logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 24 oktyabr 2015

avatar

Adnan Oktar

Robotların yaşadığı cənnət, Allahın bəyəndiyi mühit olmur, Allah robot istəmir. Vəfasını görməmiş, səbrini görməmiş, cəsarətini görməmiş bir insanın, insan olaraq özünə o mənada hörmət qoymaz. Yəni özünü dəyərli görə bilməz, gözəl görə bilməz. Allah üçün fədakarlıq etməmiş, comərdlik etməmiş, cihad etməmiş, yəni sevgisini göstərəcək heç nə etməmiş.
A9 TV; 24 oktyabr 2015
2357
avatar

Adnan Oktar

PKK-lı olduğunu göstərən, təbliğ edən hər kəs həbs edilsin. Ümumilikdə yüz min insan tutacaq həbsxanalar inşa edərsən, hamısını doldurarsan. Çünki Türkiyənin mövcud olmasından söhbət gedir.
A9 TV; 23 oktyabr 2015
avatar

Adnan Oktar

Türkiyənin bölünməsi demək, qiyamətin qopması deməkdir. Günəş, Ay, Dünya hamısı birləşər, hər yer dümdüz olar. Bunu unutsunlar, belə şey olmaz.
A9 TV; 23 oktyabr 2015
avatar

Adnan Oktar

Şeytan "sevgi" sözünü insanlara söylətmir. Hamı israrla, inadla "sevgi" sözünü söyləsin, yazsın. Sevgi dünyanın kilididir, həyatın kilididir. Sevgi açıldıqda, bütün dünya açılar.
A9 TV; 23 oktyabr 2015
avatar

Adnan Oktar

İmam Hüseynin intiqamı qan ilə alınmaz. İslam Birliyinin yaradılması ilə, İslam əxlaqının dünyaya hakim olması ilə alınar.
A9 TV; 22 oktyabr 2015
avatar

Adnan Oktar

Bir az başını işlət, düşün, hikmət gözüylə bax; parlaq işıqlı dünya görəcəksən. Sən Allah ilə maraqlanmırsan, boş işlərlə maraqlanırsan. Bu, Allahın heç xoşuna gəlməz. Bütün günü nərd oynayır, 4-5 saat. Ağlını tamamilə Allaha ver, düşüncəni ver.
A9 TV; 22 oktyabr 2015
avatar

Adnan Oktar

Allah hər şeyi planlı və gözəl yaradır. Lakin hikmət həmişə axtarılmalı, baxılmalıdır. İnsan hikməti görməsə sıxılar dünyada. Qəlbi daralar. Hikmət gözüylə baxsa qəlbi rahatlayar.
A9 TV; 22 oktyabr 2015
avatar

Adnan Oktar

Sevgi necə də zövqlüdür; pişikləri sev, kəpənəkləri sev, insanları sev. Nə itirərsən ki? Könlün əylənəcək, ürəyin açılacaq, beynin rahatlayacaq. Ağlın açılacaq. Hamısından da əhəmiyyətlisi, bu ibadətdir.
A9 TV; 22 oktyabr 2015
avatar

Adnan Oktar

Qadın dediyin çiçək kimidir. Yeriyən çiçəklərdir qadınlar, gözəl qoxulu çiçəklər. Çiçəyə necə hörmət göstərirsənsə, necə qoruyursansa, qadınları da o cür qorumalısan. Allah Quranda hz. Məryəmi "gözəl bir bitki kimi" yetişdirdiyini söyləyir.
A9 TV; 21 oktyabr 2015
avatar

Adnan Oktar

Sevgi insanın ruhunda var. Kin, nifrət, davakarlıq çox qorxunc şeylərdir, bunlar insanı öldürər, məhv edər. Allah qorusun, insan bunlara görə hər cür xəstəliyə tutular. Ürək dözə bilməz, qəribə şəkildə sıxılar. Sevgisizlik bədənə zəhərdir. Bədən sevgiylə rahatlayar.
A9 TV; 20 oktyabr 2015
avatar

Adnan Oktar

Bəziləri televiziya proqramına çıxır, baxırsan ki, qəddar mühit var, hər kəs bir-birini əzir. Bir cümlə ilə; "bir-birimizə sevgiylə yaxınlaşsaq bu məsələ həll olar" desə nə olar ki? Bunu deyə bilmir. Halbuki sevgi sözünü işlətməyə alışsalar onun təsir dairəsi getdikcə genişlənəcək. Hər fürsətdə bir bəhanə gətirərək sevgidən bəhs etməlidirlər.
A9 TV; 20 oktyabr 2015
avatar

Adnan Oktar

Heç bir yerdə sevgi sözü işlədilmir. Söylə, bir dəfə söylə bax gör necə özünə gələcəksən. Bismillah de, bir sevgi de, ardı gələcək, alışdır ağzını. Gəncləri təşviq edək, hər kəsi təşviq edək. Bir kampaniya başladaq. Sevgi sözünü həm yazmağa, həm də danışmağa alışsınlar.
A9 TV; 20 oktyabr 2015
avatar

Adnan Oktar

Bizim müasirliyimizə çox insan qarşı çıxırdı, lakin yavaş-yavaş hamısı bizim müasirliyimizə gəldilər. Bu keçid mərhələsidir. İndi bir mərhələdən daha keçəcəklər. Daha müasir, tam Quran müsəlmanlığı səviyyəsinə gələcəklər.
A9 TV; 20 oktyabr 2015
avatar

Adnan Oktar

Din yanlış izah edilir. Çox qorxunc və içindən çıxılmaz bir sistem kimi izah edilir. Allaha şükür, biz İslamın işıqlı üzü olaraq şeytanın oyununu pozduq. Yoxsa İslamafobiya bütün müsəlmanları məhv edəcək bir sistemdir.
A9 TV; 20 oktyabr 2015
avatar

Adnan Oktar

İnsanların Allaha inanmadığını özümüzə dərd etmək, çox təhlükəli hərəkədir. Çünki Allah: "Hüzuruma tək-tənha gələcəksiniz" deyir. Burada bir sirr var. Buna görə də, insanların iman edib-etməməsinin bizə nə dəxli var. Allah bizim şüurumuzu açıq yaratmışdır. Allahın varlığı çox açıqdır.
A9 TV; 20 oktyabr 2015
avatar

Adnan Oktar

İsraildə ateizm zəifləməyə başladı. Əvvəllər çox güclü idi. Biz orada “Yaradılış Atlası”nı yaydıqdan sonra, İbrani dilindəki kitablarımızı payladıqdan sonra İsraildə dinə qayıtma prosesi çox sürətləndi. Avropada və ABŞ-da dinə qayıtma prosesi çox sürətləndi; vəsilə olduq.
A9 TV; 19 oktyabr 2015
avatar

Adnan Oktar

Biz bütün dünya üçün İslamın işıqlı üzüyük. Müsəlmanlığı qorxunc, içinə qapalı, sevgisiz, qadınlara məsafə qoyan, həyatı dəhşətə çevirmiş bir sistem kimi tanıyanlar bizim yaşadığımız İslamı gördükcə səhabə İslamına olan heyranlıqları artır və İslamın bir qurtuluş olduğunu da görürlər. Əks halda əzab çəkirdilər.
A9 TV; 19 oktyabr 2015
avatar

Adnan Oktar

Din sevgidir, rahatlıqdır, gözəllikdir, sevincdir. Allahın nemətlərindən halal yolla ən gözəl şəkildə istifadə edərsən. Sağa dönsən cinayət, sola dönsən cinayət, göyə baxsan cinayət, yerə baxsan cinayət; bu cür din anlayışı olmaz. Bu insanları məhv edər, ruh xəstəsi olarlar, ağılları yox olar. Dini çətinləşdirmək zalımlıqdır. Bilmədən bu zülmü edirlər.
A9 TV; 19 oktyabr 2015
avatar

Adnan Oktar

Dini çətinləşdirdikcə Allaha daha yaxın olacağını düşünür. Halbuki insanları Allahın dinindən uzaqlaşdırdığı üçün cəhənnəmdə hesabını verə bilməyəcəyin bir mövqeyə düşərsən. Dini insanlara Allahın bildirdiyi asan halı ilə göstərməlisən, izah etməlisən.
A9 TV; 19 oktyabr 2015
avatar

Adnan Oktar

Dini çətinləşdirmək bütün dünyaya zülm etməkdir. Çünki insanlar dindən uzaqlaşdıqda çox əzab çəkərlər.
A9 TV; 19 oktyabr 2015
avatar

Adnan Oktar

Allah: "Sənə biri pislik etdikdə sən ona gözəl cavab versən aranızın yaxşı olacağını, dost olacağınızı görərsən" deyir. Yəni Allah: "Mən aranızı düzəldəcəyəm" deyir. "Sizin aranızdakı ədavəti yox edərəm" deyir.
A9 TV; 19 oktyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah həmişə sevgi istəyər. Yoxsa nə gözəlliyin, nə də başqa bir şeyin mənası olmaz. Cənnət köşklərini, onları robot kimi varlıqların doldurduğunu təsəvvür edin, cənnət hovuzlarında üzürlər. Allah uzaq eləsin, bu təsvir acınacaqlı olar. Allah o nemətini, Allahın ruhunu daşıyaraq əziyyət və çətinlik çəkmiş insanlara versə, bu vaxt heyrətamiz gözəllik olar. Yəni cənnətin mənası olar. Allah lazımı qədər təqdir edilmiş olar. Sitatlar
Sevgi yoxdursa, bağlılıq yoxdursa, dərinlik yoxdursa, həqiqi sevgi yoxdursa, onda sən nə istəyirsən, bunlar olmadıqda nəyin mənası qalır? Heyvan kimi insanlar var deyirik, bax, onları heç xoşlamırıq, onlar bizi narahat edir, onlara məxluq deyirik. Lakin fədakar, cəsur, səbirli, qətiyyətli olub igidlik etsələr, onlara heyran olarıq. Sitatlar
Şeytan "sevgi" sözünü insanlara söylətmir. Hamı israrla, inadla "sevgi" sözünü söyləsin, yazsın. Sevgi dünyanın kilididir, həyatın kilididir. Sevgi açıldıqda, bütün dünya açılar. Sitatlar
Allah: "Məni sevsəniz, Məni təqdir etsəniz, o zaman sizdə də sevgi güclü olar" deyir. Çünki təqdir edə bilməyən sevgini bilməz. Sevdiyini təqdir edə bilməyən sevginin nə olduğunu necə bilsin? Sitatlar
Allah yalnız sevgi istəyir. Sən bunu Allaha çox görürsənsə əgər, Allah da sənə həyatın, ölümün, hamısının əzabını qat-qat daddırar. Sitatlar
Allah: “Siz Məni unutsanız, Mən də sizi unudaram” deyir. İnsan ruhunda da vardır bu; yönəltdiyi sevginin ən gözəl qarşılığını almaq istəmək. Allah da bunu istəyir. Sitatlar
Mükəmməl əxlaq nədir? Səbir, şəfqət, fədakarlıq, dürüstlük, cəsarət, vəıqda insanda bunları etmək məsələsində qəflət yaranır. Məsələn, Allahı sevər, lakin namaz qılmaz. "Mən Allahı sevirəm, Allahın mənim namazıma ehtiyacı yoxdur" deyər. Çox pulu olar, kasıblara paylamaz. "Kasıb necə olsa tapar, lakin mən Allahı çox sevirəm, bu pulla xoşbəxt oluram, Allaha daha yaxın oluram" deyər. Cəsarət göstərməz; "mən indi belə bir şeydən ötrü həyatımı təhlükə altına atmayım, gözəl yaşayıram" deyər. Allah qorxusu olduqda cəsarət göstərilər. Sitatlar
Vəfa Allah üçün olar. İmansız insan üçün vəfanın bədəli ağırdır. Başını bəlaya salar. Möminə isə, bərəkət və nur gətirər, gözəllik gətirər. Görünməmiş gözəllikdir, igidlikdir. Səbrin hər dəqiqəsi, saniyəsi imansız bir insanın sümüklərini çatırdadar, ona qəribə əzab verər. Lakin iman olduqda səbir edilər. Bunun üçün insanlar Qurana borcludurlar. Sitatlar
Zaman cənnətdə möminlər üçün sonsuz olur. Çünki Allahın ruhunu daşıyırlar. Allahın ruhu sonsuza qədər ölməz. Allah necə ölmürsə, ruhu da sonsuza qədər ölməz. Allah, insan üçün də; "Ruhumdan üfürdüm" deyir. Sitatlar
Allah Quranda insanın normal ağıla sahib olmasını təmin edəcək, çox gözəl sirlər vermişdir. Bir kərə insanın özünü Allaha həsr etməsi, bütün əxlaqsızlığı və anormallığı aradan qaldırır. Təvəkküllü olması özünə verdiyi əziyyəti aradan qaldırır. Səbirli olduğunda, hər kəslə dost olur. Vəfalı olduğunda, hər kəsin sevəcəyi şəxsiyyətə sahib olur. Özünü tənqid etdikdə ağlı başına gəlir. Başqası tənqid etdikdə isə, tamamilə ağıllı hərəkət edən, əməli və sözü bir-birini tutan bir insana çevrilir, sevilən bir insana çevrilir. Sitatlar
Biz səmimi davranmaqla mükəlləfik. Allah səmimi olanlara cəhənnəm içində cənnət yaradar. Müsəlmanlara heç gözləmədikləri yerdən ruzi bəxş edər. Bunların hamısı gizli bir Quran möcüzəsidir. İman əhli bunu anlayar, Allahın gizli işarələrini görər, lakin qəflət əhli bunları görməz. Sitatlar
Peyğəmbər (s.ə.v) o dövrün ən müasir insanıydı, hz. İbrahim (ə.s) o dövrün ən müasir insanıydı. Müasirliyə qarşı mübarizə aparmağı İslamın tələbi zənn edirlər. Şeytan aldadır, səhv yol kimi göstərir. Müasirlik nemətdir. Cənnət insan ağlının qavraya biləcəyi ən müasir yerdir. Müsəlman müasirliyi hədəf etməlidir. Sitatlar
Səhabələr Allah üçün mübarizə aparırlar. Münafiqlər isə; “evimiz nəzarətsiz qalıb”, “vuruşa bilsəydik gələrdik” deyirlər. "Sənə qırx kisə qızıl veriləcək, bu şərtlə ki, vuruşa bilmədiyin halda, gəlib vuruşmalısan" desən dərhal gələr. Çünki, mənfəət vardır. Məhz insanın mənfəəti gözəl əxlaq olmalıdır. Qızıl yerinə, pul yerinə imanını qoymalıdır, vicdanını qoymalıdır. Başqa cür olsa insan heyvana dönər. Sitatlar
Təbliğ edərkən insanların heç vaxt müxalifət etmədiklərini düşünək; hər dediyimizi qəbul edirlər, hər kəs bizi dəstəkləyir, alqışlayır; axirətə getdik, nə olacaq? Savab milyonda birdir. Lakin müxalifət varsa, sən cəhd edirsənsə, yəni səy göstərirsənsə, milyonlarla savab qazanarsan. Allah müqaviməti savabın möminə yağış kimi yağması üçün xüsusi yaradar. Allah tərəfindən möminə rəhmət kimi təqdim edilər. Sitatlar
Allahı səmimi sevirsənsə, cəhənnəmdə belə olsan Allah qorusun (belə ki, Allah belə bir şey etməz), cənnətdəymiş kimi olarsan. Allahı sevmirsənsə cənnətdə belə cəhənnəmin içindəymiş kimi olarsan. Sitatlar
Allah ən böyük sevgini şəhidlik kimi qəbul edir. Allahın ən bəyəndiyi şey budur. Lakin, əlbəttə ki, ən məqbul şəhidlik forması Allah yolunda cihad edərkən, yəni feli cihad edərkən şəhid olmaqdır. Çünki açıq-aydın şəkildə döyüşə gedir, öldürülə biləcəyini bilir, orada şəhid olur. Allah yolunda qorxmadan cihada çıxmaq; ən məqbul olan budur. Sitatlar
Münafiqlər Peyğəmbər (s.ə.v) və səhabələrə: "Döyüşməyi, mübarizə aparmağı bacarsaydıq sizinlə gələrdik" deyirlər. Münafiq bilərəkdən bacarıqsız kimi özünü göstərər. Həmçinin müsəlmanların da İslam üçün fəaliyyət göstərməsini istəməz. Onları da dayandırmağa çalışar. Sitatlar
Nə səbir edir, nə də əziyyətə razı olur, birbaşa nemət istəyir. Olmaz belə bir şey. Belə olsa nə cənnətə, nə də Allahın rizasına qovuşa bilərsən. Bura imtahan yeridir, əyləncə yeri deyildir ki. Allah; "əgər Biz əyləncə etmək istəsəydik əlasını edərdik" deyir. "Şənimizə layiq olanı edərik" deyir. Əyləncə yeri cənnətdir. Burada belə bir şey yoxdur. Sitatlar
Bütün mahnılar həmişə ağlamağa həsr olunur. Çünki sədaqət yoxdur, vəfa yoxdur. Din nəyi təmin edir? Vəfa, sədaqət və səbri təmin edir. Sitatlar
Ayələrdə cihaddan bəhs edilərkən mübarizə aparmaq nəzərdə tutulur. Elmi mübarizə, çalışma, hər cür fəaliyyət. İnsanlar həmişə asıb-kəsmək kimi başa düşürlər. Cihad, Allah yolunda səy göstərməkdir. Sitatlar
Allahı inkar edən, Allahı anlaya bilməyən bir insanın sevgini yaşaması mümkün deyil. Allaha vəfa göstərməyən sənə necə vəfa göstərsin. Allahın sənətini görə bilməyən, sənin gözəlliyini necə görsün. Allaha təşəkkür etməyən sənin necə qiymətini bilsin. İman olmadan sevgi olmaz. Allahı sevə bilməyən Onun gözəlliklərini görə bilməyən insanı heç vaxt sevə bilməz. Sitatlar
PKK-lı olduğunu göstərən, təbliğ edən hər kəs həbs edilsin. Ümumilikdə yüz min insan tutacaq həbsxanalar inşa edərsən, hamısını doldurarsan. Çünki Türkiyənin mövcud olmasından söhbət gedir. Sitatlar
Türkiyənin bölünməsi demək, qiyamətin qopması deməkdir. Günəş, Ay, Dünya hamısı birləşər, hər yer dümdüz olar. Bunu unutsunlar, belə şey olmaz. Sitatlar
Allah zənginliyini və ehtişamını, qat-qat, müqayisə edilməyəcək dərəcədə insanların gözü önünə sərdi. Allahın tək istəyi: "Məni lazımınca qiymətləndirin, Məni tanıyın, Məni sevin, Mənə aşiq olun, Mən də sizi sevim, sizi əbədiyyən bu cür xoşbəxt yaşadım" deyir. Sitatlar
İnsanlar: “Bəlalar niyə gəlir?” deyə soruşur. Sən şükür etsən, bəla gəlməz. Şükür etməsən bəlaya layiq olarsan. Əlbəttə ki, müsəlman imtahan olunar, lakin bəla gəlməz. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur