logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 11 iyun 2015

avatar

Adnan Oktar

Mehdi (ə.s)-ın xüsusiyyətlərindən biri, böyük vicdan sahibi olmasıdır. Digər insanlara görə daha böyük vicdan sahibidir, bu qədər. Yoxsa bu xüsusi bir qabiliyyətinin, xüsusi bir üstünlüyünün olmasından qaynaqlanmır.
A9 TV; 11 iyun 2015
984
avatar

Adnan Oktar

Mehdiyyətə sakit, ən başdan qoşulmaq çox daha məqbuldur. Məsələn, sonradan Peyğəmbərimiz (s.ə.v)-ə qoşulan qruplar olmuşdur, amma onları qazandığı savab çox azdır. İlk qoşulanların savabı çoxdur. O ilk 313 nəfər, Bədr əhlinin sayı, onlar çox əhəmiyyətlidir.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

Mehdiyyət gizli və üstüörtülü halda fəaliyyət göstərir. Bu, münafiq xarakterli aciz insanları, dünyaya bağlanmış insanları ayırd etmək üçündür. Dünya insanları, qısqanc kimsələr və dünyaya vurulanlar, belə sakit mühitdə iradələrini və ağıllarını işlədə bilməzlər. Onlara mətanət, ətalət gələr, bu da onları kənara atar. Amma çox aktiv və fəal mühitdə ani həyəcanla həddən artıq birləşdirər. Bunu deyim ki, bu, o qədər məqbul deyil.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

Mehdiyyət normal axımına davam edir, lakin sürəti vaxtaşırı olaraq dəyişər. Bəzən sürət yüksələr, bəzən də məqbul olar. Bu sürəti Allah tənzimləyər. Yəni Allahın planladığı kimi hərəkət edər.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

PKK silahı könüllü surətdə yerə qoymaq istəmirsə, məsələyə hərbi çıxış yolu gətirilər. Biz silahların kölgəsində yaşamaq istəmirik. Silahların hökmran olduğu Cənub-şərqi Anadolu bölgəsi istəmirik.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

HDP ilə koalisiya yaratmaq olmaz. Əvvəlcə PKK-nın kökü qanuni yollarla kəsilməlidir. MHP ilə koalisiya yaradılmalıdır. Yoxsa biz bu kabusdan qətiyyən xilas ola bilmərik. Əllərindəki silahı yerə qoymalıdırlar. Bu qədər.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

Türkiyənin Cənub-şərqi Anadolu bölgəsində PKK kimi qəddar bir kommunist təşkilatlanmanı sərbəst buraxmaq, orada onlar üçün yaşayış sahəsi təmin etmək, gələcək üçün də çox böyük fəlakət olar. Partiyalar bu məsələdə birləşsələr nəhəng bir güc meydana gələr. CHP, MHP, Səadəımız birlikdə, qanuni yollarla bunun kökünü kəsəcəyik deyə qərar almalıdırlar. Ortaq bəyanat verməlidirlər.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

PKK Türkiyə üçün gələcəkdə də çox böyük bəladır. Bunu görməməzlikdən gəlmək olmaz. Vaxtında hüquq çərçivəsində hesablaşmaq lazımdır. Yubandırmağın heç bir faydası yoxdur, bu canavarı daha da gücləndirər.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

Bələdiyyə başçısını xalqın seçməsi Cənub-şərqi Anadolu bölgəsinin əldən getməsi deməkdir. Çünki PKK hakimiyyəti var. Əvvəlcə qanuni yollarla hüquqla PKK-nın kökünü kəs. Ondan sonra xalq bələdiyyə başçılarını seçsin.
A9 TV; 9 İyun 2015
avatar

Adnan Oktar

Bütün PKK-lıların kökü qanuni yollarla bölgədən kəsilməlidir. Hamısını toplasınlar, həbsxanaya atsınlar. Məsələ həll olsun.
A9 TV; 9 iyun 2015
avatar

Adnan Oktar

Mehdiyyət layihə ilə, tənzimləmələrlə təmin edilməz. Allahın istədiyi bir quruluş var, bu normal olaraq yaranır. Ana bətnindəki uşağın inkişafı kimi. O uşağı özlərinin yaradacaqlarını zənn edirlər. O uşağı sən yarada bilməzsən, Allah yaradar. Vaxtı gəldikdə isə o uşaq doğular. Qarşısını ala bilməzsən.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Allah mehdiyyətin qarşısında heç nəyin, heç bir maneənin olmasını qəbul etmir. Heç bir fəaliyyətə güc vermir. Yalnız mehdiyyətin yolu açıqdır.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Mehdiyyəti saray hesab edirlər; sementdən götürərsən, dəmirdən götürərsən, bəzək vurarsan, al sənə hazır bir saray deyir. Belə bir şey olmaz. O saray Allah qatındadır. Mehdiyyət Allah qatındadır. Taleyin gedişindədir, bu filmdə olan bir şeydir. Metafizik şəkildə meydana gəlir.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

“Mənim müsəlmanlıq tərəfim ayrı, sosial həyatım ayrıdır” deyir. Sən, məhz burada səhvə yol verdin. Halbuki həyat tamdır. İslam tamdır. İslam, həyatının hər anını, hər şeyi əhatə edər. Bu cür davam etsən özünü həlak edərsən.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Küfrə müəyyən qədər heyranlıq bəsləyir, bu da onu həlak edir, yandırıb yaxır. Məsələn, onların internetdəki rəftarlarına qibtə edir, orada özünü həlak edir. Yaxud onların haram həyat tərzindən xoşlanır. Qismən də olsa o həyatı yaşamaq istəyir.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Müsəlmanlar küfr əhlinin çirkabına bulaşdıqları zaman böyük iztirab çəkirlər. Üstündə bir qədər küfr əhlinin çirkabı olanda, iztirab və sıxıntı çəkməyə başlayır. Qəribə narahat olur, yerində dayana bilmir. Səbəbini bilmir. Halbuki azacıq küfr əhlinə meyl etdiyindən bunlar olur.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Küfr əhli qəribə formada narahatdır, sıxıntılıdır. İnsanın qəlbini parçalayar. Müsəlmanlıq olduqca rahatdır. Beynin rahat, ruhun rahatdır.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Asan olan; İbrahimin dininə tabe olduğunda; bu hənif İslam dininə, Məhəmməd (s.ə.v)-in dininə tabe olduğunda cənnətə getməyindir. Amma sənin xurafatlarla çətinləşdirdiyin, mürəkkəbləşdirdiyin dinə tabe olduqda cəhənnəmə gedirsən. Həm dünya, həm də axirət həyatın cəhənnəmə çevrilir. Mübarək niyə bəlanı axtarırsan?
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Allah bizim üçün asanlıq yaradır və onda da bizi müvəffəq edir. Çətinlik axtaranlar həlak olurlar. Məğlub olur, tapdalanırlar. Ənənəvi İslamı, Ortodoks İslamı axtaran hər kəs tapdalanır. Nəyinə lazımdır, Allahın nur kimi dinini niyə dəyişdirirsən? Allah asanlıq yaratdığı halda, niyə çətinlik yaradırsan? Nə gözəl, get sevinc içində yaşa.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Dini yaşamaqda çətinlik çəkirsənsə, o zaman səndə qəribəlik vardır. Yəni Quran hökmlərini tətbiq etmirsən. Quran hökmlərində çətinlik yoxdur, İslam dinində çətinlik yoxdur. Daim asanlıq vardır. İslam asanlıq dinidir.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

İnsanlar bütün elçilərə qarşı çıxmışdılar. Burada Allahın qəzəblənməsinə səbəb olan, elçinin bu qədər səmimi, dürüst və doğru olması, onların da açıq şəkildə günahkar və yanlış yolda olduqlarını bilmələri, buna baxmayaraq elçinin dürüst, səmimi və doğru sözlü olduğunu anladıqları halda ondan şiddətlə çəkinmələridir. Bu hadisə bəlanın gəlməsini zəruri edir. Allah da bəlalarını verir.
A9 TV; 6 iyun 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Mehdi (ə.s) demaqoqluq etməyəcək. Qısa və konkret danışacaq. Sözü uzadıb özünü bəyəndirməyə çalışan çıxışlar deyil, tamamilə məsələ barəsində hikmətli, qısa, təsir oyandıran, məsələni tam əhatə edən və ona əsaslı çıxış yolları gətirən çıxışlar edəcək. Sitatlar
Allah hal-hazırda mehdiyyət vəsiləsiylə dünyanı dağılmaqdan qoruyur. Yəni qiyamətin təxirə salınmasının səbəbi hz. Mehdi (ə.s)-dır. Sitatlar
Mehdi (ə.s) haradadırsa, mərhəmət də oradadır. Mehdi (ə.s) haradadırsa, şəfqət də oradadır. Bütün Orta Şərqin ən şəfqətli dövlətiyik. Bölgədə geniş şəkildə zülm yayılmışdır. Burada da, geniş şəkildə mərhəmət yayılmışdır. Sitatlar
Mehdi (ə.s) səssiz, sakit, həlim bir insandır. Hədisdə Mehdi (ə.s) üçün; "evindən idarə edər" deyilir. Sevgi müəllimidir. Bütün dünyanın bir-birini sevməsini təmin edəcək bir insandır. Sitatlar
Mehdi (ə.s)-ın edəcəyi ilk şey ədaləti təmin etməkdir. Onun dövründə qətiyyən insanlara zülm edilməz. Sitatlar
Silaha sərf olunan vəsait yoxsul insanlara sərf olunsa dünyada inanılmaz zənginlik yaşanar. Dünyanın hər yerində bolluq, var-dövlət olar. Silaha, insan öldürməyə pul xərcləyirlər. Mehdi (ə.s) dövründə silahlar aradan qalxacaq. Silaha sərf olunacaq pul xalqa, müsəlmanlara, yoxsullara, məzlumlara paylanacaq. Sitatlar
İsa (ə.s), hz. Mehdi (ə.s)-ın vəziri olaraq nüzul edəcək, Peyğəmbərimiz (s.ə.v) belə söyləyir. Allah Mehdini şərəfləndirmək üçün, Mehdinin böyüklüyünü vurğulamaq üçün, İsa Məsihi ona vəzir olaraq göndərir. Mehdinin böyüklüyünü buradan anlayın. Hətəmə vəli deməkdir. Gəlib keçmiş ən böyük övliya, ən böyük vəlidir. Yəni imam Mehdi, səhabələrdən üstündür. Sitatlar
Mehdi (ə.s)-ın saraylarda qalacağını zənn edirlər. Mehdi (ə.s) evində qalacaq. Bu 4000 illik Tövratda keçir; Moşiyah Mehdi barədə; "Divanda oturaraq idarə edər" deyir. Mehdi (ə.s) dünyanı fikirləriylə, düşüncələriylə, sevgisiylə idarə edəcək. Bütün liderlər ondan təsirlənəcək və ona görə dünyanı idarə edəcəklər. Sitatlar
İmam Mehdinin zühuru olmasaydı, qiyamət çoxdan qopardı, dünya məhv olardı. Qiyamət çox yaxınlaşdı, Allah hz. Mehdi (ə.s) hörmətinə gözlədir. Sitatlar
Mehdiyyəti dayandırmaq, İslam Birliyini dayandırmaq üçün bütün hocaları ayağa qaldırdılar. Hamısı xorla; "Mehdi (ə.s) gəlməyəcək, İsa (ə.s) gəlməyəcək, İslam Birliyi olmayacaq" deməklə eyni şeyi söyləyirlər. Guya müsəlmanların şövqlərini yox edəcəklər. Sizin "gəlməyəcək" deməyiniz, onsuz da Mehdi (ə.s)-ın çıxış əlamətidir. Sitatlar
İslam Birliyi, Allaha sevgi deməkdir. Allaha sevginin adıdır. İslam Birliyi istənmədiyi müddətcə bəla yağmağa davam edər və heç kəs bu bəlanı dayandıra bilməz. Ta ki Mehdi (ə.s)-ın zühuruna qədər. Sitatlar
Mehdi (ə.s)-ın vəfatından sonra bütün insanların üzərinə zülmət çökəcək. Hər kəs imanını qorumağa çalışacaq, amma iman daim yox olmağa doğru gedəcək. Allahın zəlalətə salan adı, artıq dünyaya hakim olmağa başlayacaq. Sitatlar
Mehdi (ə.s) dövründə Allahın “Hadi” adı hakim olacaq. Mehdi (ə.s)-ın vəfatından sonra Allahın artıq “Hadi” adı deyil, dəlalətə salan adı təcəlli edəcək. Onsuz da İsa Məsih qısa müddət yaşayacaq, insanlar onun vəfatından sonra manyak olacaq. Dünya tam cəhənnəmə dönəcək. Sitatlar
Bütün dünyada Moşiyah Mehdi gözlənilir. Onu mason düyününü açacaq insan olaraq gözləyirlər. Sitatlar
Mehdinin vəzifəsi təxfifdir (asanlaşdıran), yəni dini asanlaşdırmasıdır. Hal-hazırda dini güllə kimi ağır ediblər, insanlar tab gətirə bilmir. Dini korladılar. Mehdi bu cür ağırlıqları götürəcək, din təxfif olacaq, asanlaşacaq və insan fitrətinə uyğun hala gələcək. İnsanları əsil dinə qaytaracaq. Sitatlar
Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s) dövründə Betlehəm ulduzunun görünəcəyini söyləyir. Betlehəm ulduzu hələ bu yaxınlarda görüldü. 2000 ildən bir görülür; bir dəfə hz. İsa (ə.s)-ın dünyaya gəldiyi vaxt görüldü, bir də hz. Mehdi (ə.s)-ın zühurunda. Sitatlar
Allah hər yerimizi nurla əhatə etsin. Bizi nurlandırsın. Hidayət versin. Ağlımızı açsın. Şeytanın şərindən qorusun. Pislərdən qorusun. Qəlbimizə əmin-amanlıq duyğusu versin. Bizi zənginləşdirsin. Gücləndirsin. İslamı hakim etsin. Mehdi (ə.s)-ı göstərsin. Mehdisini zahir etsin. Bizi Mehdi (ə.s)-ın, İsa Məsih (ə.s)-ın tələbəsi etsin. Sitatlar
Xurafatçıların ən böyük dərdi paxıllıq, qısqanclıqdır. Hal-hazırda, Axırzamanda da böyük fitnənin yaranma səbəbi Mehdi (ə.s)-a qarşı edilən paxıllıqdır. Saxta mehdilərin çıxması, saxta mehdilərin öz arasında mübahisə etməsi, mehdi olmadıqları halda insanları mehdi elan etməyə təşəbbüs etmək, mehdilik iddia etməyən insanları zorla mehdi kimi göstərməyə cəhd etmək; bu paxıllığın təzahürüdür. Sitatlar
Allah bu qədər zülmü, bu qədər qəddarlığı insanlara göstərir ki, mehdiyyətin qiyməti bilinsin. Çünki bu əzablar görülmədən, insanlar mehdiyyətə sığınmırlar. Əzablar daha da şiddətlənəcək, yəni belə qalmayacaq. İnsanlar hz. Mehdi (ə.s)-ı axtarana qədər, Allahdan hz. Mehdi (ə.s)-ı istəyənə qədər bu davam edəcək. Sitatlar
Hz. Mehdi (ə.s) zühur edir, ağlasığmaz zənginlik olur. Bütün məsələ, Allahın söylədiyini yerinə yetirilməsidir. Haşa, insanlar öz aləmlərində Allahın söylədiklərini etmədiklərində, fəlakət yağış kimi yağır. Sitatlar
İslam hakim olduqdan sonra bir milyon savab alan insan bir savab ala bilər. Daha əvvəl bir işindən, bir fəaliyyətindən bir milyon savab alan biri, İslam hakim olduqdan sonra beş savab alar. Ondan sonra dünyanın mənası qalmadığı üçün, yəni imtahan bitdiyi üçün belə olar, artıq sürətlə Qiyamət gəlir. Hz. Mehdi (ə.s)-ın vəfatı, hz. İsa Məsih (ə.s)-ın vəfatı və sonra da sürətlə Qiyamət olacaq, inşaAllah. Sitatlar
Qısa müddət sonra Azərbaycan qapılarını açacaq, Türk dövlətləri açacaq. Sonra İraq, Suriya, İordaniya, hətta İsrail də. Hz. Mehdinin vəsiləsiylə sevgi, qardaşlıq içində yaşayacağıq. Amma nə qədər? 7 və ya 9 il, bu qədər. Sonra ağlasığmaz pozulma başlayacaq. Əxlaqi tənəzzül. Bu ta hicri 1545-ci ilə qədər davam edəcək. 1545-ci ilin səhərində yaxud axşamında və ya günortasında, o xəbər onlara çatacaq. Bir qayanın üstünə yazsınlar. O qaya o gün parça-parça olacaq. Qiyamət qopacaq. Sitatlar
Ənənəvi ortodoks qardaşlarımız bir Mehdi gələcəyini, mövcud olan qatı dinçiliyi çox zəif görəcəyini zənn edirlər. "Belə də qatı dinçilik olar? Bunun yüz mislini edəcəyəm" deyəcəyini və dünyanın zülmət qaranlığa qərq ediləcəyini zənn edirlər. Hz. Mehdi (ə.s) yüz misli qatı dinçiliyi həll edəcək. Sitatlar
Hz. Mehdi (ə.s) insanların üstündəki zəncirləri açacaq. Aydın, ağıllı, canlı, sevgi dolu bir İslam anlayışı hakim olacaq. Sitatlar
Hz. Mehdi (ə.s) bir anlıq dünyadan çəkilsə qiyamət qopar. On dəqiqə çəkilmiş olsa qiyamət qopar. Bunun üçün də, mələklər hz. Mehdi (ə.s)-ın ətrafında ağlasığmaz dəqiqliklə fövqəladə blokada meydana gətirirlər. Bunu hədislərdən görürük. Cəbrayıl (ə.s), Mikayıl (ə.s) heç yanından ayrılmırlar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur