logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 İyul 2012

avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v.) zamanında münafiqlər beş qəpiklərinə belə diqqət ediblər. Özlərini həmişə ağılsız göstərmişlər. "İmkanım olsaydı, pul verərdim, gücüm olsaydı, edərdim. "Amma, məsələn, uşağını evləndirməyinə çoxlu pul tapıb. Və yaxud başına bir iş gəlir, baxırsan ki, pul tapıb. Və yaxud özünü qurtarmaq üçün fidyə lazımdır, tez çoxlu pul verir. Bu əxlaqsızlar çətinliyə düşdükləri zaman pul taparlar.
A9 TV; 22 İyul 2012
880
avatar

Adnan Oktar

Münafiqlər namaz qılmağa, infaq etməyə də nifrət edərlər. Buna görə həmişə belə işlərdə "borc ödüyürəm, gücüm çatmır, imkanım yoxdur" deyirlər.
A9 TV; 22 İyul 2012
avatar

Adnan Oktar

Allah qorxusu qüvvətli sevgidən qaynaqlanan qorxudur. Yəni bir insanın bombadan və yaxud başqa nədənsə qorxması kimi deyil. AŞİQİNİ, AŞİQ OLDUĞU ALLAHI İNCİTMƏKDƏN QAYNAQLANAN QORXUDUR.
A9 TV; 22 İyul 2012
avatar

Adnan Oktar

İslam 10 il sonra tam fərqli şəkildə insanların qəlbində yer almış olacaq, inşaAllah, amma biz ən çox savabı qazana bildiyimiz dövrdə olduğumuz üçün var gücümüzlə səy göstəririk. Həmişə cəhd edib, çalışırıq, amma savabın çox olduğu dövrlər fərqlidir.
A9 TV; 22 İyul 2012
avatar

Adnan Oktar

İsrail soyundan olmağımla iftixar edirəm, möhtəşəm bir şeydir. Hz. Davud (ə.s.), Hz. Yaqub (ə.s.), Hz. İbrahim (ə.s.), Hz. Yusif (ə.s.) soyundanam. Peyğəmbər nəslindən olmaqla da fəxr edirəm.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

Allaha tam sığınsınlar, təslim olsunlar. Bərəkət və bolluq bütün dünyanı bürüyür. Başqa yolla ağrıdan, bəladan, fəlakətlərdən xilas ola bilməzlər.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

Sən ətdən, sümükdən meydana gəlmiş zavallı bir varlıqsan. Üstəlik də onun görüntüsüsən, kölgə varlıqsan. Bütün gücün Allaha aiddir. Bizi danışdıran da Allahdır. Allah belə buyurur "Allah istəməsə, siz istəyə bilməzsiniz". Nitqi verib danışdıran Allahdır, ayə vardır. Ayədə deyir "Nitqi verən Allahdır".
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

Bütün güc Allaha məxsusdur. Bircə külli iradə, hakim iradə vardır, yəni Allahın iradəsi vardır. Hər birinə hakimdir. Qədərin hamısı Allaha aiddir. Hər biri Kitabda yazılmışdır. Tək bir an vardır. Tək bir an içində Allah hər şeyi edib bitirmişdir.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

Külli iradə, cüzi iradə deyilən bir şey yoxdur. Bir iradə vardır. Onu da Allah yaradır.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

Bir insanın xurafatçısı da, dəccalı da əskik olmamalıdır. Fironu, Nəmrudu da əskik ola bilməz. Yaxşı təbliğ edilməsinə vəsilə olurlar. Allah bizi xurafatçısız, münafiqsiz, dəccalsız, fironsuz, nəmrutsuz buraxmır. Biz də bunları elmlə, biliklə əzirik.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

İndi oyağıq. Dünya qan ağlayr və biz bu vəziyyətdə rahat yaşaya bilmərik.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

MƏNİM MEHDİLİK İSTƏYİM YOXDUR. MƏNİM İSLAM BİRLİYİ ARZUM VAR. Gecə-gündüz istədiyim tək şey budur.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

İnsanlar yüksək səslə "Yox olsun İsrail" deyə qışqırırlar. İsrail peyğəmbər adıdır. Quranda ayə var. Hz. Yaqubun adıdır. Elə sözlər demək olmaz. Sən qəddarlara, zalımlara lənət et. Hz. İsrailə lənət etmək olmaz.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

Peyğəmbər nəslini yox eləməyə çalışsan, şeytana xidmət etmiş olarsan.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

Yəhudilər axır zamanda Hz. Mehdi (ə.s)-a tabe olacaqlar. Tabut, yəni müqəddəs sandıq tapılacaq. Bu, insanlığı xeyli təəccübləndirəcək.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

Mehdi mübarizə apararkən xurafatçı, dinsiz dəccallar da ittifaq halında Mehdiyyətə qarşı hücum edəcəklər.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

Əvvəllər, məsələn, tək firon idi. İndi yüzlərlə firon, Nəmrud Mehdiyyətə qarşı hücum edir. Buna görə Mehdiyyət çox əhəmiyyətlidir. FİRONLARIN VƏ NƏMRUDLARIN HAMISINA BİRLİKDƏ DƏCCALİYYƏT DEYİRİK.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

Bir firon getsə, digər firon gələr. Hal-hazırda Mehdiyyət çağındayıq. Mehdiyyətə qarşı hücuma keçmiş çoxlu Firon və Nəmrud vardır.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

Allah dəccalların əvvəlcə Mehdilərə hücum etmələrinə icazə verir. Mehdilər yetərincə savab qazandıqdan sonra Allah bu alçaqları boğaraq, damarlarını qopardaraq, beyinlərini parçalayaraq öldürəcək. Çünki artıq vəzifələri bitmiş olacaq.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

MARKSİZM, LENİNİZM QANSIZ OLMAZ. Qan, şiddət və terror Leninizm, Marksizmlə bir –birinə bağlıdır.
A9 TV; 21 İyul 2012
avatar

Adnan Oktar

Qəddarlığı, nifrəti din kimi qəbul edirlər. Belə şey olmaz. Əgər sevgi ilə, şəfqətlə yaxınlaşmasaq, insanlar müsəlman olmazlar. Şəfqətlə yanaşmasaq heç kim dinə yaxınlaşmaz. Sən nifrətlə yaxınlaşsan, insanlar dini, İslamı öyrənə bilməz.
A9 TV; 21 İyul 2012
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Münafiqlər namaz qılmağa, infaq etməyə də nifrət edərlər. Buna görə həmişə belə işlərdə "borc ödüyürəm, gücüm çatmır, imkanım yoxdur" deyirlər. Sitatlar
Münafiqlər çox qorxaq olurlar. Müsəlmanlardan uzaq yaşamaq istəyərlər və ona görə də qaçarlar. Müsəlmanlarla birlikdə olmağın zərərli, bəlalı olduğunu fikirləşər və uzaq yaşayarlar. Uzaq yaşadıqları üçün məhv olarlar. Sitatlar
Quranda görmə pozuqluğuna da çox diqqət çəkilir. Allah həmişə münafiqlərin gözlərində pozulmadan bir əlamət yarandığını söyləyir. Elə bir görmə ki, gözləri çevrilir, huşu itmiş kimi olur. Yəni gözlərinin işığı getmiş ölü kimi baxır. Heyvan kimi, ölü heyvan kimi, mənasız, boş-boş, məhv olmuş, soyuq baxışları vardır. İnsana bənzəmir. Bir insan huşunu itirərkən baxışı şüursuz, mənasız, diqqətsiz olar. Sitatlar
Münafiqlər və qəlbində xəstəlik olanlar danışmaz, sevgi, nəzakət göstərməzlər. Çünki onu etsələr nəsə itirəcəklərini sanarlar. Nəzakəti belə qarşı tərəfə yaxşılıq olaraq gördüyü üçün etməzlər. Məsələn, gözəl bir baxışdan, gözəl bir sözdən çəkinər, gözəl rəftardan uzaq durar, eqoist olarlar. Təkcə özlərinə edilməsini istəyərlər. Yəni Müsəlmandan almaq istər, amma vermək istəməzlər. Sitatlar
Münafiqlər və ürəklərində xəstəlik olanlar eqoist olarlar. Xəsis, hər zaman öz mənafeyinə uyğun davranar . Yəni pulu ilə xidmət etmək istəməz. Sevgisində, dostluğunda , təriflərində də xəsisdir. Heçnə vermək istəməz. Müsəlmanı xoşbəxt,  məmnun edən nəyisə etmək istəməz. Eqoist olarlar. Sitatlar
Münafiqlər və ürəklərində xəstəlik olanlar çətin mübarizəyə girişməzlər. Lakin asan, tez həll olunan bir şey olsa, onu qəbul edərlər. Bundan da bir xeyirləri olacaqsa qəbul edərlər. Allah buyurur ki, mənfəət əldə etməyəcək, uzun davam edəcək bir mübarizədirsə, kefini qaçırırsa ona yaxın durmazlar. Sitatlar
İslama xidmətdən söz gedərkən min bəhanə gətirərlər. Məsələn, "anam icazə vermir, atam icazə vermir, məktəbim uyğun deyil, ətrafım imkan verməz". Məsələ küfr, əxlaqsızlıq,  dəlaləti olsa nə ananı, nə atanı, nə də başqa birini düşünərlər. Bu yolda ağlasığmaz cəsarət göstərərlər. Dəlicəsinə cəhd edər, tərəddüd etməz, bütün bacarıqlarını sərf edərlər. Sitatlar
İnsanların bir çoxu belədir, küfr desən onda dərin bir istək, küfrə qarşı dərin arzu yaranar. Müsəlmanca xidmət, rəftar görəndə isə dayanar, durğunlaşar, danışma qabiliyyətini, əzmini itirər, amma küfrlə əlaqədar bir imkan tapsa və Müsəlmanlar da ətrafda yoxdursa, Müsəlmanların gücünün olmadığına əmin olsa, heyrətamiz şəkildə küfr xarakteri,  qabiliyyəti göstərər. Sitatlar
Münafiqlərin, ümumiyyətlə, baxışları doğru deyil, axmaqdırlar. Mənim bu günə qədər gördüyüm bütün münafiqlər dar düşüncəli olub. Allahın hikmətidir. ÇÜNKİ ölüdürlər. Sitatlar
Münafiqlər bir-birinə düşmən olar, bir-birinə ikrah hissi ilə baxarlar. Bir-birimizi sevirik, çox darıxdıq və.s deyərlər, amma həqiqətdə bir-birilərinə nifrət edər, pislik gözləyərlər. Allah ayədə  " münafiqlərin ürəkləri parça-parçadır" deyir. Bir-birilərini sevməz, süni bir sevgi hissi göstərərlər. Sitatlar
Fəlakətlər münafiqləri kökündən bürüyər. Onlar fəlakətlərin Müsəlmanları bürüyəcəyini zənn edərlər.  Amma öz başlarına gələr. Bu, Allahın heyrətamiz  qanunudur. Sitatlar
Münafiq bir məngənənin içindədir, lakin bilməz. Münafiq çox azad fəaliyyətdə olacağını zənn edər. Yəni istədiyi fəaliyyəti, pisliyi edə biləcəyini zənn edər. Halbuki, münafiqin edəcəyi bütün hərəkətlər Allah tərəfindən kodlaşdırılmışdır, Allah Qatında yaradılmış və bitmişdir. Sitatlar
Münafiqi hirsləndirmək insana zövq verir. Sitatlar
Münafiq Küfrü yetərli görmür . Yəni münafiq onların əxlaqsızlığını, onların vicdansızlığını yetərli görməz. Ancaq öz aralarında olarkən rahat olarlar. Necə şeytanlar cinlərlə rahat ola bilmirlər, cinlər də şeytanların yanında rahat ola bilməzlər. Sitatlar
Nə qədər münafiq çox olsa, nə qədər mütəşəkkil, çətinliklər olsa savabı o qədər çox olar. Sitatlar
Münafiqin faydası Müsəlmanı diri, aktiv, canlı vəziyyətə gətirib və savabını daha çox artırmaqdır. Məsələn, bir savab qazanacaqsa milyon savab qazanar. Münafiq olmasa savabının dərəcəsi azalar. Sitatlar
Allah münafiqə müəyyən dərəcədə sərbəstlik vermişdir. Münafiq də özünü çox azad zənn edər. Halbuki, belə deyil, məhduddur. Nə qədər edəcəyi, nə hərəkət edəcəyi müəyyəndir. Allahın onu harada əzəcəyi də bəllidir. Sitatlar
Münafiq qəfəsdəki meymun kimidir , vurnuxar, çırpınar, fənd işlədər, bununla nəsə əldə edəcəyini düşünər,amma başını yalnız qəfəsə vurar, başqa bir şey olmaz. Sitatlar
Münafiqin Müsəlmana bir şey edə bilməməsi ona çox əziyyət verər. Yəni MÜNAFİQ QAÇMAQ İSTƏYİB, LAKİN QAÇA BİLMƏYƏN İNSAN KİMİDİR. Sitatlar
Münafiq həyatın qısalığını, maddənin həqiqətini bilməz. Ölümü davamlı unutmağa çalışar. Yaşlanar, amma hələ yaşayacağını, çox uzun yaşayacağını zənn edər. Ta ki mələklər tərəfindən kürəyi və üzü döyülərək canı alınana qədər. Sitatlar
Münafiq özlüyündə xoşbəxt görünməyə çalışar. Halbuki, MÜNAFİQİN İÇİ YANAR, ÇOX İZTİRABLI, çox narahat olar, saxta sevinci yaşayar. Sitatlar
Münafiqdə qərarlı bir küfr xarakteri, əxlaqsız xarakteri vardır. Onun fitrəti yalnız Müsəlmanlara zərər verməyə yönəlmişdir. Sitatlar
Münafiqlər də bir qövmdür. Məsələn, cinlər bir yerdə dayanır, şeytanlar bir yerdə dayanır, münafiqlər də bir yerdə dayanır. Sitatlar
Münafiqin bilmədiyi bir şey vardır:  Münafiq Allahın gücünü anlaya bilmir. Sitatlar
Münafiqlər Allahın gücünü anlaya bilmir. İslam həqiqətən hakim olmayacaq zənn edirlər. Mehdi (ə.s)-ın həqiqətən çıxmasına, İsa (ə.s)-ın həqiqətən zühur etməsinə inanmırlar. Buna görə də bir əminlik içindədirlər. Halbuki, mütləq məğlub olacaqlar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur