logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 1 iyul 2015

avatar

Adnan Oktar

PKK heç boşuna qudurmasın, mikrob bir yerdə çoxalar, onun üstünə bir butulka yod töksən hamısı məhv olar. PKK nə qədər çox mikrob yayıldı deyə sevinir, bunu deyim ki, təkcə yod məhlulu ilə məhv olarlar. Qanuni yollarla hamısının yaxasından yapışacağıq.
A9 TV; 1 iyul 2015
1107
PKK
avatar

Adnan Oktar

Yəhudilərin Türkiyədə də, Orta Şərqdə də sevilməməsindən söhbət gedir. Bu səhvdir, vicdanlı rəftar deyil. Yəhudilər peyğəmbər nəslindən olan, imanlı, hz. Musa (ə.s)-a sədaqət göstərən cəmiyyətdir. Onsuz da sayları azdır, öhdələrindən gələrik məntiqiylə əzməyə çalışmaq uğursuzluq gətirər. Günah olar. Ayıbdır. Vicdansızlıqdır.
A9 TV; 1 iyul 2015
avatar

Adnan Oktar

İsrail xalqının məzlumlarıyla mübarizə aparanlara Allah uğursuzluq gətirər və bu tarixdə də görülmüşdür. Məzlumu qoruyana Allah uğur verər, bərəkət verər, bu da görülmüşdür.
A9 TV; 1 iyul 2015
avatar

Adnan Oktar

Sevgi ləzzətlidir, sevgi gözəldir. Vicdansızlıq və zülm çox sıxıntı verər, bunlar insan orqanizminə ziyanlı şeylərdir. Sevginin ləzzətini yaşayacağıq, sevginin gözəlliyini yaşayacağıq. İnsanlara da bunu öyrədəcəyik.
A9 TV; 1 iyul 2015
avatar

Adnan Oktar

Mehmetçiyin əlini müsəlman qanına bulaşdırmağa çalışanlara, Mehmetçiyə cinayət törətməyə, müsəlman qanı axıtmağa alışdırmağa çalışanlara bəla üz verər.
A9 TV; 30 iyun 2015
avatar

Adnan Oktar

Allah Quranda kədərlənməyi qadağan etmişdir. Mömin imanı sayəsində kədərlənməməlidir. Heç bir faydası yoxdur, sadəcə insanın əhval-ruhiyyəsini korlayır. Kədər, insanın ömrünü bitirən bir zəhərdir, xəstələnmə səbəbidir. Sevinc isə, bədən üçün qidadır.
A9 TV; 30 iyun 2015
avatar

Adnan Oktar

Küfrü yer üzündən silmək fərzdir, lakin, əlbəttə ki, bunu elmlə, irfanla, sevgiylə, qanuni yollarla etmək olar. Zərər yetirmək üçün deyil, qorxutmaq üçün silah tutulmalıdır.
A9 TV; 29 iyun 2015
avatar

Adnan Oktar

Bəlalar, dərdlər insanları çox yaxşı tanıdar və gücləndirər. Allah bu cür tərbiyə edir. Yoxsa insanların əksəriyyəti laqeyd olur.
A9 TV; 29 iyun 2015
avatar

Adnan Oktar

Kommunizm, Stalinizm bir inanc sistemidir. Terrorist, qan axıdan, psixopat, şeytani dindir. Şeytanın dinidir. Şeytanın dininə qarşı Allahın dini var, haqq din var. Biz bu haqq dini müdafiə edərik. Allahın tərəfdarları, şeytanın tərəfdarlarının qarşısında olar. Allahın tərəfdarları daim elm, irfan və qanunla bunların başlarını əzər.
A9 TV; 29 iyun 2015
avatar

Adnan Oktar

İsa (ə.s), hz. Mehdi (ə.s)-ın vəziri olaraq nüzul edəcək, Peyğəmbərimiz (s.ə.v) belə söyləyir. Allah Mehdini şərəfləndirmək üçün, Mehdinin böyüklüyünü vurğulamaq üçün, İsa Məsihi ona vəzir olaraq göndərir. Mehdinin böyüklüyünü buradan anlayın. Hətəmə vəli deməkdir. Gəlib keçmiş ən böyük övliya, ən böyük vəlidir. Yəni imam Mehdi, səhabələrdən üstündür.
A9 TV; 28 iyun 2015
avatar

Adnan Oktar

Müsəlmana güllə sıxan alçaqdır. Müsəlmanı öldürən alçaqdır və əxlaqsızdır. Belə təklif irəli sürənlər ən alçaq, şəxsiyyətsiz, soysuz insanlardır. Bu bilinsin.
A9 TV; 28 iyun 2015
avatar

Adnan Oktar

ABŞ indiyədək, mühafizəkarlığı, dindarlığı sayəsində dağılıb getmədi. ABŞ dindarlığını əldən versə bitər, məhv olar.
A9 TV; 28 iyun 2015
avatar

Adnan Oktar

Müsəlmanları öldürməyi düşünən, bunun üçün hazırlıq görən alçaqdır, əxlaqsızdır, xaindir, namussuzdur. Müsəlmanları öldürmək, əbədi cəhənnəmə getməkdir.
A9 TV; 28 iyun 2015
avatar

Adnan Oktar

Silaha sərf olunan vəsait yoxsul insanlara sərf olunsa dünyada inanılmaz zənginlik yaşanar. Dünyanın hər yerində bolluq, var-dövlət olar. Silaha, insan öldürməyə pul xərcləyirlər. Mehdi (ə.s) dövründə silahlar aradan qalxacaq. Silaha sərf olunacaq pul xalqa, müsəlmanlara, yoxsullara, məzlumlara paylanacaq.
A9 TV; 27 iyun 2015
avatar

Adnan Oktar

Allahın hökmü aydındır; PKK-ya da deyirəm, yaxın zamanda məğlubiyyətə məruz qalacaqlar. 40 illik dəccallıq müddətləri sona çatdı. Hamısı həbsxanaya atılacaq, ağıllarını başlarına yığsınlar.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

Kürd əsilzadədir, nəcibdir, alicənabdır, nəzakətlidir, nurludur, dindardır, nəzakətlidir, təmizdir, mərddir, igiddir, cəsurdur. Amma PKK alçaqdır, xaindir, murdardır, hər cür iyrəncliyi edən qatil sürüsüdür. PKK ilə Kürdə fərq qoya bilməyən insan məni təəccübləndirir. Yəni onları bir-birindən ayırmalısınız.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

Əgər hökumət MHP ilə koalisiya yaratmasa bu tarixi səhvi siyasət səhnəsindən tamamilə silinməklə ödəyər. Bunun üçün mütləq MHP ilə koalisiya yaratsın. Özü də güclü bir koalisiya.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ın edəcəyi ilk şey ədaləti təmin etməkdir. Onun dövründə qətiyyən insanlara zülm edilməz.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

Quranda Mehdi (ə.s)-dən bəhs edilmir demək düz deyil. Kəhf surəsində, Yusif surəsində əvvəldən axıra qədər mehdiyyət izah edilir. Süleyman hekayəsi mehdiyyəti izah edir. Nur surəsinin 55-ci ayəsi dünya hakimiyyətini və mehdiyyəti izah edir.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

"600 min hədis var" deyir; bunun mümkün olması üçün Peyğəmbərimiz (s.ə.v) doğumundan etibarən hər saat bir hədis söyləməlidir. Ancaq Buxarinin verdiyi məlumata uyğun, seçdiyi qədər; çünki başqaları da: "Bir milyon hədis arasından seçdi" deyir. Bəziləri də: "Üç milyon hədis arasından seçdi" deyir. Peyğəmbərimiz (s.ə.v) min il yaşasa belə, yenə bu hədisləri söyləyəcək vaxt olmaz. Deməli, bu bir yalandır. Bunu uşaq belə anlayar.
A9 TV; 26 iyun 2015
avatar

Adnan Oktar

İki günlük dünya. Sənin o heyran olduğun insanların hamısı ölüb gedir. Heyran olduğun binalar dağılıb yox olacaq və dağılır da. Köhnəlmiş bez parçasına heyran olur, bezə heyran olur və başqa şeylərə heyran olur. Sən Allaha heyran ol, Qurana heyran ol.
A9 TV; 25 iyun 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
HDP virtual partiyadır. PKK-nın yaratdığı dəhşət və vəhşət mühitində, qorxudulan insanların verdiyi səslərlə yaradılan virtual bir təşkilatlanmadır. Sitatlar
Yeni yetişən gənclər arasında eqoist, darvinist, materialist quruluşlar meydana gəldi. Türkiyənin bölünməsi bunları maraqlandırmır. Buna qarşı tədbir alınmalıdır. Məktəblərdə; "Milli dəyərlər dərsi" keçirilməlidir. Bu dərsdə türk millətinin birliyi, bütövlüyü, PKK təhlükəsi, orduya sevgi, darvinizm-materializmin etibarsızlığı, bütün bunlar izah edilə bilər. Sitatlar
PKK-nın Türkiyənin ətrafını hər tərəfdən əhatə etməsini qəbul etmərik. Ən az üç tərəfdən PKK-nın yolları, əlaqələri, damarları tamamilə kəsilməlidir. PKK ilə mübarizə üçün bu vacibdir. Sitatlar
PKK-nın başa düşəcəyi dil həmişə alçaltmadır. Əxlaqsız hərəkətlərini vurğulamaq, pis əməllərini dünyaya çatdırmaqdır. Bu ABŞ-ın bütün planlarını alt-üst edən bir sistemdir. Sitatlar
AKP-in diqqət yetirəcəyi şey budur: Bizim millətimiz mənəviyyatına bağlı millətdir. Əvvəla bölünmənin olmasını istəmirik. İkincisi də; PKK bəlasından qurtulmaq istəyirik. Sitatlar
"Öcalana azadlıq" nə deməkdir bilirsən? "Cinayət sərbəst" deməkdir. "Qatil olmağın cəzası yoxdur. Əsgər şəhid etmənin, polis şəhid etmənin cəzası yoxdur”. Bu mənaya gəlir. Bu PKK-nın fəaliyyətini qanuniləşdirmə cəhdidir. Sitatlar
Cinayət törədənləri sərbəst buraxmaq olmaz. PKK-lılar; əsgərləri, polisləri vuracaq, şəhid edəcək; sonra isə onları sərbəst burax deyəcəksən. O zaman cinayət törətmək sərbəst olmuş olar. Belə şey olmaz. Sitatlar
Amerika dərin dövləti PKK alçaqlarını qorumaqdan imtina etsin. Əxlaqsızlara, murdar insanlara sahib çıxır. Bu çox çirkin hərəkətdir. Belə gedərsə Amerika bütün dünyadakı etimadını itirər. Sitatlar
Allahın hökmü aydındır; PKK-ya da deyirəm, yaxın zamanda məğlubiyyətə məruz qalacaqlar. 40 illik dəccallıq müddətləri sona çatdı. Hamısı həbsxanaya atılacaq, ağıllarını başlarına yığsınlar. Sitatlar
Kürd əsilzadədir, nəcibdir, alicənabdır, nəzakətlidir, nurludur, dindardır, nəzakətlidir, təmizdir, mərddir, igiddir, cəsurdur. Amma PKK alçaqdır, xaindir, murdardır, hər cür iyrəncliyi edən qatil sürüsüdür. PKK ilə Kürdə fərq qoya bilməyən insan məni təəccübləndirir. Yəni onları bir-birindən ayırmalısınız. Sitatlar
PKK-lılar əkdiklərini biçirlər; illərdir ki, bölgədə, dəhşəti və zorakılığı öyrədən PKK, gəlinən vəziyyətdə zorakılığa uğrayan da PKK-dır. Halbuki sülh, qardaşlıq və sevgini əsas götürməlidirlər. Sitatlar
AKP-MHP hakimiyyətə gəlsin, hökumət yaratsınlar, Daxili İşlər Nazirliyini MHP-yə versinlər. Sağlam birini də daxili işlər naziri vəzifəsinə gətirsinlər. PKK hüquqi yollarla kökündən yox edilsin. Ən mühüm məsələ budur. Sitatlar
PKK ilə mübarizə aparmaq müsəlmanlar üçün fərzdir. Heç kim; "mənə nə dəxli var" deyə bilməz. Allah: "Onlar haqlarına təcavüz edildikdə, birlik olub qarşı çıxanlardır" deyir. Bütün müsəlmanların PKK-ya qarşı çıxması fərzdir. Əksini etmək haram olar. PKK ilə mübarizə aparmasa harama girər. Çünki PKK müsəlman kürd qardaşlarımıza hücum edən bir dəccal hərəkatıdır. Sitatlar
Azad bir Türkiyə istəyirik, azad Cənub-Şərqi Anadolu bölgəsi istəyirik. Cənub-Şərqi Anadolu bölgəsində istədiyimiz kimi ibadət edəcəyik. İstədiyimiz kimi Allahı zikr edəcəyik. Bütün partiyalar istədikləri kimi təbliğat çıxışları edəcək. PKK müdaxilə edəcəyi təqdirdə isə, əl-qolunu qanuni yollarla qırarıq. Bunu bilməlidirlər. Sitatlar
Rəvayətlərdə bildirildiyinə görə dəccalın ömrü qırx ildir. PKK da bir dəccal hərəkatıdır, ömrü sona çatmışdır. Allah türk millətini, türk dövlətini, türk ordusunu, türk polisini vəsilə edəcək. Bu bəla qanuni yollarla köklü surətdə yox ediləcək. Vaxtı, zamanı gəlmişdir. Bunlarla mübarizə aparmaq halaldır, fərzdir. Gecikmək haram olar. Sitatlar
PKK-nın kökü qanuni yollarla qurudulmalıdır. Bu fərzdir. Açıq şəkildə Quran ayələriylə bildirilmiş və isbat olunmuşdur; küfr əhli qətiyyən qalib gəlmir. Haqq həmişə qalib gəlir. Sitatlar
Allah küfr əhlinə müəyyən müddət möhlət verir, sonra da devirir, batil olduğu üçün. Küfr əhlinin ömrü 40 ildir. PKK da 40 illik ömrünü tamamlamaq üzrədir. Sitatlar
PKK-lılar arasındakı həmrəylik müsəlmanlar arasında yoxdur. Onun 10-da 1-i belə yoxdur. Məsələn, 3 min metr hündürlükdəki dağda, qayanın, mağaranın içində yaşayır. “Get mağarada yaşa” desən, bunu çox az müsəlman qəbul edər. “Həyatını fəda et” desən, mənim övladlarım var, arvadım var, mən həyatda yüksək yerlərə gələcəyəm, övladımı evləndirəcəyəm və s. deyər. Həyatını fəda etməz. Amma baxın PKK həyatını fəda edir. Bunun üçün küfr əhli belə olsa, Allah müvəffəqiyyət verir; əzmkarlıq göstərdiyi üçün. Sitatlar
Bütün bölgə xalqı PKK-ya nifrət edir. Zorakılıq tətbiq edən bir birliyə qarşı insanların hörmət göstərməsi və sevgi bəsləməsi mümkün deyil. Sitatlar
PKK yetişdirdiyi bütün gəncləri bilavasitə məqsədyönlü olaraq öyrədir. Tamamilə həyatın sosial tərəflərindən uzaqlaşmışlar. Yalnız hədəfə bağlanmışdırlar. Türk gəncliyi də belə olmalıdır. Milli-mənəvi hədəflərə bağlanmalıdırlar. Allah qorusun, belə olmasa fəlakət gələr. Sitatlar
PKK-lıya kürd demək kürdlüyü təhqir etməkdir. O kürdlüyünü itirmiş, insanlıqdan və heyvanlıqdan çıxmışdır. Məxluqata çevrilmişdir. Sitatlar
TRT-yə baxıram; "Kürd üsyançılar" deyildiyini görürəm. Allahsız, kitabsız, Stalinist, kommunist PKK-lılar deyin buna. Onlar necə kürd ola bilər? Kürdlər belə bir şey edərmi? Kürdlər nurdur. Kürdlər alicənabdır. Kürdlərin adına xələl gətirirsiniz. Sitatlar
Kim bölgədəki qruplara zorakılıq tətbiq etməyi öyrədir? PKK. Bu fikir, bu düşüncə PKK-dan çıxmışdır. Cinayətin necə edildiyini, insanların necə öldürüləcəyini hər kəsə öyrədən PKK-dır. Sitatlar
Cənub-şərqi Anadolu bölgəsindəki xalq, analarımız, qardaşlarımız, bacılarımız inanılmaz dərəcədə dindardırlar. Allah deyən kimi gözlərinə yaş gəlir. Öz istəkləriylə Allahsız, kitabsız, stalinist PKK-ya tabe olmaları qeyri-mümkündür. Sitatlar
MHP təkcə bir nazirliyi tələb etməlidir, Daxili İşlər Nazirliyini, bu qədər. Başqa heç bir ön şərti, qırmızı xətti olmasın. Tam səlahiyyətlə Daxili İşlər Nazirliyini tələb etsin. Bordo beretliləri və jandarmanı da fəaliyyətə keçirsin, qanuni yollarla dünyanı PKK-ya dar etsin. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur