logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 3 oktyabr 2013

avatar

Adnan Oktar

Yalnız kürd olsun demək necə də sevgisiz yanaşmadır. Ərəbi, lazı, çərkəzi niyə sevmirsən?
A9 TV; 3 oktyabr 2013
707
avatar

Adnan Oktar

Hz. İsa (ə.s)-ın fəaliyyəti gizli olar. Hz. İsa (ə.s) ictimai təbliğ etməz. Hz. Mehdi (ə.s) isə zahir olar, açıq-aşkar ictimai fəaliyyət göstərər. İsa Məsih gizli qalibanədir (qalib gəlmiş bir tərzdə, üstün gələrək). Yəni açıq-aşkar fəaliyyət göstərməz. Yalnız siyasi fəaliyyət göstərər.
A9 TV; 3 oktyabr 2013
avatar

Adnan Oktar

Amerikanın tarixində indiyə kimi görünməmiş iqtisadi çöküntü, İsa Məsihin çıxış əlamətidir.
A9 TV; 2 oktyabr 2013
avatar

Adnan Oktar

Qatı dinçilərin izah etdikləri din İslam dini deyil. Şiddət, nifrət və vəhşilik dinini izah edirlər.
A9 TV; 2 oktyabr 2013
avatar

Adnan Oktar

Əl-Qaidə məntiqini əhli sünnə kitablarındakı uydurma hökmlərdən çıxarır.
A9 TV; 2 oktyabr 2013
avatar

Adnan Oktar

Atatürk bütün sirləri bilirdi. İslamın bütün dünyaya hakim olacağını, Türk-İslam Birliyinin olacağını, qatı dinçilərin məğlub olacağını da bilirdi. O, hz. Mehdi (ə.s)-a köməkçi olmaq üçün qatı dinçilərin yolunu qabaqcadan bağladı və mehdiyyətin qapısını sonuna qədər açdı. Hz. Mehdi (ə.s) köməkçisi olaraq öz vəzifəsini yerinə yetirmişdi.
A9 TV; 2 oktyabr 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-ə aid olmayan uydurma hədislərdə, qadın ərinin köləsi mövqeyindədir.
A9 TV; 2 oktyabr 2013
avatar

Adnan Oktar

Amerika kimi güclü bir dövlətin müflisləşməsi, Mehdi (ə.s)-ın, İsa Məsihin həm çıxış, həm də fəaliyyətdə olmalarının əlamətidir. Allah onları Özünə qaytarmaq üçün, sevginin, mərhəmətin, şəfqətin əhəmiyyətini göstərmək üçün bunu edir.
A9 TV; 1 oktyabr 2013
avatar

Adnan Oktar

Biz Allahla, dinlə xoşbəxt oluruq. Mehdiyyət dövründə həm dindarlar, həm din əleyhdarları, dini yaşamayanlar rahat və dinc yaşayacaqlar. Mehdiyyət hamısını göz qabağında saxlayır.
A9 TV; 30 sentyabr 2013
avatar

Adnan Oktar

Bu millət müdafiə altında olan bir millətdir. Mehdi tələbəsi olan bir millətdir. Mehdi (ə.s)-ın çıxacağı bir millətdir. Ona görə də burada qeyri-normal bir şey çıxmaz. Qeyri-normal kimi görünən şeylər də gələcəkdə kompensasiya ediləcək.
A9 TV; 30 sentyabr 2013
avatar

Adnan Oktar

Gəzinti hadisələri, AK Partiyanın güclənməsi üçün Allah tərəfindən yaradılmış hadisələrdir. Heç kim bunun fərqinə belə varmadı. AK Partiyanın belə bir şeyə ehtiyacı var idi və bu da Allah tərəfindən tələnin pozulması kimi yaradıldı.
A9 TV; 29 sentyabr 2013
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ı sevmə, istəmə səbəbimiz o dövrün əziyyətli, bəlalı olması, dəccalın olması, darvinizm, materializmin olması, qarışıqlıqların artması, qatı dinçilərin Mehdi (ə.s)-a və iman gətirənlərə qarşı çıxmasıdır. Qatı dinçiliyin dindən kənar, mərhəmətsiz, zalım və qəddarcasına tətbiqlər etməsidir. Bütün bunlara ona görə ehtiyac var ki, hz. Mehdi (ə.s) ortaya çıxsın.
A9 TV; 29 sentyabr 2013
avatar

Adnan Oktar

Təhsildə cəhənnəmə, kafirə, imansızlara, zalımlara ehtiyac vardır. Yaxşı insanlar bu qara kömürün üzərində almaz kimi düzüldüyündə diqqət çəkər.
A9 TV; 29 sentyabr 2013
avatar

Adnan Oktar

Avropa İslam ölkələrini işğal etmə marağında deyil, sadəcə qatı dinçilərə nifrət edirlər.
A9 TV; 29 sentyabr 2013
avatar

Adnan Oktar

28 Fevral vəsiləsi ilə müsəlmanlarda böyük oyanış oldu.
A9 TV; 29 ssentyabr 2013
avatar

Adnan Oktar

Allahın məqsədi yaxşı insanların cənnətdə Allahı sevib Allahın onları sevməsi ilə, onların da öz-özlərini sevməsi ilə birlikdə xoşbəxt yaşatmaqdır. Tək məqsədi budur.
A9 TV; 29 sentyabr 2013
avatar

Adnan Oktar

Mələkləri görmək üçün əvvəlcə nur olmaq lazımdır. Maddi aləmdən çıxmaq lazımdır. Məsələn, Peyğəmbərimiz (s.ə.v) mələkləri görürdü, amma maddi olaraq görmürdü. Əvvəl nur halına gəlirdi. Maddə olmaqdan çıxırdı, xüsusi bir hala girirdi.
A9 TV; 28 sentyabr 2013
avatar

Adnan Oktar

Sadəliyə sadəliklə cavab vermək müsəlmana yaraşmaz. Müsəlman soylu, zadəgan olmalıdır. İslamı zadəganlığı ilə təbliğ etməlidir. Səbirli olması ilə, hörmətli rəftarı ilə, sadə, iffətli rəftarı ilə diqqət çəkər.
A9 TV; 28 sentyabr 2013
avatar

Adnan Oktar

Mühafizəkar, xurafata əsaslanan İslam anlayışını dünyanın heç bir yeri qəbul etməz. Nə Avropa, nə Amerika, nə də müsəlmanlar qəbul etməz. Mehdiyyətə, Qurana əsaslanan, səhabə İslamı isə bütün dünya qəbul edər. Bizim təsvir etdiyimiz, göstərdiyimiz İslam anlayışı bütün dünya tərəfindən qəbul edilir.
A9 TV; 28 sentyabr 2013
avatar

Adnan Oktar

Zəlzələlər mehdiyyətin möhürüdür. Allah: "Ya Allaha dönərsiniz, ya da dünyanı həmişə beşik kimi yelləyərəm. Mənə dönəcəksiniz, Məni sevəcəksiniz, sizdən istədiyim budur. Yoxsa dünyanı sizə dar edərəm" deyir. İzahı lazım olan budur.
A9 TV; 28 sentyabr 2013
avatar

Adnan Oktar

Radikalla danışa bilmək üçün, müzakirə edə bilmək üçün, radikalın bütün izahlarına Quran ilə cavab verməyi, Quranı müdafiə etməyi bacarmaq lazımdır.
A9 TV; 28 sentyabr 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Türkiyədə İslam Birliyi olacaq. Türkiyənin bölünməsinə yol vermərik. Cənub-şərqli qardaşlarımızı Stalinist-kommunistlərə, PKK-ya təslim etmərik. Oradakı analarımızı, bacılarımızı kommunistlərə qənimət olaraq vermərik. Əbəs yerə qoçuluq etməsinlər. Bundan əl çəkəcəklər. Sitatlar
Kürd qardaşlarımızın ürəyimdə yeri başqadır. Onlar çox əzildi, çox ağrı-acı çəkdilər və bunlara səssizcə səbir etdilər. Sitatlar
Kürd olmaq qürurdur, gözəllikdir. Kürd qardaşlarımız əxlaqlı, şəxsiyyətli, səmimi, təvazökar, qonaqpərvər, dindar olduqları üçün göz bəbəyimizdir. Sitatlar
Cənub-şərqdəki kürd qardaşlarım mənim canlarım, analarım, bacılarımdır. Mən onları Stalinistlərə, kommunistlərə təslim etmərəm. Nəyin bahasına olursa olsun təslim etmərəm. Bunu unudacaqlar. Sitatlar
Türk millətinin qədirbilən ruhu kürd canlarımızı daim sevəcək. Sitatlar
Şiə, kürd, türk, çərkəz― bunlar süni olaraq yaradılır. Biz millət olaraq bir-birimizin eynisiyik. Fərqli, orijinal istiqaməti yoxdur. Əriyən kimi onsuz da bir yerdə qardaşıq. Elə bir fərqimiz, diqqətə çarpan bir tərəfimiz yoxdur. Sitatlar
Kürd qardaşlarımızın saçının telinə belə zərər gəlməsini istəmərik. Sitatlar
Qara dənizdə kürd qubernator və yaxud bosniyalı qubernator olsun. Laz qubernator Diyarbəkirdə vəzifəsini icra etsin. İrq üstünlüyü iddiası, irqə görə sevmək, insanlara dəyər vermək çox qorxuncdur. Hamımız Məhəmməd ümmətiyik, peyğəmbər övladlarıyıq. Üstünlük ancaq təqva ilədir. Sitatlar
Sən elə fikirləşirsən ki, kürdləri birləşdirəndən sonra xoşbəxt olacaqlar. Belə bir şey olmayacaq. Ən böyük kürd qırğını həyata keçirməyi düşünürlər. Bölgədə Kommunist Kürdüstan nə deməkdir? Belə olduqda bütün Avropanın, Amerikanın hədəfi olacaqdır. Yun pambığı kimi atarlar. Sitatlar
Cənub-Şərq bölgəsində kürd qardaşlarımıza cənnət həyatı quracağıq. Diyarbakr, Mardin, Siirti Paris, London kimi edəcəyik. PKK-nı elmlə, qanunla, hüquqla məğlub edəcəyik. Orada PKK-ın təhdidi, PKK xainlərinin azğınlığı qalmayacaq. Xalqa PKK qorxusu yaşatmayacağıq, inşaAllah. Sitatlar
Muxtariyyət bölünmə deməkdir. Cənub-Şərq bölgəsində kommunist Kürdüstan dövləti qurulmasına icazə vermərik. Kommunist, Stalinist idarəetməyə icazə vermərik. Sitatlar
PKK-lılar həm siyasi təhsil alırlar, həm də siyasi təbliğatı əsas götürürlər. Cənub-Şərqdə böyük Kürdüstan qurmağın xəyalındadırlar. Bizim gəncliyimizin də böyük hissəsi evlilik hazırlığındadır, bir qismi də zəngin olmağın arxasınca düşüb. Sitatlar
PKK ilk öncə qorxudurdu, dəhşət və şiddətlə özünə zəmin yaratdı, amma hal-hazırda kürdlərə sevgi və şəfqət, həmyerlilik ruhu ilə yaxınlaşır. Eyni şəkildə dövlətimizin də imanla, Quranla, Quran əxlaqı ilə, mehribanlıqla və mömin qardaşlığı mövzusunu ətraflı şəkildə istifadə edərək kürd qardaşlarımıza yaxınlaşmalıdır. Sitatlar
Cənub-Şərqdə PKK-ın istifadə etdiyi həmyerlilik siyasətinə qarşı, İslam siyasətinin yeridilməsi lazımdır. Çünki İslam çox yüksəkdir. Həmyerlilik damarı onunla müqayisədə çox aşağı səviyyədə durur. Xalq da çox dindar olduğu üçün Cənub-Şərqdə bu yolla müvəffəqiyyət qazanmaq olar. Əks təqdirdə uğurlu olmaz. Sitatlar
Kürd qardaşlarımızın səsverməsində bərəkət var, amma PKK səsverməsində bərəkət olmaz. PKK səsini istəməkdə bərəkət olmaz. Bu yalnız uğursuzluq gətirər. Xalqın səsində bərəkət vardır, amma PKK səsində mənfurluq və uğursuzluq vardır. Sitatlar
Türk-İslam Birliyi qurularkən kürdlərin bütün ehtiyacları mükəmməl şəkildə ödəniləcək, dinc yaşayacaqlar. Sitatlar
Türk-İslam Birliyi çərçivəsində kürdlər bizim bacı-qardaşlarımız, əzizlərimizdir. Sitatlar
Kürd bacı-qardaşlarımız dünyanın ən igid, dürüst insanlarıdırlar. Çox keyfiyyətli, şərəfli, həssas, cəsur, vəfalı, gözəl əxlaqlı insanlardır. Sitatlar
Kürd bacı-qardaşlarımız çox təqvalı və dindar insanlardır. Səlahəddin Əyyubi, Bədiüzzaman ruhunu daşıyan çox igid və məzlum insanlardır. Sitatlar
Kürd səsverməsi halal, amma PKK səsverməsi isə haram səsdir. O bəla gətirər. Bərəkət gətirməz. Kürd səsverməsi nur kimidir. Türk, çərkəz, laz onsuz da millətimin gözəl nümayəndələridir. Sitatlar
KÜRD PROBLEMİ DEYİLƏN PROBLEM YOXDUR,  İSLAM BİRLİYİ PROBLEMİ VAR. Türkiyədə bundan başqa da problem  yoxdur. Dünyanın əsas problemi İslam Birliyi problemidir. Sitatlar
Böyümək, inteqrasiya olunmaq gözəldir. Türk-İslam Birliyini müdafiə edin. Əgər Kürd qardaşlarımızın xoşbəxtliyini istəyirsinizsə onların inanclarına hörmət edin. Onlar Müsəlmanlıqla, İslamla xoşbəxt olarlar. Sitatlar
Bu millət bizimdir. Kürd qardaşlarımız da bizimdir. Ordakı bütün Kürd vətəndaşlarımız bizim övladlarımızdır. Hər biri Bədiüzzamanın, Səlahəddin Eyyübinin övladlarıdır. Onlar da bizə aid insanlardır. Biz onların qardaşlarıyıq, onlar da bizim qardaşlarımızdır. Min il sonra kommunist üsullarla bizi bir-birimizdən ayırmağa çalışırlar. Əsla bacarmayacaqlar. Sitatlar
Kürdlər mükəmməl əxlaq sahibidirlər, məzlumdurlar. Kürd qardaşlarımız nəzakət, hörmət və sayğını yaxşı bilərlər. Sevgi dolu insanlardır, bütün Anadoludakı insanlarımız kimi insan pərvərdirlər. Hər birimiz Adəm (ə.s)-ın övladlarıyıq. Onları ayırmaq, Kürd qövmü əleyhinə danışmaq mənfi xarakterli, şərəfsiz, alçaq insanlara məxsus bir xüsusiyyətdir. Sitatlar
Mən Kürd qardaşlarımı canım kimi sevirəm. Çox hörmətli insanlardır. Həm dindar, həm çox müasir. Sözündə duran, vəfalı, igid, qonaqpərvərdir, Cənub-Şərq bölgəsinin insanı möhtəşəmdir. Çox qiymətlidirlər bizim üçün. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur