logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 8 iyun 2015

avatar

Adnan Oktar

“Mənim müsəlmanlıq tərəfim ayrı, sosial həyatım ayrıdır” deyir. Sən, məhz burada səhvə yol verdin. Halbuki həyat tamdır. İslam tamdır. İslam, həyatının hər anını, hər şeyi əhatə edər. Bu cür davam etsən özünü həlak edərsən.
A9 TV; 8 iyun 2015
672
avatar

Adnan Oktar

Küfrə müəyyən qədər heyranlıq bəsləyir, bu da onu həlak edir, yandırıb yaxır. Məsələn, onların internetdəki rəftarlarına qibtə edir, orada özünü həlak edir. Yaxud onların haram həyat tərzindən xoşlanır. Qismən də olsa o həyatı yaşamaq istəyir.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Müsəlmanlar küfr əhlinin çirkabına bulaşdıqları zaman böyük iztirab çəkirlər. Üstündə bir qədər küfr əhlinin çirkabı olanda, iztirab və sıxıntı çəkməyə başlayır. Qəribə narahat olur, yerində dayana bilmir. Səbəbini bilmir. Halbuki azacıq küfr əhlinə meyl etdiyindən bunlar olur.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Küfr əhli qəribə formada narahatdır, sıxıntılıdır. İnsanın qəlbini parçalayar. Müsəlmanlıq olduqca rahatdır. Beynin rahat, ruhun rahatdır.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Asan olan; İbrahimin dininə tabe olduğunda; bu hənif İslam dininə, Məhəmməd (s.ə.v)-in dininə tabe olduğunda cənnətə getməyindir. Amma sənin xurafatlarla çətinləşdirdiyin, mürəkkəbləşdirdiyin dinə tabe olduqda cəhənnəmə gedirsən. Həm dünya, həm də axirət həyatın cəhənnəmə çevrilir. Mübarək niyə bəlanı axtarırsan?
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Allah bizim üçün asanlıq yaradır və onda da bizi müvəffəq edir. Çətinlik axtaranlar həlak olurlar. Məğlub olur, tapdalanırlar. Ənənəvi İslamı, Ortodoks İslamı axtaran hər kəs tapdalanır. Nəyinə lazımdır, Allahın nur kimi dinini niyə dəyişdirirsən? Allah asanlıq yaratdığı halda, niyə çətinlik yaradırsan? Nə gözəl, get sevinc içində yaşa.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Dini yaşamaqda çətinlik çəkirsənsə, o zaman səndə qəribəlik vardır. Yəni Quran hökmlərini tətbiq etmirsən. Quran hökmlərində çətinlik yoxdur, İslam dinində çətinlik yoxdur. Daim asanlıq vardır. İslam asanlıq dinidir.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

İnsanlar bütün elçilərə qarşı çıxmışdılar. Burada Allahın qəzəblənməsinə səbəb olan, elçinin bu qədər səmimi, dürüst və doğru olması, onların da açıq şəkildə günahkar və yanlış yolda olduqlarını bilmələri, buna baxmayaraq elçinin dürüst, səmimi və doğru sözlü olduğunu anladıqları halda ondan şiddətlə çəkinmələridir. Bu hadisə bəlanın gəlməsini zəruri edir. Allah da bəlalarını verir.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Allahın zikr olunmadığı bölgədə, şəhərdə, ölkədə bərəkət gedir. Nə gəlir? Aclıq, iqtisadi böhran. Nə gəlir? Terror. İki təhlükə. Yunanistanda Allah zikr edilirmi? Edilmir. Digər ölkələrdə zikr edilirmi? Məsələn, ABŞ-da zikr edilmir. Nə baş verir? Aclıq meydana gəlir. Ucsuz-bucaqsız torpaq sahəsi var, amma aclıq hər tərəfi bürüyür. Arxasınca terror, qorxu meydana gəlir.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Allah “ibadət edən” demir, “səmimi ibadət edən” deyir. Allah mütləq belə bir şərt qoyur. Sevgi, sırf onlara məxsus nemət kimi verilir.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Allahın nemətini yada salmaq çox əhəmiyyətlidir. Bu unudulduqda insan eqoistləşər, anormallaşar, fikri başqa yerlərə gedər. Allah qorusun. Bunun üçün Allah yada salınmasını söyləyir. Yada saldıqca qəlbdə rahatlıq, xoşluq yaranır.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

İnsan hədiyyə verəndə, nə qədər bahalı hədiyyə verdim deyə şikayətlənirsə bu sevgisizliyindən qaynaqlanır. Amma bahalı da olsa bir hədiyyə verəndə qarşısındakının, qardaşının sevinəcəyini, xoşbəxt olacağını düşünüb bundan dərin həzz alırsa, bu da bir sevinc vəsiləsi, gözəl əməl və Allahın bəyənəcəyi bir rəftardır.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Ayələrin əvvəlində həmişə "Rəhman və Rəhim", "Bismillahir-rəhmanir-rəhim" sözü gəlir. Rəhman və Rəhim olan, yəni sevginin nə olduğunu çox yaxşı bilən, çox yaxşı sevən və bizdən də sevgini istəyən Allah. Allah "Rəhmandır", çünki bu söz; qoruyan, himayə edən, sevən, bağışlayan, insanların yaxşılığını istəyən mənasındadır.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Sevgi çox qəribə, çox mükəmməl bir duyğudur. Nə yeməyə bənzəyir, nə də içməyə. Ən çox zövq alınan nemətdir. "Yemək, yoxsa sevgi?" desən, sevgi. "Sənə yaxta verəcəyik, yoxsa sevgi istəyirsən?" desələr, sevgi. Yaxtanın nə faydası var, taxtadan olan nəhəng bir şeydir. Dənizin ortasında hərəkət etdiyini düşün. Sevgi yoxsa nə edəcəksən? Hansı işinə yarayar? Yaxud sənə qəsr verdilər, amma sevgi yox. Belə olduqda bu qəsr sənin üçün nəhəng bir həbsxana olar. Heç bir işinə yaramaz.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Bağışlamağın nəyə faydası var? Sevgiyə faydası var. Bu olmasa qəzəblənərsən, küsərsən, inciyərsən, əlaqəni kəsərsən. Onunla əlaqəsini kəsir, bununla əlaqəsini kəsir, nə olur? Tək qalır. Bu bütün dünyanın başındakı fəlakətdir. Bu dəfə də, evdə it-pişik saxlayır. Tək dostum bu deyir. Sevgi olmasa, Qurana tabe olmasan belə olar.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Mömin yeri gələndə şəhid olanda, Allahın ən sevdiyi olur, ən böyük sevgi nümayişi budur. Çünki Allah üçün canını verir. Can əziz deyilmi? "Ey Rəbbim, mənə canımı sevdirdin, mən də canımdan çox Səni sevirəm" deyir. "Canım Sənin olsun" deyir. "Mən də Səninəm" deyir. Mənası budur. Bunun üçün Allah şəhidləri ayrı bir məkanda saxlayır, yəni öldürmür. Ölümü dadmırlar.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Allahın ən xoşladığı şey şəhid olmaqdır. Allah bunu ən böyük sevgi nümunəsi qəbul edir. Amma mömin bunun üçün niyyət etməlidir. Bunu qeyri-ixtiyari etmək olmaz. "Ey Rəbbim məni şəhid etməni istəyirəm" deyə səmimi, qəlbən niyyət etməlidir.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Nə səbir edir, nə də əziyyətə razı olur, birbaşa nemət istəyir. Olmaz belə bir şey. Belə olsa nə cənnətə, nə də Allahın rizasına qovuşa bilərsən. Bura imtahan yeridir, əyləncə yeri deyildir ki. Allah; "əgər Biz əyləncə etmək istəsəydik əlasını edərdik" deyir. "Şənimizə layiq olanı edərik" deyir. Əyləncə yeri cənnətdir. Burada belə bir şey yoxdur.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Amerika yenidən dindar olmalıdır, bu cür olmaz. Dindar olsalar rahatlığa qovuşarlar. Dinsiz olsalar, onlara inanılmaz bir bərəkətsizlik və uğursuzluq gələr.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Bir insan Allah yolundadırsa, Allah ona bərəkət, bolluq, gözəllik verir. Amma verdiyi əziyyətə də razı olmalısan. Həmişə verdiyi nemətlərə razı olmamalıdır. Olmaz bu. Səbir etməyə də razı olmalısan, əziyyətə də razı olmalısan. O zaman Allah öz nemətini sənin üzərinə yağış kimi yağdırar.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Müsəlman kasıb da olar, zəngin də. Peyğəmbərimiz (s.ə.v) əvvəlcə kasıb idi, sonra, Allah: "Kasıb olduğun zaman səni varlı etmədim mi?" deyir. Müsəlman çətinlik anlarında səbirli, zənginlik anlarında gözəl əxlaqlı olur. Peyğəmbərimiz (s.ə.v) yetim olaraq uzun illər yaşadı, bütün uşaqlığı kasıblıq içində keçdi.
A9 TV; 4 iyun 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Küfrə müəyyən qədər heyranlıq bəsləyir, bu da onu həlak edir, yandırıb yaxır. Məsələn, onların internetdəki rəftarlarına qibtə edir, orada özünü həlak edir. Yaxud onların haram həyat tərzindən xoşlanır. Qismən də olsa o həyatı yaşamaq istəyir. Sitatlar
Müsəlmanlar küfr əhlinin çirkabına bulaşdıqları zaman böyük iztirab çəkirlər. Üstündə bir qədər küfr əhlinin çirkabı olanda, iztirab və sıxıntı çəkməyə başlayır. Qəribə narahat olur, yerində dayana bilmir. Səbəbini bilmir. Halbuki azacıq küfr əhlinə meyl etdiyindən bunlar olur. Sitatlar
Küfr əhli qəribə formada narahatdır, sıxıntılıdır. İnsanın qəlbini parçalayar. Müsəlmanlıq olduqca rahatdır. Beynin rahat, ruhun rahatdır. Sitatlar
Dini yaşamaqda çətinlik çəkirsənsə, o zaman səndə qəribəlik vardır. Yəni Quran hökmlərini tətbiq etmirsən. Quran hökmlərində çətinlik yoxdur, İslam dinində çətinlik yoxdur. Daim asanlıq vardır. İslam asanlıq dinidir. Sitatlar
Musiqi olsun, rəsm olsun, heykəl olsun, estetika olsun, gənc qızlar çox baxımlı gəzsin, gənc oğlanlar bu cür yaraşıqlı, nümunəvi halda gəzsinlər. Hər yer sənət qalereyası kimi olsun. Bu təqdirdə dünya müsəlmanlara heyran olar. Sitatlar
İnsan fitrətinə uyğun olmayan bir İslam anlayışını dünya əsla qəbul etməz. Ən başda Allah qəbul etməz. Hər dəfə zorla belə üfunətli, çürümüş, cəhənnəmi xatırladan, çirkli, pis din anlayışını gətirməyə çalışdıqlarında Allah onları zəlil edər, rəzil edər, yerlərdə sürüyər, məhv edər, açıq şəkildə deyirəm. Bunu unutmalıdırlar. Sitatlar
İslam olduqca müasir, şən, sağlam, elmə, incəsənətə, gözəlliyə və estetikaya açıq olaraq yer üzündə zühur edəcək. Cənnət kimi zühur edəcək. İslam, murdar, qaranlıq, əzablar çəkdirən, asan, kəsən, estetikadan uzaq, leş kimi qoxuyan insanların yaşadığı bir mühit şəklində təzahür etməz. Allah İslama belə pislik etdirməz, müsəlmanlara da etdirməz. Sitatlar
Müasir, aydın, sevgi dolu, sevgini əsas götürən bir İslam anlayışı dünyaya hakim olacaq. Bundan savayı boş-boşuna çalışmasınlar. Müasir İslam anlayışından başqa hər hansı bir şey olması qeyri-mümkündür. Sitatlar
Xurafatçılar çox bilən adam kimi danışmaqla İslamın yayılacağını güman edirlər. İslam qətiyyən bu yolla yayılmaz. Adam səndən səmimi sevgi gözləyir. Doğru-düzgün geyinməni, təmiz və şən olmanı, həyatı gözələşdirməni gözləyir. Bu İslamın əyani şəkildə yaşanmasıdır. Bunu gördüyü təqdirdə sənin izah etdiyin İslamı qəbul edər. Sitatlar
Müsəlmanları öldürməyi düşünən, bunun üçün hazırlıq görən alçaqdır, əxlaqsızdır, xaindir, namussuzdur. Müsəlmanları öldürmək, əbədi cəhənnəmə getməkdir. Sitatlar
Müsəlmana güllə sıxan alçaqdır. Müsəlmanı öldürən alçaqdır və əxlaqsızdır. Belə təklif irəli sürənlər ən alçaq, şəxsiyyətsiz, soysuz insanlardır. Bu bilinsin. Sitatlar
Müsəlmana güllə atmaq olmaz. Bunu edən qatildir, alçaqdır və qarşılığı əbədi olaraq cəhənnəmdir. Sitatlar
Firon xarakterli insanlar müsəlmanların müvəffəqiyyətini qəbul edə bilməz. Müsəlman demək, dünyanın ən keyfiyyətli, ən ağıllı, ən yaxşı insanı deməkdir. Müsəlmanlıq elə qoxumuş, çürümüş insan mənasında deyil. Sitatlar
İslamiyyəti qorxunc bir şey kimi göstərdilər, dəhşət sistemi kimi göstərdilər, cəhənnəm kimi göstərdilər. Müsəlmanları da qətliam maşını kimi göstərdilər. İnsanları müsəlmanlıqdan fövqəladə dərəcədə soyutdular. Halbuki müsəlmanlıq gözəllik, estetika, incəsənət, ağıl, fikir, elm, irfan, xeyirxahlıq və səmimiyyətdir. Sitatlar
Allah əsil dindarlığı nəzərdə tutur. Yoxsa sosial həyatı vardır, bir də guya dini yaşayır;   belə şey olmaz. Sosial həyat deyə bir şey ola bilərmi? Din hər yerə hakimdir. Möminin   hər şeyinə hakimdir. Sosial həyat nə deməkdir? Bebek məhəlləsinə gəzməyə gedərsən,   Allah rizası ona hakimdir. Sitatlar
İslamda cəmiyyət bayram ab-havasındadır, görünməmiş coşğu var. Hər kəs istənilən adamın evinə gecələməyə gedir, yeməyə gedir, o buna gedir, bu ona gedir. Məsələn, biri ev tikəcək, hamı birdən gəlir, evi birlikdə tikirlər. Orada yemək hazırlanır, hamısı birlikdə yeyir yeməkləri. Tam qardaşcasına yaşayırlar. Sitatlar
Mehdiyyəti saray hesab edirlər; sementdən götürərsən, dəmirdən götürərsən, bəzək vurarsan, al sənə hazır bir saray deyir. Belə bir şey olmaz. O saray Allah qatındadır. Mehdiyyət Allah qatındadır. Taleyin gedişindədir, bu filmdə olan bir şeydir. Metafizik şəkildə meydana gəlir. Sitatlar
Allah mehdiyyətin qarşısında heç nəyin, heç bir maneənin olmasını qəbul etmir. Heç bir fəaliyyətə güc vermir. Yalnız mehdiyyətin yolu açıqdır. Sitatlar
Mehdiyyət layihə ilə, tənzimləmələrlə təmin edilməz. Allahın istədiyi bir quruluş var, bu normal olaraq yaranır. Ana bətnindəki uşağın inkişafı kimi. O uşağı özlərinin yaradacaqlarını zənn edirlər. O uşağı sən yarada bilməzsən, Allah yaradar. Vaxtı gəldikdə isə o uşaq doğular. Qarşısını ala bilməzsən. Sitatlar
Asan olan; İbrahimin dininə tabe olduğunda; bu hənif İslam dininə, Məhəmməd (s.ə.v)-in dininə tabe olduğunda cənnətə getməyindir. Amma sənin xurafatlarla çətinləşdirdiyin, mürəkkəbləşdirdiyin dinə tabe olduqda cəhənnəmə gedirsən. Həm dünya, həm də axirət həyatın cəhənnəmə çevrilir. Mübarək niyə bəlanı axtarırsan? Sitatlar
Allah bizim üçün asanlıq yaradır və onda da bizi müvəffəq edir. Çətinlik axtaranlar həlak olurlar. Məğlub olur, tapdalanırlar. Ənənəvi İslamı, Ortodoks İslamı axtaran hər kəs tapdalanır. Nəyinə lazımdır, Allahın nur kimi dinini niyə dəyişdirirsən? Allah asanlıq yaratdığı halda, niyə çətinlik yaradırsan? Nə gözəl, get sevinc içində yaşa. Sitatlar
Bütün PKK-lıların kökü qanuni yollarla bölgədən kəsilməlidir. Hamısını toplasınlar, həbsxanaya atsınlar. Məsələ həll olsun. Sitatlar
Bələdiyyə başçısını xalqın seçməsi Cənub-şərqi Anadolu bölgəsinin əldən getməsi deməkdir. Çünki PKK hakimiyyəti var. Əvvəlcə qanuni yollarla hüquqla PKK-nın kökünü kəs. Ondan sonra xalq bələdiyyə başçılarını seçsin. Sitatlar
PKK Türkiyə üçün gələcəkdə də çox böyük bəladır. Bunu görməməzlikdən gəlmək  olmaz. Vaxtında hüquq çərçivəsində hesablaşmaq lazımdır. Yubandırmağın heç bir faydası yoxdur, bu canavarı daha da gücləndirər. Sitatlar
Türkiyənin Cənub-şərqi Anadolu bölgəsində PKK kimi qəddar bir kommunist təşkilatlanmanı sərbəst buraxmaq, orada onlar üçün yaşayış sahəsi təmin etmək, gələcək üçün də çox böyük fəlakət olar. Partiyalar bu məsələdə birləşsələr nəhəng bir güc meydana gələr. CHP, MHP, Səadəımız birlikdə, qanuni yollarla bunun kökünü kəsəcəyik deyə qərar almalıdırlar. Ortaq bəyanat verməlidirlər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur