logo HARUN YƏHYA

Adnan Oktar A9 TV ; 23 dekabr 2013

avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) söyləyir, İslam Birliyinin tək ünvanı imam Məhəmməd Mehdidir. Başqa ünvanı yoxdur. Axırzamanın əlamətlərinə inanılsa, Rəsulullah (s.ə.v)-in möcüzələrinə inanılsa bu doğru olar.
A9 TV ; 23 dekabr 2013
1057
avatar

Adnan Oktar

Şeytanın ən çox təzyiq göstərdiyi ölkə Türkiyədir. Nə AK Partiyanın yıxılmasına, nə də camaata zərər gəlməsinə icazə verərik.
A9 TV ; 19 dekabr 2013
avatar

Adnan Oktar

Əmək sərf edərək yetişdirilmiş, öyrədilmiş, İslamı, Quranı müdafiə edən bir mömin birliyini bütünlüklə dünyadan yox etməyə cəhd göstərmək çox çirkin hərəkətdir, günah olar.
A9 TV ; 19 dekabr 2013
avatar

Adnan Oktar

İki müsəlman camaatın bir-biri ilə məşğul olmasından Maoizmlər, iddia edilən Ərgənəkon terror təşkilatı, şəbəkələr, şeytanın dostları, İslam əleyhdarları, bəzi həsəd aparan insanlar, xoş niyyətli olmayan bəzi insanlar məmnun qalar. Buna görə belə bir şeyi təşviq etmək olmaz.
A9 TV ; 19 dekabr 2013
avatar

Adnan Oktar

AK Partiya ilə camaatın arasını düzəldəcəyik, müharibə gedirmiş kimi görünən nöqtələri düzəldəcəyik. Kimsə həvəslənməsin, kimsə də sevinməsin. İcazə yoxdur.
A9 TV ; 19 dekabr 2013
avatar

Adnan Oktar

AK Partiyanın da, camaatın da müəyyən bir gücü var. İki gücü birləşdirib, 1+1, 11 edər. İki 1-i birləşdirib 11 edək. Bir daha 1 əlavə etsək 111 edər. İnşaAllah. 1-ləri bölməyə niyyətimiz yoxdur, həm də böldürtmərik. AK Partiya ilə də camaatı qarşı-qarşıya qoymarıq.
A9 TV ; 19 dekabr 2013
avatar

Adnan Oktar

Camaatı bölməyi, parçalamağı ağıllarından çıxarsınlar. Bir də camaatı AK Partiyaya qarşı qoymaqdan da imtina etsinlər. Belə ağılsız layihə olmaz. Belə bir şeyə icazə də vermərik.
A9 TV ; 19 dekabr 2013
avatar

Adnan Oktar

Qatı dinçilik insanlara dərin bir yuxu, yorğunluq verdi. Dəccal yuxu halı verdi. Dəccallıq həm darvinist fəlsəfə ilə, həm qatı dinçi fəlsəfə ilə İslam aləmini və dünyanı yandırıb-yaxır.
A9 TV ; 19 dekabr 2013
avatar

Adnan Oktar

Türkiyədə on min adam səhv etmiş olsa, bu Türkiyəni bağlayarmı? Bağlamaz. Yüz min adam səhv etsə, bağlayarmı? Bağlamaz Türkiyəni. Yalnız o səhvi edənləri bağlayar.
A9 TV ; 19 dekabr 2013
avatar

Adnan Oktar

Çox qısa kursdayıq, çox qısa. Gecə-gündüz təhsil alırıq, özümüzü təkmilləşdiririk, cənnət tərbiyəsi alırıq. Cənnət tərbiyəsi almadan cənnətə getsək robot kimi olarıq. Cənnətdə sonsuz zövq almağımız üçün bu təhsildən keçməyimiz lazımdır.
A9 TV ; 17 dekabr 2013
avatar

Adnan Oktar

Haqq yolda irəliləyərkən Allah imtahan olaraq çatışmazlıqlar, tərsliklər də yaradır. Amma sonunda haqq qalib gəlir. Mütləq ziddiyyətlər olacaq. Çətinliklər mütləq olacaq. Əks halda imtahanın bir mənası qalmaz.
A9 TV ; 17 dekabr 2013
avatar

Adnan Oktar

Yaxşıların qiymətinin bilinməsi üçün Allah xətaları da yaradar, səhvi olan insanları da yaradar. Hər zaman yanlış insanlar olar, səhvli insanlar olar. Amma yaxşılar səhvi olan insanların içərisində fərqlənir. Xətalı insana ehtiyac vardır. O zaman imtahanın sirri ortaya çıxar, inşaAllah.
A9 TV ; 17 dekabr 2013
avatar

Adnan Oktar

Ən çox ehtiyac duyulan hökumətə müxaliflikdir. Müxalifət nə qədər güclüdürsə o məmləkət o qədər gözəl, güllük, gülüstanlıq olar. Müxalifət olmayan bir iqtidar qorxuncdur. Məsələn, Şimali Koreya dəhşətdir, Allah qorusun. Müxalifət yoxdur. Səsini çıxaranın kəlləsi gedir. Türkiyədə istəyən istədiyini söyləyir.
A9 TV ; 17 dekabr 2013
avatar

Adnan Oktar

Nazir oğlu nəzarətə götürülürsə o hökumət möhkəmdir. Kimsə orada faşizmdən, diktatorluqdan, demokratiyanın olmadığından danışa bilməz. Deməli, demokratiya çox güclüdür və bu ən son göstəricidir.
A9 TV ; 17 dekabr 2013
avatar

Adnan Oktar

Hökumət xərçəng dərmanlarını pulsuz verməlidir. Bir xəstə xərçəng xəstəliyinə görə resept gətirdisə dövlət onu pulsuz versin. Baş nazirimizdən istəyimiz budur. Xərçəng xəstəsindən pul alınmasın.
A9 TV ; 14 dekabr 2013
avatar

Adnan Oktar

Türkiyə, mehdiyyət vəsiləsi ilə İslam Birliyini təşkil edən bir ölkədir. Avropayla da insani, sevgi əlaqələri olacaq. Təbii ki, Avropanın mənəvi inkişafına da faydası olar.
A9 TV ; 14 dekabr 2013
avatar

Adnan Oktar

Misirə 112 il əvvəl qar yağmışdır, bir də indi yağdı. Bu, Axırzaman əlamətlərinin bir təzahürüdür.
A9 TV ; 14 dekabr 2013
avatar

Adnan Oktar

Ələvilik gözəllik deməkdir, sevgi deməkdir, şəfqət deməkdir, dostluq deməkdir, mülayimlik deməkdir və qatı dinçiliyə qarşı çıxmaq deməkdir. Buna görə ələvi qardaşlarımız hara getsələr bir gözəllik apararlar.
A9 TV ; 14 dekabr 2013
avatar

Adnan Oktar

Müsəlmanların bir-birini sevməsi və dəstəkləməsinə İslam Birliyi deyilir. Bu tətbiq olunduqda məsələ bağlanar. Çox asandır.
A9 TV ; 12 dekabr 2013
avatar

Adnan Oktar

İslam ölkələrinin orduları, 70 müxtəlif nöqtədən, 70 diviziya yaxud 70 biriqada ilə Suriyaya girsə 3 saat, 4 saatda iş bitər. Suriya müqavimət göstərməz, zülm də bitər. Çox asandır.
A9 TV ; 12 dekabr 2013
avatar

Adnan Oktar

Edam cəzasının dünyada aradan qaldırılması lazımdır. Ömürlük həbs edirsənsə et. Asmağa nə ehtiyac var? Adam tövbə etsin, Quran oxusun, namaz qılsın. Sən adamı cahil halında tez-tələsik asırsan. Yəni adamın axirətini də, dünyasını da yandırmış olursan. İmkan ver tövbə etsin, özünü toplasın, çatışmazlığını aradan qaldırsın.
A9 TV ; 12 dekabr 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ədalət ancaq Mehdi (ə.s) ilə yaranar. Nə qədər cəhd edirlərsə etsinlər, hökumətlər, dövlətlər, nə qədər səy göstərsələr də həqiqi ədalət, ancaq Mehdi (ə.s) tərəfindən təmin edilir. Ondan başqa ədalət olmur. Sitatlar
Axırzamanda bir ağıl ətrafında toplanmasan müxtəlif ağıllar bir-birləri ilə ziddiyyət yaradar. Ağıllar bir-birinə zidd olduqda insanlar bir-birinə zidd olur, nəhayət anarxiya yaranır. Sevginin müəllimi olan Mehdi (ə.s)-dan başqa çıxış yolu olmadığı bəllidir. Sitatlar
İnsanlar sevgi təlqininə açıq olduğu kimi, vəhşilik təlqininə də açıqdır. Mehdi (ə.s) məhz sevgi təlqin edən insandır, məhəbbət təlqin edən insandır. Mehdi (ə.s) sakitləşdirici və uzlaşdırıcı bir insandır. Sitatlar
Mehdi (ə.s) Allaha inandırmağın, Allahı sevdirməyin sənətini biləcək. Bu nədir; Quran möcüzələrini, iman həqiqətlərini, Peyğəmbər (s.ə.v)-in möcüzələrini, maddədəki möcüzələri izah edəcək və insanların hidayətinə vəsilə olacaq. Sitatlar
Hz. Mehdi (ə.s) İslamı hikmətlə, qısa və köklü olaraq izah edəcək. Bilavasitə, ümmətin təfərrüatda boğulması vəziyyətini aradan qaldıracaq. Sitatlar
Hz. Mehdi (ə.s)-ın yanında da onu əhatə edən məlumat olacaq. Bəzi müəllimlər kimi təfərrüatlara girərək boğulmayacaq. Özünü, hikmətini izah edəcək. Bir şeyi izah etdikdə, onu tam olaraq qısa və köklü şəkildə açıqlayacaq. Sitatlar
Ayasofya yalnız hz. Mehdi (ə.s) dövründə açılacaq. Ayasofyanın açılışı hz. Mehdi (ə.s)-ın, Rəsulullah (s.ə.v)-in silaha sarıldığı, hırkasını geyindiyi zaman olacaq. Ondan əvvəl elə bir şey olmayıb, inşaAllah. Sitatlar
Mehdi (ə.s) dünyaya azadlığı, sevinci, təhlükəsizliyi, kiminsə kimsədən qorxmadığı, yalnız Allahdan qorxulan sistemi təqdim edəcək. Sitatlar
Tabutu-Səkinə çıxarılıb, Mehdi (ə.s)-ın önünə gətirilib qoyulacaq. İman edənlər bunu görəndə Allah eşqi ilə sərxoş kimi olacaqlar. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyinə görə “Mehdi (ə.s) müsəlmanlara, onlardan qarət edilmiş hər şeyi geri qaytaracaq”. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyinə görə “Mehdi (ə.s) bütün xurafatları aradan qaldıracaq”. Sitatlar
Mehdi (ə.s) müqəddəs sandığı tapdığında İsrail dindarları qol-qola girib bunu qeyd edəcəklər. Sitatlar
Ruhu, düşüncəsi olmayan birlik ola bilməz, bu birlik möhkəm olmaz. Mehdisiz İslam Birliyi ilə heç bir ölkə münasibət qurmaz. Sitatlar
Sosialist inqilabı etməyə ehtiyac yoxdur. İslam Birliyi, Türk İslam Birliyi inqilabı olacaq. Atatürkün dediyi olacaq. Atatürkün prinsiplərindən biri də inqilabçılıqdır. Atatürkün dediyi inqilab Türk İslam Birliyi, İslam Birliyi inqilabıdır. Hal-hazırda demokratiya ilə, sevgi ilə, məlumatla, ağılla, nəzakətlə, sənətlə və estetika ilə davam edir. Sitatlar
Kürd, türk, ərəb olmağa biz yox, Allah qərar verir, qədərdə bizi o şəkildə yaradır. Bundan ötrü bir insanı alçaltmağa cəhd göstərmək, zərər vermək, əzab vermək çox böyük bir əxlaqsızlıqdır. Din qardaşıyıq, bizi birləşdirən İslamdır. Eyni ümmətdənik: Məhəmməd (s.ə.v) ümmətiyik. Sitatlar
Fikir azadlığına “hə”, təhqirə “yox” deyək. Heç bir türk məhkəməsi kiməsə fikrinə görə cəza vermir. Təhqir, küfrə görə cəza verilər. Sitatlar
Bölünmək vətənin, dinin, imanın, hər şeyin getməsi deməkdir. Ölüm kimi deyil, məhv olmaq deməkdir. Cəhənnəmin ortasında oturmuş kimi, Allah göstərməsin. Biz İslam Birliyi istəyirik, Türk-İslam Birliyi istəyirik. Böyük Türkiyə istəyirik. Sitatlar
Cənub-şərqdə üstəlik kommunist bir dövlət qurmaq türk millətinin İslam Birliyi sevdasına vurulmuş çox böyük bir zərbə olar. Bütün bölgəni məhv edəcək yanğının başlanğıcı olar. Armagedonun infrastrukturu bu şəkildə tamamlanmış olar. Həm millətimizi, həm bölgəni məhv edər. Hətta İsraili belə məhv edəcək bir bəlanın başlanğıcı olar. Bir ovuc evanjelikin ideallarına heç kim xidmət etməsin. Etməyəcək. Sitatlar
Dünya son dövrlərini yaşayır. İslamın yaşanacağı 70 illik bir dövr var. 2120-ci ildə də qiyamət qopacaq. Türk millətinin liderliyində bir İslam Birliyi meydana gələcək. Sonuncu dəfə İslam dünyaya hakim olacaq, səhabə dövrü kimi olacaq. Sitatlar
Muxtariyyət, federasiya, əyalət sistemi― bunların hamısı mədəni şəkildə bölünmə adlarıdır. Türk əsgərləri bu adlara etiraz etdikləri üçün şəhid oldular. Heç bir şəhid bunu qəbul etməz. Heç bir türk gənci, müsəlman övladı bunu qəbul etməz. Sitatlar
Bəşər Əsədin heç səsi çıxmır. Bir "Allah" desin. Açıq şəkildə İslam Birliyini istədiyini söyləsin. Sitatlar
Suriya kommunist, Baasçı olaraq davam etsə bəla yağış kimi yağar. Amma İslam Birliyi istəsə Allahın icazəsi ilə vəsilə olar, üzərindən bəlanı qaldırarıq. Ən çox bir ay içində hər şey sakitləşər. Sitatlar
Hal-hazırda İslam aləmində lider olacaq gücə sahibik. Amma Allah göstərməsin, bölünmüş bir Türkiyə İslam aləminin lideri ola bilməz. Belə olduqda heç kim Türkiyəni əhəmiyyətli hesab etməz. Sitatlar
Yalnız müqavimət göstərən deyil, fəal hərəkət müvəffəqiyyətli olar. PKK-nın fəal bir fəaliyyəti var. Bunun qarşılığı olaraq bizim gəncliyimizin də mütləq İslam Birliyi idealı olmalıdır. Sitatlar
Şeytanın ən çox təzyiq göstərdiyi ölkə Türkiyədir. Nə AK Partiyanın yıxılmasına, nə də camaata zərər gəlməsinə icazə verərik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur