logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 21 mart 2017

avatar

Adnan Oktar

Mövhumatçı sistemin bəhs etdiyi dünya dəhşətvericidir, bu deyilənlərin Qurana əsaslanan İslam anlayışı ilə heç bir əlaqəsi yoxdur.
A9 TV; 21 mart 2017
1695
avatar

Adnan Oktar

Avropanın İslam əleyhdarlığının təməlində mövhumatçılığın sevgisiz, incəsənətsiz, dözümsüz, nəzakəti zəif zehniyyəti var. Əlbəttə ki, Avropanın irqçi və müsəlmanlar əleyhinə olan münasibəti çox yanlışdır. Lakin mövhumatçıların da musiqidən, heykəldən, incəsənətdən nifrət edən münasibəti Avropadakı bu məntiqin zəmin qazanmasını təmin edir. Qadının döyülməsini söyləyən, anasının diz qapağını təhrikedici hesab edən, dekolte qadın gördükdə heyvani reaksiyalar verən zehniyyətdən Qərbin narahat olması haqsız səbəb deyil. Bu mədəniyyət pozğunluğunun düzəlməsi vacibdir.
A9 TV; 21 mart 2017
avatar

Adnan Oktar

Ülkücü ictimaiyyətin dünya, məqam, mövqe iddiası yoxdur. Hamısı xalis dava adamıdır. Vətən, millət üçün canlarını ortaya qoyarlar.
A9 TV; 21 mart 2017
avatar

Adnan Oktar

İncildə Allahın gözəl hökmləri vardır və Quranda İncildən "nur və hidayət mənbəyi" kimi bəhs edilir. Tövrat üçün də eyni şey keçərlidir. (Pyotrun birinci məktubu, Bap 2, 15-17: Allahın qulları kimi yaxşı əməl işləyərək, ağılsız insanların cəhalətini susdurun. Bütün insanlara hörmət edin. Qardaşlığı sevin. Allahdan )
A9 TV; 21 mart 2017
avatar

Adnan Oktar

Allah Antixrist (Dəccal)a qarşı xristian qardaşlarımızla birlikdə fikri mübarizə aparmağı nəsib etsin. Bədiüzzaman da xristian və müsəlman ittifaqının əhəmiyyətli olduğunu söyləyirdi, arzumuz bunu ən qısa zamanda reallaşdırmaqdır.
A9 TV; 21 mart 2017
avatar

Adnan Oktar

Xristian-müsəlman qardaşlığını meydana gətirəcək olan İsa Məsih və hz. Mehdi (ə.s)-dır. Hər ikisinin də hal-hazırda dünyada olduqlarına inanırıq.
A9 TV; 21 mart 2017
avatar

Adnan Oktar

Kitablarımda səmimi, ağıllı, elmi izahatlar olduğu üçün insanlara çox müsbət təsir edir, bu da Allahın gücü ilə olur.
A9 TV; 21 mart 2017
avatar

Adnan Oktar

Hər şey zamanla daha gözəl olacaq, biz İsa Məsihin dünyada olduğuna və çox yaxında onu görəcəyimizə inanırıq.
A9 TV; 21 mart 2017
avatar

Adnan Oktar

Dindar xristianların mövcudluğu bizi sevindirir.
A9 TV; 21 mart 2017
avatar

Adnan Oktar

İslam aləmi, musəvilər və xristianlar hz. Mehdinin və İsa Məsihin bu əsrdə gələcəyini fikir birliyi ilə qəbul edirlər.
A9 TV; 20 mart 2017
avatar

Adnan Oktar

Hz. Mehdi, döyüşləri və axan qanı dayandıracaq insandır. Hz. Mehdi dövründə silahların hamısı qalxacaq, bir damcı qan belə tökülməyəcəkdir.
A9 TV; 20 mart 2017
avatar

Adnan Oktar

Humanist, mərhəmətli olanların dünyaya hakim olacaqları, yəni İslam əxlaqının hakim olacağı İncildə də bildirilmişdir.
A9 TV; 20 mart 2017
avatar

Adnan Oktar

İslam aləmi dünyanı idarə edən bir qrup insana məğlub olursa, bunun üzərində çox yaxşı düşünmək lazımdır. Müsəlmanların bu mövzunu çox yaxşı düşünüb tüğyana qarşı birlik olub elmlə, irfanla çox yaxşı cavab vermələri lazımdır.
A9 TV; 19 mart 2017
avatar

Adnan Oktar

Qurana uyğun olmayan hədislər nə o dövrə xitab edir, nə də bu dövrə xitab edir, heç bir dövrə xitab etmir. Bunlar, tamamilə uydurma, xurafat izahlardır.
A9 TV; 19 mart 2017
avatar

Adnan Oktar

Allah İsa Məsihdən başqa heç bir Peyğəmbər üçün qiyamət əlaməti demir. Bu İsa Məsihin gəlişinin dəlillərindən biridir.
A9 TV; 19 mart 2017
avatar

Adnan Oktar

Cənnətin ən gözəl neməti möminlərin Allahın Zatının təcəllisini görəcək olmasıdır.
A9 TV; 19 mart 2017
avatar

Adnan Oktar

Qadının döyülməsini müdafiə edən, incəsənətin qadağan olmasını, gülmənin, sevincin haram olduğunu söyləyən din Qurandakı İslam deyil.
A9 TV; 19 mart 2017
avatar

Adnan Oktar

Əsas imanın üzərində dayanmaq lazımdır. İmanın olduğu bir ölkə dağılmaz. Səmimi imanın olması o ölkənin ayaqda qalmasını təmin edər.
A9 TV; 19 mart 2017
avatar

Adnan Oktar

Hər bir çiçək palçıqlı torpağın içindən dəmirdən, sinkdən nə qədər alacağını və nə qədər işlədəcəyini bilir. Hansı rəng üçün nə lazım olduğunu bilir.
A9 TV; 19 mart 2017
avatar

Adnan Oktar

Allahın varlığının dəlillərini incə-incə, tək-tək, təfərrüatlı düşünmək əhəmiyyətlidir. Yüzlərlə mövzunun içində boğulmaq deyil, bir mövzunu düşünmək lazımdır.
A9 TV; 19 mart 2017
avatar

Adnan Oktar

Hz. Mehdini də, İsa Məsihi də görəcəyik inşaAllah. Bütün dünya, bütün cəmiyyətlər bu iki mübarək şəxsi gözləyir.
A9 TV; 18 mart 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Avropanın İslam əleyhdarlığının təməlində mövhumatçılığın sevgisiz, incəsənətsiz, dözümsüz, nəzakəti zəif zehniyyəti var. Əlbəttə ki, Avropanın irqçi və müsəlmanlar əleyhinə olan münasibəti çox yanlışdır. Lakin mövhumatçıların da musiqidən, heykəldən, incəsənətdən nifrət edən münasibəti Avropadakı bu məntiqin zəmin qazanmasını təmin edir. Qadının döyülməsini söyləyən, anasının diz qapağını təhrikedici hesab edən, dekolte qadın gördükdə heyvani reaksiyalar verən zehniyyətdən Qərbin narahat olması haqsız səbəb deyil. Bu mədəniyyət pozğunluğunun düzəlməsi vacibdir. Sitatlar
Əgər İslam Quranda izah edildiyi kimi yaşansa dünya cənnətə dönər. Mövhumatçıların izah etdiyi heç nə Quranda yoxdur. Mövhumatçılığın məntiqi davam etsə, Allah qorusun insanlar tamamilə İslamdan uzaqlaşar. Bu təhlükənin tək həll yolu Quran İslamıdır. Sitatlar
Mövhumatçılıq ucbatından insanlar İslamı yaşadıqda həyatın bütün sevincini və gözəlliklərini itirəcəklərini zənn edirlər. Halbuki Quran İslamı yaşandığı zaman dünyanın bütün gözəllikləri insanın həyatında olar. İnsanlar həqiqi sevinc və xoşbəxtliyi tapar. Sitatlar
Musiqiyə, heykələ, rəsmə, dekolteyə, gözəlliyə qarşı o qədər qarşıdırlar ki, heç cür nemətləri qəbul edə bilmirlər. Məkkəli müşriklər də belə idi. Əyləncəni, baxımlı olmağı, azadlığı özləri üçün haqq hesab edir, lakin qadınların da haqqı olduğunu heç cür qəbul edə bilmirdilər. Sitatlar
Ənənəvi ortodoks sistemi müdafiə edənlər izah etdikləri həyatı özləri də yaşamırlar. Yaşanması mümkün olmayan bir həyatı izah edirlər. Sitatlar
Dünyanın hər yerində bir çox insanın təbliğ edə bilmədiyi mühitdə İslamı izah edirik. Darvinist fəlsəfənin dünyanı boğmasına mane oluruq. Anti-darvinist elmi fəaliyyətimiz imanlı nəsil yetişməsinə səbəb olur. Bəzi mövhumatçı kütlələr onları necə bir bəladan qoruduğumuzu anlamır. Sitatlar
YPG Avropaya verdiyi mesajda özünü guya qadın azadlığını müdafiə edən və mövhumatçılığa qarşı olan struktur kimi tanıdır. Bu yolla Avropa və Amerikadan dəstək alırlar. Türkiyə çox müasir və azad olsa, bunların bu yalanını da ortaya çıxartmış olar. Sitatlar
Avropada dinsizlik geniş yayılıb, halbuki gənclər həqiqi İslamı bilsələr xoşlarına gələr, lakin ənənəvi İslam izahları ucbatından dindən uzaqdırlar. Sitatlar
Qadının döyülməsini müdafiə edən, incəsənətin qadağan olmasını, gülmənin, sevincin haram olduğunu söyləyən din Qurandakı İslam deyil. Sitatlar
Allah dəstəmazı bir ayədə izah edir və çox asandır. Mövhumatçılar isə dəstəmaz üçün 600 səhifə kitab yazırlar, üstəlik hər məzhəbə görə də fərqlidir. İnsanlar da buna baxıb mən dəstəmaz alıb namaz qıla bilmərəm deyirlər. Qurandan kənar din anlayışı insanları İslamdan soyudur. Sitatlar
İslam, sevgi, sevinc və hüzur dinidir, insan fitrətinə uyğundur. İslamı sevinci yox edən, incəsənəti öldürən məntiqə döndərənlər mövhumatçılardır. Sitatlar
Bəziləri İslam əldən gedir deyə birdən-birə qəzəblənirlər, lakin əldən gedən İslam deyil, şirk dinidir. Yerinə həqiqi İslam, Quranın nuru hakim olacaq. Sitatlar
Mövhumatçı zehniyyətin qadına olan baxış prizması çox azğın dünya anlayışının yaranmasına səbəb olur. Bu, insanları İslamdan uzaqlaşdırır. Mövhumatçılığın ortaya qoyduğu dəhşət dünyasından xilas olmaq üçün Quranın izah etdiyi həqiqi İslama sarılmaqdan başqa yol yoxdur. Sitatlar
Qorxunc bir dünya istəyirlər. Quranın ağıllı, sevgi dolu, mərhəmətli, keyfiyyətli, ziyalı, azad dünyasından uzaq tamamilə azğın bir dünya yaradırlar. Sitatlar
Trampın “Radikal İslam”dan bəhs etməsində yanlış cəhət yoxdur. Bununla, Qurana uyğun olmayan səhabə İslamından uzaq İslamı nəzərdə tutur. Sitatlar
"Şahmat, nərd haramdır, qadınlar gülə bilməz, qadın hamilə olarkən çölə çıxa bilməz" deməklə, bilərəkdən və ya bilməyərəkdən insanları dindən soyudurlar. İnsanları İslamdan soyutmaq üçün tətbiq edilən hər üsula qarşı çox diqqətli olmaq lazımdır. Sitatlar
İslamiyyətin asan din olduğunun görünməsini istəmirlər, çünki bu zaman İslamın sürətlə dünyaya hakim olacağını bilirlər. Sitatlar
Sevinc, incəsənət və gözəllik olmayan İslam iddiası, İslamın haşa bitməsi üçün şeytanın oynadığı bir oyun idi. Bu oyunu biz puç etdik. Sitatlar
Bəzi televiziya kanalları inanmadıqları və tətbiq etmədikləri həyatı insanlara təlqin edir, İslamı incəsənətsiz, gözəllik olmayan bir həyat kimi göstərirlər. Sitatlar
Quran və İslam həyatın hər yerində var. Heç bir mövzu dindən uzaq deyil. Sitatlar
İngiltərə dərin dövləti İslam deyildikdə qadınların alçaldıldığı, rəsm əsəri, musiqi, incəsənətin olmadığı bir sistemin ağıla gəlməyini istəyir. "Müsəlmanlar şiddət istəyər, sünnilər və şiələr bir-birlərini asıb kəsərlər" təlqini vermək istəyir. Biz də bu təlqinin əsassız olduğunu göstəririk. İngiltərə dərin dövlətinin yaratmaq istədiyi cəhənnəm kimi İslam anlayışını aradan qaldırdığımız üçün nə qədər tərəfdarları varsa böhtanları ilə üstümüzə salırlar. Bu hücumların üzərimizdə zərrə qədər mənfi təsiri olmaz, olmadığını da görürlər. Sitatlar
İŞİD-i də, şiə milisləri də maliyyələşdirən, yönləndirən, qırğın törətdirən İngiltərə dərin dövlətidir. Məqsəd müsəlman düşmənçiliyi yaratmaqdır. Nur olan, cənnət olan İslam dinini asan, kəsən, sevgisiz, cəhənnəm dini kimi göstərmək üçün bütün bu təşkilatları İngiltərə dərin dövləti dəstəkləyir. Sitatlar
Azadlıq, incəsənət, qadın hüquqları hakim olduqda dünya İslama və Türkiyəyə yönələcəyi üçün İngiltərə dərin dövləti bu təşəbbüsün qarşısını almaq istəyir. Sitatlar
Londonda baş verən terror hərəkətini qınayır, ingilis xalqına başsağlığı diləyirik. Terror və şiddət darvinist, materialist ideologiyanın məhsuludur. Terrorun hər növünü şiddətlə qınayırıq. Sitatlar
Ülkücü ictimaiyyətin dünya, məqam, mövqe iddiası yoxdur. Hamısı xalis dava adamıdır. Vətən, millət üçün canlarını ortaya qoyarlar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur