hesab edir, haşa. Halbuki din dünyanın bəzəyi, həyatın sevinci, ağlın nuru, qəlbin rahatlığıdır, bərəkətdir. Sitatlar
Dünyada hansı millət səmimi dindardırsa, Allah oraya daha çox bərəkət verir. Dindən uzadırlarsa Allah fəlakət verir, bərəkətsizlik verir. Bu ayrılıqda hər bir şəxs, hər bir fərd üçün məqbuldur. Sitatlar
Daha dindar olana Allah daha yaxşı imkanlar, daha gözəl nemətlər nəsib edər. Bu da gözlə görülər. Amma təbiidir ki, mömin səbir etməlidir. Yəni əziyyəti də, neməti də gözəl görməlidir. Sitatlar
İnsanlar qəlblərini din ilə yuduqları vaxt, ona bir nur, işıq gəlir. Amma bir çox insan da dinin, insanların həyatını əlindən aldığını düşünür. Halbuki dinsizlik dünyanı əldən alar, həm də kökündən alar. Hər şey başına bəla olar. Yemək bəla olar, avtomobili, evi, arvadı, yoldaşları, məktəbi, hər şeyi başına bəla olar. Amma imanlıdırsa həyat yoldaşı nemət olar, yoldaşları gözəllik olar, evi zikir yeri olar, həyatı nurlu olar, hər yeri nur olar, qəlbində rahatlıq olar. Sitatlar
İnsanlar qəlbdə, ruhda dindar olacaqlarını gördülər. Musiqi dinləyə biləcəklərini, qadınlar   başı açıq gəzə biləcəklərini, eyni zamanda dindar olub namazlarını da qıla biləcəklərini   gördülər. Onun üçün din, Türkiyədə gizli şəkildə mükəmməl yayıldı. Özünə hər yerdə   fövqəladə bir zəmin tapdı. Sitatlar
Heç bir dinin qarşısını almaq doğru deyil. Yayılsın qardaşım. Xristian xristianlığı yaysın,   yəhudi yəhudiliyi yaysın, müsəlman müsəlmanlığı yaysın. Yetər ki, dindar olsun   cəmiyyətlər. Əvvəlcə dindarlığın qəbul edilməsi çox əhəmiyyətlidir. Sitatlar
Amerika yenidən dindar olmalıdır, bu cür olmaz. Dindar olsalar rahatlığa qovuşarlar. Dinsiz olsalar, onlara inanılmaz bir bərəkətsizlik və uğursuzluq gələr. Sitatlar
Allahın zikr olunmadığı bölgədə, şəhərdə, ölkədə bərəkət gedir. Nə gəlir? Aclıq, iqtisadi böhran. Nə gəlir? Terror. İki təhlükə. Yunanistanda Allah zikr edilirmi? Edilmir. Digər ölkələrdə zikr edilirmi? Məsələn, ABŞ-da zikr edilmir. Nə baş verir? Aclıq meydana gəlir. Ucsuz-bucaqsız torpaq sahəsi var, amma aclıq hər tərəfi bürüyür. Arxasınca terror, qorxu meydana gəlir. Sitatlar
Bölgəyə dindarlığı da aşılayan İsraildir. Fələstin o dövrdə kommunizmin mərkəzi idi. Bütün kommunistlər orada yetişdirilirdi. Misir kommunizmin mərkəzidir, Suriya kommunizmin mərkəzidir. Onlar İsraildən sonra dindar oldular. Onların dindar olduqlarını gördükdən sonra, biz də dindar olaq dedilər. Sitatlar
ABŞ indiyədək, mühafizəkarlığı, dindarlığı sayəsində dağılıb getmədi. ABŞ dindarlığını əldən versə bitər, məhv olar. Sitatlar
CHP çox mütərəqqi, çox çevik olmalıdır və çox yaradıcı bir ruha sahib olmalıdır.   Xüsusilə də, Atatürkün dindarlıq anlayışını yaxşı şəkildə mənimsəyib, partiyaya hakim   etməlidir. Sitatlar
Beş vaxt namazını qıl, səhərə qədər təsbehini də çevir, ancaq keyfiyyətli yaşa. Örtünürsənsə örtün, ancaq keyfiyyətli örtün. Uydurma bez parçaları ilə olmaz. Məsələn, Osmanlı dövründə qadınlar örtünürdü, incəsənət əsəri möhtəşəm idi. Qadın ortaya çıxanda sanki çiçəkdir. Dindar olmağa mane olacaq bir şey deyil bu. Sitatlar
Kasıblıq zahirən bir fitnə kimi, acı bir hadisə kimi görünür. Lakin kasıblıq insanları təvazökar, dindar və gözəl xasiyyətli edir. Nemətdən yaxşı anlayan, nemətin qədrini bilən edir. Sitatlar
Dinə qarşı həssas olmaq lazımdır, İslama güclü sahib çıxmaq lazımdır. Allah bizə sahib çıxır. Göz verir, burun, ağız, qulaq verir, ürəyi fasiləsiz işlədir. Dayandırsa yıxılarıq. Yemək verir, rənglər yaradır, səslər yaradır, gözəlliklər yaradır. Allah həmişə bizimlə əlaqədədir. Sitatlar
Hər yerdə həqiqi, səmimi, dürüst, müasir dindarlar ön planda olmalıdır. Müasir, səmimi bir dindar, ateist üçün də çox böyük zəmanətdir, yəhudilər və xristianlar üçün də. Çünki Allahdan qorxur, vicdanıyla hərəkət edir. Bu, hər kəs üçün bir zəmanətdir. Sitatlar
Din dərsi gəncləri dindar etməz, yalnız ümumi mədəniyyət qazandırar. Amma din dərsində iman həqiqətləri izah edilsə, Quran möcüzələri izah edilsə, o zaman imanlı bir gənclik, dindar bir gənclik olması məqsədi qoyulmuşdur demək mümkündür. Sitatlar
Bizim aclığımız və susuzluğumuz dindar olmağadır. Din demək; rahatlıq deməkdir, gözəllik deməkdir. Dostluq, qardaşlıq, yaxşılıq, sevgi, biz bunun üçün yaşayırıq. Sitatlar
Ağıllı, yaxşı niyyətli, sevgi dolu insanlar hər zaman dünyanın lideridir, hər zaman sözləri keçər. Dünyanı Yaradan Güc onlara hər zaman bu imkanı verir. Sitatlar
İmanlı, dindar nəslin yetişməsi üçün bir kərə darvinizmin əsassızlığı elmi cəhətdən izah edilməlidir. Dini, dialektik fəlsəfəylə izah etmək qeyri-mümkündür. Sitatlar
Təlim keçməyən insanlarda vəhşiliyə, yandırıb-yıxmağa qarşı bir meyl olur. Yandırıb-yıxmaq, haqqı inkar etmək, dinsiz olmaq çox asandır. Amma dindar olmaq, gözəl əxlaqlı olmaq ağıl, iradə, səbir, fədakarlıq tələb edir. Bu isə asan deyil. Ona görə də, kommunist düşüncə çox tez inkişaf edər. Sitatlar
Allahı sevmək ağıl və əmək tələb edir. Eləcə də həqiqi dindarlıq ağıl, incəlik, vicdan tələb edir. Sitatlar
Dindar yəhudiləri dəstəkləmək lazımdır ki, bölgədə dinsizlik azalsın. Sitatlar
Dövlətlərlə dindarlığın təmin edilməsi mümkün deyil. Dindarlıq mehdiyyətlə təmin edilər. Dindarlıqla da gələn sistem, gələn ruh sevgidir. Yəni mehdiyyət bol sevgi, mərhəmət, şəfqət, anlayış, şirinlik, üfüq genişliyi, sənət, elm və ictimai ədalət gətirər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur