logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 20 oktyabr 2013

avatar

Adnan Oktar

Xeyirlərdə yarışmaq, xeyir rəqabəti aparmaq insanda ağılı açar, bərəkət, nur, gözəllik gətirər.
A9 TV; 20 oktyabr 2013
2345
avatar

Adnan Oktar

Allahı təriflədikcə, öydükcə, Allaha dua etdikcə ağıl durular, insanın beynindəki təzyiq aradan qalxar. Əks halda beyin keyiyər, qapanar. Ağıl gedər, insan dəli olar.
A9 TV; 20 oktyabr 2013
avatar

Adnan Oktar

Cədvəllərdə nə yazıldığı əhəmiyyətli deyil, türk dili rəsmi dil olacaq. Bu vətəndə razılaşma dilimiz, danışıq dilimiz, qardaşlıq dilimiz türk dilidir.
A9 TV; 20 oktyabr 2013
avatar

Adnan Oktar

Türkiyədə İslam Birliyi olacaq. Türkiyənin bölünməsinə yol vermərik. Cənub-şərqli qardaşlarımızı Stalinist-kommunistlərə, PKK-ya təslim etmərik. Oradakı analarımızı, bacılarımızı kommunistlərə qənimət olaraq vermərik. Əbəs yerə qoçuluq etməsinlər. Bundan əl çəkəcəklər.
A9 TV; 20 oktyabr 2013
avatar

Adnan Oktar

Quranda Axırzaman əlamətləri bir gizli olaraq, bir də açıq şəkildə izah edilir. Allah parçalanmış, firqələrə ayrılmış müsəlmanlardan bəhs edərkən Axırzamana işarə edir. Çünki müsəlmanlar Peyğəmbərimiz (s.ə.v) dövründən bəri ilk dəfədir ki, bu qədər məzhəblərə, camaata bölünmüş vəziyyətdədirlər.
A9 TV; 20 oktyabr 2013
avatar

Adnan Oktar

İsrail ilə Türkiyə dostdurlar. Hz. Musa (ə.s)-ın və hz. İbrahim (ə.s)-ın övladlarıdırlar. Biz onları sevirik, şəfqətlə bağrımıza basırıq.
A9 TV; 18 oktyabr 2013
avatar

Adnan Oktar

Mehdiyyətə, İslam Birliyinə qapı açana, Allah qapı açar. Allah Özünə bir addım atana tərəf on addım atar, inşaAllah.
A9 TV; 18 oktyabr 2013
avatar

Adnan Oktar

Tayyib çox yaxşı bir insandır. Xarici İşlər Naziri də yaxşıdır. MİT məsləhətçisi də yaxşıdır. Ədalət naziri də yaxşıdır. Bunlar çox yaxşı qrupdur. Allah tərəfindən dəstəklənirlər. Çünki mehdiyyət, İslam Birliyi yolunda hərəkət edirlər.
A9 TV; 18 oktyabr 2013
avatar

Adnan Oktar

Hakan Fidan müəllimim doğru yoldadır maşaAllah. İslam Birliyini istəyən, Türk İslam Birliyini istəyən ağıllı bir yoldadır. Həsəd edən olarsa, bu zaman ona bərəkət gələr. Könlü rahat olsun. Heç bir şey olmaz, inşaAllah.
A9 TV; 18 oktyabr 2013
avatar

Adnan Oktar

Qiyamət mövzusunda bir daha söyləyirəm baxın, Qiyamət 2120-ci ildə qopacaq! Bir qayanın üstünə yazsınlar. 2121-ci ildə o yazını tapa bilməyəcəklər, çünki dünya artıq toz, duman olacaq. Allah Quranda: "Bir toqquşma" deyir. “Onu başqa bir toqquşma əvəz edəcək” deyir. Bunu görəcəklər.
A9 TV; 14 oktyabr 2013
avatar

Adnan Oktar

Kəbənin də orijinal ərazisi tamamilə açılmalıdır. Bu ərazilərin yaşıllaşdırılması, bağ-bağça olması lazımdır. Bunlar imam Mehdi (ə.s) tərəfindən düzəldiləcək. Hara baxsaq Mehdi (ə.s)-a ehtiyac olduğunu görürük.
A9 TV; 14 oktyabr 2013
avatar

Adnan Oktar

Quran oxuyan insanlar hər oxuduqları ayədən ağıllarının, əxlaqlarının daha da dərinləşdiyini biləcəklər. Bu Tövratda da vardır. Ona görə yəhudilər Tövratı gecə-gündüz oxuyarlar. Bilavasitə həm əxlaqı, həm şəxsiyyəti inkişaf edir.
avatar

Adnan Oktar

Quran çox sadədir. Quranın demək olar ki, yarıdan çoxu təkrardır. Bu, ayələrin daha da yaxşı qavranılması üçündür. Başqa sözlə, Allah bizə ağılın yığcam və sadə qaydalarını izah edir. Onu tətbiq edəndə xeyli ağıllı, qərarlı olarıq.
A9 TV; 14 oktyabr 2013
avatar

Adnan Oktar

Quran, eyni zamanda, ağıl öyrədən kitabdır.
A9 TV; 14 oktyabr 2013
avatar

Adnan Oktar

Qadınlara hörmət edilməlidir. Hər qadın öz şərəfini, namusunu necə qoruyacağını, necə geyinəcəyini çox yaxşı bilir.
A9 TV; 14 oktyabr 2013
avatar

Adnan Oktar

Qadınlar olduqca nəzakətli, zərifdirlər. Qadınlar güldür. Necə ki, bağçadakı qərənfilə qulluq edilər, diqqət yetirilər. Qulluq edilmədikdə dərhal solar. Qadın da elədir. Qadınların hər şeyinə diqqət yetirilməlidir. Qadınların ruhən və bədən cəhətdən mükəmməl olmaları üçün, onlara çiçəkdən də çox diqqət yetirmək, hörmət etmək lazımdır.
A9 TV; 14 oktyabr 2013
avatar

Adnan Oktar

Qadınlar çox gözəl, şirin varlıqlardır. Qadınlar dünyanın ən böyük nemətidir. Gözlə görünən, insan olaraq ən böyük nemətdir. Onların xoşbəxt olması üçün azad olmaları lazımdır. Dəyər, hörmət görmələri, qorunmaları lazımdır.
A9 TV; 14 oktyabr 2013
avatar

Adnan Oktar

Çiçəyə desək ki, "niyə bəzəklisən? Niyə rənglisən? Niyə rəngarəngsən? Niyə bu qədər gözəl qoxulusan?" bu nə qədər məntiqli olar? Qadından da "niyə bu qədər gözəlsən?"―deyə soruşulmaz. Çirkin olmalıdır? Təbii ki, qadınlar gözəl olmalıdırlar.
A9 TV; 14 oktyabr 2013
avatar

Adnan Oktar

Xanımlar dekoltəni xoşlayarlar. Bəyənilməyi, gözəlliyinin təqdir edilməsini, bəzəkli olmağı xoşlayırlar. Qadınlar dünyanın bəzəyidirlər.
A9 TV; 14 oktyabr 2013
avatar

Adnan Oktar

Türkiyə daim yaxşılığa doğru gedəcək. Türkiyə böyüyəcək, Turan olacaq. Bütün İslam aləmini əhatə edəcək. Böyük Türk-İslam Birliyi meydana gələcək.
A9 TV; 14 oktyabr 2013
avatar

Adnan Oktar

Allah nə edəcəyini yaxşı bilir. Allaha mərhəmət öyrətməyə cəhd göstərməyin. İnsanlara mərhəməti, şəfqəti öyrədən Allahdır. Allah insana şəfqəti, mərhəməti öyrətməsə insan şəfqəti, mərhəməti bilməz. Allahın sənə göstərdiyi görüntü ilə Allah haqqında danışırsan. Allah sənə anbaan göstərir.
A9 TV; 11 oktyabr 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Sən səmimiyyəti buraxsan əksiklik, çatışmazlıq da səni buraxmaz. Dürüst, səmimi olsan, əksiklik, çatışmamazlıq kimi görünən şeylərin doğru olduğunu, hər şeydə xeyir olduğunu görməyə başlayarsan. Sitatlar
Hər zaman hər şeydə xeyir olduğunu unutmaq olmaz. Allah dünyanı sabit saxlamaz; dayanmadan hərəkətləndirər, canlandırar. Həmişə hərəkət, həyəcan vardır. Sitatlar
Allah müsəlman üçün hər şeyi xeyirlə yaradır. Allahın bizi öz ağlımıza buraxmaması çox gözəldir, əlhəmdülillah. Sitatlar
Bir insan küfr içindədirsə , etdiyi hər şey onun üçün şərdir. Yemək yeyər şər olar, küçəyə çıxar şər olar, nə edirsə etsin şər olar. Onun üçün xeyir yoxdur. Əgər bir insan səmimi, mömin, təmizdirsə onun elədiyi hər şeydə xeyir vardır. Sitatlar
Hz. Mehdi (ə.s)-ın səhv etdiyini zənn etdiyin yerdə o doğrunu etmiş olur. Deyirsən ki, böyük səhv etdi, amma doğru olur. Çünki, Allahın hökmüdür: "Hər şeydə bir xeyir vardır". Hz. Mehdi (ə.s)-ın hər hərəkətində xeyir olur. Sitatlar
Allaha həmişə hüsnü-zənn etməliyik. Məsələn, necə insan sevdiyinə qarşı hüsnü-zənn edirsə, Allaha qarşıda mütləq hüsnü-zənn edilməlidir. Bir şey olanda mömin: "Allah xeyirlə yaratmışdır. Allah doğrusunu bilir"―deməlidir. Sitatlar
Kommunist təhlükəsindən çəkinmək çox səhvdir. İstədiyi qədər hay-küy salsın. Hay-küy salması əhəmiyyətli deyil. Belə olduqda kommunizmə qarşı mübarizə aparmaq olmaz. Heç nə deməsən, danışmasan, kommunizm daha da böyüyər. Kommunizmin xüsusiyyətidir ki, təbliğatla böyüyər. Sitatlar
Allah bəzən bəzi insanlara bir mövqe verir, bir güc verir, imkan verir. Sən: "Allah ona   niyə bu vəzifəni verdi? Niyə bu asanlığı verdi?" desən yenə doğru yolda olanlardan   olmazsan. Allahı sorğulayan adam doğru yolda olanlardan olmaz. "Hikmət var, xeyir   var" deyəcəkdir. "Allah bilir, mən bilmirəm" deyəcəkdir. Sitatlar
Əlindən bir şeylər çıxırsa bir xeyir vardır. Sən burada əbədi yaşamağa gəlmədin.   Əlindən cüzi bir şey çıxır, bunu özünə böyük dərd bilir. Çıxsa nə ola bilər ki?. Sən   gözündə böyüdürsən, ağıllı tərzdə baxdığında heç bir şey olmadığını görərsən. Sitatlar
Bir şey bir az tərs getsə belə, müsəlman onda xeyir olduğunu düşünməlidir. Tərslik oldu deyir. Sən Allaha tam mənasıyla təvəkkül etsən, meydana gələn hadisə xeyirli olandır. Sitatlar
Bilə-bilə səhvi təkrarlamamaq, davam etdirməmək lazımdır. Buna baxmayaraq, meydana gələn hadisələrdə daim müsəlman üçün xeyir vardır. Taleyindəki hadisədir. Amma səbəbə sarılmalıdır. Sitatlar
Bir xəta edir, günah işləyir, özünü həlak edir. İztirab çəkir. Allah səndən belə şey istəmir ki. Yalnız tövbə et deyir, normal həyatına davam et deyir. Özünü pərişan et demir. Bunlar anormal, müşriklərə məxsus hərəkətlərdir. Sonunda sənə həmin xətanı etdirən də Allahdır. Bir xeyir var. Bir daha etməməlisən, bu qədər. Qərar verməlisən, etməməlisən. Sitatlar
Allah Öz yolunda olanlara bərəkət verər, bolluq verər, eləcə də, gördüyünüz kimi, pis niyyətli olanlara da bəla və dərd verir. Allah xeyir yolunda olanların önünü açar. Bu bir möcüzədir. Allah Öz yolunda irəliləmək istəyənlərə yolları xeyli asanlaşdırar. Sitatlar
Nəşə, sevinc, həyəcan və gözəllik hər yeri bürüyəcək. Biz cəhənnəm pisliyi istəmirik. Cənnət gözəlliyi, cənnət sevinci istəyirik. Mömin heç bir hadisədə Allaha üsyan etməz. Hər şeydə Ondan razı olar. Hər şeydə xeyir görər, hər şeydə təvəkkül edər. Sitatlar
Hər hadisəni Allah etdiyinə görə “Dost”un etdiyi hər şeydə xeyir var. “Dost”un etdiyi heç nədən ötrü kədərlənmək olmaz. Sitatlar
Möminə edilən hər şey xeyirdir. Münafiqin özü üçün xeyir zənn etdiyi hər şey də onun üçün şərdir. Yəni nə etsə onun əleyhinə olar. Sitatlar
Münafiqlər və dəccaliyyət çox təfsilatcıdır. Allah onları təfsilatın içində həlak edir, təfsilatın içində boğur. Müsəlman çox sadədir. Çünki hər şeyi Allaha buraxmışdır. Çox ağıllı yanaşar, təvəkküllə yanaşar. İşləri də həmişə rahat gedər, həmişə xeyirə nail olar. Sitatlar
İslama, Qurana baxarkən həmişə xeyir gözüylə baxmaq lazımdır. Həmişə Allahdan yana düşünmək lazımdır. Sitatlar
Allah pulu, malı, mülkü toplayıb yığmağı deyil, xeyriyyəçilik işlərində istifadə etməyi əmr etmişdir. Sitatlar
Allah hər şeyi xeyirlə yaradar, xeyirlə hər iş bitmişdir. Biz səbəbə sarılmaq üçün tədbir alıb cəhd edirik. Sitatlar
Biz təvəkkül əhli olaraq Allahın yaratdığı taleyə təslim olmuş bəndələrik. Allah nə istəsə o olar və o xeyir olar. Sitatlar
Həmişə Allahın lehinə düşünmək lazımdır. Əsla Allahın əleyhinə düşünülməz. İnsan mütləq Sevgilisindən yana, Sevgilisinin lehinə düşünər. İnsan bir hadisə ilə qarşılaşdıqda ilk başda xeyrini, hikmətini anlamaya bilər, lakin həmişə gözəl zənlə, həmişə Allahın lehinə düşünməlidir. Sitatlar
Mömin hər zaman hər şeyin ən gözəlini, ən yaxşısını, ən çoxunu Allahdan istəyər. Sitatlar
Lazımsız şübhələrlə müsəlmanlara sui-zənn bəsləmək Allah qorusun fitnəyə səbəb olar. Müsəlman xeyir gözü ilə sadə düşünməlidir. Sitatlar
Çətin, problemli kimi görünən heç bir hadisədən narahat olmaram. Allahın yaratdığını bilər, xeyir gözü ilə baxaram. Nə olursa olsun sevinərəm. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur